Microsoft Word Azerbaycan arxeologiyasi doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/75
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18329
1   ...   29   30   31   32   33   34   35   36   ...   75

 
111
fərqlənir. Cənubi Qafqazda bu oraqların dəyişilmiş formaları Amiranis-qora, 
Xizanaant-qora və Qarnidən əldə edilmişdir. 
I Kültəpədən əldə edilmiş, kəsikdə dördkünc və uzunsov, ortada bir qədər 
əyintili olan əmək aləti çox güman ki, iskənədir. Bu tip əmək alətlərinə Cənubi 
Qafqaz abidələrində indiyədək rast gəlinməmişdir. 
Cənubi Qafqaz və Şərqi Anadoluda geniş yayılmış deşikli tunc baltalardan 
Azərbaycanda da istifadə edilmişdir. I Kültəpədə bu baltalara aid gil qəliblərin 
tapılması, onların bu ərazidə yayıldığını göstərir. Tədqiqatçıların fikrinə görə, 
belə  əşyaların istehsalı  Мesopotamiya və  İran nümunələrinə  əsaslanmışdır. 
Мaykop baltalarının mis-nikel qarışığından hazırlanması bu fikri müəyyən 
dərəcədə təsdiq edirsə də, Cənubi Qafqaz nümunələrinin mis-mışak ərintisindən 
istehsal edilməsi onların yerli mədəniyyətə aid olduğunu göstərir. 
Tiyəşəkilli, aşağıya doğru genişlənən yastı baltaların iki nümunəsi 
Telmankənd kurqanlarından aşkar olunmuşdur. Onlar formaca eyni tiplidir. Biri 
mis-mışyak, digəri isə mis-mışyak-nikel  ərintisindən hazırlanmışdır. Belə 
baltalara Cənubi Qafqazda az rastlanmışdır. Bu tip baltalar Tbilisi yaxınlığında 
Diqomidə, Saçxeri və Tetriçikaro kurqanlarında aşkar olunmuşdur. 
Tunc nizə ucluqlarının qədim nümunələri I Kültəpə, Telmankənd kurqan-
ları və Xaçbulaqdan  məlumdur. Bu nizə ucluqları formaca bir-birindən fərqlənir. 
Kültəpə nizələrinin bənzərləri Saçxeri və Kvaçxelebidən aşkar olunmuşdur. 
B.A.Kuftin bu nümunələri e.ə. 2400-cü ilə aid etmişdir. Qeyd etmək lazımdır ki, 
I Kültəpə nümunəsi, kömür analizi ilə tarixi e.ə. 2920 
+
 90-cı ilə aid edilən 
təbəqədən altda aşkar olunmuşdur. Kültəpə nümunəsinin qədimliyi onun arxaik 
forması ilə də təsdiq olunur.  
Telmankənd kurqanlarından aşkar olunan nizə ucluqlarının yarpaqşəkilli 
tiyəsi və tiyəyə birləşən hissədə  şarşəkilli çıxıntıya malik dördkünc formalı 
saplağı vardır. Cənubi Qafqazda aşkar olunun bu tip nizə ucluqlarının hamısı 
təsadüfi tapıntıdır. Bu baxımdan Telmankənd nümunələri olduqca 
əhəmiyyətlidir.  Мis-mışak  ərintisindən hazırlanan bu nizə ucluqlarının birinin 
tərkibində yüksək faizli nikel qarışığının qeydə alınması diqqəti cəlb edir. 
Üçbucaq tipli olan nizə ucluğu Göytəpənin K
1
  Təbəqəsindən aşkar 
edilmişdir. Bəzi tədqiqatçılar onu xəncər adlandırmışlar. Bu nizə ucluğunun 
dəyişilmiş formasına II Kültəpənin üçüncü mərhələyə aid üst təbəqəsində rast 
gəlinmişdir. 
Bıçaq tipli tunc alətlər I Kültəpə  və II Kültəpədən aşkar olunmuşdur. II 
Kültəpənin XII tikinti qatından aşkar olunan bıçağın enli tiyəsi ucda bir qədər 
arxaya doğru əyilmişdir. Dördkünc formalı saplağı qırılmışdır. Bu bıçaq İlk Tunc 
dövrünə aid ən qədim metal əşyalardan biridir. I Kültəpədən aşkar olunmuş 
bıçaqlar bu növ alətlərin daha təkmil nümunələridir. 
Xəncərlərin qədim nümunələri II Kültəpədən tapılmışdır. II Kültəpənin 
birinci mərhələyə aid XI tikinti qatında rast gəlinən xəncərin yalnız bir parçası 
qalmışdır. Onun tiyəsi yarpaqşəkilli, qısa və yastıdır. Xankəndi kurqanlarından 


 
112
tapılan xəncərlər arxaik formaları ilə  fərqlənir və bu tip əşyaların qədim 
nümunələrindən hesab edilə bilər. Xəncərlərin daha təkmil nümunələri 
Yanıqtəpədən əldə edilmişdir. Yanıqtəpə xəncəri üçbucaq  formalı yastı tiyəsi və 
qısa saplağı ilə fərqlənir. Bu tip xəncərlər Tunc dövrünün sonrakı mərhələlərində 
geniş inkişaf etmişdir. 
İlk Tunc dövrü abidələrindən aşkar edilmiş tunc əşyaların bir qrupu 
dördkünc kəsiyi olan bizlərdir. Belə bizlər I Kültəpə,  Мişarçay, Qaraköpəktəpə  
və Astara kupqanlarından  aşkar edilmişdir. 
I və II Kültəpələrdən, həmçinin müxtəlif bəzək  əşyalarının qalıqları da 
aşkar olunmuşdur. Onlar sancaq, iynə və bilərziklərdən ibarətdir. 
Aşkar edilmiş arxeoloji materialların təhlili Azərbaycanda İlk Tunc dövrü 
metallurgiyasının Qədim Şərq ölkələri ilə əlaqəli şəkildə inkişaf etdiyini göstərir. 
Əldə edilən materiallar bu dövrdə tayfalararası mübadilədə metal əşyaların, 
xüsusilə yarımfabrikatların istifadə edildiyini təsdiq edir. Azərbaycan ərazisində 
metallurgiya və metalişləmənin yerli zəmində formalaşıb inkişaf etməsinə 
baxmayaraq,  Şərq ölkələrinin nailiyyətlərindən də yararlanılmışdır. Azərbaycan 
eyni zamanda Cənubi Qafqaz və Şərq ölkələrini xammal və hazır metal məmulatı 
ilə təmin edən başlıca istehsal mərkəzlərindən biri olmuşdur. 
Kür-Araz mədəniyyətinin mənşəyi və xronologiyası. Kür-Araz 
mədəniyyəti abidələrinin tədqiqi, onların bilavasitə, Azərbaycanın Eneolit 
mədəniyyəti ilə bağlı olduğunu göstərir. Bu bağlılıq hər  şeydən  əvvəl, yaşayış 
binalarının arxitekturasında özünü göstərir. Kür-Araz mədəniyyətinin erkən 
mərhələsində iki tip yaşayış evləri aşkar olunmuşdur. Birinci tipə dairəvi formalı 
binalar daxildir. Bu binalar tikinti texnikası  və konstruksiyasına görə, Eneolit 
dövrünün eyni tipli evlərini xatırladır. Bu tip evlər Azərbaycanda I Kültəpə, 
Şomutəpə, Töyrətəpə, Qarğalartəpəsi və digər yaşayış yerlərindən aşkar 
edilmişdir.  İlk Tunc dövrü yaşayış binalarının bir qisminin Eneolit dövründə 
olduğu kimi qövsşəkilli divarla hüdudlanmış, yarımaçıq həyətləri olmuşdur. 
Düzbucaqlı artırmaları olan dairəvi binalar da öz yaxın bənzərlərini Eneolit 
abidələrində tapır. Evlərin daxili quruluşundakı  bəzi xüsusiyyətlər, xüsusilə, 
gildən ocaq qurğularının, təsərrüfat quyularının, evin damını saxlayan mərkəzi 
dirək üçün dayaq daşlarının qeydə alınması, bu əlamətlərdəndir. 
Мigəçevir yaşayış yerində rast gəlinən yarımqazma tipli evlər Azərbay-
canın və  Cənubi Qafqazın digər yerlərində qeydə alınmamışdır. Bu tip yaşayış 
binalarının prototipləri Babadərviş yaşayış yerinin Eneolit dövrü təbəqəsindən 
məlumdur.  
Azərbaycanın bir sıra abidələrində, xüsusilə, I Kültəpə, Göytəpə, Yanıqtə-
pə, Babadərviş yaşayış yerlərində Kür-Araz mədəniyyətinə aid mədəni təbəqə, 
bilavasitə Eneolit dövrü təbəqəsinin üzərində yer alır.  
Kür-Araz mədəniyyətinin Eneolit mədəniyyəti ilə bağlılığı arxeoloji 
materiallarda, xüsusilə gil məmulatında aydın  şəkildə izlənir. I Kültəpə  və II 
Kültəpədən aşkar olunan silindrik boğazlı, yuvarlaq gövdəli küpələr, konusvari 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə