Microsoft Word Azerbaycan arxeologiyasi doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/75
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18329
1   ...   30   31   32   33   34   35   36   37   ...   75

 
113
və bikonik gövdəyə malik dərin kasalar, banka tipli qablar Enolit dövrünə aid öz 
prototiplərini təkrar edir. Eyni hal Babadərviş  və Göytəpədə  də izlənir. 
Babadərvişdən aşkar olunan silindrik boğazlı, yuvarlaq gövdəli küpələr, çəllək 
tipli qablar, konus gövdəli kasalar, divarları  ağzının kənarına doğru genişlənən 
çölməklər Töyrətəpə, Şomutəpə və I Kültəpədən aşkar olunmuş Eneolit tiplərini 
təkrar edir. 
Göründüyü kimi, Kür-Araz mədəniyyətinin ilk mərhələsinin keramikası 
tamamilə Eneolit dövrü ilə bağlanır. Birinci mərhələnin qablarında Eneolit dövrü 
üçün xarakterik olan, qaba hazırlanmış, qeyri-bərabər bişirilmiş qablara rast 
gəlinir. Bu baxımdan, II Kültəpənin alt qatlarından tapılan keramika diqqəti cəlb 
edir. Buradan aşkar olunmuş bəzi qab parçalarının tərkibində Eneolit dövrü üçün 
xarakterik olan saman qarışığına rastlanmışdır. Bu təbəqədən, həmçinin,  
silindrik çıxıntısı olan gil qapaq tapılmışdır. Eneolit üçün xarakterik olan bu 
çıxıntılar Kür-Araz mədəniyyətində adətən yarımşar  şəkilli qulplarla əvəz 
edilmişdir. Qeyd etmək lazımdır ki, Eneolit keramikası ilə Kür-Araz keramikası 
arasında bir sıra texnoloji və tipoloji bənzərliklərin olmasına baxmayaraq, Kür-
Araz keramikası formalaşdırılması  və bişirilməsinə görə daha yüksək səviyyəli 
olub,  əvvəlki dövrün keramikasından fərqlənir. Bu dövrdə saman qarışığı, qum 
qarışığı ilə  əvəz olunur. Şübhəsiz ki, bu xüsusiyyətlər Kür-Araz mədəniyyəti 
tayfalarının dulusçuluqda əldə etdiyi bir sıra nailiyyətlərlə bağlıdır.  
Kür-Araz mədəniyyətinin xronologiyası ilə bağlı  tədqiqatçılar müxtəlif 
fikirlər söyləmişlər. B.A.Küftin  və B.B.Piotrovski  bu mədəniyyəti  bütünlüklə 
e.ə. III minilliyə aid etmişlər. O.H.Həbibullayev əvvəlcə, bu mədəniyyətin e.ə. III 
minilliyin ikinci yarısını, sonra isə öz tədqiqatları  əsasında e.ə. III minilliyi 
bütövlüklə  əhatə etdiyini göstərmişdir. R.М.Мunçayev apardığı  tədqiqatlar 
zamanı demək olar ki, bu mədəniyyətin yayıldığı bütün arealı nəzərdən keçirmiş, 
I Kültəpə, Babadərviş,  Şulaveri, Amiranisqora və digər yaşayış yerlərinin 
stratiqrafiyasına əsaslanaraq, Kür-Araz mədəniyyətini e.ə. IV-III minilliklərə aid 
etmişdir. 
Kür-Araz mədəniyyətinin yayılma arealı 
və xronologiyası 
K.X.Kuşnaryeva və T.N.Çubinişvilinin  əsərində geniş  şəkildə  nəzərdən 
keçirilmişdir. Onlar Kür-Araz mədəniyyətini 3 mərhələyə bölərək, birinci 
mərhələni e.ə. 3000-2700, ikinci mərhələni e.ə. 2700- 2300, üçüncü mərhələni 
e.ə. 2300-2000 –ci illərə aid etmişlər. 
Q.S.İsmayılov Kür- Araz mədəniyyətini e.ə. III minilliyə, daha sonra isə 
e.ə. IV minilliyin sonu və bütövlükdə üçüncü minilliyə aid etmişdir. O, Kür-Araz 
mədəniyyətini üç inkişaf mərhələsinə bölmüş  və buna uyğun olaraq, birinci 
mərhələni e.ə. 3200-2800, ikincini e.ə. 2800-2600, üçüncünü isə e.ə. 2600-2300-
cü illərə aid etmişdir. 
O.М.Çaparidze Kür-Araz mədəniyyətinin ilk mərhələsini e.ə. IV 
minilliyin ortalarına və sonuna, son mərhələsini isə e.ə. III minilliyin ortalarına 


 
114
aid etmişdir. D.L.Koridze Kür-Araz mədəniyyətini e.ə. III minilliyin birinci 
yarısına aid etmişdir. 
Son illər qafqazşünas arxeoloqlar Kür-Araz mədəniyyətini e.ə. IV 
minilliyin sonu və üçüncü minilliyin ortaları ilə tarixləndirməyə meyillidirlər. 
Azərbaycanda, xüsusilə Naxçıvanda yerləşən Kür-Araz mədəniyyəti 
abidələrinin tədqiqi, bu mədəniyyətin tarixləndirilməsi üçün yeni faktlar ortaya 
çıxarmışdır. Bu dəlillər Kür-Araz mədəniyyətinin Azərbaycanda daha qədim 
tarixə malik olduğunu göstərir. Kür-Araz mədəniyyətinin Azərbaycanda qədim 
tarixə malik olması fikri, vaxtı ilə O.H.Həbibullayev tərəfindən söylənmişdir. O, 
Kültəpənin  İlk Tunc dövrü təbəqəsini iki mərhələyə bölərək, ilk mərhələnin 
olmadığını qeyd etmişdir. Bu zaman tədqiqatçı I Kültəpədə Eneolit və Kür-Araz 
təbəqələri arasındakı steril layın olmasına  əsaslanmışdır. Lakin yuxarıda qeyd 
etdiyimiz kimi, bu iki təbəqə arasında böyük kəsinti olmamışdır. Q.S.İsmayılov 
Kür-Araz mədəniyyətinin ilk mərhələsini e.ə. IV minilliyin sonuna aid etmiş və 
daha erkən mərhələnin ola biləcəyi ehtimalını irəli sürmüşdü. Tədqiqatçıların bu 
fikri Kür-Araz mədəniyyətinin inkişaf etmiş formada ortaya çıxması ilə bağlı 
olmuşdur. Qeyd etmək lazımdır ki, bu inkişaf səviyyəsi Eneolit mədəniyyətinin 
uzunmüddətli tərəqqisi sayəsində yaranmışdır. Son illərin tədqiqatları, xüsusilə I 
Kültəpənin alt laylarında Kür-Araz keramikasına Eneolit keramikası ilə birlikdə 
rast gəlinməsi bu mədəniyyətin ilk mərhələsini xarakterizə etməyə imkan verir. 
Demək olar ki, Kür-Araz mədəniyyətinin ilk mərhələsi II Kültəpədə bütövlükdə 
əks olunmuşdur. 
Kür-Araz mədəniyyəti abidələrinin tarixləndirilməsinin başlıca 
kriteriyalarından biri, digər tapıntılara nisbətən daha çox olan və  mədəniyyətin 
inkişafındakı  dəyişiklikləri daha aydın  əks etdirən keramika, xüsusilə gil 
qabların təhlilidir. Gil məmulatlarının inkişaf xüsusiyyətləri onların üçmərhələli 
xarakteristikasında özünü aydın göstərir. 
Yuxarıda qeyd edildiyi kimi, birinci mərhələyə aid bir sıra materiallar, 
xüsusilə gil qablar öz yaxın bənzərlərini Eneolit abidələrində tapır. Bu 
mərhələnin qədimliyi həm də  aşkar olunan metal əşyaların arxaik forması ilə 
təsdiq edilir. Belə ki, I Kültəpədə  aşkar olunan iskənə tipli alətin, həmçinin II 
Kültəpənin alt laylarından  əldə edilən bıçağın bənzərləri indiyədək Cənubi 
Qafqaz abidələrindən bəlli deyil. I Kültəpənin XII tikinti qatından 8,5  m 
dərinlikdən götürülmüş kömürün analizi e.ə. 2920 
+
  90-cı ili göstərmişdir. Bu 
səviyyədən aşağıdakı 4 m qalınlığında olan mədəni təbəqədə tikinti qatlarının 
olduğu  müəyyən edilmişdir. Buna görə  də, I Kültəpənin alt qatlarını e.ə. IV 
minilliyin ikinci yarısına aid etmək olar. Fikrimizcə, I Kültəpənin alt qatları Kür-
Araz mədəniyyətinin ilk mərhələsinə aiddir. Bu mərhələyə, həmçinin I Kültəpə, 
Göytəpə, Babadərviş və Qaraköpəktəpənin alt qatları aiddir. II Kültəpədə  aşkar 
olunan arxeoloji materialların arxaik formasını  nəzərə alaraq Kür-Araz 
mədəniyyətinin ilk mərhələsini e.ə. IV minilliyin ortaları  və III minilliyin 
əvvəlinə aid edirik. Belə hesab edirik ki, Kür-Araz mədəniyyətinin meydana 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə