Microsoft Word Azerbaycan arxeologiyasi doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə37/75
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18329
1   ...   33   34   35   36   37   38   39   40   ...   75

 
119
bərəkət Tanrısına sitayiş edildiyini göstərir.  Şübhəsiz ki, dua mərasimləri 
müəyyən ritualın icrası ilə müşayiət olunmuşdur. Duaların məzmunu, ehtimal ki, 
ailənin müvəffəqiyyətini təmin edən ev ocağının saxlanması və onun himayədarı 
ilə bağlı olmuşdur. 
Gil qabların üzərində rast gəlinən müəyyən təsvirlər də  şübhəsiz ki, 
insanların dini inamları ilə bağlıdır. Daha çox rastlanan spiral və aypara təsvirləri 
Kür-Araz tayfaları arasında astral inancların yayıldığını göstərir. Tədqiqatçıların 
fikrinə görə, aypara təsvirləri Tanrının kişi ilə bağlılığını göstərməklə, patriarxal 
münasibətlərin olduğunu təsdiq edir. 
Araşdırmalar göstərir ki, əvvəlki Eneolit dövründən fərqli olaraq, bu 
dövrdə dəfnlər yaşayış binasından kənara çıxarılmışdır. 
 
 
 
 
 
 
 
 
  
                            ORTA TUNC DÖVRÜ 
 
 
Azərbaycanın Orta Tunc dövrü  abidələrindən aşkar olunan arxeoloji 
materiallar regional xüsusiyyətlərinə görə bir-birindən kəskin  şəkildə  fərqlənir.  
Bu dövrün arxeoloji abidələri həm tipoloji, həm də regional xüsusiyyətlərinə görə  
xarakterizə edilmişdir. Orta Tunc dövrünün abidələri başlıca olaraq iki böyük 
qrupa bölünür. Birinci qrupa boyalı qablarla, ikinci qrupa isə qara cilalı, basma 
naxışlı keramika ilə xarakterizə edilən abidələr daxildir. 
Boyalı qablar mədəniyyətinin arxeoloji abidələri. Bu mədəniyyətə aid 
abidələr Azərbaycanda başlıca olaraq Naxçıvan və Urmiya hövzəsini  əhatə 
etmişdir. Lakin Azərbaycanın digər regionlarında da bu mədəniyyətin izlərinə 
rast gəlinmişdir. Naxçıvan  ərazisində yerləşən Orta Tunc dövrü abidələrini iki 
qrupa ayırmaq olar. Birinci qrupa daxil olan yaşayış yerləri  əkinçilik və 
maldarlıq üçün əlverişli olan ovalıqlarda yerləşir. Bu qrupa aid abidələr mədəni 
təbəqənin daha qalın olması ilə  fərqlənir. Belə abidələr sırasına I Kültəpə, II 
Kültəpə, Şahtaxtı, Qızılburun,  Şortəpə yaşayış yerləri daxildir. İkinci qrupa daxil 
olan abidələr dağlıq və dağətəklərində yerləşir. Onların bir qismində  mədəni 
təbəqə olduqca az yığılmış, bəzilərində isə Orta Tunc dövrü yalnız yerüstü 
materiallarla təmsil edilmişdir. Sarıdərə, Qulalıtəpə, Qalacıq, Oğlanqala, 
Qazançı, Quyuludağ, Kərki, Kükü və b. abidələr bu sıraya daxildir. İkinci qrup 


 
120
abidələrin meydana çıxması Orta Tunc dövründə  əhalinin yarımoturaq və 
yarımköçəri həyat tərzi ilə bağlı olmuşdur. Bu barədə  aşağıda bir qədər geniş 
məlumat veriləcəkdir. 
I Kültəpə yaşayış yerinin Orta Tunc dövrü təbəqəsi 2 m qalınlığındadır. 
Bu təbəqə abidənin üzərindən 1,5-2,5–3,5-4,5 m dərinlikdə yerləşir. Bu dövrə aid 
tikinti qalıqları olduqca pis qaldığından, onların ölçülərini müəyyən etmək 
mümkün olmamışdır. Salamat qalmış divar qalıqlarından binaların dördkünc 
planda olduğu, tikintidə çiy kərpic və daşdan istifadə edildiyi 
müəyyənləşdirilmişdir. Evlərin döşəməsi gillə suvanmışdır. Bəzi yerlərdə daş 
döşəmə qalıqları da qeydə alınmışdır. O.H.Həbibullayev daş döşənmiş binadan 
anbar kimi istifadə edildiyini söyləmişdir. 
Arxeoloji tədqiqatlar zamanı yaşayış yerindən zəngin maddi-mədəniyyət 
nümunələri, o cümlədən daş, sümük və tuncdan hazırlanmış müxtəlif  əmək 
alətləri tapılmışdır. Aşkar olunan gil məmulatı, başlıca olaraq, çəhrayı, bəzən isə 
boz və qara rəngdə, yaxşı bişirilmişdir. Çəhrayı  rəngdə bişirilmiş gil məmulatı 
içərisində boyalı qablar üstünlük təşkil edir. Onlar küpə, kasa, badya və çaynik 
tipli qablardan ibarətdir. O.H.Həbibullayev I Kültəpənin Orta və Son Tunc 
dövrünə aid boyalı qablarını üç tipə bölərək, birinci tipə monoxrom boyalıları, 
ikinci tipə polixrom boyalıları, üçüncü tipə isə monoxrom və polixrom boyalı 
qabları daxil etmişdir. 
II Kültəpə yaşayış yerinin Orta Tunc dövrü təbəqəsi abidənin müxtəlif 
yerlərində, dörd qazıntı sahəsində öyrənilmişdir. Birinci qazıntı sahəsində 
aparılan tədqiqatlar  əhəmiyyətli nəticələr vermişdir. Bu sahədə dörd tikinti qatı 
aşkar olunmuşdur. Orta Tunc dövrünə aid mədəni təbəqə abidənin üzərindən 0,5-
4,5 m dərinlikdə yerləşir. Tikinti qatları V.H.Əliyev tərəfindən aşağıdan yuxarıya 
doğru sıralanmışdır. 
Birinci tikinti qatı 1-1,2 m qalınlığındadır. Bu tikinti qatında aşkar olunan 
müdafiə divarının uzunluğu 35 m, eni 2-2,5 m, hündürlüyü 1,4 m-dir. Divar gil 
məhlulu ilə bərkidilmiş iri çay daşlarından tikilmişdir. Мüdafiə divarı dördkünc 
formalı bürclər və kontrforslarla möhkəmləndirilmişdir. Мüdafiə divarının şimal-
şərq hissəsindəki bürcün uzunluğu 7,4, eni 2,6, hündürlüyü 1,4-2,3 m-dir. Cənub-
şərqdəki bürcün uzunluğu 1,2, eni 2, hündürlüyü 0,8 m-dir. Göründüyü kimi 
müdafiə divarının bürcləri həcminə görə müxtəlif olmuşdur. Şimal-şərq tərəfdəki 
bürcün yaxınlığında daş döşənmiş küçə aşkar edilmişdir. 
Birinci tikinti qatından  əldə edilən materiallar, başlıca olaraq, keramika, 
oraq dişləri, daş çəkic, dən daşları, həvənglər, dəstələr, ox ucluqları və s. maddi-
mədəniyyət qalıqlarından ibarətdir. Arxeoloji materialların  əksəriyyətini təşkil 
edən keramika boz, qara və  çəhrayı  rənglidir.  Keramika məmulatı Kür-Araz 
mədəniyyətinin xüsusiyyətlərini daşımaqdadır. Çəhrayı  rəngli gil məmulatının 
bir qismi monoxrom boyalı qablardan ibarətdir. Birinci tikinti qatında aparılan 
tədqiqatlar zamanı müdafiə divarının hər iki tərəfindən xeyli miqdarda 
monoxrom boyalı qab parçaları aşkar edilmişdir. 


 
121
V.H.Əliyevin fikrincə, birinci qatda aşkar olunan müdafiə divarı bir neçə 
tikinti dövrü ərzində mövcud olmuşdur. 
İkinci tikinti qatı da 1-1,2 m qalınlığındadır. Buradan Narınqalaya aid 
divar, yaşayış evləri, təsərrüfat binalarının və dulus kürəsinin qalıqları  aşkar 
olunmuş, həmçinin keramika məmulatı  və digər maddi-mədəniyyət nümunələri 
tapılmışdır. 
Bu tikinti qatından dördkünc formalı dörd bina qalığı  aşkar olunmuşdur. 
Binaların divarı güclü dağıntıya məruz qaldığından, onların ümumi sahəsini 
hesablamaq mümkün olmamışdır. Onların içərisində nisbətən yaxşı qalan ikinci 
binanın sahəsi 30 m
2
-dir. Binalardan birinin içərsində bazalt tipli daşın 
qəlpələrinə, zərb alətlərinə, dən daşlarına, daş çəkiclərə rast gəlinməsi göstərir ki, 
həmin binadan istehsal emalatxanası kimi istifadə edilmişdir. İkinci və dördüncü 
binaların arasında, sahəsi 25 m
2
 olan, daş döşənmiş küçənin bir hissəsi aşkar 
olunmuşdur. 
Bu tikinti qatından tapılmış monoxrom boyalı qablar formasına və 
naxışlanma texnikasına görə, birinci tikinti qatının eyni tipli qablarını təkrar edir. 
Boz və qara rəngli qabların bir qismi Kür-Araz mədəniyyətinin xüsusiyyətlərini 
daşımaqdadır. Bəzi qablarda İlk Tunc dövrü üçün xarakterik olan yarımşarşəkilli 
qulplar da var. 
Tikinti qatının üst laylarında həndəsi motivlə  və heyvan şəkilləri ilə 
naxışlanmış polixrom boyalı qablara da rast gəlinmişdir. Bu təbəqədən götürülən 
kömür analizi e.ə. 1800-cü ili göstərmişdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə