Microsoft Word Azerbaycan arxeologiyasi doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə45/75
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18329
1   ...   41   42   43   44   45   46   47   48   ...   75

 
150
0,9, dərinliyi 0,8 m olmuşdur. Qəbir kamerası cənub-qərbdən şimal-şərqə doğru 
yönəlmiş, qara rəngli torpaqla dolmuşdu. Qəbirdə bir ədəd sırğadan başqa, 
skeletə və dəfn avadanlığına rast gəlinməmişdir. Bu kurqan e.ə. XVI-XV əsrlərə 
aid edilir. 
Zurnabad kurqanı  Gəncəçay vadisində, Xanlar şəhəri yaxınlığında, 
Zurnabad adlı yerdə  aşkar olunmuşdur. Kanal qazılarkən kurqan tamamilə 
dağıdıldığından, onun haqqında  ətraflı  məlumat yoxdur. Daş qarışıq torpaq 
kurqanın altında aşkar olunan qəbirdə insan skeleti qalıqlarına, onun ətrafında isə 
monoxrom boyalı qablar, gil qab parçaları, tunc bəzək  əşyaları  və obsidian 
qəlpələri aşkar olunmuşdur. Kurqanın kənara atılmış torpağında insan skeletinin 
qalıqları, gil qab parçaları, spiralşəkilli  əşyalar, obsidian ox ucluğu aşkar 
olunmuşdur. Zurnabad kurqanından  əldə edilmiş monoxrom boyalı küpələr 
Naxçıvan abidələrindən tapılmış eyni tipli qabları xatırladır. Zurnabad kurqanı 
H.P.Kəsəmənli tərəfindən e.ə. XVIII-XVII əsrlərə aid edilmişdir. Son illərin 
araşdırmaları Zurnabad kurqanının daha qədim tarixə malik olduğunu deməyə 
imkan verir. 
Gəncəçay rayonunda Y.Hümmel tərəfindən qazılan 12 №-li kurqan da 
Orta Tunc dövrünə aiddir. Kurqanaltı  qəbir kamerası dördkünc formalı olub, 
cənub-qərb istiqamətində qazılmışdır. Qəbirin ölçüləri 2,60 x 1,55 x 1,40 m-dir. 
Qəbir kamerasının üzəri taxta parçaları ilə örtülmüşdür. Skelet olduqca pis 
qaldığından, onun istiqaməti müəyyən edilməmişdir. Kameranın cənub-şərq 
hissəsində qoyun skeletinin qalıqları aşkar olunmuşdur. Qəbir avadanlığı 1 ədəd 
mis əşya, 18 gil qab və bir neçə çaxmaqdaşı parçalarından ibarət olmuşdur.  
Bu qəbirdən aşkar olunan gil qablar qara rəngdə yaxşı bişirilərək, 
cilalanmışdır. Bəzi qabların üzəri Üzərliktəpənin ikinci qrup keramikası üçün 
xarakterik olan basma ornamentlə naxışlanmışdır. Kurqan e.ə. II minilliyin 
birinci yarısına aid edilmişdir. 
Azərbaycanın cənub-şərqində yerləşən abidələrin bir qrupu Qobustanda 
yerləşir. Qobustanda yaşayış yerləri, başlıca olaraq, qayaaltı sığınacaqlarla təmsil 
olunmuşdur. Arxeoloji tədqiqatlar bu sığınacaqlardan uzun müddət istifadə 
olunduğunu göstərir. Burada Böyükdaş dağı üzərində yerləşən yaşayış yerində 
Orta Tunc dövründə yaşayış davam etmişdir. Oradan aşkar olunmuş tikinti 
qalıqları yuxarıda təsvir edildiyindən, onlar üzərində dayanılmayacaqdır. 
Qobustan arxeoloji abidələrinin  əksəriyyəti qəbir abidələrindən ibarətdir. 
Onların bir qismi C.N.Rüstəmov və F.М.Мuradova tərəfindən öyrənilmişdir. 
Daş  və torpaq örtüklü Qobustan kurqanlarının hündürlüyü 0,8-1,1 m, 
diametri 5-11 m-dir. Kurqanlar qəbir kamerasının quruluşuna görə  xəndəksiz, 
xəndəkli və daş qutulara ayrılır. 
Qəbir abidələrinin  əksəriyyətini xəndəksiz kurqanlar təşkil edir. Bu tip 
qəbirlərdə dəfn yer səthində mövcud olan çuxurda, qaya dibində aparılmış, üzəri 
yastı  əhəngdaşı layı ilə örtülmüşdür. Qəbirlər kromlexlə  əhatə edilmişdir. Bu 


 
151
qrupa daxil olan qəbirlərin  əksəriyyətində insan skeletinə  və arxeoloji 
materiallara rast gəlinməmişdir. 
7  №-li kurqanda dəfn mərkəzdə aparılmışdır. Qəbirin üzəri bir ədəd iri 
daşla örtülmüş,  ətrafında diametri 5 m olan kromlex qurulmuşdur. Olduqca pis 
qalmış skelet qalıqları, onun bükülü vəziyyətdə,  şimal-şərq istiqamətində  dəfn 
edildiyini göstərir. Skeletin ətrafından sarı rəngli, qazan tipli qab, çəhrayı rəngli, 
üzərində aypara təsviri olan xeyrə tipli qab, dən daşı  və  qəhvəyi rəngli daş 
qəlpəsi aşkar edilmişdir. Arxeoloji materialların tapıldığı yerdən xırdabuynuzlu 
heyvana aid çənə sümüyü də  əldə edilmişdir. Qəbirin üzərini örtən daşda
kromlex daşlarından birində və kurqan örtüyünün daşlarının üçündə rəsmlərə rast 
gəlinmişdir. 
Qobustandakı 13 №-li kurqanın diametri 12 m-dir. Torpaq qarışıq daş 
kurqanın altında üç qəbir qeydə alınmışdır. Hər qəbirin üzərində kiçik daş 
topasının olduğu müəyyən edilmişdir. Birinci qəbirdəki skelet olduqca pis 
qalmışdır. O, başı  şimala olmaqla, tam bükülü vəziyyətdə  dəfn edilmişdir. 
Skeletin baş  tərəfində qara cilalı gil qab, bel tərəfində isə tunc xəncər aşkar 
olunmuşdur. 
İkinci qəbirdə skelet olmamış, qəbirin örtük daşı yana sürüşmüşdür. Qəbir 
avadanlığı sarı rəngli bir ədəd gil qabdan ibarətdir. Üçüncü qəbirin üstü bir yastı 
daşla örtülmüşdü. Qəbirdə skelet qeydə alınmamışdır. Qəbir avadanlığı bir ədəd 
gil qabdan ibarət olmuşdur ki, o da olduqca pis qaldığından, götürmək mümkün 
olmamışdır. 
Bu kurqanın tarixləndirilməsi üçün birinci qəbirdən aşkar olunan tunc 
xəncər olduqca əhəmiyyətlidir. Xəncərin bənzərləri 13 №-li kurqanı e.ə. III 
minilliyin sonu- II minilliyin əvvəllərinə aid etməyə imkan verir. 
Xəndəkli kurqanlarda qəbirlər dairəvi quyu və küncləri dəyirmiləşdirilmiş 
düzbucaqlı formaya malikdir. Dairəvi qəbirlərin diametri 0,95-1 m, dərinliyi 
0,45-0,50 m, düzbucaqlı  qəbirlərin ölçüsü 1,2 x 0,7 x 0,3 m; 2,8 x 1,2 x 2 m 
arasındadır. 
Böyükdaş  və  Kənizə dağları arasında yerləşən 9 №-li kurqanın qəbir 
kamerası quyu şəklində qazılmış, ətrafına altı ədəd iri daş qoyulmuşdur. Olduqca 
pis qalmış skelet başı  qərbə olmaqla, sol böyrü üstə, bükülü vəziyyətdə  dəfn 
olunmuşdur. Üzəri qırmızı oxra ilə örtülmüşdür. Onun baş tərəfindən təkqulplu, 
armudvari gil qab, bel tərəfindən yarpaqşəkilli tunc nizə ucluğu aşkar 
olunmuşdur. Bu nizə ucluğunun bənzərləri Cənubi Qafqazın e.ə. III minilliyə aid 
abidələrindən bəllidir. F.М.Мuradova bu kurqanı e.ə. XX-XVIII əsrlərə aid 
etmişdir. 
Diametri 10 metrə  bərabər olan kromlexlə  əhatə olunmuş 25 №-li 
kurqanın kromlex daşlarından biri dikinə qoyulmuş və xarici tərəfinə keçi rəsmi 
çəkilmişdir. Kurqanın mərkəzində  şərq-qərb istiqamətində qazılan qəbir 
dördkünc formalıdır. Onun kənarı səkkiz iri daşla əhatə olunmuşdur. Qəbir qarət 
edildiyindən, onun örtük daşlarından biri içəri düşmüş, ikisi isə kənara atılmışdır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə