Microsoft Word Azerbaycan arxeologiyasi doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə48/75
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18329
1   ...   44   45   46   47   48   49   50   51   ...   75

 
156
müddət məskunlaşması,  şübhəsiz ki, ərazinin  əkinçi və maldar tayfaların 
yaşaması üçün əlverişli olması, həmçinin Yaxın  Şərqin qədim mədəniyyət 
mərkəzlərinə yaxın yerləşməsi ilə bağlı olmuşdur.  
Azərbaycanın digər rayonlarında aşkar olunan arxeoloji abidələr Orta 
Tunc dövrü mədəniyyətinin öyrənilməsi üçün olduqca əhəmiyyətlidir. Lakin 
bunların heç birində Orta Tunc dövrünün mədəniyyəti ardıcıl olaraq 
izlənməmişdir. 
Azərbaycanda Orta Tunc dövrünə aid tədqiq edilmiş  qəbir abidələri 
onların regional xüsusiyyətlərini aydınlaşdırmaq və geniş  nəticələr çıxarmaq 
üçün kifayət deyildir. Orta Tunc dövründə daş qarışıq torpaq kurqanlara və 
onların kromlexlə  əhatə olunmasına Azərbaycanın hər yerində rast gəlinmişdir. 
Lakin Orta Tunc dövründə daş qutu tipli qəbir abidələrinin hələlik, yalnız 
Naxçıvanda geniş yayıldığı müəyyən edilmişdir. 
İqtisadiyyat.  Arxeoloji tədqiqatlar Orta Tunc dövründə Azərbaycanda 
iqtisadiyyatın xeyli inkişaf etdiyini göstərir. Bu dövrdə  təsərrüfatın inkişaf 
səviyyəsi  şübhəsiz ki, İlk Tunc dövründə  əldə edilən nailiyyətlərlə  də bağlıdır. 
Orta Tunc dövründə təsərrüfatın başlıca sahələri əkinçilik və maldarlıq olmuşdur. 
Suvarma  əkinçiliyinin və qoşqu qüvvəsinin tətbiqi,  əkinçilik məhsullarının 
istehsalını artırmağa imkan vermişdir. Orta Tunc dövründə qazılmış kanalların 
qalıqları indiyədək qalmasa da, yaşayış yerlərinin topoqrafiyası süni kanallardan 
istifadə edildiyini göstərməkdədir. Orta Tunc dövründə  əkinciliyin inkişafını 
göstərən dəlillərdən biri yaşayış yerlərindən aşkar olunan taxıl dənləridir. I 
Kültəpədən  Triticum Sativum L və Triticum comractum Hest buğda növləri, 
Hordeum sativum L növlü arpa dənləri aşkar olunmuşdur. II Kültəpədən yumşaq 
buğda (F.Aestivum) və  gənəgərcək (Ricinus Communis) toxumları  aşkar 
olunmuşdur (85,130). Üzərliktəpə yaşayış yerindən darı qalıqları, yanmış buğda 
(Tritucum Sativum L, Triticum durum Dest) və arpa (Hordeum Lagun culiforme) 
dənləri  tapılmışdır. 
Orta Tunc dövrünün yaşayış yerlərindən taxılın emalı ilə bağlı xeyli dən 
daşları, sürtgəc, həvəng və dəstələr aşkar edilmişdir. Bu tip alətlər demək olar ki, 
bütün yaşayış yerlərindən aşkar olunmuşdur. Bu dövrə aid əmək alətləri 
içərisində daşdan hazırlanmış taxıl döymə alətləri diqqəti cəlb edir. Bu tip əmək 
alətləri Qarabağdan, Qaraköpəkdən və II Kültəpədən aşkar olunmuşdur. 
Taxıldöyən daşlar ağır olduğundan, onlardan yalnız qoşqu qüvvəsi tətbiq etməklə 
istifadə edilmişdir. Onların ön tərəfində qayış bağlamaq üçün nov, ya da deşik 
açılmışdır. II Kültəpədən aşkar olunan daş alət arxaik formalıdır. Onun tapıldığı 
arxeoloji materialların kompleksi e.ə. XVIII-XVII əsrlərə aid edilir. Bu dövrdə 
ehtimal ki, ağac vəllərdən də istifadə edilmişdir. Son Tunc dövrünə aid olan belə 
vəllər Xanlar şəhəri yaxınlığındakı kurqandan aşkar olunmuşdur. 
Əkinçilikdə istifadə olunan əmək alətlərindən biri də oraqlardır. Arxeoloji 
tapıntılara  əsasən demək olar ki, Azərbaycanda hələ  İlk Tunc dövründən 
başlayaraq, metal oraqlardan istifadə olunmuşdur. Lakin, Orta Tunc dövrünə aid 


 
157
belə  əmək alətləri Azərbaycanda indiyədək qeydə alınmamışdır. Bunun əksinə 
olaraq, obsidian və çaxmaqdaşından hazırlanmış xeyli miqdarda oraq dişləri 
aşkar olunmuşdur. Belə oraq dişləri I Kültəpə, II Kültəpə, Üzərliktəpə, 
Qaraköpəktəpə, Qobustan və digər yaşayış yerlərindən məlumdur. 
İstehsal olunmuş taxıl məhsulları böyük təsərrüfat küpələrində  və 
təsərrüfat quyularında saxlanmışdır. II Kültəpə və Üzərliktəpə yaşayış yerlərində 
aşağıya doğru genişlənən, silindrik formalı təsərrüfat quyuları aşkar olunmuşdur. 
Üzərliktəpənin alt tikinti qatında müxtəlif formalı  təsərrüfat quyuları qeydə 
alınmışdır. Buradakı quyulardan bəzisinin diametri 1,4 metrə çatır. Onların 
divarları yaxşı suvanmış, içərisində taxıl çürüntüsünün qalıqları qalmışdır. Bu 
quyularda buğda, arpa və taxıl dənlərinin qalıqları aşkar olunmuşdur.  
Orta Tunc dövrünün təsərrüfatında üzümçülük də müəyyən yer tutmuşdur. 
Tədqiqatlar zamanı Azərbaycan ərazisində yabanı üzümlüklərin olduğu müəyyən 
edilmişdir. Bunlara Ağdam,  Şəki, Talış, Zəngilan, Qarabağ  və Naxçıvanda 
rastlanmışdır. Arxeoloji materiallar üzümçülüyün Azərbaycanda e.ə. III 
minillikdən gec olmayaraq meydana çıxdığını göstərir. 
Azərbaycanda e.ə. II minilliyin birinci yarısında üzümçülüyün inkişafını 
üzüm toxumları, üzüməzən daşların mövcudluğu göstərir. Üzərliktəpənin e.ə. II 
minilliyin əvvəli ilə tarixləndirilən alt təbəqəsindən mədəni üzüm çəyirdəyi aşkar 
olunmuşdur. Bu üzüm növü (Vitis vinera) Cənubi Qafqaz və  İranda  ən qədim 
mədəni bitki qalıqlarından biridir. 
Orta Tunc dövründə  təsərrüfatın başlıca sahələrindən biri maldarlıq 
olmuşdur. Abidələrin tədqiqi zamanı əldə edilən osteoloji materiallardan görünür 
ki, bu dövrdə  xırdabuynuzlu heyvanlar sayca artmış, yarımköçəri yaylaq 
maldarlığı inkişaf etmişdir. Azərbaycanın yüksək dağlıq və dağ  ətəklərində 
yerləşən abidələr bununla bağlıdır. Naxçıvan  ərazisindəki yaşayış yerlərinin 
tədqiqi, onların bir qismində  həyatın mövsümi xarakterdə olduğunu, mədəni 
təbəqənin az yığıldığını göstərir. Bu tip yaşayış yerləri yarımköçəri həyat tərzi 
keçirən maldar tayfaların həyat tərzi ilə bağlı olmuşdur. Kəlbəcər, Gəmiqaya və 
Xaçbulağın yüksək dağlıq zonasında Orta Tunc dövrü abidələrinə rast gəlinməsi, 
bu dövrdə Azərbaycanda məskunlaşan tayfaların bir qisminin yarımköçəri həyat 
tərzi keçirdiyini göstərir. 
Azərbaycanın dağlıq və yüksək dağlıq zonasında  əhalinin tamamilə 
məskunlaşması Orta və Son Tunc dövründə baş vermişdir. Bu dövrdə Araz çayı 
ətrafında,  Мil-Qarabağ düzündə,  Мuğanda, Cənub-Şərqi Azərbaycanda güclü 
maldar tayfalar təşəkkül tapmışdır. Azərbaycanın qayaüstü təsvirlərində 
xırdabuynuzlu heyvan rəsmlərinin üstünlük təşkil etməsi, maldar tayfaların 
cəmiyyətdə üstün mövqeyinə  işarədir. Gəmiqaya rəsmlərində öküz qoşulmuş 
araba təsvirlərinə rast gəlinməsi, bu dövrdə qoşqu qüvvəsinin inkişafı və bunun 
maldar tayfaların həyatındakı əhəmiyyəti ilə bağlıdır. 
Üzərliktəpə  və Günəştəpədən öküz (Bos taurus), qoyun (ovis), keçi 
(Capra), ev donuzu (Sus domestika), at (Equs Caballus) və köpək (Cavis Fanu 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə