Microsoft Word Azerbaycan arxeologiyasi doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə51/75
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18329
1   ...   47   48   49   50   51   52   53   54   ...   75

 
162
olaraq,  Мil-Qarabağ-Naxçıvan və  Мuğanda istehsal olunmuşdur. Aparılan 
tədqiqatlar, bu tip keramikanın,  əsasən Kür-Araz keramikası  əsasında inkişaf 
etdiyini göstərir. 
Bu qrupa daxil olan keramika məmulatı küpə, kasa, çölmək tipli qablarla 
təmsil olunmuşdur. Küpələrin ağzının kənarı xaricə qatlanmışdır. Boğazları qısa, 
gövdələri  şar  şəkillidir. Qara rəngli küpələr parıldayanadək cilalanmışdır. Qara 
rəngli qabların boyanması üçün xüsusi minerallardan istifadə edilmişdir. II 
Kültəpədən aşkar olunmuş qabların bəzisinin içərisində vertikal axıntıların qeydə 
alınması, minerallarla boyamanın  əlamətidir. V.H.Əliyev E.P.Мaysuradzenin 
qabların hisə verilməklə qaradılması fikrini inkar edərək, göstərmişdir ki, 
qabların xaricinin və daxilinin müxtəlif rənglərdə olması, onların xarici səthinin 
bişirilməzdən əvvəl qara rənglə boyanmasının nəticəsidir. 
Kükü nekropolundan aşkar olunmuş, ağzının kənarı geriyə qatlanan, 
silindir boğazlı  və  şargövdəli küpələrin unikal naxışlanma motivinə indiyədək 
Azərbaycan və Cənubi Qafqaz abidələrində rast gəlinməmişdir. Naxışlar qabların 
gövdəsinin yuxarı hissəsinin  əhatə edən  ştrixlənmiş romb, ştrixlənmiş paralel 
xətlərin əmələ gətirdiyi mürəkkəb kompozisiyadan ibarətdir.  
Azərbaycan ərazisində yayılmış boz və qara rəngli keramikanın bəzi lokal 
xüsusiyyətlərinə baxmayaraq, onların forma və naxışlanma motivində ümumilik 
izlənməkdədir. Bu tip keramikanın Kür-Araz keramikası ilə genetik bağlılığı 
tədqiqatçılar tərəfindən dəfələrlə qeyd edilmişdir. Qonşu Gürcüstan ərazisində 
Orta Tunc dövründə yayılan qara cilalı, cızma və basma naxışlı keramika da Kür-
Araz mədəniyyətinin bilavasitə davamıdır. Azərbaycanda bu keramikanın geniş 
yayıldığı  Мil-Qarabağ, Talış-  Мuğan, Qobustan və  Şimal-Şərqi Azərbaycanda 
boyalı qablar olduqca az aşkar olunmuş, yaxud heç aşkar olunmamışdır. Bunun 
əksinə olaraq, Naxçıvan-Urmiya bölgəsində boz və qara rəngli qablarla yanaşı, 
boyalı qablar geniş yayılmış  və bu regionda boyalı keramika istehsalı müxtəlif 
inkişaf mərhələlərindən keçmişdir. Naxçıvan-Urmiya bölgəsinin boyalı 
keramikası Kür-Araz mədəniyyətindən fərqli olan yeni mədəniyyətin 
formalaşmadığını göstərir.  
Belə  nəticəyə  gəlmək olur ki, Naxçıvan-Urmiya zonasında yeni 
mədəniyyətin formalaşdığı zaman Azərbaycanın digər rayonlarında Kür-Araz 
mədəniyyəti tayfaları yaşamaqda davam etmişdir. Ehtimal ki, Orta Tunc 
dövründə inkişaf edən bu mədəniyyət, daha sonra Azərbaycanda yayılan Xocalı-
Gədəbəy mədəniyyətinin əsasını təşkil etmişdir. 
 Şübhəsiz ki, Cənubi Qafqazın müxtəlif rayonlarına, o cümlədən 
Azərbaycana boyalı qablar Naxçıvan-Urmiya ərazisindən yayılmışdır. Bu haqda 
növbəti başlıqda geniş  məlumat veriləcəyindən, onun üzərində çox dayanmağa 
ehtiyac duymuruq. Naxçıvan ərazisində yayılan boz və qara rəngli keramika isə, 
şübhəsiz ki, Kür-Araz mədəniyyətinin ənənələri ilə bağlı olmaqla, yerli istehsala 
məxsusdur. Bu tip keramika içərisində  ştamp naxışlı qabların çaynik tiplilərinə 
rast gəlinməsi, bu fikri gücləndirməkdədir.  


 
163
 
 
Şübhəsiz ki, Naxçıvan-Urmiya istehsal ərazisi ilə Azərbaycanın digər  
regionları arasında sıx mədəni əlaqə və mübadilə də olmuşdur. 
           Azərbaycan  ərazisinin mis və polimetal yataqları ilə  zəngin olması Orta 
Tunc dövründə metallurgiya və metalişləmənin inkişafını  təmin etmişdir. 
Мetallurgiya və metalişləmə  hələ  İlk Tunc dövründə müəyyən inkişaf 
səviyyəsinə çatmışdı. Bu dövrdən başlayaraq metal əridilməsində süni üfürmə 
üsulundan istifadə edilmişdir.  Orta Tunc dövrünə aid metaləritmə  
 
 
Şəkil 75. 
Orta Tunc dövrünə aid  metal məmulatı.  
                                                   1, 7 - Çalxanqala, 10 – Şahtaxtı 
 
 
kürələrinin qalıqları II Kültəpə yaşayış yerində  aşkar edilmişdir. Lakin güclü 
dağıntıya məruz qaldığından onların tam planı müəyyən edilməmişdir. Dairəvi 


 
164
formalı, diametri 50 sm olan kürələrin tikintisində odadavamlı gildən istifadə 
edilmişdir. Kürənin yaxınlığından körük ucluğu və metal şlak qalığı  aşkar 
edilmişdir. Tədqiqatlar zamanı müəyyən edilmişdir ki, II Kültəpə sakinləri 
Naxçıvan ərazisində yerləşən mis yataqlarından istifadə etmişdir. 
Şəkil 76.
  
Orta Tunc dövrünə aid metal məmulatı. 19, 20 – Çalxanqala, 
            1, 2, 3, 6, 9, 11 - 18, 21,22 - Qızılburun 4, 5, 7, 8, 10 - Şahtaxtı 
 
 
Arxeoloji abidələrin tədqiqi zamanı  əldə edilən dağ-mədən alətləri, II 
Kültəpə, Üzərliktəpə, Qaraköpəktəpə, Qobustan və digər yaşayış yerlərindən  
aşkar olunan gil butələr, körük ucluğu və  qəliblər metallurgiya və metalişləmə 
sənəti arasında differensasiyanın artdığını göstərir. 
Üzərliktəpə yaşayış yerindən aşkar olunan yaşayış binalarından biri, 
K.X.Kuşnaryeva tərəfindən, «tökməçi evi» kimi xarakterizə edilmişdir.  Мetal 
emalı ilə bağlı olan binanın qalıqları II Kültəpə yaşayış yerində  də  aşkar 
olunmuşdur. Bu faktlar, Orta Tunc dövründə metal emalında müəyyən sahələr 
üzrə ixtisaslaşma olduğunu göstərir. Bu dövrdə tuncdan hazırlanmış müxtəlif 


 
165
əmək alətləri, silah və bəzək əşyalarının mövcudluğu, metal emalının çoxsahəli 
xarakter daşıdığını göstərir.  
Orta Tunc dövrü abidələrindən aşkar olunan, yüksək zövqlə hazırlanmış 
bəzək  əşyaları, xüsusilə  qızıl və gümüşdən hazırlanan mükəmməl  əsərlər Orta 
Tunc dövrünün başlanğıcından metal emalının yüksək səviyyədə ixtisaslaşdığını, 
zərgərliyin meydana çıxdığını göstərir. 
Arxeoloji abidələrin tədqiqi göstərir ki, Orta Tunc dövrünün əvvəlindən 
başlayaraq, Azərbaycan  ərazisində qalaylı tuncdan geniş istifadə edilmişdir. 
Lakin,  М.Ə.Qaşqay və  İ.R.Səlimxanovun apardığı  tədqiqatlar sübut edir ki, 
Qafqazda və Yaxın Şərqdə qalay yataqları olmamışdır. Tədqiqatçıların fikrincə, 
qalay Qafqaza və Yaxın  Şərq ölkələrinə  Cənub-Şərqi Asiyadan gətirilmişdir. 
Qeyd etmək lazımdır ki, Yaxın  Şərqdə qalay yataqları olmasa da, burada 
qalaydan istifadə çox erkən başlanmışdır. 
Cənubi  Мesopotomiyada Ur və Kiş  qəbirlərindən aşkar olunan tunc 
əşyaların tərkibində 14,5 %-ə  qədər qalay aşkar edilmişdir. Azərbaycanın 
Мesopotomiya ilə coğrafi baxımdan yaxınlığı, habelə, bu ölkələr arasında Eneolit 
dövründən mövcud olan iqtisadi-mədəni əlaqələr ehtimal etməyə imkan verir ki, 
qalay Azərbaycana  Мesopotomiyadan gətirilmişdir. E.ə. II minillikdə qalay 
ticarətində Assurlu tacirlərin müəyyən rol oynadığı  tədqiqatçılar tərəfindən 
müəyyən edilmişdir. 
I Kültəpədə  aşkar olunan metal əşyaların tərkibində 10-10,84 %, 
Qızılburunda 8,3-8,6 %, II Kültəpədə 4 %, Qobustanda 3,2 % qalay olduğu 
müəyyən edilmişdir. 
Мuğanda, Əliköməktəpədə F.R.Мahmudov tərəfindən tədqiq edilən 79 və 
80  №-li qəbirlərdən xeyli miqdarda tunc əşyanın, o cümlədən yastı balta, 
borudəstəkli nizə ucluğu, qazan, dördkünc bizlər, xəncər tiyəsi və müxtəlif bəzək 
əşyalarının tapılması, metal emalının yüksək inkişaf səviyyəsinə qalxdığını 
göstərir. 
Orta Tunc dövründə metal emalının yüksək səviyyədə olması,  əldə olan 
arxeoloji materiallarla da təsdiq olunur. Onlar əmək alətləri, silah və  bəzək 
əşyalarından ibarətdir.  Əmək alətləri başlıca olaraq iynə  və bizlərlə  təmsil 
olunmuşdur. Dördkünc formalı bizlər, əsasən Qızılburundan  məlumdur. Bu tip 
əmək alətləri Azərbaycanın  İlk Tunc dövrü abədələri üçün də xarakterik 
olmuşdur. Silahlar xəncər, nizə, ox ucluğu və baltalarla təmsil olunmuşdur.  
Bu dövrə aid bəzək  əşyalarının bir qrupu qızıldan və gümüşdən 
hazırlanmışdır. Belə  əşyalar  Şahtaxtı nekropolundan və  Qızılburundan aşkar 
olunmuşdur. 
Мetal emalının inkişafı Azərbaycanın Yaxın  Şərq və Qafqaz xalqları ilə 
iqtisadi-mədəni əlaqələrinin genişlənməsində və artmasında mühüm rol oynamış, 
cəmiyyətin inkişafına böyük təsir göstərmişdir. 
Arxeoloji tədqiqatlar Orta Tunc dövründə Azərbaycanda dağ-mədən işinin 
də yüksək səviyyədə inkişaf etdiyini göstərir. Naxçıvan şəhərindən 12 km şimal-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə