Microsoft Word Azerbaycan arxeologiyasi doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə50/75
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18329
1   ...   46   47   48   49   50   51   52   53   ...   75

 
160
rəngdə çəkilən kişi şəklinin qurşağı və papağı qırmızı rəngdədir. Onun bir əlində 
qırmızı rəngli dəsmal vardır. Qadın şəkli qırmızı rəngdə təsvir edilmişdir. Onun 
çiyni lələk  şəkilli incə  bəzəmələrlə naxışlanmışdır.  İstər qadın, istərsə  də kişi 
rəsminin geyimi milli Azərbaycan geyimlərini xatırladır. Rəqs səhnəsi də 
Azərbaycan və digər Şərq xalqları üçün xarakterikdir. Bəzi Qızılburun küpələri 
iti uclu üçbucaqlar, toplu romblar və baş-başa yerləşdirilmiş qoşa üçbucaqlarla 
naxışlanmışdır. Qeyd etmək lazımdır ki, qoşa üçbucaq motivinə, Cənubi 
Qafqazın boyalı qabları içərisində olduqca az rastlanmışdır. Bu motivin 
Qızılburun üçün xarakterik olduğunu söyləmək olar. Bu motivdə naxışlanmış 
polixrom boyalı küpələr Göytəpənin D və C təbəqələrindən də aşkar olunmuşdur. 
Şahtaxtının polixrom boyalı küpələrinin biri yüksək zövqlə, incə naxışlarla 
bəzənmişdir. Onun gövdəsinin mərkəzi hissəsi qara rənglə çəkilmiş üfüqi xətlərlə 
üç zolağa ayrılmışdır. Birinci zolaqda qara və  qırmızı  rənglərlə bir-birinin 
ardında yerləşdirilmiş qu quşu təsvirləri verilmişdir. Orta qurşaqda dağ keçilərinə 
hücum edən canavar, sxematik quş  və ceyran təsvirləri də bir-birinin ardında 
yerləşdirilmişdir.  Şəkillərin arasında boş qalan sahə  həndəsi motivdə 
bəzədilmişdir. Üçüncü zolaqdakı naxışlar həndəsi motivdə olub, bitişik rombları 
xatırladır. Bu küpənin bənzərinə indiyədək rastlanmamışdır. 
II Kültəpədən aşkar olunan küpə tipli qabın gövdəsinin parçası orijinal 
bəzəmə motivi ilə  fərqlənir. Küpənin üzərindəki bəzəmələr olduqca mürəkkəb 
kompozisiyada verilmişdir. Qabın gövdəsi qara rəngdə çəkilmiş enli xətlərlə üç 
qurşağa bölünmüşdür. Birinci qurşaq enli qırmızı  xətt bucaqşəkilli  şəkillərlə 
naxışlanmışdır. Naxışlar, başlıca olaraq, ikinci və üçüncü qurşaqda 
yerləşdirilmişdir.  İkinci qurşaqda vertikal xətlərlə  məhdudlaşdırılan romblar, 
rombların ətrafında realist və sxematik quş şəkilləri, vertikal xətlərin arasında isə 
qırmızı və qara rənglə doldurulmuş romb düzümləri çəkilmişdir. Üçüncü qurşaq, 
başlıca olaraq, romblarla doldurulmuş üçbucaq, baş-başa yerləşdirilmiş qoşa 
torlu üçbucaqlarla naxışlanmış, üçbucaqların ətrafına quş rəsmləri çəkilmişdir. 
Bu motivdə naxışlanmış polixrom boyalı küpəyə Göytəpənin D 
təbəqəsindən də aşkar olunmuşdur. Onlar bəzəmə motivinə görə Naxçıvan boyalı 
qabları ilə bənzərlik təşkil edirlər.  
I Kültəpə, II Kültəpə, Göytəpə, Haftavantəpə,  Şahtaxtı, Qızılburun və 
Naxçıvan nekropolundan aşkar olunan polixrom boyalı küpələrin naxışları 
həndəsi motivdədir. 
Azərbaycanın cənub rayonlarında boyalı qablar dördüncü mərhələdə geniş 
inkişaf tapmışdır. Bu dövr üçün xarakterik olan çayniktipli qablar diqqəti cəlb 
edir. Tədqiqatçıların fikrinə görə, çayniktipli qablar Orta Tunc dövrünün ikinci 
mərhələsində meydana gəlmişdir. Lakin Orta Tunc dövrünün sonunda bu tip 
qablar Naxçıvanda geniş inkişaf tapmışdır. Boyalı çayniklər formaca boz rəngdə 
olan, eyni tip qabları xatırladır. Onların ağzının kənarı xaricə qatlanmışdır. 
Gövdəsi qabarıq olub, bikonik formalıdır. Bəzi çayniklərin lüləyinin  əks 
tərəfində deşikli, qulaqcıqşəkilli çıxıntılar vardır. Onların gövdəsinin yuxarı 


 
161
hissəsi narıncı-sarı boya üzərinə, qırmızı  və qara rənglə  çəkilmiş  xətlərlə 
naxışlanmışdır. 
Geniş yayılmış naxış motivlərindən biri də, qoşa qara xətlərin arasına 
alınaraq, bir-birinin içərisində yerləşdirilmiş toplu üçbucaqlardır. Polixrom 
boyalı, çaynik tipli qablar II Kültəpə, Şortəpə, Qızılburun, Şahtaxtı və Naxçıvan 
nekropolundan məlumdur. Naxçıvan nekropolundan aşkar olunan çayniktipli 
qabların biri hünüdürayaqlıdır. Qeyd etmək lazımdır ki, çayniktipli qablar 
Naxçıvan üçün xarakterikdir. Bu tip qabların boyalılarına Azərbaycanın başqa 
yerlərində indiyədək rast gəlinməmişdir. Onlar Son Tunc və Erkən Dəmir 
dövründə geniş inkişaf etmiş, ehtimal ki, qonşu rayonlara da yayılmışdır. 
Bu mərhələdə orijinal formaya malik, konusvari-qabarıq gövdəli, ağzının 
kənarı iki yandan içəri batıq olan kasalar meydana çıxır. Bu tip qablar II Kültəpə 
və Culfadan aşkar olunmuşdur. II Kültəpədən tapılmış kasanın üzəri yaxşı 
sığallanmış, içəridən açıq çəhrayı, xaricdən sarı  rənglə örtülmüşdür. Ağzının 
kənarı qara rəngli üfüqi xətlə  əhatələnmişdir. Gövdəsi torlu üçbucaqla 
naxışlanmışdır. Culfadan  aşkar olunmuş kasalar içəridən qırmızı, xaricdən sarı 
rənglə örtülmüşdür. Onun gövdəsi torlu romblar, gövdəsinin yan tərəfləri isə qara 
rənglə  çəkilmiş üçbucaqlarla naxışlanmışdır. Oturacağı qara rənglə  çəkilmiş 
dördbucaq və üçbucaqlarla bərabər hissələrə bölünmüşdür.  
Qeyd olunduğu kimi, Naxçıvan-Urmiya abidələrindən başqa, Azərbay-
canın digər yerlərində boyalı qablar çox az aşkar olunmuşdur. Boyalı qablar 
Azərbaycanın digər rayonlarında forma verməyən parçalarla və az miqdarda 
təmsil edildiyi üçün, Boyalı qablar mədəniyyətinin bütün mərhələləri təmsil 
olunmamışdır. Cənubi Qafqazda, Gürcüstan ərazisində, əsasən, monoxrom boyalı 
qablar yayılmışdır. Boyalı qablar mədəniyyətinin digər mərhələləri burada 
izlənməmişdir. Odur ki, boyalı qabların başlıca istehsal mərkəzinin Naxçıvan-
Urmiya rayonunda yerləşdiyini söyləmək olar. 
İkinci qrupa daxil etdiyimiz boz, bəzən isə  qırmızı  rəngli keramikaya 
Azərbaycanın hər yerində rast gəlinmişdir. Belə keramika boyalı qabların geniş 
yayıldığı Naxçıvan-Urmiya qrupunun abidələrindən də aşkar olunmuşdur. Lakin 
Naxçıvan-Urmiya qrupundan fərqli olaraq, digər rayonlarda boz və qara rəngli 
keramika gil məmulatının  əsasını  təşkil edir. Bu qrupa daxil olan keramikanın 
əksəriyyəti  Мil düzü, Quruçay və Köndələnçay vadisinin abidələrindən 
tapılmışdır. 
Bu qrupa daxil olan gil məmulatı hazırlanma texnikası və təyinatına görə 
iki qrupa ayrıla bilər. Birinci qrup qalın divarlı mətbəx və təsərrüfat qablarından 
ibarətdir. Bu tip qabların gilinə narın və iri qum qatılaraq, qeyri-bərabər 
bişirilmişdir. Qabların divarları yüngülcə  sığallanmışdır. Onlar çölmək, qazan, 
küp tipli qablardan ibarətdir. Təsərrüfat və  mətbəx qabları arasında, bəzən 
çəhrayı rəngdə bişirilmiş qablara da rast gəlinir. 
İkinci qrupa daxil olan keramika məmulatı yüksək keyfiyyətli bişirilmə və 
naxışlanma kompozisiyasının mürəkkəbliyi ilə fərqlənir. Belə keramika, başlıca 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə