Microsoft Word Azerbaycan arxeologiyasi doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə58/75
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18329
1   ...   54   55   56   57   58   59   60   61   ...   75

 
182
 
Şəkil 82. II Kültəpədən aşkar olunmuş polixrom 
 boyalı qablar 
 
Şahtaxtı nekropolu.  Bundan  əvvəlki fəsildə qeyd etdiyimiz kimi, yaşayış 
yerinin yaxınlığında iki nekropol yerləşir. Onların biri yaşayış yerindən  şimal-
şərq, digəri isə  cənub-qərb istiqamətindədir. Hər iki nekropolda Son Tunc və 
Erkən Dəmir dövrünə aid qəbirlər aşkar olunmuşdur. Qəbirlər daş qutu tipli olub, 
yanlarda iri sal daşlarla qurulmuş, yastı daş pilətələrlə qapadılmışdır. Bəzi 
qəbirlərdə örtük daşlarına rast gəlinmir.  Şahtaxtı nekropollarının arxeoloji 
materialları arasında Son Tunc dövrü üçün xarakterik olan çayniktipli qablar 
üstünlük təşkil edir. Lakin burada, Xocalı-Gədəbəy mədəniyyəti üçün xarakterik 
olan tiplərə də rast gəlinir. 


 
183
Qalacıq  yaşayış yeri Şərur rayonunun Qarabağlar kəndi yaxınlığındadır. 
Yaşayış yerində arxeoloji qazıntı aparılmamışdır. Abidənin üzərindən toplanan 
yerüstü materiallar, başlıca olaraq, Son Tunc və Erkən Dəmir dövrü üçün 
xarakterikdir. Qalacıq yaşayış yerinin nekropolu 12 ha- dan artıq sahəni  əhatə 
edir. O iki müstəqil və sinxron qəbiristanlıqdan ibarətdir. Onların biri yaşayış 
yerinin cənubunda, digəri isə  şimalında yerləşir.  Şimaldakı nekropol üçün 
kromlexli və daş qutular olan kurqanlar xarakterikdir. Lakin bu kurqanların heç 
birində insan skeletinə rast gəlinməmişdir. Cənub tərəfdə yerləşən nekropoldan 
insan skeleti, zəngin qəbir avadanlığı olan daş qutu və torpaq qəbirlər aşkar 
olunmuşdur. 
Yurdçu kəndi yaxınlığında yerləşən nekropol üçün daş qutu tipli qəbirlər 
xarakterikdir. Bu qəbirlərdən Son Tunc Erkən Dəmir dövrünə aid olan gil qablar 
aşkar edilmişdir. 
Son illər aparılan tədqiqatlar zamanı, Şərur rayonu ərazisində Qarabulaq, 
Aşağı Daşarx, Zeyvə, Ordubad rayonunda Qumluq, Dəmyələr  nekropolu kimi 
abidələr qeydə alınmışdır. Aşağı Daşarx və Zeyvə nekropollarında qəbirlər 
tamamilə dağıdıldığından, onların formasını müəyyən etmək mümkün 
olmamışdır. Qarabulaq nekropolunda aparılan tədqiqatlar isə, buradakı qəbirlərin 
kurqan tipli olduğunu göstərmişdir. Tədqiq olunan kurqanlardan birinin altındakı 
qəbir kamerası daş qutu tipli olub divarları daşlardan hörülmüşdür. 
Qızılburun  yaşayış yerində Son Tunc və Erkən Dəmir dövrünə aid 
materiallar Orta Tunc dövrü təbəqəsində aşkar olunmuşdur. Bu yaşayış yerində 
Son Tunc və Erkən Dəmir dövrünə aid tikinti qalıqları qeydə alınmamışdır. 
Azərbaycan Dövlət Tarix Мuzeyində saxlanan arxeoloji materiallara əsasən 
demək olar ki, Qızılburun yaşayış yerində çəhrayı rəngli keramika üstünlük təşkil 
etmişdir. 
İkinci qrupa aid etdiyimiz yaşayış yerləri qala tiplidir. Gursulu çay 
vadilərində yerləşən birinci qrupdakılardan fərqli olaraq, bu yaşayış yerləri  
dağlıq ərazidə yerləşir. Bu abidələr içərisində Qazançı qalası xüsusilə fərqlənir. 
Qazançı qalası Culfa rayonunun Qazançı kəndi yaxınlığında, hündür dağın 
üzərində yerləşir. Yaşayış yeri Əlincəçayın axdığı  dərin dərə ilə iki yerə 
ayrılmışdır. Burada inşa edilən su anbarı ilə bağlı olaraq, onun sağ sahil hissəsi 
tamamilə dağıdılmışdır. Abidənin bu hissəsində yarımdairəvi bürclərlə 
möhkəmləndirilmiş dairəvi planlı müdafiə divarının olması  tədqiqatçılar 
tərəfindən qeyd edilmişdir. 


 
184
 
 
                    Şəkil 83.  Erkən Dəmir dövrünə aid boyalı qablar. 1, 2, 3 - Naxçıvan  
                                     nekropolu, 6, 7 - Qızılburun, 4 -Şahtaxtı, 5 -Culfa 
 
 
Qalanın sol sahil hissəsində aparılan arxeoloji araşdırmalar zamanı  əldə 
edilən gil qab parçaları burada Orta Tunc dövründən başlayaraq, Dəmir 
dövrünədək yaşayış olduğunu göstərir. Qalanın yerləşdiyi ərazinin təbii cəhətdən 
müdafiə olunmasına baxmayaraq, bu ərazi relyefə uyğun olaraq qala divarı ilə 


 
185
əhatə olunmuşdur. Arxeoloji qazıntı  işləri aparılmadığından divarların tikildiyi 
dövrü müəyyənləşdirmək çətindir. Lakin, memarlıq xüsusiyyətlərinə  əsasən 
demək olar ki, qala divarları, başlıca olaraq, iki dövrdə inşa edilmişdir. Birinci 
dövrə aid tikintiləri təqribən e.ə. II minilliyin ortalarına və ikinci yarısına aid 
etmək olar. Bu divarlar uzunsov formalı yerli daş bloklardan inşa edilmişdir. 
Divarların xarici tərəfində birtərəfli çıxıntılara rast gəlinir. Diş biçimli belə 
çıxıntılara Çalxanqalada da rast gəlinmişdir. Qala divarlarının quruluşu onların 
dəfələrlə  bərpa edildiyini göstərir. Divarların eni müxtəlif ölçülüdür. Şimal və 
şimal- şərqdə qala təbii cəhətdən zəif müdafiə olunduğu üçün burada divarların 
eni 2,6- 3 metrə çatır. Divarların salamat qalan hissəsinin hündürlüyü 1-2 
metrdir. Qalanın içərisində dördkünc planlı bina qalıqları vardır. Qalanın  şərq 
tərəfi gediş-gəliş üçün əlverişli olduğundan, onun giriş qapısının da bu tərəfdə 
olduğu güman edilir. 
İkinci dövrə aid divarlar qalanın mərkəzi hissəsində cəmlənmişdir. E.ə. I 
minilliyin birinci yarısına aid olan bu divarlar tikinti texnikasına görə 
Oğlanqalanın divarlarını xatırladır. Araşdırmalar Erkən Dəmir dövründə qalanın 
möhkəmləndirilmiş Narınqalaya malik olduğunu göstərir. 
Bu dövrə aid qala tipli yaşayış yerlərindən biri də Vayxır qalasıdır. Onu 
arxeoloji ədəbiyyatda Vayxır Govurqalası da adlandırırlar. 
Vayxır qalası Babək rayonunun Vayxır kəndindən şimalda, təbii cəhətdən 
müdafiə olunan hündür dağın üzərində, Naxçıvançayın sol sahilində salınmışdır. 
Qalanın yerləşdiyi dağın qərb tərəfi sıldırım qaya olduğundan, bu tərəfdə divar 
çəkilməmiş, qalanın digər tərəfləri isə daşlardan hörülmüş divarlarla müdafiə 
olunmuşdur. Divarlar ərazinin relyefinə uyğun olaraq tikildiyindən, bəzi yerlərdə 
ziqzaq biçimlidir. Qala divarının şimal-şərq hissəsində dördkünc planlı bürclərə 
rast gəlinir. Qalanın giriş qapısı  şərq tərəfdə olmuşdur. Giriş  hər iki tərəfdən 
kontrfoslarla möhkəmləndirilmişdir. Divarlar bəzi yerlərdə 2,5 metr 
hündürlüyündə qalmışdır. Qala divarının içərisində dördkünc planlı (9 x 5 metr) 
bir bina qalığı qeydə alınmışdır. Onun divarları daşdan tikilmiş, gil məhlulu ilə 
bərkidilmişdir. Sahəsi 2 hektardan artıq olan qalanın  içərisində  arxeoloji 
materiallara olduqca az rast gəlinir ki, bu da onun dövrünü müəyyənləşdirməkdə 
çətinlik törədir. Ümumiyyətlə, bu yaşayış yerlərində qazıntı aparılmadığından, 
qala divarlarının tarixi haqqında dəqiq fikir yürütmək çətindir. Fikrimizcə
qalanın tikilmə dövrü e.ə. II minilliyin ortaları  və ya ikinci yarısına aiddir. 
Arxeoloji materialların azlığı  təsdiq edir ki, qala daimi yaşayış yeri olmamış, 
lakin müəyyən zamanlarda ondan müdafiə məqsədi kimi istifadə olunmuşdur. 
Naxçıvanda qala tipli yaşayış yerləri sırasına daxil olan abidələrdən biri də 
Çalxanqaladır. 
Çalxanqala Babək rayonunun Payız kəndindən şimalda, əlçatmaz bir dağın 
üzərində salınmışdır. Qala şimal-cənub istiqamətində axan Cəhri çayının 
qərbində, dəniz səviyyəsindən 1840 metr yüksəklikdə yerləşmişdir. Çalxanqalaya 
Cəhri çayı vadisindən  şərqdən və  şimaldan qalxmaq mümkündür. Vayxır 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə