Microsoft Word Azerbaycan arxeologiyasi doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə57/75
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18329
1   ...   53   54   55   56   57   58   59   60   ...   75

 
180
qəbirlərin  ətrafı Qobustan, Nəhəcir və  Şahtaxtı nekropolunda olduğu kimi
kromlexlə  əhatə edilmiş, bəzilərinin  ətrafı isə sal daşlarla dördkünc planda 
dövrəyə alınmışdır. Qəbirlərin üzərində kurqan düzəldilməsi, ya da kromlexlə 
əhatə edilməsi Günəşə olan inamla bağlı olmuşdur. 
Orta Tunc dövrünə aid bir qrup qəbirdə insan skeletinə rast gəlinməmişdir. 
Belə qəbir abidələrinə Kükü, Şahtaxtı, Çalxanqala nekropolunda təsadüf olunur. 
Kükü nekropolunda tədqiq olunan kurqanların birindən bütöv öküz skeleti aşkar 
olunmuşdur. Burada qəbir avadanlığının üzərini örtən torpaq təbəqəsinin üstündə 
nazik kül qatına rast gəlinmişdir. Yandırma adətinə Qarabağ kurqanlarında da 
rastlanmışdır. 
Şahtaxtı nekropolunda Ə.K.Ələkbərovun tədqiq etdiyi qəbirlərin birindən 
bütöv at skeleti aşkar olunmuşdur. Qəbirlərdə bütöv heyvan skeletlərinin ortaya 
çıxması, şübhəsiz ki, qədim insanların o biri dünyaya inamı ilə bağlı olmuşdur. 
Bu dövrə aid boz rəngli gil qablar üzərində rast gəlinən aypara təsvirləri,  
Azərbaycanda məskunlaşan qədim tayfaların göy cisimlərinə sitayişi ilə bağlıdır. 
Orta Tunc dövrünün boyalı qabları, habelə Qobustan, Abşeron, Gəmiqaya və 
Kəlbəcərin qayaüstü şəkilləri, heç şübhəsiz ki, qədim Azərbaycan tayfalarının 
dini inancları və mifologiyası ilə bağlıdır. Şübhəsiz ki, onların gələcəkdə tədqiqi 
dəyərli nəticələr verəcəkdir. 
Qobustanda qəbirə nişangah daşının qoyulması, ya da onun daş heykəl-
lərlə  əvəz olunması, insanların xatirəsini  əbədiləşdirmək, cəmiyyətdəki mövqe-
yini göstərmək kimi ideyalarla bağlı olmuşdur. Qəbirlərə oxra tökülməsi, rəsmli 
daşlar qoyulması, qədim insanların dini inanclarını  əks etdirir. Şübhəsiz ki, 
bunlar simvolik məna daşımaqla, insanların  əbədi həyata inamları ilə bağlı 
olmuşdur. 
Qobustan və  Gəmiqaya təsvirlərində rast gəlinən Günəş  rəsmləri də diq-
qətəlayiqdir. Onlar şüalanan, içərisində nöqtə olan, ya da çarpaz xətlərlə 4 yerə 
bölünmüş dairələrlə  təsvir olunmuşdur. Günəşə sitayiş demək olar ki, Tunc 
dövrünün bütün mərhələlərində mövcud olmuşdur. Şübhəsiz ki, bu inancın geniş 
yayılması, insanların məşğuliyyəti və  həyat tərzi ilə bağlı olmuşdur. Həyat 
mənbəyi olan Günəş baş Tanrı səviyyəsində yüksəldilmişdir. 
Fikrimizcə, Orta Tunc dövründə insanların ideologiyası  və dini 
təsəvvürləri ilə daha zəngin olmuşdur. Arxeoloji abidələrin gələcək tədqiqi, o 
dövrdə yaşayan insanların dünyayabaxışını daha geniş  şəkildə araşdırmağa və 
öyrənməyə imkan verəcəkdir. 
 
 
 
                                  SON TUNC DÖVRÜ  
 
Azərbaycanın Son Tunc dövrü abidələri arxeoloji ədəbiyyatda Son Tunc 
və Erkən Dəmir dövrü kimi xarakterizə edilmişdir. Tunc dövründən Dəmir 


 
181
dövrünə keçid olan bu mərhələ, başlıca olaraq e.ə. II minilliyin ikinci yarısını 
əhatə edir. 
Arxeoloji abidələrin tədqiqi göstərir ki, e.ə. II minilliyin ikinci yarısından 
başlayaraq, Azərbaycan  ərazisində yaşayan tayfaların sosial-iqtisadi və  mədəni 
həyatında xeyli irəliləyiş olmuşdur. Bu dövrdə yaşayan tayfaların etnik və 
mədəni cəhətdən birləşməsinin təkamülü prosesi davam etmişdir. Həmin 
proseslərin daha da aydın  şəkildə  dərk edilməsi üçün arxeoloji abidələrin 
nəzərdən keçirilməsi vacibdir. 
Naxçıvan mədəniyyətinin arxeoloji abidələri. Bu qrupa daxil olan 
arxeoloji abidələrin əksəriyyəti Naxçıvanda, Urmiya hövzəsində və Zəngəzurda 
aşkar olunaraq, tədqiq edilmişdir. Naxçıvanın bu dövrə aid yaşayış yerlərini, 
arxeoloji materialların xarakterinə  və tipoloji xüsusiyyətlərinə görə üç qrupa 
ayırmaq olar. Birinci qrupa Araz vadisindəki I Kültəpə, II Kültəpə,  Şahtaxtı, 
Qızılburun kimi yaşayış yerləri daxildir. Мəlum olduğu kimi, bu yaşayış 
yerlərində Tunc dövrünün əvvəlki mərhələlərində də əhali məskunlaşmışdır. Son 
Tunc dövründə bu abidələrdə Orta Tunc dövrü üçün xarakterik olan boyalı 
qabların istehsalı davam etmişdir. 
I Kültəpə yaşayış yerinin bu dövrə aid mədəni təbəqəsi abidənin üzərindən 
1,5-2,5m dərinliyədək davam edir. Bu təbəqə, digər təbəqələrlə müqayisədə, 
olduqca kiçik bir sahədə qalmışdır. I Kültəpənin bu dövrə aid təbəqəsində tikinti 
qalıqları qeydə alınmamış, yalnız uçub tökülmüş  kərpic və çay daşlarına rast 
gəlinmişdir. Burada ocaqların ətrafına yığılmış kül təbəqələri, gil qab parçaları və 
osteoloji qalıqlar qeydə alınmışdır. Bu təbəqədən Naxçıvan boyalı qablarının 
dördüncü mərhələsi üçün xarakterik olan gil məmulatı, habelə, Xocalı-Gədəbəy 
mədəniyyətinin xüsusiyyətlərini əks etdirən gil qablar tapılmışdır. 
II Kültəpə yaşayış yerində Son Tunc və Erkən Dəmir dövrünə aid təbəqə 
ən üstdə yerləşdiyindən, yaxşı qalmamışdır. Burada daş və çiy kərpicdən tikilmiş
lakin uçub dağılmış divar qalıqları, ocaq yerləri, boyalı  və boyasız gil qab 
parçaları  və osteoloji qalıqlar aşkar olunmuşdur. Boz rəngli gil qablar arsında 
Xocalı-Gədəbəy mədəniyyəti üçün xarakterik olan ağ inkrustasiyalı, 
göbələkşəkilli çıxıntısı olan qablara tez-tez rastlanır. 
Şahtaxtı  yaşayış yerində Son Tunc və Erkən Dəmir dövrünə aid mədəni 
təbəqə daha yaxşı qalmışdır. Bu dövrə aid təbəqə, bilavasitə, Orta Tunc dövrü 
təbəqəsinin üzərində yerləşir.  Şahtaxtıda müdafiə divarı Son Tunc dövründə 
bərpa olunaraq yenidən istifadə olunmuşdur. Divar qalıqları 1-2,5 m 
hündürlüyündə salamat qalmışdır. Şahtaxtının bu dövrə aid mədəni təbəqəsi, boz 
rəngli keramikanın üstünlük təşkil etməsi ilə xarakterizə olunur. Bəzi gil qabların 
üzərində Xocalı-Gədəbəy mədəniyyəti üçün xarakterik olan göbəkşəkilli və 
qulpabənzər çıxıntılar vardır. Digər yaşayış yerlərində olduğu kimi, burada da 
tikinti qalıqları pis vəziyyətdə qalmışdır. Lakin tikintilərin ümumi 
xüsusiyyətlərinə əsaslanaraq, binaların düzbucaqlı formada, daş təməl üzərindən 
çiy kərpiclə tikildiyini demək olar. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə