Microsoft Word Azerbaycan arxeologiyasi doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə41/75
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18329
1   ...   37   38   39   40   41   42   43   44   ...   75

 
134
 
 
Şəkil 65. II Kültəpədən aşkar olunmuş polixrom  
                                                    boyalı qablar 
 
 
 


 
135
 
Şəkil 66.  Kükü kurqanlarından aşkar olunmuş cızma naxışlı qablar 
 
 
bizim tərəfimizdən aparılan kəşfiyyat qazıntısı zamanı xeyli miqdarda 
monoxrom boyalı gil qab nümunələri, həvənglər və  dəstələr  əldə edilmişdir. 
Yaşayış yerində mədəni təbəqə aşkar olunmamışdır. Bu qrupa daxil olan yaşayış 
yerlərinin bir qismində aparılan qazıntılar zamanı Orta Tunc dövrünə aid təbəqə 
aşkar olunmamış, Oğlanqala yaşayış yerindən isə yalnız inkişaf etmiş  Dəmir 
dövrünə aid materiallar əldə edilmişdir.  


 
136
Qulalıtəpə, Qalacıq, Qazançı yaşayış yerləri yalnız kəşfiyyat xarakterli 
tədqiqatlarla öyrənilmişdir. Burada Naxçıvanın Orta Tunc dövrü üçün  
 
Şəkil 67. Nəhəcirdən aşkar olunmuş basma naxışlı qablar 
 
 
xarakterik hesab edilən boyalı qab parçalarına rast gəlinsə  də, arxeoloji 
materialların əksəriyyəti Tunc dövrünün sonrakı mərhələsinə aiddir.  
           Ağsal  yaşayış yeri Culfa rayonunun Ərəfsə  kəndi yaxınlığında yerləşir. 
Abidə yalnız kəşfiyyat xarakterli tədqiqatlarla öyrənilmişdir. Buradan Orta Tunc 
dövrünə aid gil qab parçaları, dən daşları aşkar olunmuşdur. Tapıntılar arasında 
boyalı qab parçaları  da vardır.  
           Naxçıvan nekropolu Naxçıvın şəhərinin şimalında, Naxçıvan-Şahbuz şose 
yolunun sol tərəfində yerləşir. Nekropolun ərazisi hazırda müasir tikililərlə 


 
137
örtülmüşdür. Qəbirlər tikinti işləri aparılarkən təsadüfən dağılmış və V.Ə.Əliyev 
tərəfindən tədqiq edilmişdir. 
 
 
 
 
 
Şəkil 68. Quyuludağdan aşkar olunmuş Orta Tunc  
                                                  dövrü keramikası
 
 
 
 
Torpaqda qazılan qəbirlər dördkünc formalı olub, şimal-cənub, şərq-qərb 
istiqamətinə yonəlmişdir. Qəbirlərin ölçüləri 1,3-1,5 x 0,8 x 1 x 0,6 metrdir. 


 
138
Onların üzəri 3-4 yastı daş piltələrlə örtülmüşdür. Qəbirlərdə cüt və kollektiv 
dəfnlər olmuşdur. 
Naxçıvan nekropolunun dağılmış qəbirlərindən qara, boz, polixrom boyalı 
gil qablar, tunc bilərzik, üzük, sırğa və müxtəlif minerallardan hazırlanmış 
muncuqlar tapılmışdır. Qara və boz rəngli qabların bir qismi çəhrayı astarlı, bir 
qismi isə hündür ayaqlı, tək qulplu, qədəh tiplidir. Onların üzəri yüngülcə 
cilalanmış, bəzilərində cilalayıcı alətin izləri qalmışdır. Arxeoloji materiallara 
əsasən, nekropol e.ə. XVII-XV əsrlərə aid edilmişdir. 
Çalxanqala kurqanları Naxçıvan şəhərindən 30 km şimal-qərbdə, Kəngərli 
rayonunun indiki Çalxanqala kəndi yaxınlığında yerləşir. Bu kurqanlar üçün tək 
dəfnlər xarakterikdir. Nekropolda olan kurqanların üçü tikinti işləri aparılarkən 
dağıdılmışdır. Dağılmış kurqanlar V.H.Əliyev tərəfindən tədqiq olunmuşdur. 
Kurqanlar güclü dağıntıya məruz qaldığından, qəbir kamerasının formasını 
müəyyən etmək mümkün olmamışdır. Kurqanların birindən (kurqan № 1) boz və 
monoxrom boyalı qablar, yarpaqşəkilli tunc nizə ucu, ikincidən (kurqan № 2) boz 
rəngli, monoxrom boyalı qablar, tunc xəncərlər, boru dəstəkli nizə ucluğu, tunc 
sancaqlar, muncuqlar və lentşəkilli tunc əşyanın parçası aşkar edilmişdir. 
Üçüncü kurqan (kurqan № 3) tamamilə dağıdıldığından, qəbir avadanlığı 
kurqanın torpaq örtüyü ilə qarışmış  vəziyyətdə  aşkar olunmuşdur. Burada boz 
rəngli və monoxrom boyalı qabların parçaları, muncuqlar aşkar olunmuşdur. 
Nekropolda V.H.Əliyev tərəfindən tədqiq edilən dördüncü kurqanın 
(kurqan № 4) örtüyü daş qarışıq torpaqdan ibarət olmuşdur. Onun diametri 10 m, 
hündürlüyü 1,2 metrdir. Kurqan örtüyünün altındakı torpaq qəbir dördkünc 
formalı olub, şərq-qərb istiqamətinə yönəlmişdir. Qəbirin ölçüləri 1,3 x 0,6 x 1 
metrdir. Oradan yalnız qara cilalı bir neçə qab parçası  aşkar edilmişdir. 
Çalxanqala kurqanları V.H.Əliyev tərəfindən e.ə. XVIII-XVII əsrlərə aid 
edilmişdir. 
Yaycı nekropolu Şərur rayonunun Aşağı Yaycı  kəndi yaxınlığında 
yerləşir. Su anbarı tikilərkən nekropoldakı  qəbirlərin bir qrupu dağıdılmış, 
monoxrom boyalı qablar aşkar edilmişdir. Qəbirlər zamanında tədqiq 
olunmadığından, onların forması və dəfn adəti haqqında müəyyən fikir söyləmək 
çətindir. Ehtimal ki, Yaycı nekropolunun qəbirləri daş qutu tipli olmuşdur. 
Azərbaycanın cənubunda, Urmiya hövzəsində yerləşən Orta Tunc dövrünə 
aid arxeoloji abidələr stratiqrafiyasına və mədəni mənsubiyyətinə görə Naxçıvan 
abidələrinə  bənzərdir. Bu rayonda Orta Tunc dövrü abidələri boyalı qabların 
geniş yayılması ilə xarakterizə edilir. Lakin Urmiya hövzəsinin abidələri 
Naxçıvanda olduğu qədər geniş öyrənilməmişdir. Odur ki, Orta Tunc dövrünün 
abidələri Haftavantəpə, Göytəpə, Qordlartəpə və Dinkatəpə ilə məhdudlaşır. 


 
139
 
        Şəkil 69. Orta Tunc dövrünün boyalı keramikası. 1-5 – Göytəpə; 
                       6 -10 – Naxçıvan abidələri 
 
 
Haftavantəpə yaşayış yeri Cənubi Azərbaycanda, Urmiya gölünün cənub-
qərbində, Səlmas ovalığında yerləşir. Yaşayış yeri 1968-1978-ci illərdə  


 
140
 
                 Şəkil  70. Göytəpə. Orta Tunc dövrünə aid boyalı keramika 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə