Microsoft Word Azerbaycan arxeologiyasi doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə39/75
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18329
1   ...   35   36   37   38   39   40   41   42   ...   75

 
126
 
 
               Şəkil 60
. II Kültəpə və Şahtaxtıdan aşkar olunmuş boyalı qablar. 
                                    1, 5, 6, 7, 8 - II Kültəpə, 2, 3, 4, 9, 10 - Şahtaxtı 
 
Şahtaxtı yaşayış yerinin yaxınlığında iki böyük nekropol yerləşir. 
Onlardan biri yaşayış yerinin şimal-şərq, digəri isə cənub-qərb tərəfindədir. Hər 
iki nekropolda Tunc dövrünün müxtəlif mərhələlərinə və Erkən Dəmir dövrünə 
aid qəbir abidələri öyrənilmişdir.  Şimal-şərqdə yerləşən nekropolda Orta Tunc 
dövrünə aid qəbirlər çoxluq təşkil edir. Qəbirlər daş qutu tiplidir. Onlar yanlarda 


 
127
iri sal daşlarla qurularaq üzəri iki, yaxud bir neçə yastı daşla qapadılmışdır. Bəzi 
daş qutularda örtük daşlarının olduğu qeydə alınmamışdır. Qəbirlərin bir qrupu 
kromlexlə  əhatə olunmuş  və üzərində kurqan düzəldilmişdir. Kurqanlar daş 
qarışıq torpaq örtüyündən ibarətdir. 
1936-cı ildə bu nekropolda Ə.K.Ələkbərov tərəfindən tədqiq edilən 
kromlexli daş qutu tipli qəbirdən bütöv at skeleti, 1 ədəd polixrom boyalı küpə, 
29 ədəd boz rəngli sadə qab və başqa əşyalar aşkar edilmişdir. Digər qəbirlərin 
tədqiqi zamanı, monoxrom və polixrom boyalı qablar kompleks şəkildə  aşkar 
olunmamışdır. 
Şahtaxtı nekropolunun Orta Tunc dövrü dəfnlərinin xarakterik cəhət-
lərindən biri qəbirlərdə insan skeletinin olmamasıdır. 
İkinci nekropoldakı  qəbirlər də daş qutu tiplidir. Lakin buradakı daş 
qutular yerüstü əlamətlərə malik deyil. Bu nekropol təsərrüfat işləri görülərkən, 
təsadüfən aşkar olunmuşdur. Bu nekropolda qeydə alınan qəbirlərdən bir 
qisminin materialları V.H.Əliyev tərəfindən nəşr edilmişdir. Qəbirlərdən 
polixrom boyalı qablar, tunc əşyalar, bir ədəd silindrik möhür tapılmışdır. Bu 
nekropolda tədqiq edilən qəbirlərin  əksəriyyəti Son Tunc və  Erkən Dəmir 
dövrünə aiddir. Qəbir abidələri, başlıca olaraq, daş qutu tiplidir. Bu qəbirlərdə 
insan skeletinə rast gəlinməmiş, bəzilərində kül qalıqları izlənmişdir. 
Qızılburun yaşayış yeri Naxçıvan  şəhərindən 18 km cənubda, Araz 
çayının sol sahilində, Qızılburun adlanan ərazidə yerləşir. Yaşayış yerinin 
salamat qalan hissəsinin sahəsi 2 ha-dır. 
Burada, 1969-cu ildə iki sahədə arxeoloji qazıntı  işləri aparılmışdır. 
Birinci sahədəki kəşfiyyat xarakterli qazıntı işlərinin sahəsi 3 x 3,5 m olmuşdur. 
Buradan boz və çəhrayı rəngli keramika, monoxrom boyalı qab parçaları, qurama 
oraq dişləri aşkar edilmişdir.  İkinci qazıntı sahəsində (10 x 10 m) 3 metr 
qalınlığında olan mədəni təbəqənin daha yaxşı qaldığı müəyyən edilmişdir. 
Qazıntılar zamanı, 1,6 m dərinlikdən Orta Tunc dövrünə aid dördkünc və oval 
formalı bina qalıqları aşkar edilmişdir. 
 Dairəvi formalı binanın divarları çay daşlarından hörülərək, gil məhlulla 
bərkidilmişdir. Dördkünc planlı binanın divarları isə çay daşları  və möhrədən 
tikilmişdir. Araşdırma zamanı binalardan boz və  çəhrayı  rəngli sadə keramika, 
monoxrom boyalı qab parçaları, obsidian plastinkalar, oraq dişləri, dən daşları, 
ox ucluqları, sümük bizlər aşkar olunmuşdur. Tapıntılar içərisində iri və 
xırdabuynuzlu heyvanlara aid xeyli miqdarda osteoloji qalıqlara da rast 
gəlinmişdir. Bəzək əşyasının tökülməsi üçün istifadə olunan gil qəlibin tapılması, 
xüsusilə diqqətəlayiqdir. Arxeoloji materiallara əsasən  
 
 


 
128
 
 
 
 
        Şəkil 61. 
 
Orta Tunc dövrünün monoxrom boyalı qablarından nümunələr. 
                             1, 2 - Şortəpə, 3, 4, 6, 7 - Yaycı, 5 - II Kültəpə
  


 
129
demək olar ki, Qızılburun yaşayış yeri Orta Tunc dövründə Azərbaycanın başlıca 
istehsal mərkəzlərindən biri olmuşdur.  
 
 
 
  
Şəkil 62. II Kültəpə və Şahtaxtıdan aşkar olunmuş boyalı qablar. 
                                      1, 3, 4 - Şahtaxtı, 2, 5, 6 - II Kültəpə
  
 
        Qızılburun nekropolu yaşayış yerinin yaxınlığında yerləşir. Nekropol 1895-
ci ildə daş qutu tipli qəbirlərin təsadüf nəticəsində dağılması ilə qeydə alınmışdır. 


 
130
N.V.Fyodorovun və  İ.İ.Мeşaninovun apardığı qazıntılar nəticəində nekropolda 
Orta Tunc dövrünə bir neçə  qəbir abidəsi öyrənilmişdir. N.V.Fyodorov 
qazıntılardan  əldə etdiyi materialları kompleks şəkildə toplamadığından və 
qəbirlərin təsvirini vermədiyindən, onların haqqında geniş fikir söyləmək 
mümkün deyil. 
 
 
 
 
Şəkil 63. Qızılburundan aşkar olunmuş polixrom boyalı küpə
  
 
 
İ.İ.Мeşaninovun açdığı daş qutu qəbirlər üçün başlıca olaraq kollektiv 
dəfnlər xarakterikdir. Skeletlər müxtəlif istiqamətlərə yönəlmiş  vəziyyətdə, 
bükülü halda dəfn edilmişdir. Qəbir avadanlığı tunc silah, bəzək  əşyaları, gil 


 
131
qablardan ibarət olmuşdur. Gil qablar, başlıca olaraq, çəhrayı, bəzən boz rəngdə 
bişirilmişdir. Çəhrayı rəngli qabların bir qismi monoxrom və polixrom boyalarla 
naxışlanmışdır. 
  
 
Şəkil 64. Şahtaxtı və Qızılburundan aşkar olunmuş boyalı qablar.  
                                     1, 2, 3 - Şahtaxtı, 4, 5, 6 - Qızılburun 
 
 
Arxeoloji  ədəbiyyatda Qızılburun daş qutularının tarixləndirilməsi ilə 
bağlı müxtəlif fikirlər mövcuddur. Hazırda V.H.Əliyev Qızılburun nekropolunun 
Orta Tunc dövrü materiallarını e.ə. XVII-XIV əsrlərə aid edir.      


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə