Microsoft Word Azerbaycan arxeologiyasi doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/75
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18329
1   ...   9   10   11   12   13   14   15   16   ...   75

 
46
Qəbirlərin birində  kəllənin ayrıca qoyulması adətinə rastlanmışdır. 
Kəllənin ayrıca qoyulması əcdada sitayişin formalarından biri hesab edilə bilər. 
Ön Asiya abidələrində aparılan araşdırmalarla müəyyən edilmişdir ki, dəfn 
zamanı  qəbilə  rəhbərlərinin başı gövdədən ayrılaraq boyanmış  və evlərdə 
düzəldilmiş xüsusi səkilərin üzərində saxlanmışdır. Bəzi tədqiqatçılar kəllənin 
ayrıca dəfn edilməsini, yaxud evdə saxlanmasını  kəlləyə sitayişlə 
əlaqələndirmişlər. 
Yuxarıda qeyd edildiyi kimi, I Kültəpə qəbirlərinin bəzisində mərhumun 
başının altına daş qoyulması adətinə rastlanmışdır. Dəfn zamanı  mərhumun 
başının altına daş qoyulması adətinə Ön Asiyanın bir sıra abidələrində 
rastlanmışdır. Arxeoloji araşdırmalar bu adətin Azərbaycanda uzun müddət 
davam etdiyini göstərir. Belə hesab edirik ki, mərhumun başının altına daş 
qoyulması adəti türk xalqları içərisində geniş yayılan daşa sitayişlə bağlı 
olmuşdur.  İnanca görə, insan dünyasını  dəyişərkən, onun ruhu daşa keçir. 
Azərbaycan  türklərinin  folklorunda  ruhun  daşa keçməsi, insanların daşa 
dönməsi, daşın balalaması ilə bağlı xeyli inanclar vardır. Daşla niyyət etmə adəti 
Azərbaycan xalqı arasında indi də qalmaqda davam edir. I Kültəpə tapıntısı 
göstərir ki, Azərbaycan türkləri arasında yayılan daşa və dağa sitayişin tarixi 
kökləri olduqca qədimdir. Qədim dünyanın bir çox xalqlarında olduğu kimi 
Azərbaycanda məskən salan qədim tayfaların da dünyagörüşündə Tanrıların 
dağlarda məskən salması haqqında təsəvvürlər olmuşdur. Xalq arasında 
müqəddəs hesab edilən bir çox ziyarətgahların hündür dağlarda yerləşməsi də 
bununla bağlıdır.  Dağların ziyarətgaha çevrilməsində, habelə bu bölgələrdə qaya 
təsvirlərinin yaranmasında dağa sitayişin mühüm rolu olmuşdur. Dağ 
ziyarətgahlarına Naxçıvan ərazisində çox rastlanmışdır. Belə ziyarətgahların tipik 
nümunələrindən biri Əshabi-Kəhf ziyarətgahıdır. Bu ziyarətgah Azərbaycan 
xalqının  islamaqədərki bir çox inanclarını qoruyub saxlamışdır. Burada daş 
atma, dilək daşı, daşla niyyət etmə və digər inanclar daşa sitayişlə bağlıdır. 
Eneolit dövrünə aid dəfn adətinin xarakterik cəhətlərindən biri skeletlərin 
oxra ilə boyanmasıdır. Skeletlərin oxra ilə boyanması  məhsuldarlıqla bağlı 
olmuşdur. Araşdırmalar göstərir ki, skeletlərin oxra ilə boyanması insanların işıq 
və qaranlıq haqqındakı  təsəvvürlərini  əks etdirmişdir. Qırmızı  rəng qədim 
insanların təsəvvürlərində od, işıq, Günəş  rəmzi olmuşdur.  Мəhsuldarlığın və 
artımın başlıca mənbəyi hesab edilən Günəş kosmik başlanğıc kimi düşünülmüş
xaotik başlanğıca qarşı qoyulmuşdur. Skeletlərin oxra ilə boyanması, şübhəsiz ki, 
mərhumun məzarının işıqlandırılması, onun ruhunun bəd ruhlardan qorunması, 
dirilmə ideyası ilə bağlı olmuşdur. Naxçıvan abidələrinin tədqiqi göstərir ki, bu 
ideya qədim tayfalar arasında uzun müddət yaşamış  və başlıca olaraq onların 
mifoloji təsəvvürləri ilə bağlı olmuşdur. 


 
47
Мil düzü və Naxçıvanda yayılan keramika məmulatı A.A.İyessen 
tərəfindən geniş bir əraziyə yayılan eyni mədəniyyət kimi xarakterizə edilmiş və 
Kültəpə mədəniyyəti adlandırılmışdır. 
Мil-Qarabağ  və  Мuğan düzlərinin Eneolit yaşayış yerlərinin böyük bir 
qrupu, o cümlədən Kəbirli,  Şahtəpə, Kamiltəpə,  Şomulutəpə, Təpəcik və 
başqaları  kəşfiyyat xarakterli tədqiqatlarla öyrənilmişdir. Bu abidələrdən aşkar 
olunan keramika başlıca olaraq bitki qarışığı olan gildən çəhrayı  rəngdə 
bişirilmişdir. Bununla belə keramika məmulatı müəyyən yaşayış yerlərində 
xarakterik xüsusiyyətləri ilə  fərqlənir.  Мil düzündən aşkar olunan boyalı 
keramika Kültəpə materialları ilə vahid kompleks təşkil edir. Elə buna görə də, 
İyessen  Мil düzündən aşkar olunan keramikanı Kültəpə  mədəniyyətinə aid 
etmişdir. Naxışlar enli zolaqlardan və bir-birinin içərisinə çəkilmiş şevronlardan 
ibarətdir. Naxışlar tünd qəhvəyi rənglə başlıca olaraq anqob üzərindən 
çəkilmişdir. Bəzi yaşayış yerlərindən aşkar olunan keramika nümunələri xaricdən 
kobud suvanmış, içəridən isə boz cilalı astarla örtülmüşdür.  
Мil-Qarabağ zonasının mühüm abidələrindən biri olan Leylatəpəsi 
arxeoloji qazıntılarla öyrənilmişdir. Yerüstü materiallar iki qrupa bölünür. Birinci 
qrup qum qarışığı olan gildən,  əldə, olduqca kobud hazırlanmışdır. Bəzilərinin 
üzərində daraqvari alətin izləri saxlanmış, bəzilərinin isə  ağzının kənarı 
çərtmələrlə naxışlanmışdır.  İkinci qrup keramika bitki qarışığı olan gildən 
hazırlanaraq qırmızı rəngdə bişirilmiş, bəzən yaşıla çalan anqobla örtülərək qara 
rənglə naxışlanmışdır. Yaşıla çalan keramika Ubeyd keramikası ilə  bənzərlik 
təşkil edir. 
Qazıntı zamanı  aşkar olunan dördkünc formalı binalar arakəsmələrlə bir 
neçə yerə bölünmüşdür. Bu binanın qalıqları üzərində diametri 1 m-ə çatan 
dairəvi formalı dulus kürələrinin qalıqlarının olduğu müəyyən edilmişdir. Küpə 
tipli qabların bir qismi dulus çarxında hazırlanmışdır. Leylatəpənin keramika 
məmulatı    təkmil formasına və keyfiyyətinə görə Kültəpə  və  Şomutəpə 
materiallarından tamamilə fərqlənir və ola bilsin ki, Eneolit mədəniyyəti ilə Kür-
Araz mədəniyyəti arasında aralıq bir mərhələnin olduğunu göstərir. 
 1967-1968-ci  illərdə  İlanlıtəpədə 220 kv.m sahədə qazıntı aparılmışdır. 
Yaşayış yerində yastı-qabarıq və adi düzbucaqlı kərpicdən tikilmiş yaşayış evləri 
və təsərrüfat tikintilərinin qalıqları aşkar olunmuşdur. Yaşayış binaları dördkünc 
və yarımdairəvidir. Təsərrüfat tikintiləri onlara birləşikdir. Dairəvi formalı iki 
kiçik tikintiyə  də rastlanmışdır. Binaların divarları  və döşəməsi gillə suvanmış, 
bəzi yerlərdə qırmızı boya izləri qeydə alınmışdır. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə