Microsoft Word Azerbaycan arxeologiyasi doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/75
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18329
1   ...   6   7   8   9   10   11   12   13   ...   75

 
36
 
                     Şəkil 21. Töyrətəpədən aşkar olunmuş daş alətlər 
 
 
Düzbucaqlı tikintilərin, plyastrların və iki sıra hörgünün Eneolit dövrünün 
son mərhələsində meydana çıxdığını nəzərə alsaq Qarğalartəpəsi yaşayış yerinin 
tək sıra kərpicdən, tikilmiş  təsərrüfat-məişət komplekslərinin  Şomutəpə  və 
Töyrətəpədən qədim olduğunu demək olar. Qarğalartəpəsi yaşayış yerindən 
keramika məmulatı az tapılmışdır. Onlar qaba hazırlanmış və bitki qarışığı olan 
qabların parçalarıdır. Bitki qarışığı olan keramika qırmızı  rəngdə bişirilmiş, 
əsasən qırmızı rəngdə anqoblanmış və cilalanmışdır. 
Bu qrupa daxil olan Kiçiktəpə, Arzamaz təpəsi, Cinnitəpə yaşayış yerləri 
kəşfiyyat xarakterli tədqiqatlarla öyrənilmişdir. Keramika məmulatının bir qrupu 


 
37
iri qum, yaxud daş ovuğu qatılmış gildən, digər qrupu isə bitki qarışığı olan 
gildən hazırlanmışdır. 
 
      
 
      Şəkil 22. Şomutəpə yaşayış yeri (D.Axundovun rekonstruksiyası) 
 
Eneolit  abidələrinin bir qrupu Tovuzçay və Şamxorçay vadisində yerləşir. 
Bu abidələrin müəyyən hissəsi Ağstafaçay və Coqazçay hövzəsində toplanmışdır. 
Ağstafaçay və Coqazçayın qovşağında, Babadərviş adlandırılan yerdə bir neçə 
təpənin üzərində  qədim mədəniyyət qalıqlarına rastlanmışdır. Təpələrin birində 
500 kv.m sahədə aparılan qazıntılar zamanı Eneolit mədəniyyətinin qalıqları 
aşkar olunmuşdur. Yaşayış yerində dörd qazma tipli ev aşkar olunmuşdur. 
Onların üçünün diametri 4 m-ə yaxın, dərinliyi isə 0,8 m olmuşdur. Qazmalardan 
birinin diametri 2,5 m olmuşdur. Qazmaların hamısı Eneolit dövrünə aid maddi-
mədəniyyət qalıqları ilə dolmuşdur. Tədqiqat zamanı Eneolit dövrünə aid 
keramika məmulatı, dən daşları, oraq dişləri və digər  əmək alətləri tapılmışdır. 
Keramika məmulatı Eneolit dövrü üçün xarakterikdir. Bəzi keramika məmulatı 
bitki qarışığı olan gildən hazırlanmış, bəzilərinin oturacağında hörmə  işləri 
saxlanmışdır. Babadərvişdə  ağzının kənarı içəriyə doğru batıq qablar da aşkar 
olunmuşdur. Belə qablara Kürün orta axarlarında olduqca az rastlanır. 
Eneolit dövrünə aid Qanlıtöyrə, Qurbantəpəsi, Yataqyeri, Hüseyn-
qulutəpəsi, Göytəpə, Keçili və digər yaşayış yerləri kəşfiyyat xarakterli tədqiqat-
larla öyrənilmişdir. Bu yaşayış yerlərində dairəvi, yaxud düzbucaqlı evlərin 
qalıqlarına rastlanmışdır. Keramika məmulatı başlıca olaraq iki qrupa ayrılır. 
Birinci qrup qum qarışıq gildən, ikinci qrup isə bitki qarışığı olan gildən 
hazırlanmışdır. Bu abidələrdən yalnız Keçilidə 70 kv.m sahədə, Rus təpəsində isə 
30 kv.m sahədə qazıntı aparılmışdır. Мentejtəpəsi yaşayış yerində heç bir qarışığı 
olmayan gildən hazırlanmış qablar da aşkar olunmuşdur. Bu qrupa daxil olan 


 
38
qabların biri daraqvari alətlə çəkilmiş paralel xətlərlə və düyməşəkilli yapmalarla 
naxışlanmışdır. 
Son zamanlar aparılan araşdırmalar zamanı  Şomutəpə  mədəniyyəti 
arealına daxil olan Böyük Kəsik və Poylu yaşayış yerləri, Soyuq Bulaq
Kavtusxevi, Seyidli, Dübəndi kurqanları  aşkar edilmişdir. Yeni aşkar olunan 
abidələr Eneolit mədəniyyəti ilə Erkən Tunc dövrü mədəniyyətinin qarşılıqlı 
əlaqələrini öyrənmək baxımından olduqca əhəmiyyətlidir. 
 
 
         
 
        Şəkil 24. Qarğalartəpəsi yaşayış yeri(D.Axundovun rekonstruksiyası) 
 
 
Azərbaycanın Eneolit abidələrinin müəyyən qrupu Kültəpə  mədəniyyəti 
adlandırılmışdır. Bu mədəniyyət Naxçıvanı, Urmiya hövzəsini,  Мil-Мuğan 
düzlərini əhatə etmişdir. Bu mədəniyyət öz adını Naxçıvan şəhəri yaxınlığındakı 
I Kültəpə yaşayış yerinin adından götürmüşdür.  
Naxçıvanda bu dövrə aid I Kültəpə, Sədərək, Xalac, Ərəbyengicə, 
Ovçulartəpəsi və digər abidələr qeydə alınmışdır. I Kültəpə yaşayış yerində 
aparılan araşdırmalar Eneolit mədəniyyətinin müxtəlif mərhələlərini izləməyə 
imkan vermişdir. Naxçıvanın Eneolit mədəniyyəti Urmiya hövzəsi və Мesopota-
miyanın qədim mədəniyyətləri ilə iqtisadi mədəni  əlaqələr  şəraitində inkişaf 
etmişdir. Eneolit mədəniyyətinin təşəkkülündə Ubeyd tayfalarının xüsusilə 
böyük rolu olmuşdur. Arxeoloji abidələrinin tədqiqi nəticəsində Ubeyd 
tayfalarının Azərbaycan  ərazisində yayılması ilə bağlı xeyli maddi dəlil ortaya 
çıxarılmışdır. Urmiya hövzəsində yayılan Eneolit  


 
39
       
 
Şəkil 25. I Kültəpə yaşayış yerinin Eneolit təbəqəsi. 1-13, 16, 18, 20  - keramika; 14, 15, 21-25 
daş alətlər; 17-19 – sümük alətlər 
 
 
 
dövrünə aid boyalı keramikanın  Şimali Ubeydin lokal variantı olması, Urmiya 
hövzəsinin qədim  əkinçilik mədəniyyətinin formalaşmasında  Şimali 
Мesopotamiyadan gələn tayfaların müəyyən rol oynadığını  təsdiq edir. Ubeyd 
tayfaları Urmiya hövzəsindən bir neçə istiqamətdə Azərbaycan  ərazisinə 
yayılmışdır.  Şübhəsiz ki, bu miqrasiyalar Naxçıvanı da əhatə etmişdir.  I 
Kültəpənin erkən mərhələsində meydana gələn düzbucaqlı evlər  Əliköməktəpə 


 
40
və İlanlıtəpənin bənzər tikintiləri kimi Urmiya hövzəsinin  qədim arxitekturası ilə 
bağlıdır. Neolit və Eneolit dövrünə aid düzbucaqlı      tikintilərə Urmiya 
hövzəsində Hacı-Firuz, Yanıqtəpə  və Göytəpədə rastlanmışdır. Keramika 
məmulatı  və  əmək alətlərinin bənzərliyi I Kültəpə, Pijdəlitəpə, Göytəpə, 
Tilkitəpə kimi abidələrin eyni mədəni rayona daxil olduğunu göstərir. I 
Kültəpənin Eneolit mədəniyyətinin Ubeyd mədəniyyəti ilə bağlılığı boyalı 
keramika və arxasıüstə uzadılmış skeletlərin aşkar olunması ilə də təsdiq olunur. 
Belə  qəbirlər I Kültəpədə 20,8 m dərinlikdən başlayaraq müxtəlif dövrlərə aid 
tikinti qatlarından aşkar edilmişdir. Bu qəbirlərin birindən  Мesopotamiyadan 
gətirildiyi təsdiq edilən boyalı çölmək aşkar olunmuşdur.  Мəlum olduğu kimi, 
Ubeyd mədəniyyəti protoşumerlərə və şumerlərə aid edilmişdir. Şumer dili hind-
avropa dilləri ilə qohum olmamış, onun türk dilləri ilə bağlı olmasına dair 
inkaredilməz dəlillər aşkar olunmuşdur. Bu mədəniyyət üçün xarakterik olan 
arxasıüstə uzadılmış skeletlərin Мesopotamiyada yayılması şumerlərin gəlişi ilə 
əlaqələndirilir.  I Kültəpədən aşkar olunmuş skeletlərin tədqiqi onların  
antropoloji cəhətdən müasir Azərbaycanlılarla bənzər olduğunu göstərmişdir. 
Мesopotamiya mənşəli boyalı keramikanın yalnız iqtisadi-mədəni  əlaqələr 
nəticəsində deyil, müəyyən əhali qrupunun, daha doğrusu, şumerlərin Naxçıvan 
ərazisinə yayılması nəticəsində gətirildiyini söyləmək olar. Arxasıüstə uzadılmış 
qəbirlərin I Kültəpənin müxtəlif tikinti qatlarından aşkar olunması bu tayfaların 
Naxçıvanda uzun müddət məskunlaşdığını  təsdiq edən faktlardan biridir. 
Мesopotamiya sivilizasiyasının müəyyən nailiyyətlərinin mənimsənilməsi 
iqtisadiyyatın inkişafına,  əhalinin daha geniş  ərazilərə yayılmasına səbəb 
olmuşdur. Azərbaycanın cənub rayonları, o cümlədən I Kültəpə üçün xarakterik 
olan samanlı keramikanın Cənubi Qafqaz abidələrində yayılması  qədim 
tayfaların cənubdan şimala doğru hərəkəti ilə bağlı olmuşdur. Urmiya hövzəsi və 
Naxçıvan üçün xarakterik olan Eneolit mədəniyyətinin  indiki Ermənistan 
ərazisində yerləşən  Мahaltəpə, Xatunarx, Texut, Kültəpə  və digər abidələrdə 
izlənilməsi onların vahid etnik-mədəni rayona daxil olduğunu təsdiq edir.  
            Eneolit dövründə Naxçıvanın qədim sakinləri əsasən oturaq həyat sürmüş, 
dördkünc və dairəvi formalı evlərdə yaşamışlar. Evlərin döşəməsi saman qarışıq  
gillə suvanmış, onların qızdırılmasında dördkünc və dairəvi formalı sobalardan 
istifadə edilmişdir. XII tikinti qatında aşkar olunan tapıntılar yaşayış binalarının 
yaxınlığında qurulan mətbəx ocaqlarından da istifadə edildiyini göstərir. 
           I Kültəpənin tədqiqi Eneolit evlərinin sadə daxili interyerə malik olduğunu 
göstərir. Evlərin içərisində  və onların  ətrafında təsərrüfat məqsədilə istifadə 
olunan müxtəlif qurğular olmuşdur.  Ərzaq ehtiyatı taxıl quyularında, yaxud 
təsərrüfat küplərində saxlanmışdır. Evlərin həyətində  və  təsərrüfat tikintilərinin 
ətrafında daş döşəmələrdən istifadə edilmişdir ki, bu da Eneolit tayfalarının 
dövrünə görə yüksək mədəni həyat səviyyəsinə malik olduğunu təsdiq edir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə