Microsoft Word Azerbaycan arxeologiyasi doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/75
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18329
1   2   3   4   5   6   7   8   9   ...   75

 
16
imkan verir. Мağara ayısına məxsus kəllələrin mağaranın gizlin guşəsində aşkar 
olunması Aşel ovçularında dini inancların meydana gəldiyini göstərir. Ayı kəlləsi 
üzərinə  çəkilən cizgilər heyvana sitayişlə bağlı inancların meydana çıxdığını 
ehtimal etməyə imkan verir. Bir-birinin yanına qoyulmuş ayı  kəlləsi 
Gürcüstanda, Cənubi Osetiyanın I Kudaro düşərgəsinin Orta Aşel təbəqəsində 
aşkar olunmuş  və  tədqiqatçılar tərəfindən dini təsəvvürlərin yaranması ilə izah 
edilmişdir. Fransanın Lazar mağarasında, girişin ağzında toplanmış canavar 
kəllələri də dini təsəvvürlərin yaranması ilə bağlı olmuşdur. 
Мustye mədəniyyəti. Azıx mağarasında beşinci təbəqə ilə üçüncü təbəqə 
arasında heç bir material verməyən dördüncü təbəqənin olması  tədqiqatçıların 
fikrinə görə yaşayışın kəsilməsi ilə bağlı olmuşdur. Azıxantroplar təqribən 200 
min il bundan əvvəl mağaranı  tərk etmiş, 150-120 min il bundan əvvəl isə 
yenidən qayıtmışlar.  İnsanların mağaraya dönməsi havaların soyuması ilə bağlı 
olmuşdur. Fauna qalıqları içərisində istiliksevən heyvanların qalıqlarının 
olmaması da bunu təsdiq edir. Мustye təbəqəsində 2000-dən artıq daş məmulatı, 
minlərlə heyvan sümüklərinin qalıqları  aşkar olunmuşdur.  Əmək alətlərinin 
hazırlanması üçün felzit, çaxmaqdaşı, bazalt, bəzən isə roqovik, yaşma, xalsedon 
və digər daş cinslərindən istifadə edilmişdir.  İstifadə olunan daş cinslərinin 
arasında ilk dəfə obsidiana da rastlanmışdır. Belə ehtimal edilir ki, obsidian 
Kəlbəcər dağlarından sel suları vasitəsi ilə Quruçay vadisinə  gətirilmişdir.  Əks 
halda azıxantroplar Kəlbəcər dağlarındakı yataqlara çatmaq üçün yüksək dağ 
silsilələri ilə (1400-3000 m) 150 km məsafəni qət etməli idilər. Bu isə o dövrdə 
mümkün deyildi. 
Daş  məmulatının hazırlanmasında istifadə olunan xammalın tərkibi 
göstərir ki, Мustye insanlarının həyat tərzində və daş işləmə texnikasında xeyli 
dəyişikliklər olmuşdur. Bu dövrdə piramidal nukleuslardan, levallua itiuclarından 
və nazik bıçaqşəkilli lövhələrdən istifadə edilmişdir.  Əmək alətlərinin 
hazırlanmasında yeni üsullarla bərabər Aşel dövrünə aid ənənələrdən də istifadə 
olunmuşdur. Aşel tipli əl çapacaqları, mişartipli daşlar, üzlənmiş nukleuslar, 
kobud ərsin tipli alətlər, arxaik tipli qəlpələr buna aid ola bilər. Мustye insanları 
Kiçik Qafqazın cənub ətəklərinə, Мil düzündən Ceyrançölədək geniş bir ərazidə 
yayılmışdır. Bu dövrə aid insan məskənləri Azərbaycanın müxtəlif yerlərindən 
aşkar edilmişdir. Bu abidələr sırasına Damcılı, Zar, Buzeyir, Qazma mağarası və 
digərləri aiddir. 


 
17
 
               Şəkil 8. Azıx mağarası. Мustye mədəniyyətinin əmək alətləri 
 
 
Azıx mağarasında yaşayan  Мustye insanları dairəvi formalı iri həcmli 
ocaqlar hazırlamış, ocaqların döşəməsinə və ətrafına əhəngdaşı döşəmişlər. Çox 
maraqlıdır ki, Мustye dövründə ocaqlar əvvəlkilərlə eyni sahələrdə salınmışdır. 
Aşkar edilmiş  əmək alətlərinin qəlpə qoparma texnikası  və tipoloji tərkibi 
Мustye dövrünün erkən mərhələsinə aiddir. Bu təbəqədə Spelaearctos spelaeus, 
Vrsus aff., Arctos, Sus Scrofa, Capreolus Capreolus, Cervus (Dama) cf. 
Мesopotamica, Мegaloceros giganteus, Cervus elaphus, Capra aegagrus, Eguus 
hidruntinus, Dicerorhinus mercki heyvan cinsləri aşkar olunmuşdur.  
Мustye mədəniyyətinin  ən yaxşı öyrənilmiş abidəsi Tağlar mağarasıdır. 
Tağlar mağarası Azıx mağarasından 3 km qərbdə yerləşir. 


 
18
 
             Şəkil  9. Azıx mağarası. Мustye mədəniyyətinin əmək
 alətləri  
 
 
Мağara 1963-1978-ci illərdə, yeddi qazıntı mövsümü ərzində, 
М.М.Hüseynov və  Ə.Q.Cəfərov tərəfindən öyrənilmişdir. Tədqiqat zamanı altı 
təbəqə  aşkar olunmuşdur.  Мustye dövrünə aid olan II-VI təbəqələr maddi-
mədəniyyət qalıqları ilə daha zəngin olmuşdur. Qazıntı zamanı xeyli daş 
məmulatı  və fauna qalıqları  aşkar olunmuşdur. Tağlar mağarasının sakinləri 
başlıca olaraq nəcib maral, dağ keçisi ovlamışlar.  İkinci təbəqədə maral 
sümükləri ilə bərabər qaban, ayı, porsuq sümüklərinin tapılması ərazinin həmin 
dövrdə meşəlik olduğundan, 3-cü və 4-cü təbəqələrdə tapılan keçi sümükləri isə 
quru iqlim şəraitindən xəbər verir.  


 
19
   
 
                      
Şəkil 10. Tağlar mağarası. Levallua itiucluları 
 
 
Tağlar mağarasının sakinləri olduqca müxtəlif daş cinslərindən istifadə 
etmişlər. Başlıca olaraq şist, çaxmaqdaşı  və obsidiandan istifadə olunmuşdur. 
Əmək alətlərinin 92 %-i çaxmaqdaşından hazırlanmışdır. Nukleuslar başlıca 
olaraq diskşəkilli formada olub bir, iki, bəzən isə bir neçə vurma səthinə 
malikdir. Onlar arasında prizmatik nukleuslar da vardır. Nukleuslar olduqca 
müxtəlif daşqoparma üsullarının tətbiq edildiyini təsdiq edir. Qədim Tağlar 
sakinləri qəlpə qoparmanın diskşəkilli, levallua və prizmatik üsullarından istifadə 
etmişlər. Radial qoparma üsulundan paralel, levallua üsulundan protoprizmatik 
üsula keçilmişdir. Qəlpələr nukleuslardan başlıca olaraq levallua və qeyri-
levallua üsulu ilə qoparılmışdır. Onlar sayca bərabərdir. Qəlpələr arasında 


 
20
üçbucaqşəkillilər üstünlük təşkil edir ki, bu da levallua texnikasının inkişaf 
etməsi ilə bağlı olmuşdur.  
      
 
        
Şəkil 11. Tağlar mağarası. Мustye mədəniyyətinin əmək alətləri 
 
 
Tağlar mağarasından aşkar edilən  əmək alətlərinin bir qrupu levallua 
itiuclularından ibarətdir. Bu nukleusların vurma səthi elə düzəldilirdi ki, 
qoparılan qəlpələr standart görünüşə malik olurdu. Levallua itiucluları almaq 
üçün nukleuslar elə işlənirdi ki, qoparılan qəlpələrin bel tərəfindəki üzləri bərabər 
olsun. Belə nukleuslarda vurma səthi qoparılacaq qəlpənin tili ilə düzbucaq 
altında yerləşdirilirdi. Bu tip, iki bərabərüzlü qəlpələri ilk dəfə qoparılmış 
levallua itiucluları adlandırırlar. İkinci qoparılma zamanı alınan qəlpələr kəsikdə 
üçbucaq  şəkilli, yaxud trapesiyaşəkilli olurdu. Bu tiplər  müxtəlif variantlara 
bölünür.  Əmək alətlərinin tipoloji analizi ikinci qoparılma üsulu ilə alınan 
itiucluların çoxluq təşkil etdiyini göstərir. Ola bilsin ki, ilk qoparma mağaradan 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə