İmamların siması tarix guşəsində
.....................................................................................................................
2
mamların siması tarix guşə
sində
Tərcümə edən: R. gidov
Redaktor: Ə. Dəlivəlli
Dizayn: E.
Bayramov
Tbilisi 2012
.............................................................................................................
İmamların siması tarix guşəsində
3
Ön söz
Ş
übhəsiz, böyük slam Peyğəmbərindən (s) sonra fərdi və ictimai həyatda
məsum imamlar (ə) biz insanlar üçün böyük örnək və nümunədirlər. Bu
baxımdan onların həyat davranışları ilə tanış olmaq böyük əhəmiyyətə
malikdir. Ancaq diqqət etməliyik ki, bizə Peyğəmbərin (s) və imamların (ə)
tarixlərini öyrənməkdə mühüm olanı onların bir tək şəxsi həyatı və
davranışlarını bilmək deyil. Bəlkə məqsəd o məsum öndərlərin, həyat tərzini,
ictimai mühitdəki rəftar qaydalarını, siyasi və ictimai arenalardakı
mövqelərini və mədəni fəaliyyət metodlarını öyrənməkdir. Çünki slam
Peyğəmbərinin (s), Onun məsum canişinlərinin dinə dəvət və təbliğində bizə
nümunə olanı onların bir tək həyat və davranışları deyil, bəlkə davranış növü,
fəaliyyət tərzi, dinə dəvət qaydası, islam düşmənləri ilə rəftarı, hidayət və
təbliğlərinin formasıdır.
mamların yaşayış tərzi, siyasi və ictimai həyatdakı mövqeləri o zaman
bizə aydın olar ki, onların siyasi, ictimai və mədəni sahələrdəki
fəaliyyətlərini öyrənmiş olaq. Bunu bilirik ki, məsum imamlar ictimai
səylərini, siyasi mövqelərini, mədəni fəaliyyətlərini və mübarizə tərzlərini
zamanın və məkanın vəziyyətini, imkan və şəraitini, maneə və
müşküllüklərini nəzərə alaraq vəziyyət tələb etdiyi kimi tənzimləyib
proqramlaşdırıblar. Buna görə biz onların dövründə hökm sürən özəl
vəziyyət və şəraitlərlə tanış olmasaq onların rəhbərlikdəki idarəçilikləri və
yaşayış tərzləri bizə gün kimi aydın olmaz.
Təsadüfü deyil ki, biz imamların həyatını araşdırarkən onların siyasi
mövqelərinin bir-biriləri ilə fərqli olduğunun şahidi oluruq. Belə ki, onların
bəzisi düşmənlə sülh bağladılar, bəziləri isə mübarizə apardılar. Bəziləri
böyük islam elm mərkəzləri yaratdılar, bəziləri isə məhdud şəraitdə mədəni
sahələrdə addımlar atdılar. Bəziləri xəlifəlik
təklifini qəbul etmədilər,
bəziləri
isə vəliəhd olmaq təklifi ilə razılaşdılar. Ancaq onların həyatını araşdırarkən
mövqelərinin müxtəlifliyi məna kəsb edər. Anlayarıq ki, həqiqətdə onların
İmamların siması tarix guşəsində
.....................................................................................................................
4
davranışlarında heç bir ziddiyyət olmamışdır. Və hər biri vahid məqsəd
uğrunda addımlar atmışdı. Lakin onların məqsədə yetişmək üçün davranış
növləri zamanın və şəraitin tələbinə uyğun olaraq müəyyən edilmişdir.
Tarixi araşdırarkən, mam Əlidən (ə) mam Həsən Əskəriyə (ə) qədər
imamları 250 illik ömrü olan insana bənzətmək olar. Elə bir insana ki, ömür
sürdüyü bu müddətdə zamana uyğun addımlar atmışdır. Ya da ki, onu
müəyyən bir hədəfə doğru hərəkət edən yolçuya oxşatmaq olar. Lakin yolun
çətinli-asanlı, enişli-yoxuşlu hallarında onun səfəri gah iti, gah da küt həyata
keçmiş və bəzən də dayanmaqla kifayətlənmişdir. Amma belə dayanış
istirahət edərək hərəkətin davamına güc toplamağa səbəb olurdu.
Məsum imamlar Əmirəl-möminin mam Əlinin(ə) zamanından mam
Həsən Əskərinin dövrünə (Peyğəmbərin (s) vəfatından hicrətin 255-ci ilinə)
qədər vahid bir hədəfin icra edilməsi yolunda olmuşdu. badət təlimləri,
siyasi, fərdi, ictimai və digər sahələrdən ibarət slam maarifinin
ictimaiyyətdə təlimi uğrunda hərəkət etmişlər. Lakin zamanın durumu və
ictimai şəraitə görə onların mübarizə üsulları gah qəti və kəskin olur, gah da
ki, zəif və bəzən də müvəqqəti olaraq çarəsizlikdən sükuta məruz qalırdı.
Məsumlarımız zamana diqqət etməyi qələbənin və müvəffəqiyyətin
mühüm bir vasitəsi olaraq tanıtdırmışlar. Necə ki, slam Peyğəmbəri (s)
buyurmuşdu: «Allah öz dilini qoruyana, zamananı tanıyana və yolunda
istiqamət göstərən kəsə rəhm etsin». (Nəhcül-fəsahə, c.1). mam Sadiq (ə)
söhbətinin əsnasında uca səslə belə buyurdu: «... Öz zəmanəsinə bələd olan
kəs qarşıya gələn hadisələrin, şübhələrin və azdırıcı problemlərin qarşısında
hücum mərkəzində qərar tutmaz...».
Bu kimi hədislərdə «zaman» anlamından
məqsəd bir neçə il və ay
deyildir. Bəlkə zamana hakim olan şəraitdir. Necə ki, Əli (ə) oğlu mam
Həsənə (ə) öz vəsiyyətində buyurur: «Hakimin
qüdrəti dəyişdikdə zamana da
dəyişir» (Nəhcül-bəlağə, məktub.31)
Hörmətli oxucu! Əlinizdəki kitab pak imamların (ə) siyasi, ictimai və
mədəni sahələrdəki həyatını araşdırır. Və imamların hər birinin yaşayışını
şə
rh edərkən ilk öncə tarixi mənbələrə istinad edərək onların siyasi, ictimai
və mədəni həyatını açıqlayır və sonra da onların yaşayışının ən mühüm
səhnələrində, mübarizələrində, fəaliyyətlərində, təlim və islahatlarında
yeganə çıxış yolunu seçib, gərəkdiyi kimi əməl etdiklərini bəyan edir.