İmamların siması tarix guşəsində



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/57
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32088
1   ...   4   5   6   7   8   9   10   11   ...   57

İmamların siması tarix guşəsində
 
..................................................................................................................... 
24 
 
habelə,  ordunun  döyüşə  hazır  olmamazlığı  müharibəni  davam  etdirməyə 
imkan vermirdi.  ndi isə bu məsələləri ayrı-ayrılıqda araşdıraq. 
 
mam Həsən (ə) və sülhün səbəbləri 
 
Hamıya məlumdur ki, hər hansı bir rəhbər və ya başçı döyüş meydanında 
düşmənə  qalib  gəlmək  istəyirsə,  gərək  güclü  və  hazırlıqlı  orduya  malik 
olsun.  Lakin  belə  bir  orduya  malik  olmadan  döyüşə  girmək  biabırçı 
məğlubiyyətdən  başqa  heç  bir  nəticə  verməyəcək.  mam  Həsənin  (ə) 
sülhünün  səbəblərini  daxili  siyasət  nöqteyi-nəzərindən  araşdırdıqda,  gözə 
çarpan  əsas  səbəb  məhz  belə  bir  ordunun  olmamasıdır.  Çünki  raq 
camaatının, xüsusilə də Kufə əhalisinin  mam Həsənin (ə) dövründə nə ruhən 
döyüşə hazırlığı var idi, nə də ordu təşəkkül tapa bilmişdi. 
 
Döyüş yorğunluğ
 
Cəməl,  Siffeyn  və  Nəhrəvan  döyüşləri,  həmçinin  Əbu  Musa  Əşəri  ilə 
Ə
mr As arasındakı danışıqlardan sonra  raq, Hicaz və Yəməndə baş verən və 
bir çox tələfatlarla nəticələnən Əlinin (ə) və Müaviyənin qoşunları arasındakı 
qırğınlar  Əlinin  (ə)  dostlarının  əksəriyyətində  yorğunluq  əmələ  gətirmiş, 
onlar  daha  döyüşməmək  və  sülh  etmək  fikrinə  düşmüşdülər.  Çünki  onlar 
Ə
linin  (ə)  beş  illik  hakimiyyəti  dövründə  başdan-başa  müharibələrdə 
olmuşdular. Digər tərəfdən də onların döyüşü heç də yadelli işğalçılara qarşı 
deyil,  əksinə,  dünən  onlarla  qardaş  olub  bu  gün  Müaviyənin  ordusuna 
qatılmış  adamlarla  olmuşdu.
1
  raq  camaatı  bəhanələr  gətirməklə  Şam 
ordusunun Hicaz, Yəmən və  raqda törətdikləri vəhşiliklərinə qarşı vuruşmaq 
üçün ordunu göndərməkdə tənbəllik edib, başlarının dinc olması  ilə əslində 
döyüşdən yorulduqlarını bildirirdi.  raq camaatının Əlinin (ə) yenidən qüvvə 
toplayıb  Siffeyn  döyüşünə  dəvətini  gec  qəbul  etməsi  bu  yorğunluğa  açıq-
aşkar bir nümunədir.
2
  
Ə
li  (ə)  şəhadətə  yetişdikdən  sonra  onun  yerinə  mam  Həsən  (ə) 
hakimiyyətə  gəldikdə,  bu  məsələ  daha  da  qabarıq  surətdə  aşkar  oldu. 
                                                            
1
 
Tarixi Yəqubi, c.2 səh. 172-182  
2
 
Səvrətül Hüseyn ə, səh.197-200 


.............................................................................................................  
İmamların siması tarix guşəsində 
25 
 
Xüsusilə  mam  (ə)  Kufə  camaatını  Şam  ordusuna  qarşı  vuruşmağa  dəvət 
edəndə onlar  mamın dəvətini çox gec qəbul etdilər. 
Müaviyənin ordusunun Kufəyə tərəf hərəkət etməsi xəbəri  mam Həsənə 
yetişdikdə,  mam  camaatı  məscidə  yığdı.  Xütbəyə  başlayıb  Müaviyənin 
ordusunun  səfərbər  olmasını  camaata  çatdırdıqdan  sonra  camaatı  Allah 
yolunda cihada və batilin tərəfdarlarına qarşı vuruşmağa dəvət etdi.  mam (ə) 
bildirdi ki, səbirli olmaq, fədakarlıq etmək və çətinliklərə dözmək lazımdır. 
mam Həsən (ə) camaatın əhval-ruhiyyəsindən xəbərdar olduğundan onların 
bu dəvətə qarşı müsbət cavab verməməsindən nigaran idi. Elə belə də oldu. 
mam (ə) camaatı döyüşə dəvət etdiyi xütbəni qurtardıqdan sonra hamı sükut 
etdi,  mamın sözlərini təsdiq edən bir nəfər də tapılmadı. Bu hadisə o qədər 
təəssüfləndirici  və  acınacaqlı  idi  ki,  məclisdə  hazır  olan  Əlinin  (ə)  şücaətli 
səhabələrindən  biri  camaatı  bu  səhlənkarlıqlarına  görə  möhkəm  danladı, 
yalançı qəhrəmanlar, qorxaq və şücaətsiz insanlar kimi qələmə verərək onları 
mamla  birgə  Şam  ordusuna  qarşı  vuruşa  çağırdı.  Bu  tarixi  sənəd  raq 
camaatının  döyüşdən  nə  qədər  yorulduğunu,  onlardakı  mübarizə  və  döyüş 
ruhiyyəsinin  ölməsini  çox  yaxşı  bəyan  edir.  Onlar  döyüşməyə  hazır 
deyildilər.  Nəhayət,  mam  Həsənin  (ə)  yaxın  səhabələrindən  bir  neçəsi 
camaatı  səfərbər  etmək  məqsədilə  çıxışlar  etdi.  Bundan  sonra  mam  Həsən 
(ə) kiçik bir ordu ilə Kufədən çıxaraq şəhərin yaxınlığında Nüxeylə adlı bir 
yerdə  düşərgə  saldı.  mamın  ordusu  təzə  qüvvələrin  gəlib  onlara birləşməsi 
məqsədilə on gün Nüxeylədə qaldı. Nəhayət, dörd min nəfər  mamın başına 
toplaşdı.  Buna  görə  də,  mam  (ə)  məcbur  olub  güclü  ordu  toplamaq 
məqsədilə Kufəyə qayıtdı.
1
  
 
Müxtəlif ünsürlü cəmiyyə
 
Yuxarıda deyilənlərdən əlavə, o dövrün  raq camaatı mütəşəkkil və vahid 
deyildi.  Əksinə,  cəmiyyət  müxtəlif  ünsürlü  və  bir-biri  ilə  zidd  olan 
dəstələrdən təşkil olunmuşdu. Belə ki, bəzi vaxtlar bu dəstələr bir-biri ilə heç 
cür  yola gedə bilmirdilər. Bir dəstə çox təhlükəli olan  Əməvilər sülaləsinin 
tərəfdarı,  digər  bir  dəstə  həm  Əməvilərlə,  həm  də  mam  Həsənlə  (ə) 
vuruşmağı  özlərinə  vacib  bilən  xəvaric  dəstəsi,  başqa  bir  dəstə  müxtəlif 
                                                            
1
 
mam Həsənin ə sülhü Şeyx Razi, səh. 102 


İmamların siması tarix guşəsində
 
..................................................................................................................... 
26 
 
yerlərdən gəlib  raqda məskunlaşmış  və sayı iyirmi  min nəfərə çatan qeyri-
ə
rəb müsəlmanları, başqa bir dəstə də əqidəsi sabit olmayan,  mam Həsənlə 
(ə)  Müaviyə  arasında  hansı  birinin  üstün  olmasında  şəkk  edən  insanlardan 
ibarət  idi.  O  dövrün  raq  və  Kufə  əhalisi  bu  dəstələrdən  təşkil  olunmuşdu. 
Bunlardan fərqli olaraq digər bir dəstə də Əlinin (ə) həqiqi dostları idi.
1
  
 
Pərakəndə ordu 
 
Ə
hali  arasındakı  bu  dəstələr  təbii  ki,  mam  Həsənin  (ə)  ordusunda  da 
yayılmış,  ordunu  pərakəndə  hala  gətirib  çıxarmışdı.  Buna  görə  də,  xarici 
düşmənlərə  qarşı  mübarizədə  belə  bir  orduya  arxalanmaq  heç  cür  mümkün 
deyildi. 
Ş
iə  məzhəbinin  böyük  ustadı  mərhum  Şeyx  Müfid  və  başqa  tarixçilər 
mam Həsənin (ə) ordusundakı bu təhlükə barədə belə yazırlar: « raq əhalisi 
çox  gec  və  süstlüklə  mam  Həsən  (ə)  ordusuna  qoşuldu.  mam  Həsənin  (ə) 
təşkil etdiyi qoşun aşağıdakı dəstələrdən ibarət idi: 
1) Əlinin (ə) şiələrindən ibarət tərəfdarları; 
2) Xəvaric; Onlar Müaviyə ilə döyüşmək üçün bütün yollara əl atmışdılar. 
Onların  mam  Həsənin  (ə)  dəstəsinə  qoşulması  Müaviyə  ilə  düşmənçilik-
lərinə görə idi. 
3)  Dünyapərəst  və  mənfəətpərəst  şəxslər;  Bunlar  da  özlərinə  maddi 
mənfəət əldə etmək üçün  mam Həsənin (ə) ordusuna qoşulmuşdular. 
4)  kiürəkli  və  şəkk  edən  insanlar;  Onların  nəzərincə  mam  Həsən  (ə) 
kimi böyük bir şəxsiyyətin Müaviyədən elə bir üstünlüyü yox idi. 
5) Nəhayət, din xatirinə yox, əksinə, qəbilə düşmənçiliyinə görə və sadəcə 
olaraq öz qəbilə başçılarından itaət edib mübarizəyə qoşulanlar.
2
  
Beləliklə də,  mam Həsənin (ə) ordusu Müaviyə kimi bir düşmənə qarşı 
mübarizədə lazımi təşəkkülü tapmamış və pərakəndə şəkildə olmuşdu. 
 
 
 
                                                            
1
 
Ali Yasin, səh. 68-74 
2
 
Ə
l- rşad, səh.189  
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə