CümhuriYYƏTİn təHLÜKƏSİZLİk orqanlari



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə2/48
tarix21.06.2018
ölçüsü3,25 Kb.
#50036
1   2   3   4   5   6   7   8   9   ...   48

CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
9
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi 
haqqında  Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
2018-ci il may ayının 28-də Müsəlman Şərqində ilk parlamentli 
respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 
illiyi tamam olur. 
Qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı 
keçmişinin müəyyən dövrlərində tarixin hökmü ilə böyük imperiya-
lar tərkibinə qatılmaq məcburiyyətində qalmışdır. Azərbaycan Xalq 
Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu 
bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın 
yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi 
meydana çıxmışdır.
XIX əsrin birinci yarısından etibarən maarifçilik ideyalarının ya-
yılması ilə Azərbaycanda baş vermiş köklü ictimai-siyasi və mədəni 
dəyişikliklər yeni tipli teatrın, məktəbin və mətbuatın yaranmasını 
təmin etməklə milli özünüdərkin gerçəkləşməsi üçün zəmin hazır-
ladı. Abbasqulu ağa Bakıxanov və Mirzə Fətəli Axundzadə ilə baş-
layan bu yolu yeni tarixi mərhələdə Həsən bəy Zərdabi, Cəlil Məm-
mədquluzadə, Mirzə Ələkbər Sabir, Əli bəy Hüseynzadə və digər 
görkəmli şəxsiyyətlər davam etdirərək milli məfkurənin təşəkkülü 
və inkişafına mühüm təsir göstərirdilər. Həmin dövrdə güclü sahib-
karlar təbəqəsinin formalaşdığı neft şəhəri Bakı eyni zamanda milli 
ruhlu ziyalılar nəslinin yetişdiyi ictimai-siyasi fikir mərkəzinə çevril-
mişdi. Rusiyanın Dövlət dumalarına və Müəssislər Məclisinə seçil-
miş azərbaycanlılar müstəmləkədən azad, demokratik dövlət sistemi 
yaratmağa hazır idilər.
Bununla yanaşı, Rusiyada çarizmin süqutundan sonra bolşeviklə-
rin hakimiyyəti ələ keçirməsi ilə keçmiş imperiya ərazisində mürəkkəb 
geosiyasi vəziyyət yaranmışdı. Dünyanın aparıcı dövlətlərinin Bakı 
neftinə marağının siyasi çarpışmaları daha da gərginləşdirdiyi belə bir 


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
10
şəraitdə Azərbaycanın tərəqqipərvər siyasi elitası müstəqil milli döv-
lətçiliyin yaradılması naminə birləşdi.
1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan 
edən İstiqlal Bəyannaməsi qəbul edildi. Yeni qurulan Azərbaycan 
Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkan-
larının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycanın 
ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sər-
hədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili 
dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər 
həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin 
edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yara-
dıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları 
quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, 
Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın 
sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir 
tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.
Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların 
bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti 
bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi 
bərabərsizliyi ortadan qaldırdı. Cümhuriyyət parlamentinin il yarım-
lıq fəaliyyəti boyunca qəbul etdiyi qanunlar milli dövlətin müstəqil-
liyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, mədəniy-
yət və maarif sahələrində sürətli irəliləyişə imkan verdi. Azərbaycan 
Xalq Cümhuriyyəti daim sülhsevər siyasət apararaq bütün dövlətlərlə 
qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına 
hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərirdi. 
Dünya birliyi tərəfindən tanınmış Xalq Cümhuriyyətinin fəaliyyəti 
sayəsində Azərbaycanın beynəlxalq hüququn subyekti olması 1920-ci 
ilin aprel ayındakı bolşevik işğalından sonra Azərbaycanın bir dövlət 
kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.
Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qar-
şıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa 


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
11
da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. 
Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının 
bir çoxunu qoruyub saxlaya bildi. Ümummilli lider Heydər Əliyevin 
respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni 
yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azər-
baycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və 
yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı.
1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azər-
baycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qal-
dığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla 
onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Xalqımız Cüm-
huriyyətin istiqlalını dünyaya yaydığı 28 May gününü həmin vaxtdan 
Respublika Günü olaraq təntənə ilə qeyd edir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 
32-ci bəndini rəhbər tutaraq, milli dövlətçilik salnaməsini müstəsna 
dərəcədə zənginləşdirmiş Azərbaycan Xalq Cümhuriyyətinin 100 illi-
yinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə 
qərara alıram:
1. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yu-
bileyi respublikada dövlət səviyyəsində geniş qeyd edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Xalq 
Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını 
hazırlayıb həyata keçirsin.
3. Azərbaycan Respublikasının Milli Məclisinə Azərbaycan Xalq 
Cümhuriyyəti Parlamentinin yaranmasının 100 illik yubileyi münasi-
bətilə xüsusi iclasın keçirilməsi tövsiyə edilsin.
 
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 may 2017-ci il. 


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə