CümhuriYYƏTİn təHLÜKƏSİZLİk orqanlari



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə4/48
tarix21.06.2018
ölçüsü3,25 Kb.
#50036
1   2   3   4   5   6   7   8   9   ...   48

CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
15
nəşr edildi. Görülən işlər, heç şübhəsiz,  böyük  əhəmiyyət  daşısa 
da, tədqiq edilməsini gözləyən problemlər hələ də qalmaqdadır. 
Həmin problemlərdən biri Cümhuriyyətin xüsusi xidmət orqanı-
nın yaradılması və fəaliyyətidir.
 Məlum olduğu kimi, vətənpərvər Azərbaycan ziyalılarının, icti-
mai və dövlət xadimlərinin səyi ilə qurulmuş Azərbaycan Xalq Cüm-
huriyyətinin dövlətçilik təsisatları arasında təhlükəsizlik qurumları 
xüsusi yer tutmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin müstəqil-
liyi və dövlətçiliyinin möhkəmləndirilməsi uğrunda mübarizə apa-
ran təhlükəsizlik orqanlarının xidmətini yüksək qiymətləndirən 
Ümummilli lider Heydər Əliyev deyirdi: 
“Xalq Cümhuriyyəti za-
manı Azərbaycanın təhlükəsizlik orqanları gənc, müstəqil döv-
lətimizə, dövlətçiliyimizin möhkəmləndirilməsinə öz layiqli 
töhfələrini vermişdir”. 
5
 İndiyədək Cümhuriyyət tarixinə dair çoxlu araşdırmalar aparılsa 
da, təhlükəsizlik orqanlarının yaradılması və fəaliyyəti xüsusi tədqiqat 
obyekti olmadığından elmi aktuallıq və praktiki əhəmiyyət daşıyır. Bu 
baxımdan professor Cəlal Qasımovun böyük zəhmət hesabına apar-
dığı araşdırmalar nəticəsində yazdığı əsəri diqqəti xüsusilə cəlb edir. 
Əsərdə qədim Romadan qədim Çinə qədər, qədim Şərqdən ABŞ-da 
F.D.Ruzveltin dövründə “milli təhlükəsizlik” anlayışının təsdiqlənmə-
si zamanına qədər xüsusi xidmət qurumlarının dövlətlərin və dövlətçi-
liyin tarixində oynadıqları rol, istifadə etdikləri üsul və vasitələr mən-
tiqi ardıcıllıqla ümumi şəkildə şərh və təhlil olunur. Monoqrafiyada 
XIX əsrin sonu - XX əsrin əvvəllərində Rusiyada yaranmış ictimai-si-
yasi şərait və bununla bağlı Azərbaycanda gedən proseslər, Cümhu-
riyyətin yaranmasına gətirib çıxaran yol və müstəqillik əldə etmiş 
gənc Azərbaycan dövlətinin xüsusi xidmət orqanlarının yaradılması 
və inkişafı, eləcə də süqutunun səbəbləri məsələləri tədqiq edilmişdir. 
Müəllif haqlı olaraq qeyd edir ki, Manna, Atropatena, Albaniya, Ata-
bəylər, Səfəvilər, eləcə də xanlıqlar dövründə təhlükəsizlik məsələləri 
5  Qasımov C. Azərbaycanın təhlükəsizlik orqanları: tarix və müasirlik. // “Xalq qəzeti”, 18 mart 2016-cı il


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
16
daim diqqət mərkəzində olsa da, məhz Cümhuriyyət dövründə bu 
qurumların yaradılması sivil dünyanın prinsiplərinə uyğun həyata ke-
çirilmişdir. Belə ki, 1919-cu ilin martında Müdafiə Nazirliyinin tər-
kibində Kəşfiyyat və əks-kəşfiyyat bölməsi və sonralar Əksinqilabla 
Mübarizə Təşkilatı yaradılmışdır. Cümhuriyyətin təsisatları sırasında 
məxsusi yer tutmuş Əksinqilabla Mübarizə Təşkilatının tarixi, yara-
dılma səbəbləri, süqutu, əməkdaşlarının taleyi bu kitabın ana xəttini 
təşkil edir. Müəllif düzgün olaraq qeyd edir ki, erməni terroru və sepa-
ratizmi, bolşevik və Denikin təhdidi qarşısında Xalq Cümhuriyyətinin 
müqavimət göstərməsi gələcək nəsillər üçün bir örnək, bir ilham mən-
bəyidir. Qeyd etmək lazımdır ki, uzun müddət müxtəlif müzakirələrə 
səbəb olmuş Əksinqilabla Mübarizə Təşkilatında Lavrenti Beriyanın 
fəaliyyətinin araşdırılması, o dövrün siyasi hərəkatlarının aşkar və gizli 
qarşıdurmasının incə məqamları fonunda ona bənzər şəxslərin fəaliy-
yəti ilə bağlı məsələlərin üzə çıxarılması bütövlükdə ümumi ictimai-si-
yasi şəraiti dərindən dərk etməyə imkan verir. Xüsusən sovet dövrün-
də xüsusi xidmət orqanlarının tutduğu yerin və oynadığı rolun nədən 
ibarət olması, antimilli ünsürlərin, ilk növbədə ermənilərin sovet təh-
lükəsizlik orqanlarında uzun müddət çoxluq təşkil etmələri və nəticə 
etibarilə bu orqanların milli ziyalılara, milli ruha düşmən kəsilməsi, 
Fövqəladə Komissiya, Xalq Daxili İşlər Komissarlığı kimi anlayışların 
kütləvi repressiya, zorakılıq və istila rəmzlərinə çevrilməsi, Cümhu-
riyyət dövrü xüsusi xidmət orqanlarının fəaliyyətinin müstəsna tarixi 
əhəmiyyət daşıdığı şəksizdir.
Kitabda Əksinqilabla Mübarizə Təşkilatı rəhbərlərinin sonrakı ta-
leyinin tədqiq edilməsi də uğurludur. Xüsusən, Əli Razi Şamçızadə, 
Mahmud Səfikürdiski, Məmmədtağı Dadaşov kimi dövlət xadimləri-
nin taleyinə dair materiallar gələcək nəsillər və Cümhuriyyət tarixinin 
araşdırmaçıları üçün həm ciddi və həm də etibarlı mənbə rolunu oy-
nayır. Əksinqilabla Mübarizə Təşkilatı ilə əlaqədar bir sıra arxiv mate-
riallarının əsərdə verilməsi kitabın tarixi-faktoloji əhəmiyyətini daha 
da artırır.


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
17
Monoqrafiyanın strukturu düzgün olub qarşıya qoyulan məqsədə 
nail olmağa imkan vermişdir. Məsələlərin qoyuluşu və onlara yanaşma 
doğru, şərhi, təhlili, tənqidi təhlili ardıcıl və məntiqi, üslubu və dili sə-
lis və rəvandır. 
Hesab edirəm ki, professor C.Qasımov bu əsəri ilə həm Azərbay-
can tarixşünaslığını zənginləşdirmiş, həm də ölkəmizin təhsil sistemi 
üçün praktiki əhəmiyyəti olan bir vəzifəni uğurla yerinə yetirmişdir. 
Oxucuların mühakiməsinə verilən bu əsərin Azərbaycan Respublikası 
Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası-
nın müdavimləri və bütövlükdə Azərbaycanın xüsusi xidmət orqan-
larının tarixi ilə maraqlanan şəxslər üçün faydalı olacağına inanıram.
Musa Qasımlı, 
AMEA-nın müxbir üzvü, 
professor 


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
18
Giriş
Tarixin bütün dövrlərində təhlükəsizliyin təminatı məsələsi aktual 
olmuş, cəmiyyətin iqtisadi, ictimai-siyasi inkişaf səviyyəsinə uyğun 
olaraq təkamül yolu keçmiş, özünün müasir vəziyyətinə çatmışdır. 
Təhlükəsizlik orqanlarının tarixi ayrı-ayrı xalqların və dövlətlərin 
keçdiyi tarixi inkişaf yolu ilə sıx bağlı olduğundan onun öyrənilməsi 
olduqca vacib və aktual bir məsələdir. Bu sahənin tədqiqinin zəruriliyini 
şərtləndirən amillərdən biri də xalqların tarixinin mükəmməl və 
hərtərəfli öyrənilməsi ilə bağlıdır. Problem Azərbaycan üçün xüsusilə 
əhəmiyyətlidir. Çünki sovetlər dönəmində təhlükəsizlik orqanlarının 
fəaliyyəti ictimaiyyətdən, xüsusilə də Azərbaycan ictimaiyyətindən 
gizli saxlanılmışdır.
Xalqımızın bu dövrdə keçdiyi yol və tutduğu mövqe, eləcə də 
apardığı mübarizə ciddi təhriflərə məruz qalmışdır. Bir çox hallarda 
isə ən uzaq tariximiz belə marksizm-leninizm prinsiplərinə və 
metodologiyasına uyğunlaşdırılaraq birqütblü, sinfi, partiyalı 
mövqedən öyrənilmişdir. Hətta xalq üçün böyük və önəmli işlər 
görən tarixi şəxsiyyətlərin bəziləri “Vətən xaini”, “xalq düşməni” 
adlandırılmışdır. Daha doğrusu, hər şey xalqın fonunda partiyanın, 
bolşevizmin maraqlarına və prinsiplərinə xidmətə yönəldilmişdir. 
Sirr deyildir ki, Azərbaycan müstəqilliyə nail olduğu ilk gündən 
dövlətin təhlükəsizliyinin təşkili, xüsusi xidmət orqanlarının yenidən 
qurulması, ixtisaslı kadrların hazırlanması ilə bağlı təhsil şəbəkəsinin 
yaradılması, dünya təhlükəsizlik sisteminə inteqrasiya istiqamətində 
tədbirlərin həyata keçirilməsi dövlət quruculuğunun mühüm 
vəzifələrinə çevrilmişdir.
Müstəqil Azərbaycanın təhlükəsizliyinin təminatı sahəsində əldə 
edilən nailiyyətlərlə ötən tarixi təcrübə arasındakı irslə varislik əlaqəsini, 
eləcə də milli təhlükəsizlik strategiyasının qlobal təhlükəsizliklə 
vəhdətini üzə çıxarmaq respublikanın xüsusi xidmət orqanlarının XX 
və XXI əsrin əvvəllərindəki tarixinin ümumiləşdirilməsi baxımından 
mühüm əhəmiyyət kəsb edir. 
Müasir  dünyanı  gərginlikdə  saxlayan beynəlxalq  terrorizmə və  
onun tərkib hissəsi olan erməni terrorizminə qarşı hər bir insanın 


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə