CümhuriYYƏTİn təHLÜKƏSİZLİk orqanlari



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə5/48
tarix21.06.2018
ölçüsü3,25 Kb.
#50036
1   2   3   4   5   6   7   8   9   ...   48

CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
19
sayıq olması nöqteyi-nəzərindən də problem olduqca aktualdır. XIX 
əsrdən etibarən gündən-günə artan və 11 sentyabr 2001-ci il tarixli 
terror hadisəsi ilə bəşəri faciə səviyyəsinə qədər yüksələn terrorizmlə 
mübarizə indi dünya ictimaiyyətini, eləcə də aparıcı dövlətləri narahat 
edən bir nömrəli problemə çevrilmişdir. Bəşəriyyəti vahiməyə salan 
terrorizm Azərbaycandan da yan keçməmiş, ermənilərin törətdiyi 
qanlı terror aksiyaları nəticəsində minlərlə insan həlak olmuş, maddi-
mənəvi zərbələr almış, ən başlıcası isə dövlətçiliyimizin tarixi və taleyi 
təhlükə altında qalmışdır. Ona görə də Azərbaycanın dövlətçiliyi 
əleyhinə yönələn hər bir təxribat-pozuculuq aksiyasının qarşısının 
alınması milli təhlükəsizlik orqanlarında çalışacaq yüksək ixtisaslı 
peşəkar əməliyyatçı kadrların hazırlanması işinin keyfiyyətcə daha da 
yüksəldilməsini tələb edir. Hesab edirik ki, bu kitab yalnız cümhuriyyət 
dövrünün təhlükəsizlik orqanlarının deyil, bütövlükdə təhlükəsizlik 
orqanlarımızın keçdiyi tarixi inkişaf yolunu öyrənmək baxımından da 
əhəmiyyətlidir.
Monoqrafiya Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə 
demokratik əsasları qoyulan, sovet hakimiyyətinin gəlişi ilə 
milli maraqların nəzərə alınmadığı bir mərhələyə daxil olan, 
dövlət müstəqilliyinin bərpası ilə keyfiyyətcə yeni mərhələyə - 
dünya təhlükəsizlik sisteminə inteqrasiya dövrünə qədəm qoyan 
Azərbaycanın təhlükəsizlik orqanlarının tarixinin inkişaf dinamikasını 
araşdırmaq nöqteyi-nəzərdən də əhəmiyyətlidir. Bu kitab 1918-1920-
ci illərdə AXC-nin təhlükəsizlik orqanlarının təsis edilməsi, fəaliyyəti, 
Azərbaycan xalqına qarşı törədilən qırğınların, təxribatların əleyhinə 
tədbirlərin hazırlanması və həyata keçirilməsi, bolşevik agentlərinin 
bu orqanlara yeridilməsi və s. ilə bağlı problemləri elmi dövriyyəyə ilk 
dəfə cəlb edilən arxiv materialları əsasında yazılmışdır. 
Monoqrafiya cümhuriyyət dövrünün təhlükəsizlik orqanlarının 
tarixini öyrənməyi və tədqiq etməyi qarşısına məqsəd qoysa da, sovet 
siyasi sisteminin hökm sürdüyü dövrdə xüsusi xidmət orqanlarının 
fəaliyyətində inkaredilməz müsbət cəhətlərlə yanaşı, Azərbaycan 
xalqının başına gətirilən faciələrdə bu orqanların rolunu təhlil etmək, 
faktları obyektiv dəyərləndirmək baxımından da əhəmiyyətlidir. 
Azərbaycan Respublikasının müxtəlif arxivlərində bu günə 


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
20
qədər işıq üzü görməyən sənədlərin aşkarlanması və geniş oxucu 
kütləsinin ixtiyarına verilməsi respublikanın hər bir vətəndaşının 
tarixi olduğu kimi, obyektiv şəkildə öyrənməsi, bugünkü reallıqları 
qiymətləndirməsi üçün dəyərlidir. Təsadüfi deyildir ki, bununla 
bağlı Ümummilli lider Heydər Əliyev demişdir: “
XX əsr xalqımız 
üçün müsibətli əsr olubdur. Gərək onu doğru-düzgün, nə cür, 
necə olubdursa, elə də yazaq. Bunların hamısı xalqımızın özünü 
tanıması, həm də bugünkü siyasətimiz üçün vacibdir”.
1
 
Məhz tarixin olduğu kimi dərki şəxsiyyəti formalaşdırır, onda 
hadisələri düzgün dəyərləndirmək və proqnozlaşdırmaq bacarığı 
aşılayır, milli və beynəlxalq maraqların uzlaşdırılması kimi vacib 
keyfiyyətin formalaşdırılmasını təmin edir, eyni zamanda xalqın 
özünüdərkinə köməklik göstərir. Tarixlə çağdaş zaman, ənənə ilə 
müasirlik, irslə varis arasında əlaqə də məhz bu zaman yaranır. Bu 
əlaqələrin möhkəmləndirilməsində təhlükəsizlik orqanlarının da rolu 
az deyil. 
Təhlükəsizlik orqanları yalnız aid olduğu dövlətin və xalqın 
deyil, məsələyə qlobal yanaşılarsa, bəşəriyyətin təhlükəsizliyi üçün 
məsuliyyət daşıyır. Təhlükəsizlik orqanlarında çalışan hər bir əməkdaşla 
yanaşı, cəmiyyətin hər bir üzvünün dünyanın təhlükəsizliyinin təmin 
edilməsində öz məsuliyyətini dərk etməsi və ayıq olması zəruridir. 
Bugünkü beynəlxalq terrorizmə qarşı birgə mübarizə ehtiyacı da bunu 
təsdiq edir. 
Təhlükəsizliyin təminatında dövlətlərin rolu müstəsna əhəmiyyətə 
malikdir. Təsadüfi deyildir ki, təhlükəsizliyin konstitusion təminatçısı 
hər bir ölkədə dövlət və onun başçısıdır. Təhlükəsizliyin təmin 
edilməsinin səviyyəsi məhz dövlətin və dövlət rəhbərinin bu prosesi 
necə təşkil etməsindən və onun icrasına nəzarətindən asılıdır. Dövlət 
ictimai həyatın müxtəlif sferaları, komponentləri arasında əlaqə 
yaradır, onların fəaliyyətinin uzlaşdırılmasına nəzarət edir, bunun 
nəticəsində ölkənin təhlükəsizliyinə təminat verə bilən və kompleks 
xarakter daşıyan milli təhlükəsizlik sistemi yaranır.
Kökləri tarixin dərinliyində olsa da, “milli təhlükəsizlik” bir 
istilah, bir termin kimi ilk dəfə 1904-cü ildə Prezident T.Ruzveltin 
1   “Azərbaycan” qəzeti, 4 fevral 1997-ci il


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
21
ABŞ Konqresinə göndərdiyi məktubda işlədilmişdir. Şübhəsiz ki, 
bəşəriyyət yarandığı gündən təhlükəsizlik məsələsi mağara adamından 
sivil insana, qədim qəbilə və tayfadan dövlətə və cəmiyyətə qədər 
hamını düşündürmüşdür. 
Məlumdur ki, təhlükəsizliyin təminat dinamikası müəyyən 
təkamül yolu keçmişdir. Müasir tədqiqatlar əsaslı şəkildə sübut edir 
ki, təhlükəsizliyin təminatı məsələsi bir vəzifə olaraq ilk dəfə Şərqdə 
qoyulmuşdur. Qədim dövrlərdə təhlükəsizliyin təminatı işində 
məxfiliyin qorunmasına da xüsusi diqqət yetirilirdi. Bizim eradan 
əvvəl Sirakuza hökmdarları başqa yerə məlumat göndərəndə belə bir 
metoddan istifadə edirdilər. Çaparın başını qırxdırır, informasiyanı 
ora yazır və tüklənənə qədər gözləyir, sonra isə həmin ünvana 
göndərirdilər. Beləliklə də, informasiya sızımının qarşısı alınır, məxfilik 
prinsiplərinə əməl edilirdi.
Bütövlükdə götürdükdə məlumatların gizli şəkildə çatdırılması 
istiqamətində təhlükəsizliyin təminatı ilə məşğul olan qurumlar 
müxtəlif vasitələrdən istifadə etmişlər. Məsələn, Çində məxfi məlumatı 
gizlətmək üçün ipək parça zolaqlarını kürələr şəklində yumurlayaraq 
üstünü mum ilə örtürmüşlər. Məlumatı aparan informasiya daşıyıcısı 
bu cür hazırlanmış kürələri udaraq ünvana çatdırar və məxfiliyi 
qoruyarmış.
Qədim Romada məxfi məlumatı digər yazılar üzərində sətirlər 
arasında meyvə şirəsi, süd və s. vasitəsilə yazırdılar. XVI əsrdə italiyalı 
alim Covanni Porta məxfi yazını bərk bişirilmiş yumurtanın içərisində 
gizlətməyi bacarmışdır. Belə ki, o, 28 qram 
(1 unsiya) zəyi yarım litr (1 
pinta) sirkə ilə qarışdıraraq xüsusi mürəkkəb düzəltmiş, bu mürəkkəblə 
yumurtanın qabığı üzərinə yazı yazmış və həmin yazı qabıqdan 
keçərək yumurtanın zülalı üzərinə hopmuşdur. İnformasiyanı əldə 
etmək üçün sadəcə yumurtanın qabığını soymaq lazım idi.
Görünməyən mürəkkəblərlə yazma texnologiyasından ilk dəfə 
eramızın birinci əsrində istifadə olunmuşdur. O zaman bəzi bitkilərin 
süd şirəsindən istifadə edərək gizli yazı yazırmışlar. Şirə quruduqdan 
sonra o görünməz olur. Şirənin tərkibində karbon olduğundan yazı 
cüzi qızdırıldıqda o, tünd rəng alır və oxunur. Bu üsuldan yaxın tarixdə 
də istifadə olunmuşdur. Belə ki, Rusiyada XX əsrin əvvəllərində 


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə