CümhuriYYƏTİn təHLÜKƏSİZLİk orqanlari



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə7/48
tarix21.06.2018
ölçüsü3,25 Kb.
#50036
1   2   3   4   5   6   7   8   9   10   ...   48

CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
25
hərsdir, yəni kəşfiyyat və polisdir. Akademik Bartolda görə, “casusluq 
sistemi vəhşilərə xoş gəlməmişdir”. Bartol dun bu fikrinə etiraz edən 
professor V.Xuluflu göstərirdi ki, Bartold “vəhşilər xoşlanmadılar” 
deyirsə də, bu fikirlər qısa bir müd dətə aiddir. Çünki səlcuqlar 
müəyyən bir müddətdən sonra tərəqqi etdilər, yüksəldilər, o vaxtın 
mədəni adamı oldular.
8
Maraqlıdır ki, “sahibi-xəbər”in və “sahibi-hərs”in ləğv edilməsinə 
ilk etiraz edən siyasət işini dərindən bilən böyük vəzir Nizamülmülk 
olmuşdur. O, bu qurumların dövlətin maraqlarının qorunmasındakı 
rolunu yük sək qiymətləndirirdi. Bu məsələnin əhəmiyyətini nəzərə 
alaraq, Nizamülmülkün “sahibi-xəbər” və “sahibi-hərs”lə bağlı fi-
kirlərini burada olduğu kimi verməyi məqsədəuyğun hesab edirik: 
“Hər tərə 
fə həmişə 
casuslar getməlidir: 
tacirlərin yollarına 
və səyyah ların yanına 
getməlidir. Sufilər, 
dərman satanlar və 
dərviş lər dən,  xülasə, 
hər nə eşitsələr, xəbər 
gətirməlidirlər. Ta ki 
heç bir əhvalat gizlin 
qalmasın, əgər bir ha-
disə olsa və təzəcə baş 
verərsə, vaxtlı-vaxtın-
da qabağı alınsın. Amma çox vaxt olubdur ki, valilər və maqtələr, 
qəza məmurları və əmirlər üsyan etmiş və müxalifət göstərmişlər 
və padşahlara qarşı pis rəftar etmişlər. Amma casuslar vaxtında 
xəbər versələr, pad şah vaxtında lazımi sərəncam çəkər və onların 
məqsədləri də batil olar”.
Nizamülmülk “sahibi-hərs”in əhəmiyyətini isə belə qiymətləndirir-
di
: “Əmiri-hərsə qus, ələm və nevbət vəzifəsi verildiyindən, əhali 
8  Yenə orada, s.13.
Orta əsrlərdə Müsəlman Şərqində kəşfiyyat 
və əks-kəşfiyyat işində dərvişlərdən də geniş 
istifadə olunmuşdur.


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
26
padşahdan artıq ondan qorxur və ona görə də bu iş təşkil olunub 
və nüfuz da qazanmışdır. Ən azı 50 nəfər çubdar (zopaçı) olmalı-
dır. Bunlar daima dərgahda hazır durmalıdır. Bunlardan iyirmisi-
nin zopası qızıldan, iyir mi  sininki gümüşdən, onunku da ağacdan 
olmalıdır. Əmiri-hərs həmişə ehtiyatlı və tədarüklü olmalıdır. 
Əgər bu işi ba ca rıb yerinə yetirməzsə, onda əvəzinə başqası təyin 
edilmə lidir”
9
.
Doğrudur, Alp Arslanın ləğv etdiyi dəftərlər, o cümlə dən sahibi-
xəbər və sahibi-hərs, yəni kəşfiyyat və polis onun oğlu Məlik şah 
tərəfindən yenidən bərpa edildi və Səlcuq dövlətinin qüdrəti bir qədər 
də artdı. Lakin Məlik şahın ölümündən sonra Səlcuq dövləti övladları 
tərəfindən parçalandı
 (əslində parçalanma zəif də olsa, Məlik şahın 
dövründə də müşahidə olunurdu – C.Q.). Göründüyü kimi, təhlükəsizlik 
məsələsi o qədər ciddi bir məsələ idi ki, ona önəm verməyən dövlət və 
ya dövlət başçısı faciə ilə üzbəüz qalırdı. 
Monqolların hökmranlığı dövründə daxili təhlükəsizliyi təmin 
etmək və ya müharibələrdə qalib gəlmək üçün astroloji göstəricilərə də 
önəm verilirdi. Məsələn, Hülakü xan Bağdad üzərinə hücum etməzdən 
əvvəl münəccimlərdən Hüsaməddinə belə bir göstəriş vermişdi ki, göy 
cisimlərinin bu hücumun nəticələri ilə bağlı düzülüşünü öyrənsin.
10
Təhlükəsizliyin təminatı məqsədi ilə göy cisimlərinə müraciət 
qədim dövrlərdə Yaponiyada da geniş yayılmışdı. Lakin sonradan 
onlar da informatorlara daha çox etibar etməyə başladılar.
Böyük sərkərdə və dövlət başçısı Əmir Teymur bildirirdi 
ki, 
“Səltənət işlərində, hərbi qulluqçularla, rəiyyətlə bağlı 
məsələlərdə yalnız başqalarının sözlərinə və əməllərinə baxıb, 
ölçü götürmək olmaz. Vəzirlər, əmirlər bir adam haqqında yaxşı-
yaman söz söyləmiş olsalar, onları dinləmək lazımdır, lakin ölçü 
götürəndə tələsmək olmaz, çatdırılan söz sınanmalı, yoxlanılmalı, 
həqiqət ortaya gətirilməlidir”.
11
 
Əmir Teymur özünə yaxın bildiyi adamlarla diqqətli davranır və 
onları da daima nəzarətdə saxlayırdı. O göstərirdi: 
“Özümün məxsusi 
9   Yenə orada, s. 8.
10   Nəsirəddin T. Əxlaqi-nasiri. Bakı, 1989. 
11   Əmir Teymurun vəsiyyətləri. Bakı, 1991, s. 63.


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
27
həmsöhbətlərimdən bir neçə nəfəri vəzirlərimlə əmirlərimin 
casusları imişlər”.
12
Məmləkət daxilindəki ictimai-siyasi vəziyyətə nəzarəti öz əlində 
saxlamaq məqsədi ilə Əmir Teymur göstəriş verirdi: 
“Hər bir sərhəddə, 
vilayətdə, şəhərdə və qoşunda olayları qələmə alan katiblər 
təyin eləməli ki, həmin katiblər hakimlər haqqında, rəiyyət, 
hərbçilər şəhərin vəziyyəti və xətti-hərəkət barəsində mənə xəbər 
çatdırsınlar, yabancı qoşunlar, kənardan gələn və kənara çıxan 
mal-dövlət, xaricdən gələn və xaricə yollanan adamlar, ayrı-ayrı 
məmləkətlərdən gələn karvanlar və hökmdarlar barəsindəki 
məlumatları, qonşu padşahlar, onların söz-söhbəti, əməlləri və 
uzaq-uzaq ölkələrdən mənim dərgahıma üz tutan üləma, fazil 
adamlar haqqındakı təfsilatlı məlumatları doğru–düzgünlüklə 
yazıb mənə versinlər. Əgər bunun əleyhinə getmiş olsaydılar, 
olub-keçən vaqeələri yazmasaydılar, yazıçının məlumatı yazacaq 
barmaqları kəsilməli idi. Hərbi sirləri gizlətmək naminə yazdığı 
məlumata özgə libas geyindirərək yalan yazan məmurun əli 
kəsilməli idi. Yalan məlumatı kimisə töhmətləmək məqsədiylə, 
yaxud kiməsə qərəzlə yazmış adam qətl olunmalı idi. Və həmçinin 
əmr elədim ki, yazılan məlumatları günbəgün, həftəbəhəftə, 
aybaay gətirib mənə çatdırsınlar
13
.
Göründüyü kimi, Əmir Teymur artıq dövrü üçün müasir olan 
təhlükəsizlik sistemi yaratmışdı. Lakin bu sistem daha çox dəqiq və 
qərəzsiz informasiya toplamaq və onu çatdırmaqla məhdudlaşırdı. 
Burada maraqlı olan məqam ondan ibarətdir ki, Əmir Teymur 
informasiyanın dəqiqliyini yoxlamaq üçün bir neçə yerdən məlumat 
almağa üstünlük verirdi. Bundan başqa, o, kəşfiyyatdan da geniş istifadə 
edir və xarici dövlətlərdəki ictimai-siyasi vəziyyəti dərindən öyrənirdi. 
Böyük sərkərdə ölkəni idarə etməkdə bu məlumatlardan lazımınca 
yararlana bilirdi. Hətta əldə etdiyi məlumatlar ona imkan verirdi ki, 
yürüşlər nəticəsində ən qüdrətli dövlətləri belə məğlub edə bilsin. 
Mənbələrin verdiyi məlumatlara söykənərək deyə bilərik ki, XV 
əsrin kəşfiyyatçılarından bunlar tələb olunurdu: 
12   Yenə orada.
13   Yenə orada, s. 93-94.


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə