CümhuriYYƏTİn təHLÜKƏSİZLİk orqanlari



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə8/48
tarix21.06.2018
ölçüsü3,25 Kb.
#50036
1   ...   4   5   6   7   8   9   10   11   ...   48

CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
28

casusun işlədiyi ölkənin dilini bilmək

fəaliyyət göstərdiyi ölkənin tarixini və adət-ənənələrini bilmək; 

səyahət təcrübəsinə malik olmaq; 

məlumat almanın müxtəlif yollarını bilmək. 
Bundan başqa, kəşfiyyatçıdan iti ağıl, hiyləgərlik, cəldlik, 
düzlük, mənəvi təmizlik və s. şəxsi keyfiyyətlər də tələb olunurdu. 
Kəşfiyyatçıların bir-birini tanımaması da əsas və ümdə şərtlərdən biri 
idi.
Kəşfiyyat və əks-kəşfiyyat işi Səfəvilər dövründə özünün yeni 
mərhələsinə qədəm qoydu. Təsadüfi deyildir ki, bəzi tədqiqatçı 
alimlər “Səfəvilər dövlətinin gizli xidmət idarəsinin fəaliyyətini ÇK-
nın 
(Fövqəladə Komissiya nəzərdə tutulur – C.Q.) işi ilə müqayisə 
edirdilər”.
14
 Belə müqayisə qüsurludur və təəssüf ki, tədqiqatçı həmin 
gizli xidmət idarəsinin adını çəkmir. Fikrimizcə, həmin təhlükəsizlik 
orqanı “Qorçi” təşkilatıdır. “Qorumaq, qoruyucu, qoruyan, mühafizə 
edən” mənasında işlədilən 
qorçi sözü XIV-XVIII əsrlərdə Azərbaycanda 
xüsusi mühafizə dəstələrinin döyüşçüsü, saray və ya əyalət 
qvardiyaçısı 
(mühafizəçisi) anlamında işlədilib. Qorçi dəstələri əsasən 
azərbaycanlılardan 
(qızılbaşlardan, əfşarlardan və s.) təşkil olunurdu. 
Əvvəlki illərlə müqayisədə XVI əsrin əvvəllərindən başlayaraq 
qorçilərin səlahiyyətləri daha da artırıldı. Qorçilər qorçibaşlarına tabe 
idi. Maraqlıdır ki, 
“ümumdövlət qorçibaşlarından başqa ayrı-ayrı 
əyalətlərin (bəylərbəyliklərin) və qızılbaş tayfalarının öz qorçibaşısı 
var idi”.
15
 
XVI əsrdə 
qorçibaşı vəzifəsinə təyin edilən qızılbaş əmirləri Səfəvilər 
dövlətində ən mötəbər şəxslərdən biri hesab olunurdu. I Şah İsmayıl 
hakimiyyətinin 
(1501-1524) ilk illərində məşhur əmirlərdən Durmuş 
xan Şamlu və Dədə bəy Zülqədər qorçibaşı olmuşlar. I Təhmasib 
dövründə 
(1524-1576) qorçibaşı mühüm dövlət vəzifəsi idi. Bu 
zaman qorçibaşı vəzifəsinə əsasən əfşar tayfasından olan əmirlər təyin 
edilirdi. Belə ki, I Təhmasibin ən məşhur qorçibaşısı Sevindik bəy 
Əfşar idi. Qorçibaşı XVIII əsrə qədər yüksək hərbi vəzifə olmuşdur.
16
Qorçilərin özlərinə məxsus geyimləri də olmuşdur. Qorçilərin əsas 
14   Solak-zadə M. Tarix. Bakı, 1992, s. 3. 
15   Məmmədova Ş. “Xülasət ət-təvarix” Azərbaycan tarixinin mənbəyi kimi. Bakı, 1991, s. 51.
16   Musəvi T. Orta əsr Azərbaycan tarixinə dair fars dilində yazılmış sənədlər. Bakı, 1965.


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
29
fərqləndirici əlamətləri uzun bığ saxlamaları idi. Onlar, adətən, qılınc, 
balta, ox, xəncər və qalxanla silahlanırdılar. Ayrı-ayrı qorçi dəstələri 
əsasən müəyyən bir tayfanın nümayəndələrindən təşkil edilir, onun və 
ya ərazinin adı ilə adlanırdı 
(məsələn, Naxçıvan qorçiləri, Şamlu qorçiləri
Əfşar qorçiləri və s.). Səfəvilər dövründə müxtəlif vəzifə daşıyan qorçilər 
(məsələn, ox və kaman qorçiləri, qılınc qorçiləri, hərəmxana qorçiləri və s.) 
var idi.
17
Səfəvilərin ən etibar etdiyi mühafizə dəstəsi qorçilər idi. Ona görə 
də, xüsusi şəxslərin mühafizəsi zamanı onlardan istifadə olunurdu. 
Səfəvi hökmdarları ən təhlükəli cinayətkarların mühafizəsini də 
qorçilərə tapşırırdılar. “
Osmanlı sultanı I Süleymanın oğlu Bayəzid 
1559-cu ildə I Şah Təhmasib tərəfindən həbs edilib dövlətxananın 
bir hücrəsində saxlanılırdı. Bu vaxt onun mühafizəsi bir dəstə 
qorçiyə tapşırılmışdı”.
18
 
Təxribatçılarla, dini təfriqə yayanlarla, şiə, eləcə də sünni məzhəbini 
uca tutaraq digəri əleyhinə əks-təbliğat aparanlarla, hər hansı bir 
xəlifənin əleyhinə danışanlarla mübarizə aparmaq səlahiyyətləri də 
qorçilərə həvalə edilmişdi. Belə ki, II Şah İsmayıl qorçi dəstəsinə 
məscidə getmək və xəlifələr əleyhinə lənətlər yağdıran, dini təfriqələr 
yayan müsəlmanları cəzalandırmaq əmri vermişdi. Məsciddə Əlinin 
düşmənlərini əbədi lənətləyən dərvişlərdən biri qorçi dəstəsi 
tərəfindən cəzalandırılmışdı. Bu metod əks tərəfə də tətbiq edilirdi. 
Maraqlıdır ki, tayfalar arasında münaqişə salmağa çalışan və ya hər 
hansı bir tayfanı təhqir edənlər arasında qorçibaşları olanda onların 
özləri də cəzalandırılırdı. Belə ki, 1574-cü ildə qorçibaşı Əhməd bəy 
əfşar tayfası əleyhinə kobud sözlər dediyi üçün tutulub “Ələmut” 
qalasına salınmışdı.
19
 Bu fakt təsdiq edir ki, qorçilərə səlahiyyətlər 
verilsə də, səlahiyyət həddini aşmağa icazə verilmirdi. 
Göründüyü kimi, artıq orta əsrlərdə kəşfiyyat və əks-kəşfiyyat işi 
dövlətin qarşısında duran mühüm bir vəzifəyə çevrilmişdi. Həm də bu 
proses yalnız Şərqdə deyil, dünyanın hər yerində gedirdi. Tədqiqatçı-
alim Y.B.Çernyak yazır ki, ingilis kralı VII Henrinin məxfi xidmətində 
çalışan adamlar 4 qrupa bölünmüşdülər: 
17   Azərbaycan SSR EA-nın Xəbərləri (tarix, fəlsəfə və hüquq seriyası). Bakı, 1966, № 4.
18   Məmmədova Ş. “Xülasət ət-təvarix” Azərbaycan tarixinin mənbəyi kimi. Bakı, 1991, s. 51.
19   Yenə orada, s. 50.


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
30
Birinci qrup – gizli agentlər. Onlar, adətən, rezidentlər, yəni 
cəmiyyətin nisbətən yüksək pilləsində duran adamlar idi. 
İkinci qrup – informatorlar idi. 
Üçüncü qrup – peşəkar kəşfiyyatçılardan ibarət idi. Onlar 
sistematik olaraq müəyyən adamları izləməli və lazım olduqda onları 
oğurlamalı idilər. 
Dördüncü qrup – peşəkar casuslar idilər.
20
 
Kəşfiyyatın və əks-kəşfiyyatın funksiyaları şəraitdən asılı olaraq 
tez-tez dəyişirdi. Dövlətlər arasında diplomatik və ticari əlaqələr 
olmadıqda belə kəşfiyyatçılar sadəcə məxfi siyasi məlumat deyil, həm 
də bu və ya digər ölkə haqqında coğrafi, iqtisadi məlumatlar əldə 
etməyə çalışırdılar. O dövrlərdə kəşfiyyatçı səfir, konsul, tacir, səyyah, 
jurnalist, coğrafiyaşünas-alim, etnoqraf və ya iqtisadçının öhdəsində 
olan vəzifələri həyata keçirirdi.
21
 
XVI əsrdə xarici ölkələrdə daimi səfir saxlamaq sistemi yarandı. 
Səfirliklər kəşfiyyatın, eyni zamanda əks-kəşfiyyatın mərkəzinə 
çevrildi, həm daxili, həm də xarici təhdidlərin qarşısının alınmasında 
mühüm rol oynadı. İngiltərə kraliçası I Yelizavetanın hakimiyyəti 
illərində (1558-1603) xarici kəşfiyyata daha çox üstünlük verilirdi. 
Onun yaratdığı təhlükəsizlik sistemi nəticəsində İngiltərə güclü 
mərkəzləşmiş dövlətə çevrildi.
22
Rusiyada isə güclü mərkəzi hakimiyyət yaratmaq üçün 1565-
ci ildə Moskva knyazı İvan Qroznı tərəfindən “opriçnina” siyasəti 
həyata keçirildi. “Opriçnik”lərin əsas missiyası hakimiyyətə qarşı 
çıxanları nəzarət altında saxlamaq və zərərsizləşdirməkdən ibarət idi. 
7 il əhalini xof və qorxu içərisində yaşadan “opriçnina” 1572-ci ildə 
ləğv olundu. Qroznıdan sonrakı knyazların dövründə də təhlükəsizlik 
orqanları yaradıldı. Ancaq tarix səhnəsində elə bir mühüm yer tuta 
bilmədiklərindən tezliklə bağlandı.
23
Rusiyada siyasi cinayətkarlarla mübarizə aparan digər təşkilat XVII 
əsrin sonunda I Pyotr tərəfindən yaradılmışdı. “Priobrajenski prikaz” 
20   Черняк Е.Б. Пять столетий тайной войны. М., 1991.
21   Yenə orada 
22   Полмер Н., Аллен Т. 
Энциклопедия шпионажа. М., 1997.
23   Гордиевский Э. КГБ история внешнеполитических операций от Ленина до Горбачева. Нота Бене, 
1992.


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə