CümhuriYYƏTİn təHLÜKƏSİZLİk orqanlari



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə11/48
tarix21.06.2018
ölçüsü3,25 Kb.
#50036
1   ...   7   8   9   10   11   12   13   14   ...   48

CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
37
I FƏSİL. 
Azərbaycan Xalq Cümhuriyyətinin 
təhlükəsizlik orqanlarının 
yaradılması və fəaliyyəti
XX əsrdə Azərbaycan xalqı öz müstəqilliyini 
iki dəfə elan etdi. Hər iki müstəqilliyə aparan yol 
soyqrımından, qətliamdan keçdi. Birinciyə Mart, 
ikinciyə isə 20 Yanvar qırğınından keçib gəldik.


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
38


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
39
I. 1. Cümhuriyyətin yaranması ərəfəsində Azərbaycanda
ictimai-siyasi vəziyyət
Birinci Dünya müharibəsinin əsas iştirakçılarından olan Rusiyada 
sürətlə dərinləşən iqtisadi, siyasi və hərbi böhran, orduda artan fərarilik 
Romanovlar sülaləsini müharibədən çıxmaq haqda düşünməyə vadar 
etdi, rus-alman sövdələşməsi zərurətini yaratdı. İngiltərə kəşfiyyat 
idarəsinin gizli danışıqlar haqqında məlumatı Böyük Britaniyanı 
narahat etməyə bilməzdi. Çünki Rusiyanın müharibədən çıxması 
Almaniyanı iki cəbhədə müharibədən xilas edər, hərbi qüvvələrini 
şərq cəbhəsindən qərb cəbhəsinə çəkməklə İngiltərənin vəziyyətini 
ağırlaşdırardı. İngiltərənin müharibədən çıxmamaq haqqında təklifi 
II Nikolay tərəfindən rədd edildikdən sonra Romanovlar sülaləsinin 
çürüyən daxili dayaqları ilə yanaşı beynəlxalq dəstəyi də itdi və 
sülalənin devrilməsi qarşısıalınmaz 
oldu. Beləliklə də, 1917-ci ilin fevral 
hadisəsi Romanovlar sülaləsinin 
hakimiyyətinə son qoydu. Millətlərin 
öz müqəddəratını təyin etmələri 
üçün əlverişli imkan yarandı. 
Rusiyada ikihakimiyyətlilik 
hökm sürməyə başladı. Müvəqqəti 
hökumətin 6 mart 1917-ci il tarixli 
müraciəti demokratik azadlıqlar vəd 
edir, ölkədə yeni idarəetmə formasını 
müəyyən etməli olan Müəssislər 
Məclisinin çağırılmasını zəruri 
edirdi. Fevral inqilabından sonra 
Azərbaycanda milli azadlıq hərəkatı 
da yeni mərhələyə daxil oldu. Bakıda 
leqal fəaliyyətə başlayan “Müsavat”, 
Gəncədə “Federalistlər”, İrəvanda “İrşad” və s. partiyalardan heç biri 
milli-azadlıq hərəkatına rəhbərliyi bir əldə cəmləşdirmək gücündə 
deyildi. Qüvvələrin birləşdirilməsi məqsədi ilə ictimai qruplar 
arasında 29 mart 1917-ci il tarixdə yaradılmış Bakı Müsəlman 
İctimai Təşkilatının Müvəqqəti Komitəsi 
(sədr M.H.Hacınski, müavin 
Məmmədəmin Rəsulzadə


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
40
M.Ə.Rəsulzadə) xalqı ümummilli məqsədlər ətrafında cəmləşdirmək 
uğrunda mübarizədə təşəbbüsü ələ aldı. Məhz Müvəqqəti Komitənin 
qətiyyəti sayəsində çağırılmış Ümumqafqaz Müsəlmanlarının 
Qurultayında demokratik düşüncə sahibləri Azərbaycan milli 
azadlıq hərəkatının siyasi proqramının qəbul edilməsinə müvəffəq 
oldular. Müsəlman xalqlarının, o cümlədən Azərbaycanın milli-
ərazi və idarəçilik maraqlarını təsbit edən həmin proqram 1-11 may 
tarixlərində keçirilən Ümumrusiya Müsəlmanlarının I Qurultayında 
daha da inkişaf etdirildi. M.Ə.Rəsulzadənin bu xüsusda 271 səsə qarşı 
446 səslə qəbul edilən qətnaməsi Azərbaycan milli azadlıq hərəkatının 
qələbəsi idi. 
Müvəqqəti hökumətin beynəlxalq maraqlara xidmət edən 
“müharibəni axıra qədər davam etdirmək” haqqında bəyanatı ölkədəki 
böhranı daha da kəskinləşdirdi. O, bu bəyanat ilə xarici dayaqlarını 
qoruyub saxlamağa çalışsa da, daxili siyasi-iqtisadi proseslərin 
əsirinə çevrildi. Davam etməkdə olan Birinci Dünya müharibəsi isə 
nəinki Rusiyada, eləcə də müharibəyə qoşulan dövlətlərin hamısında 
böhranı gündən-günə dərinləşdirir və Rusiya iqtidarının məhvini 
yaxınlaşdırırdı. 1917-ci ilin payızına qədərki müddətdə müharibənin 
davam etdirilməsində maraqlı olan İngiltərə və Fransanın mövqeyində 
də müharibəyə münasibətdə dəyişiklik yarandı. Vahid cəbhədə 
müharibəyə can atan Almaniya isə Rusiyadakı siyasi proseslərə təsir 
etmək, hətta maliyyə vəsaiti sərf etməkdən də çəkinmirdi. Daxili və 
beynəlxalq amillərlə şərtlənən 1917-ci il Oktyabr hadisəsi ilə bütün 
Rusiyada, o cümlədən Azərbaycanda ictimai-siyasi proseslər yeni 
dövrə qədəm qoydu. 
Beləliklə, “
1917-ci il inqilabı məhkum siniflərə hürriyyət, 
məhkum millətlərə muxtariyyət verəcəkdi”
28
  inamı özünü 
doğrultmadı. 1917-ci il noyabrın 2-də S.Şaumyan başda olmaqla Bakı 
Soveti yaradıldı. Bakı neftinə can atan bolşevik hakimiyyətinə qarşı 
Tiflisdəki amerikan, ingilis və fransız nümayəndəlikləri Cənubi Qafqaz 
idarəçiliyini bir araya gətirdilər. 1917-ci il noyabrın 14-də Zaqafqaziya 
Komissarlığı təsis edildi. 
1918-ci il fevralın 10-da Zaqafqaziya Komissarlığını Zaqafqaziya 
Seymi əvəz etdi. Seymdə Cənubi Qafqazdan Ümumrusiya Müəssislər 
28   Rəsulzadə M.Ə. Azərbaycan Cümhuriyyəti. Bakı, 1990, s. 26.


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
41
Məclisinə seçilmiş siyasi partiyaların nümayəndələri təmsil 
olunmuşdular. Bunlardan 32 nəfəri menşevik, 30 nəfəri “Müsavat”, 27 
nəfəri daşnak və 19 nəfəri eser partiyasının nümayəndəsi idi. Müsəlman 
ittihadçılar, gürcü milli demokratlar və sosialist federalistlər, menşevik 
hümmətçilər də Seymdə təmsil olunmuşdular. Zaqafqaziya Seymində 
Azərbaycandakı siyasi partiyaların 44 nümayəndəsi təmsil olunurdu. 
Seymin ilk iclasında Rusiya hərbi hissələrinin Cənubi Qafqazdan 
çıxarılması məsələsi irəli sürüldü. 
Seymin nümayəndələri Cənubi Qafqazın ümumi mövqeyindən deyil, 
yaranmış şəraitdə daha çox öz millətlərinin milli mənafelərin dən çıxış edir, 
özlərinin müstəqilliyinin elan edilməsi barədə müzakirələr aparırdılar. 
Brest müqaviləsindən sonra Cənubi Qafqazda yaranmış vəziyyətdən 
istifadə edən erməni-rus hərbi birləşmələri Azərbaycan türklərinə qarşı 
soyqırımına başladılar. 
Mart qırğınlarına münasibətini bildirən N.Nərimanov ermənilərin 
vəhşiliklərini belə xarakterizə edirdi: “
Müsəlman hətta bolşevik 
olsaydı belə, ona aman vermirdilər. Daşnaklar deyirdilər: “Biz 
heç bir bolşevik tanımırıq, təkcə elə müsəlman olmağı kifayətdir”. 
Onlar kefi istədikləri adamı öldürür, evləri dağıdır, xaraba 
qoyurdular… Bolşevizm bayrağı altında daşnaklar müsəlmanlara 
qarşı hər cür vəhşiliyə yol verirdilər. Nəinki kişilərə, hətta hamilə 
qadınlara da rəhm etmirdilər”.
29
 Mart hadisələrindən dəhşətə gələn 
M.Ə.Rəsulzadə 10 min günahsız müsəlmanın öldürüldüyünü yazır
30
 
və bu soyqırımı siyasətinin mahiyyətini “Unudulmuş faciə” adlı 
məqaləsində belə qiymətləndirirdi: 
“Həqiqətdir ki, martın 18-dən 
20-nə qədər Bakı-türk demokratiyasının qafasında partladılan 
toplar, müsəlmanlar haqqında görülən müzalim Azərbaycan 
fikrini daşıyanı, muxtariyyat və istiqlal əqidəsi ilə pərvərdə olan 
vücudları məhv etmək üçün idi”.
31
 
1918-ci ilin martında Bakıda erməni daşnak və bolşevik 
qüvvələrinin törətdiyi qırğınlara Zaqafqaziya Seyminin erməni və 
gürcü nümayəndələri biganəlik və etinasızlıq gös tər ərək bu faciələri 
qiymətləndirmədilər. Ermənilərin törətdiyi bu vəhşiliklərə qiymət 
verilməməsi Seymin müsəlman fraksiyasını narazı saldı və onların 
29   Nərimanov N. Məqalələr və məktublar. M., 1925. s. 6.
30   Rəsulzadə M.Ə. Azərbaycan Cümhuriyyəti. Bakı, 1990, s. 33.
31   “İstiqlal” qəzeti, 31 mart 1919-cu il


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə