CümhuriYYƏTİn təHLÜKƏSİZLİk orqanlari



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə9/48
tarix21.06.2018
ölçüsü3,25 Kb.
#50036
1   ...   5   6   7   8   9   10   11   12   ...   48

CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
31
adlanan bu təşkilat əhali arasında qorxu və hüquqsuzluq atmosferi 
yaratsa da, qısa bir müddətdən sonra özünü doğrultmadığına görə 
ləğv olundu.
24
 
Rusiyada Dekabristlər hərəkatının gücləndiyi dövrdə - 1825-ci ildə I 
Nikolay 
(1825-1855) imperiya dəftərxanası nəzdində yeni siyasi polisin 
III şöbəsini yaratdı. Cəmi 16 nəfərdən ibarət olan bu şöbə ictimai fikrin 
inkişafına nəzarət edir və inqilabi ideyaların genişlənməsinə imkan 
vermirdi. Əməkdaşları ağ əlcək və göy yapıncı geyən həmin şöbənin 
informatorlar şəbəkəsi və jandarm korpusu var idi. Jandarm korpusu 
dövlət təhlükəsizliyini qoruyurdu. I Nikolayın ölümündən sonra bu 
aparatın əməkdaşlarının sayı 24-ə çatdırıldı. Yarıtmaz fəaliyyətinə görə 
1880-ci ildə III şöbə buraxıldı. Onun yerinə “Dövlət polis departamenti” 
yaradıldı. 1883-cü ildə isə adı dəyişdirilərək “Polis departamenti” 
adlandırıldı və dövlətin təhlükəsizliyini qorumaq funksiyası ona həvalə 
edildi. Sonralar isə Polis departamenti “Mühafizə” 
(“Oxranka”) sistemi 
adlandırıldı. “Mühafizə” xarici diplomatik kodları və şifrləri açan ilk 
kəşfiyyat xidməti oldu. II Nikolayın hakimiyyəti dövründə diplomatik 
poçtun tutulması, açılması və şifrinin oxunması sahəsində Rusiya aparıcı 
yer tuturdu. Birinci Dünya müharibəsinə qədər Almaniya, İngiltərə və 
ABŞ-ın belə xidməti yox idi.
25
Bu sahədə Rusiyanın yeganə rəqibi Fransa idi. Fransa “Syurte” 
xidməti diplomatik poçtun açılması ilə məşğul olurdu. XIX əsrin 
əvvəlində Fransada Napoleon Bonapart ilk növbədə məktubları 
prelustrasiya etmək üçün məxfi xidmət yaratmışdı. 
Diplomatik poçtun gizli açılması və yoxlanılması get-gedə daha da 
genişləndi. Hətta Böyük Britaniyada bu xidməti həyata keçirən idarə 
də təsis edildi. Orada London polisinin tərkibində daxili və xarici 
terrorçularla mübarizə üçün xüsusi şöbə yaradılmışdı.
26
Rus xarici kəşfiyyatı ümumən zəif təşkil olunsa da, gələcəkdə sovet 
kəşfiyyatı üçün bünövrə rolunu oynadı. Fevral inqilabından sonra 
bolşeviklərin əlinə keçən “Mühafizə” xidmətinin arxivləri açılarkən 
məlum oldu ki, Rusiya Sosial Demokrat Fəhlə Partiyasına onlar öz 
agentlərini hələ 1903-cü ildən etibarən daxil etmişdilər. Göründüyü 
24   Yenə orada.
25   Черняк Е.Б. Пять столетий тайной войны. М., 1991.
26   Полмер Н., Аллен Т. Энциклопедия шпионажа. М., 1997.


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
32
kimi, təhlükəsizlik orqanları getdikcə daha da təkmilləşir və öz 
funksiyalarını müəyyənləşdirirdilər. 
1917-ci il dekabrın 20-də sovet xüsusi xidmət orqanı olan 
Ümumrusiya Fövqəladə Komissiyası 
(ÜFK) yaradıldı. 1991-ci ilə 
qədər müxtəlif adlar altında fəaliyyət göstərən bu qurum 6 may 1991-ci 
ildən Ümumittifaq Respublikaları statuslu RSFSR Dövlət Təhlükəsizlik 
Komitəsi, 1991-ci il noyabrın 26-dan isə RSFSR Federal Təhlükəsizlik 
Agentliyi adlanmağa başlandı.
27
 Bu qurum 1991-ci il dekabrın 3-də 
Respublikalararası Təhlükəsizlik Xidməti və Mərkəzi Kəşfiyyat Xidməti 
(hazırda Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidməti) adlandırıldı. 
1992-ci il yanvarın 24-də Federal Təhlükəsizlik Agentliyinin və 
Respublikalararası Təhlükəsizlik Xidmətinin bazası əsasında Rusiya 
Federasiyasının Təhlükəsizlik Nazirliyi yaradıldı. 1993-cü il dekabrın 21-
də Rusiya Federasiyasının Təhlükəsizlik Nazirliyi ləğv edildi. Bu xüsusi 
xidmət orqanı Rusiya Federasiyasının Federal Əks-kəşfiyyat Xidməti 
adlanmağa başladı. 
Hazırda Rusiyada aşağıdakı xüsusi xidmət orqanları fəaliyyət 
göstərir:

Xarici Kəşfiyyat Xidməti (XKX),

Federal Təhlükəsizlik Xidməti,

Baş Kəşfiyyat İdarəsi,

Hökumət Rabitəsi Federal Agentliyi,

Federal Sərhəd Xidməti.
Dünyada bir çox xüsusi xidmət orqanları mövcuddur. Onlardan 
biri də İran İslam Respublikasının təhlükəsizlik orqanlarıdır. İranda ilk 
kəşfiyyat və əks-kəşfiyyat xidməti XX əsrin əvvəllərində – 1905-1911-
ci illərdə yaranmağa və formalaşmağa başlamışdır. İranda baş verən 
inqilablar və üsyanlar burada xüsusi xidmət orqanlarının inkişafına, 
kadr potensialının genişləndirilməsinə təkan verdi. 1922-ci ildə İran 
ordusunun tərkibində hərbi və siyasi məlumatlar toplayan “II şöbə”, 
1927-ci ildə Xarici İşlər Nazirliyinin tərkibində “Məlumat bürosu”, 
bir qədər sonra isə Daxili İşlər Nazirliyinin tərkibində “Xarici şöbə” 
yaradıldı. Bu şöbənin əsas məqsədi diplomatik nümayəndəliklər və 
əcnəbilər üzrə iş aparmaqdan ibarət idi. 
27   Воронцов С.А. Спецслужбы России. Ростов-на-Дону, 2006, с. 394.


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
33
İkinci Dünya müharibəsinin əvvəllərində İranın bəzi xüsusi 
xidmət orqanları öz fəaliyyətlərini dayandırsalar da, 1942-ci ildə 
onlar öz fəaliyyətlərini yenidən bərpa etdilər. 1956-cı ildə İranın 
İnformasiya Nazirliyi – SAVAK 
(Saziman-e amniyyat-e və ettelat-e 
Keşfər) yaradıldı. 1979-cu il fevralın 5-də bu qurumun buraxılması 
barədə qərar qəbul edildi. Buna baxmayaraq, SAVAK-ın bəzi struktur 
bölmələri fəaliyyətini davam etdirirdi. Həmin ilin iyununda SAVAK-
ın və gizli şiə təşkilatının bazası əsasında İran İslam Respublikasının 
– islam rejiminin maraqlarının təminatçısı olan SAVAMA 
(Saziman-e 
amniyyat-e və ettelat-e millət-e İran) yaradıldı. 1980-ci ildə SAVAMA-
nın adı dəyişdirildi və Baş nazir yanında “Təhqiqatlar və Məlumat 
İdarəsi” adlandırıldı. İslam inqilabından sonra bu rejimin müdafiəçisi 
kimi 1979-cu ilin may ayında İslam İnqilab Keşikçiləri Korpusu 
(İİKK, 
farsca SEPAH) yaradıldı. Bu qurum İslam İnqilab Şurasına tabe edildi. 
Hazırda İranda aşağıdakı xüsusi xidmət orqanları mövcuddur:

İnformasiya Nazirliyi,

Birləşmiş Xüsusi Əməliyyatlar Komitəsi,

Kəşfiyyat və Təhlükəsizlik Nazirliyi,

İslam İnqilab Keşikçiləri Korpusu,

Hərbi kəşfiyyat. 
Bu qurumların hər birinin müvafiq struktur bölmələri vardır.
Deyilənlərdən aydın görünür ki, dövlət meydana gəldikdən və 
müəyyən inkişaf yolu keçdikdən sonra təhlükəsizlik problemi dövlət 
rəhbərlərinin daima diqqət mərkəzində olmuşdur. 
Qeyd olunduğu kimi, zəngin irsə malik olan Azərbaycanın 
xüsusi xidmət orqanlarının tarixi də çox qədim dövrlərdən başlayır. 
Tarixi faktlar göstərir ki, istər Manna, Atropatena, Albaniya, 
Atabəylər, Səfəvilər, istərsə də xanlıqlar dövründə təhlükəsizlik 
məsələsi hökmdarların daim diqqət mərkəzində olmuşdur. Lakin 
ilk demokratik dövlət olan AXC dövründə belə bir qurum rəsmi 
dövlət qərarı ilə yaradılmışdı. Bütövlükdə Azərbaycanın xüsusi 
xidmət orqanları üç tarixi mərhələdən keçmişdir: 
Birinci mərhələ 
AXC dövrünü (1918-1920), 
ikinci mərhələ sovet dövrünü (1920-
1991), 
üçüncü mərhələ isə müstəqil Azərbaycan Respublikası 
dövrünü əhatə edir. 


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə