CümhuriYYƏTİn təHLÜKƏSİZLİk orqanlari



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə6/48
tarix21.06.2018
ölçüsü3,25 Kb.
#50036
1   2   3   4   5   6   7   8   9   ...   48

CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
22
inqilabçılar, o cümlədən V.İ.Lenin də öz əsərlərini yazmaq üçün 
süddən istifadə etmişdir. Yeri gəlmişkən qeyd etməliyik ki, bu üsulla 
yazı texnologiyası Azərbaycan yazıçısı İsmayıl Şıxlının “Dəli Kür” 
romanında 
(eləcə də eyni adlı filmdə) əks olunmuşdur. Belə ki, Qori 
Seminariyasında oxuyan tələbələr inqilabi fikirləri Quran kitabının 
səhifələrinə südlə yazır və oxuyurdular.
XVII-XVIII əsrlərdə artıq əksər ölkələrdə “qara kabinet” adlanan 
xüsusi dövlət orqanları fəaliyyət göstərirdi. Bu strukturlar məxfi 
yazışmaların tutulması, nəzarət və senzura məqsədilə poçt ilə 
göndərilən məktubların açılıb oxunması, yoxlanılması və şifrlərin 
açılması ilə məşğul olurdular. Qeyd edilməlidir ki, bu strukturların 
tərkibinə riyaziyyatçılar və dilçilərlə yanaşı kimyaçılar da daxil 
edilirdilər. Çünki həmin dövrdə görünməyən mürəkkəblərdən fəal 
surətdə istifadə olunurdu.
Təbii ki, elm, texnologiya inkişaf etdikcə mikrofotoqrafiya 
texnologiyası standart çap vərəqlərinin, sxemlərin və çertyojların 
adi mətbəə nöqtəsi ölçüsündə mikrofotoşəklinin çəkilməsinə imkan 
verirdi. Belə yolla hazırlanmış bir və ya bir neçə mikrofotonöqtə adi 
mətbəə nöqtəsi kimi məktublara yapışdırılır və ötürülürdü. Adi mətbəə 
nöqtəsinə oxşayan belə mikrofotoşəkilləri tapmaq və aşkar etmək 
olduqca çətin idi. Bu texnologiya çox böyük həcmli informasiyanı, o 
cümlədən sxemləri və çertyojları ötürməyə imkan verirdi.
ABŞ dövləti rəqiblərinin bu sahədəki nailiyyətlərini nəzərə 
alaraq sadə və zərərsiz məlumatların 
(şahmat oyunu gedişləri, toxum 
təlimatları, şəkillər və s.) bu üsulla ötürülməsinə qadağalar qoymuşdu. 
Yaponiyanın hücumundan sonra ABŞ 15 min əməkdaşı olan senzura 
təşkilatı yaratdı. Bu qurum hər gün milyona yaxın məktub yoxlayır, 
sonsuz sayda telefon danışıqlarına qulaq asır, filmlərə, qəzetlərə, 
jurnallara və s. nəzarət edirdi.
Deyilənlərdən aydın olur ki, stenoqrafik üsul və vasitələrdən bütün 
ölkələrin kəşfiyyat orqanları (xüsusilə də müasir dövrdə) geniş şəkildə 
istifadə etmişlər. 
Qədim zamanlarda Çin hökmdarları kəşfiyyatdan dövlət 
idarəetməsində bir silah kimi istifadə edirdilər. Eradan əvvəl VI-V 
əsrlərdə yaşamış qədim Çin sərkərdəsi və hərb nəzəriyyəçisi Sunszı 


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
23
özünün “Pin-fa” 
(“Hərb sənəti”) traktatında kəşfiyyatın xüsusi 
əhəmiyyətini vurğulayaraq yazırdı: 
“Əgər sən öz gücünü və 
düşməninin gücünü bilirsənsə, onda yüz döyüşdən belə qorxmaya 
bilərsən. Əgər sən öz gücünə bələdsən, lakin düşməninin gücünü 
bilmirsənsə, onda hər bir qələbədən sonra səni bir məğlubiyyət 
gözləyir. Əgər sən nə öz gücünü, nə də düşməninin gücünü 
bilmirsənsə, onda həmişə müharibələri uduzacaq axmaqsan”
2
.
Miladdan əvvəl Romada da təhlükəsizlik məsələsinə üstünlük 
verilirdi. Romanın dövlət və siyasi xadimi Yuli Sezar 
(eradan əvvəl 
58-51-ci illərdə) Qalliya yürüşləri zamanı çox güclü kəşfiyyat qrupu 
yaratmışdı. Lakin Romanın hökmdarı olduqdan sonra o, kəşfiyyatdan 
demək olar ki, imtina etdi və nəticədə “
L.Kassi və Y.Bruttun 
başçılığı ilə edilən qəsd nəticəsində Romada senatın iclasında 
öldürüldü”.
3
 Y.Sezardan sonra hakimiyyətə gələnlər onun bu səhvini 
təkrar etmədilər. Tiberi 
(14-37) və Domisian (81-96) kimi tiranlar 
sayca bir orduya bərabər gizli agentlər saxlayırdılar. Romada onları 
“delyator” 
(informator) adlandırırdılar. V əsrdə yaşamış tarixçi Prokopi 
qədim dövrlərdə təhlükəsizlik xidməti barədə yazırdı ki, hökmdarlar 
saraylarında bir neçə adam saxlayır və lazım gəldikdə məlumat 
toplamaq üçün əcnəbi ölkələrə səfərə göndərirdilər.
4
Buradan belə nəticə çıxmasın ki, təhlükəsizliyə önəm verən 
dövlətlər işi birtərəfli aparmış, üstünlüyü kəşfiyyata vermişlər. 
Şübhəsiz ki, əks-kəşfiyyat işini düzgün qurmadan düzgün kəşfiyyat 
(və ya əksinə) aparmaq olmazdı. Daxili sabitliyi və təhlükəsizliyi təmin 
etmədən, dövlətə qarşı yönəlmiş xarici təhdidlərin, təxribat-pozuculuq 
əməllərinin qarşısını almadan başqa dövlətə qarşı iş aparmaq da 
mümkün deyildi. Elə ona görə də, dövlət başçıları ölkədəki ictimai-
siyasi vəziyyəti daim öz nəzarətində saxlamış, təhlükəsizliyi təmin 
etmək üçün müvafiq tədbirlər görmüş, əldə edilmiş informasiyaları 
təhlil etmiş və qabaqlayıcı tədbirlər nəticəsində təhlükəni aradan 
qaldırmağa çalışmışlar.
Şərqdə kəşfiyyat və əks-kəşfiyyat işində tacirlərdən, səyyahlardan, 
sufilərdən, dərvişlərdən və s. geniş istifadə edilir və onlar “casus” 
2   Полмер Н., Аллен Т. Энциклопедия шпионажа. М., 1997.
3   Azərbaycan Sovet Eensiklopediyası. 10 cilddə. 5-ci cild. Bakı, 1981, s.167.
4   Черняк Е.Б. Пять столетий тайной войны. М., 1991.


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
24
adlandırılırdılar. Səlcuq hökmdarlarının sarayında baş vəzir olan 
Əbu Əli Həsən İbn Əli Xacə Nizamülmülk “Siyasətnamə” əsərində 
göstərirdi ki, 
“həmişə hər tərəfə sövdagər, səyyah, sufi, əttar, 
dərviş libasında casuslar göndərilməlidir; bunlar eşitdiklərini 
xəbər verməlidirlər, beləliklə, heç bir şey gizli qalmamalıdır; bir 
iş baş versə, yenidən baş qaldırsa, vaxtında tədbir görülsün”.
5
Ölkə daxilində baş verəcək hadisələrin qarşısını almaq üçün də 
bu fəaliyyət növündən geniş istifadə edilirdi. 
“Çox vaxt olub ki, 
valilər, iqtidarlar, məmurlar və əmirlər qiyam fikrinə düşmüş, 
şaha qarşı üsyan xəyalında olmuşlar, lakin casus gəlib şaha xəbər 
verdikdən sonra şah vaxtında atını minərək hücuma keçmiş, 
qəflətən onların başı üstünü alaraq həbs etmiş, arzularını puça 
çıxarmışdır”.
6
Bütün bunlar həmişə belə olmamış, bəzən bunun əksi də baş 
vermişdir. Məsələn, səlcuqlar İranı, Əfqanıstanı, Meso potamiyanı, 
Şərqi Anadolunu, Cənubi Azərbaycanı, Suriyanı qısa bir müddətdə fəth 
etmiş və bu ərazilərdə öz dövlət təsisatlarını qurmuşlar. Lakin səlcuqlar 
bu əraziləri zəbt etdikdən sonra mövcud dövlət quruluşunu olduğu 
kimi saxlamamış, oralar da müəyyən uğurlu və ya uğursuz dəyişikliklər 
və islahatlar da aparmışlar. Belə uğursuz dəyişikliklərdən biri on dəftər-
dən 
(nazirlikdən) ibarət olan və dövlət strukturunda olduqca mühüm 
əhəmiyyət kəsb edən “sahibi xəbər”in və “sahibi hərs”in ləğv olunması 
idi. Səlcuqların böyük vəziri Niza mül mülk 
(1018-1092) bu məsələyə 
belə aydınlıq gətirirdi: 
“Əbülfəzl Sigizi sultani-şəhid Alp Arslana 
dedi: Nə üçün sahibi-xəbər saxlamırsan? Sultan cavabında dedi: 
Sənin qəsdin odur ki, mənim mülkümü dağıdasan və mənim 
tərəf dar larımı qaçırdasan. Əbülfəzl soruşdu: Nə üçün? Sultan 
dedi: Əgər mən sahibi-xəbər təyin edərsəm, mənim dostla rım 
mənə etimad etdiklərinə görə sahibi-xəbərə etina etməz və rüşvət 
verməzlər, amma düşmanlarım onunla dost olub ona pul verərlər; 
ona görə həmişə düşmandan dostluq, dost lardan düşmanlıq 
xəbəri gətirər”.
7
Göründüyü kimi, ləğv edilən dəftərlər sahibi-xəbər və sahibi-
5   Əbu Əli Həsən İbn Əli Xacə Nizamülmülk. Siyasətnamə. Bakı, 1987, s. 79.
6   Yenə orada.
7  Xuluflu V. Səlcuq dövlətinin daxili quruluşuna dair. Bakı, 1930, s.12.


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə