CümhuriYYƏTİn təHLÜKƏSİZLİk orqanlari



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə3/48
tarix21.06.2018
ölçüsü3,25 Kb.
#50036
1   2   3   4   5   6   7   8   9   ...   48

CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
12
2018-ci ilin Azərbaycan Respublikasında 
“Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında 
Azərbaycan Respublikası Prezidentinin 
Sərəncamı
1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatında misilsiz ha-
disə baş vermiş, Müsəlman Şərqində ilk parlamentli respublika olan 
Azərbaycan Xalq Cümhuriyyəti qurulmuşdur. Cəmi iki ilə yaxın ya-
şamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu 
təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoymuş, xalqın 
qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın 
gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlamışdır. 
2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 
100-cü ildönümü tamam olur. Bu əlamətdar hadisənin dövlət səviy-
yəsində layiqincə qeyd edilməsi məqsədilə Azərbaycan Respublikası 
Prezidentinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi 
haqqında” 2017-ci il 16 may tarixli 2867 nömrəli Sərəncamına əsasən, 
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq tədbirlər 
planının hazırlanıb həyata keçirilməsi tapşırılmışdır. Bu tədbirlərlə 
yanaşı, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildö-
nümü ilə əlaqədar ölkədə və ölkə xaricində silsilə tədbirlərin həyata 
keçirilməsi nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 
32-ci bəndini rəhbər tutaraq 
qərara alıram:
2018-ci il Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhu-
riyyəti İli” elan edilsin.
 
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 yanvar 2018-ci il.


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
13
ÖN SÖZ
Məxfi qurumun açıq tarixi haqqında qiymətli əsər
Bütün Müsəlman Şərqində ilk parlamentli respublika qurmaqla, 
müsəlman xalqlarına respublika məfkurəsini gətirməklə, imperiyanın 
zülmündən qurtulmaqla onlara müstəmləkəçilikdən xilas olmağın 
yolunu göstərməklə, Avropanın bir çox ölkələrindən əvvəl qadınla-
ra seçib-seçilmək hüququnu verməklə dünya demokratiyasına bö-
yük töhfə vermiş Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 
100 illiyi tamam olur. Azərbaycan Respublikasının Prezidenti cənab 
İlham Əliyev milli tariximizə xüsusi qayğı və hörmət əlaməti olaraq 
Cümhuriyyətin 100 illiyi ilə bağlı 2017-ci il 16 may tarixində müvafiq 
sərəncam imzalamış
1
, digər bir sərəncamı ilə 2018-ci ili “Azərbaycan 
Xalq Cümhuriyyəti İli” elan etmişdir.
2
  Böyük tarixi, ictimai-siyasi və 
mənəvi-psixoloji əhəmiyyət daşıyan bu sərəncamlardan irəli gələn 
məsələlərin yerinə yetirilməsi həm XX əsrdə Azərbaycanın birinci 
müstəqillik tarixinin öyrənilməsinə marağı artırmaqla tarixşünaslıq 
nöqteyi-nəzərindən böyük elmi-nəzəri əhəmiyyət kəsb edir, həm də 
milli-mənəvi önəm daşımaqla gənc nəsildə müstəqil dövlətçilik duy-
ğularını və milli tarixinə sahib çıxmaq hisslərini gücləndirir. 
 Heç kəsə sirr deyildir ki, təlatümlərlə dolu bəşər tarixinin müxtəlif 
mərhələlərində qədim dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı 
öz istiqlalına doğru keşməkeşli və çətin yol keçsə də, onun taleyində 
XX əsrdə baş vermiş hadisələr müstəsna yer tutur. Çünki məhz həmin 
əsrdə Azərbaycan xalqı əvvəlki dövrlərdə böyük və mürəkkəb tarixi 
təkamül nəticəsində formalaşmış milli istiqlal ideyasını həyata ke-
çirərək Müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycan Xalq Cümhu-
riyyətini yaratmış, lakin bolşevik işğalı nəticəsində 1920-ci ildə dövlət 
müstəqilliyini itirsə də, keçən əsrin 90-cı illərinin başlanğıcında yeni-
dən bərpa etmişdir.
1   “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Azərbaycan Respublikası Prezidenti-
nin Sərəncamı. 16.05.2017. // “Azərbaycan” qəzeti, 17.05.2017.
2  “2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında” 
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı.10.01.2018.// “Azərbaycan” qəzeti, 11.01.2018.


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
14
Cümhuriyyət dövrü Azərbaycan xalqının şərəfli tarixinin ən mü-
hüm səhifələrindən biridir. Heydər Əliyev həmin dövr haqqında 
deyirdi: 
“Bu gün biz Azərbaycan Xalq Cümhuriyyətinin yaradıl-
masını və iki illik fəaliyyətini təmin edənlərin hamısını böyük 
minnətdarlıq hissi ilə yad edirik. Onlar həqiqətən vətəndaşlıq 
şücaəti göstəriblər, həqiqətən öz xalqı, milləti qarşısında böyük 
qəhrəmanlıq göstəriblər. Xalq Cümhuriyyətinin yaradıcıları – 
Məmmədəmin Rəsulzadə, Fətəli xan Xoyski, Əlimərdan bəy Top-
çubaşov, Nəsib bəy Usubbəyov, Həsən bəy Ağayev, Xalq Cümhu-
riyyətinin ilk Milli Şurasının bütün üzvləri, Xalq Cümhuriyyəti 
hökumətinin üzvləri Azərbaycan xalqı qarşısında böyük xidmət-
lər göstəriblər. Xalqımız onların xidmətlərini bu gün minnətdar-
lıq hissi il yad edir. Onların gördüyü işlər və əziz xatirələri Azər-
baycan xalqının qəlbində əbədi yaşayacaqdır”.
3
  
 Məlum olduğu kimi, Cümhuriyyət tarixinin sistemli şəkildə 
araşdırılmasında Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyi ilə 
bağlı olaraq Azərbaycan Respublikasının Prezidenti, Ulu öndər 
Heydər Əliyevin 1998-ci ildə imzaladığı “Azərbaycan Xalq Cüm-
huriyyətinin 80 illik yubileyinin keçirilməsi haqqında”, “Azərbay-
can Xalq Cümhuriyyətinin 80 illiyinə həsr olunmuş əsərlərin nəşr 
edilməsi haqqında” və “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik 
yubileyinə həsr olunmuş ümumrespublika mərasiminin keçirilmə-
si haqqında” sərəncamları mühüm rol oynamışdır.
4
 Məhz həmin 
sənədlərdə nəzərdə tutulmuş məsələlərin yerinə yetirilməsi nəti-
cəsində Cümhuriyyət dövrü tarixinə həsr olunmuş ciddi, əhatəli 
və dərin elmi-tədqiqat işləri aparıldı, qiymətli əsərlər yazıldı, xarici 
siyasət sənədləri, Cümhuriyyət parlamentinin stenoqramları və s. 
3  Heydər Əliyev. Müstəqilliyimiz əbədidir. On beşinci kitab, s. 167
4  “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası 
Prezidentinin Sərəncamı. 30.01.1998. // “Azərbaycan” qəzeti, 01.02.1998; “Azərbaycan Xalq Cümhuriyyəti-
nin 80 illik yubileyinə  həsr olunmuş əsərlərin nəşr edilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti-
nin Sərəncamı. 22.02.1998. // “Azərbaycan” qəzeti, 24.02.1998; “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik 
yubileyinə həsr olunmuş ümumrespublika mərasiminin keçirilməsi haqqında” Azərbaycan Respublikası 
Prezidentinin Sərəncamı. 24.05.1998. // “Azərbaycan” qəzeti, 26. 05.1998.


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə