CümhuriYYƏTİn təHLÜKƏSİZLİk orqanlari



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə48/48
tarix21.06.2018
ölçüsü3,25 Kb.
#50036
1   ...   40   41   42   43   44   45   46   47   48

CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
157
67.  Seyfulla Əzimov (əməkdaş)
68.  Səfər Qurbanov 
69.  Seyid Hüseyn (əməkdaş)
70.  Süleyman Bağırzadə
71.  Taisiya Şipelyova (əməkdaş)
72.  Fətəli Sumbatov
73.  Fətəliyev 
74.  Fatalova Liza
75.  Fəxrəddin Rzayev (əməkdaş)
76.  Xeyrulla Əzimov (əməkdaş)
77.  Heydərbala Həsənov (əməkdaş)
78.  Həşim Sultanov (əməkdaş)
79.  Həbubulla Musayev (əməkdaş)
80.  Hüseynqulu Hüseynov (əməkdaş)
81.  Hüseynqulu Muxtaroğlu 
82.  Həbib Huriyev
83.  Hadı Qurban oğlu (əməkdaş)
84.  Hüseyn Mansurski (əməkdaş)
85.  Hüseyn Mahmudov
86.  Həsən Əliverdiyev (əməkdaş)
87.  Cabbar Aqamarov (əməkdaş)
88.  Camal Dadaşov (əməkdaş)


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
158
Azərbaycan Respublikası Əks-kəşfiyyat Xidməti 
əməkdaşlarının hüquq və vəzifələri haqqında 
Əsasnamə
 
Əks-kəşfiyyat xidmətinin əməkdaşları aşağıdakı istiqamətlərdə 
fəaliyyət göstərirlər:
1.  Casusların və onların təşkilatlarının, eləcə də Azərbaycana və 
onun müttəfiqlərinə qarşı düşmən qüvvələrə dəstək ola biləcək 
şəxslərin aşkarlanması.
2.  Aşağıda göstərilən cinayətlərə meyilli şəxslərin aşkarlanması:
a.  Azərbaycan Respublikasına qarşı qiyam;
b.  Dövlətə xəyanət;
c.  Azərbaycan Respublikasının parlamentinin sədri, Azərbaycan 
hökumətinin sədri və digər vəzifəli şəxslərin həyat və azadlığına qəsd;
d.  Hərbi vəzifəlilərə, hərbi qurumlara, hərbi hissələrə hücum;
e.  Hakimiyyətə qarşı hərbi müqavimət;
f.  Dəmir yollarına, körpülərə, bənzər tikililərə, eləcə də su qurğularına 
və digər dövlət əhəmiyyətli qurğulara, teleqraf və telefonlara ziyanın 
vurulması;
g.  Dövlət anbarlarının yandırılması və partladılması.
3.  Əks-kəşfiyyat xidmətinin əməkdaşları hərbi qulluqçuları öz 
vəzifələrini icra etməkdən yayındıra biləcək cərəyanların və 
yazıların aşkarlanması və yayılmasının qarşısının alınması ilə 
bağlı tədbirlər həyata keçirir.
4.  Əks-kəşfiyyat xidmətinin əməkdaşları aşağıdakı şəxslərin 
aşkarlanması ilə bağlı tədbirlər həyata keçirirlər:
a.  Əhali arasında mövcud dövlət quruluşunun devrilməsinə yönəlmiş 
şifahi və ya yazılı təbliğat aparan şəxslər;
b.  Hökumətin fəaliyyəti və sərəncamları, hərbi hissələrin əməliyyatları 
və fövqəladə hadisələr barədə yalan məlumatları yayan şəxslər;
c.  Əhalinin ayrı-ayrı hissələri və ya sinifləri arasında milli düşmənçiliyi 
qızışdırmağa yönəlmiş məlumatları yayan şəxslər.
5.  Əks-kəşfiyyat xidmətinin əməkdaşları siyasi xarakter daşıyan və 
hakimiyyət orqanlarının icazəsi olmadan keçirilən yığıncaqların 


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
159
aşkarlanması ilə bağlı tədbirlər həyata keçirirlər.
6.  Əks-kəşfiyyat xidmətinin əməkdaşları odlu silah, patron, silah-
sursat və partlayıcı maddə anbarları və gizli saxlanc yerlərinin 
aşkarlanması ilə bağlı tədbirlər həyata keçirirlər.
7.  Əks-kəşfiyyat bölməsinin rəisləri öz rəislərinin və onların 
köməkçilərinin tapşırığı əsasında yuxarıda göstərilən əməllərdə 
şübhəli bilinən şəxslərlə bağlı axtarışlar və götürmələr həyata 
keçirmək, eləcə də bu şəxsləri ilkin qaydada həbs etmək 
hüququna malikdirlər.
8.  Əks-kəşfiyyat bölməsinin rəisləri öz rəislərinin və onların 
köməkçilərinin tapşırığı əsasında yuxarıda göstərilən əməllərdə 
şübhəli bilinən şəxslərin, eləcə də işin hallarının araşdırılmasına 
kömək edə biləcək şəxslərin dindirilməsini həyata keçirə bilərlər. 
9.  Qeyd: Əks-kəşfiyyat məntəqələrinin rəisləri eyni hüquqa 
malikdirlər.
10.  Götürmə, axtarış və həbs üçün əsaslar xüsusi sərəncamlarda əks 
olunmalıdır
11.  Götürmə, axtarış və həbsin icrasının təmin olunması məqsədi 
ilə yerli polis və digər müvafiq orqanların əməkdaşları dəvət 
olunurlar
12.  Həbs olunanlar müvafiq əks-kəşfiyyat bölməsinin sərəncamında 
hesab olunurlar.
13.  Əks-kəşfiyyat bölməsinin rəisi və ya onun köməkçisinin sərəncamı 
ilə həbs olunmuş və barəsində istintaq aparılan şəxslər 1 aydan 
çox olmayaraq həbsdə saxlanıla bilərlər. Ehtiyac yarandıqda bu 
müddət hərbi general-qubernatorun sərəncamı ilə 3 aya qədər 
uzadıla bilər.
14.  Dindirilmələr, götürmələr, axtarışlar, maddi sübutların əldə 
olunması, toplanması və onlara baxışın keçirilməsi zamanı ibtidai 
istintaq qaydalarına tam şəkildə əməl olunmalıdır.
15.  Əks-kəşfiyyat xidməti əməkdaşlarının şifahi və ya yazılı tələbi 
əsasında bu Əsasnamənin 1-7 bəndlərində göstərilən əməllərdə 
şübhəli bilinən şəxslər aşağıdakı hallarda dərhal saxlanıla bilər: bu 
Əsasnamənin 1-7 bəndlərində göstərilən əməllərin törədilməsi 


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
160
zamanı yaxalanan şəxslər, bu cür əməlin törədilməsini şahidlər 
təsdiq etdikdə, əldə olunmuş maddi sübutlar şübhəli şəxsin 
əməlini təsdiq etdikdə və ya ona məxsus olduqda, şübhəli şəxsin 
bəlli yaşayış yeri olmadıqda, şübhəli şəxs qacmağa cəhd etdikdə, 
şübhəli şəxsin gizlənməsinin mümkünlüyü barədə tutarlı sübutlar 
olduqda.
16.  Saxlanılma haqqında tələbin icrası polis və digər müvafiq 
qurumlara yönəldilməlidir. Belə tələb olmadığı halda saxlanılma 
əks-kəşfiyyat bölmələri və ya təşkilatın özü tərəfindən həyata 
keçirilə bilər.
17.  Əvvəlki maddəyə müvafiq saxlanılan şəxslər 24 saat ərzində əks-
kəşfiyyat bölməsinin rəisi və ya onun köməkçisinin sərəncamına 
çatdırılmalıdırlar. Məsafənin uzaqlığı ilə bağlı bu müddət uzadıla 
bilər
18.  Əks-kəşfiyyat bölməsinin rəisi və ya onun köməkçisi məntəqəyə 
çatdırılan şübhəli şəxsin 24 saat ərzində dindirilməsi və onun 
buraxılması və ya nəzarətdə saxlanılması barədə qərar qəbul 
etməlidir.
19.  Digər rayonun ərazisində götürmə, axtarış və ya həbs hərəkətinin 
həyata keçirilməsi tələb olunduqda bunu həmin rayonun bölməsi 
həyata keçirir.
20.  İstintaq zamanı bu Əsasnamənin 1-7 bəndlərində göstərilən 
əməllər aşkar olunduqda əks-kəşfiyyat bölməsinin rəisi dərhal 
məhkəmə orqanları və hərbi general-qubernatora bu barədə 
xəbər verir.
21.  İstintaq tamamlandıqda onun nəticələri barədə məhkəmə 
orqanlarına məlumat vermə ehtiyacı yaranmadıqda bu barədə 
Cinayət İcraatı Nizamnaməsinin 253-cü maddəsinə müvafiq 
hərbi general-qubernatora və dairə məhkəməsinin prokuroruna 
xəbər verilir. Lakin hətta belə hallarda hərbi vəziyyətin elan 
olunduğu ərazilərlə bağlı qaydalara uyğun olaraq general-
qubernator şübhəli şəxs barəsində müvafiq tədbir görmək 
hüququna malikdir.
22.  Əks-kəşfiyyat bölməsinin rəisi tərəfindən aparılan istintaq 


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
161
tədbirləri barədə general-qubernatorun adına şikayət verilə bilər. 
Bu hüququn mövcudluğu barədə axtarışa və ya həbsə məruz 
qalmış şəxsə dərhal məlumat verilməlidir.
23.  Bu Əsasnamənin 1-7 bəndlərində göstərilən əməllərə dair 
polisin başladığı istintaq barəsində dərhal müvafiq əks-
kəşfiyyat bölməsinə xəbər verilməlidir. Bu bölmənin rəhbəri 
belə işlərlə bağlı müvafiq sənədləri tələb etmək və istintaqı öz 
üzərinə götürmək hüququna malikdir. Belə hallar barəsində 
dərhal general-qubernatora və prokurorluq qurumlarına xəbər 
verilməlidir. 
 
Azərbaycan Xalq Cümhuriyyətinin təhlükəsizlik 
orqanlarına dair bəzi sənədlərin surətləri
General Sulkeviçin sərhədyanı dövlətlərdə sərhəd qoşunlarının vəziyyəti 
ilə bağlı Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi arasında məlumat 
mübadiləsinin təmin olunması ilə bağlı məktubu  


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
162
“Müdafieyi milliyə komitəsi cənabına. Həmin ərizənin 13-cü günündən 
etibarən  bu anadək ƏMT-də çalışmış olan yoldaşımız Əli Bayramzadənin 
vocudi-təşkilatda  ezam olunmasına nəzərən moğeye məmuriyyəti kəndi 
öhdəsində qalmaq nəzarətindən  almaq şərtilə təşkilatda çalışmaq üçün ezam 
edilməsi xüsusunda tədabir edilməsini rica ediyorum. Müdriyyət” 
“Azərbaycan Cümhuriyyəti baş müdafiəye milliyə müdriyyətinə … ƏMT 
məmurlarına  iyul ayının 20-nədək (100 min rubl) vermək üçün ehtiram ilə 
rica ediyorum.  ƏMT-nin müdiri: Şeyxzamanlı. 20 iyul 1919-cu il”


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
163
Alay məhkəmələrinin mövcud olmadığı hərbi hissələr və müəssisələrin müvafiq 
cinayət işlərinin Gəncə, Zaqatala, Qusar, Qarabağ və Lənkəranda yerləşən 
hərbi hissələrin alaylarının məhkəmələrinə təqdim etmələri barədə hərbi nazir 
general Mehmandarov və Baş Qərargah rəisi Səlimovun 16 sentyabr 1919-cu 
il tarixli əmri
Bakıdakı Litva konsulluğu əməkdaşının dindirilməsi zamanı beynəlxalq hüquq 
normalarının pozulması barədə yayılan xəbərlərin reallığa uyğun olmaması 
barədə ƏMT rəisinin DMK  sədrinə 16 avqust 1919-cu il tarixli məlumatı


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
164
Çuprin və Proradenin saxlanılması və sonradan azadlığa buraxılması 
haqqında ƏMT rəisinin DMK-nın sədrinə göndərdiyi 15 avqust 1919-cu il 
tarixli arayış
Xarici diplomatik nümayəndəliklərin saxlanılan təmsilçilərinə qarşı ƏMT 
nümayəndələrinin guya qeyri-konkret davranışları və bununla bağlı intizam
 tədbirlərinin görülməsi ilə bağlı ƏMT rəisinin DMK sədrinə 16 avqust 1919-
cu il  tarixli müraciəti


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
165
ƏMT-nin yerlərdə agentura şəbəkəsinin ştat tərkibi haqqında
 1919-cu ilin yanvar ayına dair sənəd
ƏMT rəisinin Tağıyev fabrikinin bəzi fəhlələrinə ƏMT ilə əməkdaşlığa 
cəlb olunduqları günlərə görə maaşın ödənilməsi ilə bağlı fabrik müdirinə 
məktubu. 1 iyul 1919-cu il


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
166
ƏMT rəisinin köməkçisinin 1-ci sahə üzrə dəmir yolu deposunda çalışan 
maşinist köməkçisi Əhədulla Qasımzadənin 13 iyun 1919-cu il tarixindən 
ƏMT-də işlədiyinə görə Depo rəisinin həmin işçinin Depo işçilərinin 
siyahısından çıxarılmasına dair müraciəti.
20 iyun 1919-cu il.


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
167
İstifadə olunmuş ədəbiyyat
Azərbaycan dilində:
1. 
“Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan 
Respublikası Prezidentinin Sərəncamı. // “Azərbaycan” qəzeti, 01 fevral 1998-ci il
2. 
“Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinə həsr olunmuş əsərlərin nəşr 
edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. // “Azərbaycan” 
qəzeti, 24 fevral 1998-ci il
3. 
“Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinə həsr olunmuş ümumrespublika 
mərasiminin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. // 
“Azərbaycan” qəzeti, 26 may 1998-ci il
4. 
“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Azərbaycan Respublikası 
Prezidentinin Sərəncamı. // “Azərbaycan” qəzeti, 17 may 2017-ci il
5. 
“2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan 
edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. // “Azərbaycan” 
qəzeti, 11 yanvar 2018-c il
6. 
Azərbaycan Respublikası Milli Arxivlər İdarəsi (MAİ), f. 1, siy. 74, iş 8, v. 81-82. 
7. 
Azərbaycan Respublikası MAİ, f. 1046, siy. 2, iş 38, v. 22.
8. 
Azərbaycan Respublikası MAİ, f. 1051, siy. 1, iş 2, v. 39-40.
9. 
Azərbaycan Respublikası MAİ, f. 1052, siy. 1, iş 2, v. 1-3.
10.  Azərbaycan Respublikası MAİ, f. 1052, siy. 2, iş 4, v. 8.
11.  Azərbaycan Respublikası MAİ, f. 2894, siy. 1, iş 21, v. 53.
12.  Azərbaycan Respublikası MAİ, f. 2894, siy. 1, iş 26, v. 31.
13.  Azərbaycan Respublikası MAİ, f. 2894, siy. 1, iş 26, v. 3-5.
14.  Azərbaycan Respublikası MAİ, f. 2894, siy. 1, iş 26, v. 4.
15.  Azərbaycan Respublikası MAİ, f. 2894, siy. 1, iş 35, v. 32.
16.  Azərbaycan Respublikası MAİ, f. 2894, siy. 1, iş 39, v. 109-112.
17.  Azərbaycan Respublikası MAİ, f. 2898, siy. 1, iş 1, v. 43.
18.  Azərbaycan Respublikası MAİ, f. 2898, siy. 1, iş 3, v. 10.
19.  Azərbaycan Respublikası MAİ, f. 2898, siy. 1, iş. 1, v. 7.
20.  Azərbaycan Respublikası MAİ, f. 2898, siy. 2, iş 38, v. 20.
21.  Azərbaycan Respublikası MAİ, f. 2898, siy. 2, iş 49, v. 23.
22.  Azərbaycan Respublikası MAİ, f. 894, iş 148, v. 10.
23.  Azərbaycan Respublikası MAİ, f. 894, siy. 1, iş 3, v. 31.
24.  Azərbaycan Respublikası MAİ, f. 894, siy. 1, iş. 26, v. 3. 
25.  Azərbaycan Respublikası MAİ, f. 894, siy. 1, iş. 4, v. 12. 
26.  Azərbaycan Respublikası MAİ, f. 894, siy. 10, iş 96, v. 30.
27.  Azərbaycan Respublikası MAİ, f. 894, siy. 7, iş 18, v. 11.
28.  Azərbaycan Respublikası MAİ, f. 898, siy. 2, iş. 5, v. 101
29.  Azərbaycan Respublikası MAİ, f. 970, siy. 1, iş 166, v. 24.
30.  Azərbaycan Respublikası MAİ, f. 970, siy. 1, iş 4, v. 1-2.
31.  Azərbaycan Respublikası MAİ, f. 970, siy. 1, iş 96, v. 37.


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
168
32.  Azərbaycan Respublikası MAİ, f.1059, siy. 2.
33.  Azərbaycan Respublikası MAİ, fond 1, siy.1, iş 86, v. 162.
34.  Azərbaycan Respublikası MAİ, fond 130, iş 4, siy. 496, v. 25
35.  AR SPİHDA, f.1, siy. 1, iş 121, v. 231-238.
36.  AR SPİHDA, f.1, siy. 1, iş 86, v. 119. 
37.  AR SPİHDA, f.1, siy. 8, v. 3-6.
38.  ASE. 10 cilddə. 5-ci cild. Bakı, 1981.
39.  “Azərbaycan” aylıq kültür dərgisi, Türkiyə, 1967
40.  “Azərbaycan” qəzeti (rus dilində), 1918, 18 noyabr
41.  “Azərbaycan” qəzeti, 3 oktyabr 1918-ci il
42.  “Azərbaycan” qəzeti, 5 dekabr 1918-ci il
43.  “Azərbaycan” qəzeti, 28 may 1919-cu il
44.  “Azərbaycan” qəzeti, 30 oktyabr 1919-cu il
45.  “Azərbaycan” qəzeti, 23 may 1991-ci il 
46.  “Azərbaycan” qəzeti, 4 fevral 1997-ci il
47.  Azərbaycan SSR EA Xəbərləri (tarix, fəlsəfə və hüquq seriyası). Bakı, 1966, № 4.
48.  Azərbaycan Yeni Tarix MDA, f. 2900, siy. 7, v.1, 7. 
49.  Bağırov M. Müzəffər Nərimanov (biblioqrafik oçerk). Bakı, 1965.
50.  Cəfərov M. Azərbaycan Demokratik Respublikasının xüsusi xidmət orqanları. Bakı, 1997. 
51.  Çıraqzadə V. İstiqlal yollarında. Bakı, 1992.
52.  DTX-nin arxivi, Ə.R.Şamçızadənin istintaq qovluğu, 1937-ci il, № PR-291861.
53.  DTX-nin arxivi, M.Sadıqovun istintaq qovluğu, № PR-39509.
54.  DTX-nin arxivi, M.Səfikürdiskinin istintaq qovluğu, № PR -1752.
55.  DTX-nin arxivi, M.Yusifxanovun istintaq qovluğu, № PR-30834.
56.  DTX-nin arxivi, S.Şeyxzamanovun istintaq qovluğu, N PR-247.
57.  DTX-nin arxivi. M. Dadaşovun istintaq qovluğu, № PR-38062. 
58.  “Dirçəliş XXI əsr” jurnalı. Bakı, 1998, № 5
59.  “Dirçəliş XXI əsr” jurnalı. Bakı, 1999, № 15
60.  Düşmən axıradək ifşa edilməlidir. // “Kirovabad bilşeviki” qəzeti, 19 fevral 1937-c il. 
61.  Əbu Əli Həsən İbn Əli Xacə Nizamülmülk. Siyasətnamə. Bakı, 1987.
62.  Əliyev H. Müstəqilliyimiz əbədidir. XV kitab
63.  Əmir Teymurun vəsiyyətləri. Bakı, 1991.
64.  “Hücum” jurnalı. 1933, № 34.
65.  “Xəzər” jurnalı, 1990, № 3.
66.  Xuluflu V. Səlcuq dövlətinin daxili quruluşuna dair. Bakı, 1930.
67.  “İstiqlal” qəzeti, 31 mart 1919-cu il.
68.  “Kommunist” qəzeti, 17 mart 1937-ci il. 
69.  “Kommunist” qəzeti, 10 mart 1990-ci il. 
70.  Köçərli X. Azərbaycan 1920-1940-cı illərdə. Bakı, 2003
71.  Qasımov C. Əksinqilab ilə mübarizə təşkilatı və siyasi repressiya. Bakı, 1997.
72.  Qasımov C. Azərbaycanın təhlükəsizlik orqanları: tarix və müasirlik. // “Xalq qəzeti”, 18 
mart  2016-cı il.  
73.  Qasımov M. Birinci Dünya müharibəsi illərində böyük dövlətlərin Azərbaycan siyasəti. 3 
hissədə. II hissə (1917-ci il noyabr – 1918-ci il noyabr). Bakı, 2001.


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
169
74.  Qoca E. Azərbaycanın təhlükəsizlik və xüsusi xidmət orqanları (1918-1920). Bakı, 2000.
75.  Lenin V.İ. Azərbaycan haqqında. Bakı, 1970
76.  Lenin V.İ. Əsərlərin tam külliyyatı. 5-ci nəşr, 51-ci cild
77.  Məmmədova Ş. “Xülasət ət-təvarix” Azərbaycan tarixinin mənbəyi kimi. Bakı, 1991.
78.  Mir Cəfər Bağırovun məhkəməsi. Bakı, 1993.
79.  Musəvi T. Orta əsr Azərbaycan tarixinə dair fars dilində yazılmış sənədlər. Bakı, 1965.
80.  “Müsavat” bülleteni, 1962, № 4.
81.  Nağı Şeyxzamanlının xatirələri. Bakı 1997.
82.  Nərimanov N. Məqalələr və məktublar. M., 1925. 
83.  Nərimanov N. Ucqarlarda inqilabımızın tarixinə dair. Bakı, 1991
84.  Nəsibzadə N. Azərbaycan Demokratik Respublikası. Bakı, 1990.
85.  Nəsrəddin T. Əxlaqi-nasiri. Bakı, 1989. 
86.  Nəzirli Ş. Güllələnmiş Azərbaycan generalları. Bakı, 2006.
87.  Nəzirli Ş. Azərbaycan generalları. Bakı, 1991.
88.  Paşayev A. Açılmamış səhifələrin izi ilə. Bakı, 2001.
89.  Rəsulzadə M.Ə. Əsrimizin Səyavuşu. Ankara, 1989. 
90.  Rəsulzadə M.Ə. Azərbaycan Cümhuriyyəti. Bakı, 1990.
91.  Rəsulzadə M.Ə. Çağdaş Azərbaycan tarixi. Bakı, 1992. 
92.  Solak-zadə M. Tarix. Bakı, 1992. 
93.  Süleymanov M. Azərbaycan ordusu (1918-1920). Bakı, 1998.
94.  Şeyxzamanlı N. Azərbaycanın istiqlal mücadiləsinin xatirələri. İstanbul, 1964.
Rus dilində:
95.  Адрес-календар Азербайджанской Республики. Баку, 1920
96.  Борьба за победу Советской власти в Азербайджане. 1918-1920 гг. Документы и 
материалы. Баку, 1967
97.  Воронцов С.А. Спецслужбы России. Ростов-на-Дону, 2006.
98.  Гордиевский Э. КГБ история внешнеполитических операций от Ленина до 
Горбачева. Нота Бене, 1992.
99.  Петров Н.В., Скоркин К.Б. Органы ВЧК-ГПУ-ОГПУ в Закавказе (1918-1934 гг.).
100.  Полмер Н., Аллен Т. Энциклопедия шпионажа. М., 1997.
101.  Черняк Е.Б. Пять столетий тайной войны. М., 1991.
İnternet mənbələri:
102.  https://az.wikipedia.org/wiki/Murad_Gəray_bəy_Tlexas
103.  https://az.wikipedia.org/wiki/Səməd_bəy_Mehmandarov#H%C9%99yat%C4%B1
104.  https://ru.wikipedia.org/wiki/Берия,_Лаврентий_Павлович  
105.  https://ru.wikipedia.org/wiki/Сулькевич,_Матвей_Александрович
 


Cəlal Qasımov
Bakı-2018
CÜMHURİYYƏTİN
TƏHLÜKƏSİZLİK ORQANLARI
(1918-1920)

Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə