CümhuriYYƏTİn təHLÜKƏSİZLİk orqanlari



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə40/48
tarix21.06.2018
ölçüsü3,25 Kb.
#50036
1   ...   36   37   38   39   40   41   42   43   ...   48

CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
132
istiqamətlərindən gəlməsi gözlənilir. Ona görə də yatmamalı, 
ayıq olmalı hakimiyyəti ələ almalıyıq. İmza: M.Dadaşov, 26 fevral 
1920-ci il.
”143
 
M.Dadaşovun Balaxanı-Sabunçu rayon bölməsindəki fəaliyyətini 
az da olsa əks etdirən bu sənədlərdən çıxış edərək demək olar ki, o, 
bir əməliyyat işçisi kimi üzərinə düşən vəzifənin öhdəsindən bacarıqla 
gəlmişdir. Elə ona görə də sovet hakimiyyəti illərində 4 dəfə həbs 
edilmişdir.
İlk dəfə onu AXC devrildikdən bir qədər sonra - 1920-ci ildə 
həbs etmiş və əməllərində cinayət tərkibi olmadığından azadlığa 
buraxılmışdı. Hər şeyə və hər kəsə şübhə ilə yanaşan Azərbaycan 
Fövqəladə Komissiyası onun 1921-ci ildə yenidən həbs edilməsi 
barədə qərar çıxarmışdı. Oktyabr ayının 2-də M.Dadaşovun həbs 
edilməsi və yaşadığı Aşağı Təzəpir küçəsi, dalan 5, ev 1-də axtarış 
aparılması haqda 1706 saylı order imzalanmışdı. Elə həmin gün 
aparılan axtarış nəticəsində M.Dadaşovdan 1 ədəd tapança və 1 
ədəd qılınc götürülmüşdü. (
Axtarış zamanı ondan silah tapılması qoy 
oxucuya qəribə görünməsin, həmin vaxt o, sovet hərbi ordusu sıralarında 
xidmət edirdi. M.Dadaşovun yazdığı məktublardan da aydın olur ki, 
sovetləşmədən sonra 7 il hərbçi olmuşdur).
İstintaq nəticəsində M.Dadaşovun “cinayəti” yenə də sübut 
olunmadığından 6 noyabr 1921-ci ildə Azərbaycan ÇK-nın 
Kollegiyasının iclasında belə bir qərar qəbul olundu ki, 1899-cu ildə 
Bakı şəhərində doğulan, milliyyətcə türk Dadaşov Məmmədtağı 
Teymur oğlu həbsdən azad edilsin, ondan götürülən tapança və qılınc 
qaytarılsın, iş arxivə təhvil verilsin. Azadlığa buraxıldıqdan sonra o, 
bir müddət özünün təbirincə desək, 1923-cü ilə kimi Salyan şəhərində 
işləmiş və 1923-cü ildə 3-cü dəfə həbs olunmuş, istintaq bir nəticə 
vermədiyindən yenə də azad edilmişdi.
Sovetləşmənin ilk illərində ƏMT-də işlədiyinə görə həbs olunan 
M.Dadaşov 1932-ci il yanvarın 25-də verdiyi ifadəsində bu məsələləri 
belə izah edirdi: 
“1) 1920-ci ildə, sovetləşmədən bir neçə gün sonra məni 
küçədə həbs etdilər və 2 aya yaxın Azərbaycan ÇK-da saxladılar. 
143   Yenə orada


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
133
İstintaq Azərbaycan ÇK-nın əməliyyat müvəkkili tərəfindən 
aparılırdı. Mənim barəmdə iş bağlandıqdan sonra azad olundum. 
Daha doğrusu, sovet hökumətinin yaradılmasının 3 illiyi ilə 
əlaqədar olaraq amnistiya verildi.
2) 1921-ci ildə məni yenidən Əksinqilabla Mübarizə 
Təşkilatında işlədiyimə görə həbs etdilər və 4 ay Azərbaycan 
ÇK-da saxlanıldım, yenə də amnistiya ilə əlaqədar olaraq azad 
edildim.
3) 1922-ci ildə yenə də həmin işə görə 3 ay Azərbaycan ÇK 
tərəfindən həbsə məruz qaldım. 3-cü dəfə məni yenə də azad 
etdilər. Mənə bu həbslərlə əlaqədar olaraq heç bir ittiham hökmü 
oxumadılar.”
Göründüyü kimi, Məmmədtağı Dadaşov 3 ildə 3 dəfə həbs 
edilmişdir. Lakin bundan sonra sovet hökumətinin birdən-birə ona 
“məhəbbəti və inamı” artmışdır. Belə ki, bir müddətdən sonra onu 
Lənkərana milis rəisi vəzifəsinə irəli çəkmişdilər. Lakin az keçməmiş 
onu işdən azad edərək 2 saylı islah evinə 
(ispravdom) rəis müavini 
qoymuşdular. Dadaşov bundan sonra da bir neçə iş yeri dəyişməyə 
məcbur olmuşdur. 
1925-ci ildə o, Həbibə xanım adlı bir qadınla ailə qurmuş və 
demək olar ki, bir müddət təhlükəsizlik orqanları onu incitməmişdir. 
Dadaşovun Həbibə xanımdan İsmət və Şövkət adlı iki qızı, Məmməd 
adlı bir oğlu olmuşdur. Həbibə xanım Azərbaycan Dövlət Siyasi 
İdarəsinə 
(Azərbaycan DSİ) göndərdiyi məktubların birində bildirirdi 
ki, Məmmədtağı həbs olunanda kiçik uşaqları Məmməd 5 aylıq idi.
Dördüncü dəfə onu 1931-ci il dekabrın 21-də 1972 saylı orderə 
əsasən həbs etmişdilər. Əvvəlki həbslər zamanı dediyi kimi, bu 
dəfə də özünün müqəssir olmadığını bildirmişdi. Lakin bu istintaq 
əvvəlkilərdən xeyli fərqlənirdi. Çünki ÇK-çılardan fərqli olaraq DSİ-
nin əməkdaşları xeyli təcrübə toplamışdılar, necə deyərlər, “adam 
tutmaq elminin sirlərinə” dərindən yiyələnmişdilər. İndi artıq onun 
həqiqətən “cinayətkar” olduğuna şahid duranlar da tapılmışdı. 
Ona görə də, bir neçə şahid dindirməsi və bir üzləşmədən sonra 
M.Dadaşovun cinayətkar olduğu sübut edildi. İş o yerə çatdırılmışdı 
ki, o özü də bunu etiraf etməli olmuşdu.


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
134
Beləliklə Azərbaycan SSR CM-in 75-ci maddəsi ilə ittiham 
olunan M.Dadaşova 1932-ci il yanvarın 27-də istintaqın başa çatdığı 
elan edildi. 3-cü şöbənin əməliyyat müvəkkili Brinkman istintaq 
materialları ilə tanış olduqdan sonra bildirdi ki, M.Dadaşov əsasən 
aşağıdakılarda ittiham edilir:
a) Dadaşov Məmmədtağı 3 dəfə bolşevik Sumbat Fətəlizadəni 
həbs edərək onu Əksinqilabla Mübarizə Təşkilatının idarəsinə 
gətirmişdir. Dadaşov 8-12 nəfərlik dəstə ilə onun evini 
mühasirəyə almış, o zaman özünü kobud aparmış və qışqıraraq: 
“Siz bizim millətimizi və vətənimizi bolşeviklərə satırsınız. 
Sizinlə qurtarmaq lazımdır”, - demişdir.
b) Mütəmadi olaraq Balaxanı-Sabunçu rayonundakı fəhlələrin 
vəziyyəti barədə əks-kəşfiyyatın rəisinə şəxsən məruzə etmişdir.
v) “Müsavat” hökuməti əleyhinə çıxış edənləri və yaxud 
müsavatçıları tənqid edən fəhlələri kütləvi surətdə həbs etmişdir. 
q) Heç bir səbəb olmadan rüşvət almaq məqsədi ilə fəhlələri 
həbs etmişdir.
Yuxarıda sadalananları əldə rəhbər tutan Azərbaycan Dövlət Siyasi 
İdarəsinin məhkəmə kollegiyası 1932-ci il martın 20-də belə bir qərar 
qəbul etmişdi: 
“Dadaşov Məmmədtağı Teymur oğlu müddəti 22 
dekabr 1931-ci ildən hesablanmaqla 10 il müddətinə azadlıqdan 
məhrum edilsin”.
144
Onun 3 uşaqla baş-başa qalmış həyat yoldaşı Həbibə Dadaşova 
bir neçə dəfə məktubla müxtəlif təşkilatlara müraciət edir. Həmin 
məktublardan birində taleyin ümidinə qalan 3 uşaq anasının keçirdiyi 
hiss və həyəcanları, ağır həyat tərzini tam aydınlığı ilə görmək olar: 
“Mən heç harda xidmət edə bilmərəm. Birincisi, heç bir iş 
bilmirəm, ikincisi isə mənim himayəmdə 3 azyaşlı uşaq vardır. 
Onlar başa düşmürlər ki, nə var, nə yoxdur, elə “deyirlər ki, ver”. 
Mən hardan alım. Mənim ana kimi ürəyim ağrıyır, uşaqlarıma və 
ərimə görə ikiqat əzab çəkirəm.
Buna görə də mən Sizdən xahiş edirəm, onun işinə baxarkən 
sovet hökuməti dövründəki 12 illik fəaliyyətini öyrənəsiniz, kiçik 
yaşlı uşaqlarına və taleyin ümidinə qalmış arvadına yazığınız gələ, 
144   DTX-nin arxivi. Dadaşov Məmmədtağının istintaq qovluğu, № PR-38062


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə