CümhuriYYƏTİn təHLÜKƏSİZLİk orqanlari



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə42/48
tarix21.06.2018
ölçüsü3,25 Kb.
#50036
1   ...   38   39   40   41   42   43   44   45   ...   48

CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
138
cu ilin əvvəllərində onlara qarşı çıxan bütün elementlərlə 
mübarizə aparmaq üçün yaratmışdı. “Müsavat” hökumətinə 
qarşı çıxmaqla şübhəli olan bütün şəxslər həbs edilirdilər. 
Mənə körpülər, yəni İrandan və Petrovskdan gələn gəmilərə 
nəzarət etmək tapşırılmışdı. İşə daxil olanda baş agentlərdən 
kimsə mənə təlimat keçmişdi. Mənim vəzifəm Bakıya gələn 
sərnişinlərin yüklərinə və əşyalarına baxmaqdan ibarət idi. 
Bundan başqa, tapşırılmışdı ki, silah aşkar edildikdə müsadirə 
olunmalıdır. Eyni zamanda təlimatlar verilirdi ki, şübhəli adama 
rast gəldikdə onu tutmaq lazımdır. Mənim əks-kəşfiyyatda 
işlədiyim dövrdə heç kim həbs olunmayıb və heç bir silah aşkar 
edilməyib”.
146
 
Bolşeviklərin mübarizəsinə mane olan başqa əməkdaşları da 
tapıb üzə çıxarmaq və onları ittiham etmək məqsədilə müstəntiqlər 
tez-tez “ƏMT-nin üzvlərindən daha kimləri tanıyırsınız?” sualını 
verirdilər. 1932-ci il mayın 11-də verilmiş bir ifadədə həmin təşkilatın 
bir neçə əməkdaşının adı çəkilmişdir. ƏMT-nin, onun yerləşdiyi 
yer, əməkdaşlarının fəaliyyəti və tərcümeyi-hallarının öyrənilməsi 
baxımından xüsusi maraq kəsb etdiyini nəzərə alaraq həmin ifadəni 
kiçik ixtisarla təqdim edirik. 
(Təkrar olsa da, qeyd edirik ki, “agent” 
ifadəsi bugünkü “əməkdaş” mənasında işlədilmişdir).
“Mən “Müsavat” əks-kəşfiyyat agentlərindən aşağıdakı 
şəxsləri tanıyıram:
1. Dadaşov Məmmədtağı Teymur oğlu, Balaxanı əks-kəşfiyyat 
bölməsinin rəisi. Naberejniy küçəsində yerləşən əks-kəşfiyyata 
tez-tez gəlirdi.
2. Tahirov Qəmbər əks-kəşfiyyatın agenti, müsavatçı, hazırda 
harada olduğunu bilmirəm. 1931-ci ildə onu Bakı şəhərində 
tramvayda görmüşəm. Şəhər üzrə agent işləyirdi, agent kimi, 
“Müsavat” əks 
-kəşfiyyatının fikrincə, şübhəli olan müxtəlif 
adamların həbsində və axtarışında iştirak edib. Əsasnaməyə 
əsasən, “Müsavat” əks-kəşfiyyatının agenti “Müsavat” 
hökumətinin əleyhinə çıxan hər hansı bir adamı həbs edə bilərdi. 
Aydındır ki, Tahirov bu hüququndan istifadə edirdi. Tahirovun 
146   DTX-nin arxivi, Sadıqov Mirzəbabanın istintaq qovluğu, № PR-39509.


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
139
dəqiq olaraq kimi həbs etməsini hal-hazırda deyə bilmərəm, 
belə ki, o vaxtdan xeyli müddət keçib, həm də ki mən Bakı şəhəri 
Xəzər dənizinin 15, 16, 22 və 25 nömrəli körpülərində işləmişəm, 
Tahirov isə şəhərdə işləyirdi.
3. Agent Mirzəbaba Sadıqov yadımdadır, ancaq xeyli vaxt 
keçdiyindən qarışdırıram.
4. Seyfulla Əzimov – şəhərdəki “Müsavat” əks-kəşfiyyatının 
şöbə müdiri, hal-hazırda həbsxanadadır.
5. Xeyrulla Əzimov – “Müsavat” əks-kəşfiyyatının agenti, 2-3 
ildir ki, onu görmürəm.
6. Rzayev Kazım Hacı oğlu – “Müsavat” əks-kəşfiyyatının 
agenti, bolşevik, “Müsavat” əks-kəşfiyyatına gizli AK(b)P MK 
tərəfindən işləməyə göndərilmişdi, onu Bakıda bir neçə il bundan 
əvvəl görmüşəm.
7. Qasım İsmayılov – bolşevik, “Müsavat” əks-kəşfiyyatının 
əməkdaşı, “Müsavat” əks-kəşfiyyatına AK(b)P MK tərəfindən 
gizli şəkildə işləməyə göndərilmişdi, Əksinqilabçılar tərəfindən 
sovet hakimiyyəti dövründə öldürülmüşdür. 
8. Heydərbala Həsənov – “Müsavat” əks-kəşfiyyatının agenti, 
müsavatçı, şəhər üzrə işləyirdi. Əks-kəşfiyyatda “Müsavat” 
hökumətinə qarşı çıxan adamların həbsi və axtarışı hüququna 
malik idi. Şəxsən mən onun həbs etdiyi adamları görməmişəm, 
ancaq güman edirəm ki, o həbslər aparmışdır.
9. Fətəliyev - “Müsavat” əks-kəşfiyyatının agenti, hal-hazırda 
harada olduğunu bilmirəm.
10. Əliyev Qulam Hüseyn Hacı oğlu - “Müsavat” əks-
kəşfiyyatının agenti, müsavatçı, Bakı şəhərində hakimiyyət 
çevrilişindən sonra ölüb.
11. Hüseynov Hüseynqulu Nurməmməd oğlu – müsavatçı, 
“Müsavat” əks-kəşfiyyatının agenti. “Müsavat” əks-kəşfiyyatının 
təqib etdiyi adamların həbsi və axtarışı hüququna malik idi. 
Onun fəaliyyəti haqqında demək olar ki, heç nə məlum deyil, 
ancaq, mənim fikrimcə, o, öz hüquqlarından istifadə edirdi.
12. Bağırzadə Süleyman – “Müsavat” əks-kəşfiyyatının agenti, 
Gəncə şəhərində anadan olub, 6 il bundan əvvəl Bakı şəhərində 


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
140
olmuşdur. Əks-kəşfiyyat agentinin bütün hüquqlarından istifadə 
edirdi.
13. Həsənov Seyid Həsən oğlu – “Müsavat” əks-kəşfiyyatının 
agenti, müsavatçı.
14. Nəsirov Mirzəağa – “Müsavat” əks-kəşfiyyatının agenti, 
müsavatçı, 2-3 il bundan əvvəl Bakı şəhərində vəfat edib.
15. Şeyxzamanov Nağı bəy –  1919-cu ilin ikinci yarısında 
əks-kəşfiyyatın rəisi, “Müsavat” əks-kəşfiyyatının əvvəlki rəisi 
Şeyxzamanov Məmmədbağırın qardaşı, müsavatçı, bolşeviklərin 
qatı düşməni.
16. Yusifxanov Müslimbəy  – “Müsavat” əks-kəşfiyyatının 
agenti, əks-kəşfiyyat agentinin bütün hüquqlarından istifadə 
edirdi.
17. Hacıyev Məmməd  – “Müsavat” əks-kəşfiyyatının baş 
agenti, gəncəli, əks-kəşfiyyat rəhbərliyi yanında nüfuza malik 
idi”.
Təqdim olunmuş siyahıdan da göründüyü kimi, ƏMT-nin 
tərkibində bolşeviklər də var idi. Həmin bolşeviklər gələcəkdə 
hakimiyyəti ələ keçirmək üçün, şübhəsiz ki, bildikləri məlumatları 
digər kommunistlərlə bölüşürdülər.
Bu bolşeviklər nəinki AXC dövründə, həmçinin sovetləşmədən 
sonra da Vətəninin müstəqilliyi uğrunda mübarizə aparanları məhv 
etmək üçün onlara iftira və böhtanlar ataraq, bolşevikləri incitmələri 
barədə müstəntiqlərə siyahılar təqdim edirdilər ki, bu da müttəhimlər 
haqqında ağır qərar çıxarmağa imkan verirdi. Belə qərəzli və çirkin 
məqsədlə 1932-ci il iyunun 4-də verilmiş bir şahid ifadəsində 
oxuyuruq:
“Əks-kəşfiyyatda xidmət etdiyim dövrdə bolşeviklərə və 
fəhlələrə qarşı repressiya siyasəti yürüdən “Müsavat” əks-
kəşfiyyatçılarından aşağıdakıları tanıyıram:
1. Sadıqov Mirzəbaba Kəlbəli oğlu – inqilabdan əvvəl və sonra 
ev sahibi olub. Hal-hazırda Bakı şəhəri Mixaylov xəstəxanası 
ilə üzbəüz şəxsi evi vardır. Məncə, “Müsavat” Partiyasının üzvü 
idi. “Müsavat” əks-kəşfiyyatında Sadıqov teatrlarda, körpülərdə 
və küçələrdə agent idi. Əks-kəşfiyatda onun yarandığı gündən 


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə