CümhuriYYƏTİn təHLÜKƏSİZLİk orqanlari



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə45/48
tarix21.06.2018
ölçüsü3,25 Kb.
#50036
1   ...   40   41   42   43   44   45   46   47   48

CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
147
Sual:  Hansı şəraitdə siz Azərbaycanın kommunist xadimi Qasım 
İsmayılov ilə əlaqə yaratmış və tanış olmusunuz?
Cavab: “Müsavat” əks-kəşfiyyatına daxil olmazdan bir az əvvəl 
dənizkənarı parkda mənim yanımda mənə tanış olmayan bir vətəndaş 
əyləşdi. O, mənim şəxsi vəziyyətimlə tanış olduqdan sonra (onda mən 
işsiz idim), Müsavat” əks-kəşfiyyatına işə daxil olmağımı məsləhət 
gördü və bu işin xüsusiyyətlərini başa saldı. Bu vaxta qədər mən o idarəni 
tanımırdım və onun haqqında təsəvvürüm də yox idi. Həmin şəxs özünü 
mənə Qasım İsmayılov kimi təqdim etdi. Mən sonralar bildim ki, o, 
Azərbaycan Kommunist Partiyasının görkəmli xadimidir. Bu haqda 
sonralar Müsavat” əks-kəşfiyyatında işləyərkən o, özü mənə danışmışdı. 
Beləliklə də mən onu tanıdım.
Sual: “Müsavat” əks-kəşfiyyatında hansı işləri (funksiyaları) yerinə 
yetirirdiniz?
Cavab: “Müsavat” əks-kəşfiyyatında agent (oxu “əməliyyat işçisi” – 
C.Q.) işləyərkən mənim funksiyama hərbi geyimdə olan şəxslərin tutulub 
saxlanılması və nəzarəti daxil idi. Bu şəxsləri mən tutub saxlayır, onlarda 
axtarış edir, lazım gəldikdə isə əks-kəşfiyyatın yerləşdiyi yerə aparırdım. 
Sonralar mən Bakıya gəmi ilə gələn şəxslərin axtarış edilməsində və tutulub 
saxlanılmasında iştirak etmişəm. Bu axtarışlarda məqsəd Mahaçqaladan, 
Dərbənddən, Həştərxandan Bakıya gələn denikinçilərin və bolşeviklərin 
aşkar edilməsi idi. Mən evlərdə aparılan axtarışlarda da iştitrak etmişəm
lakin şəxsən kimin evində yadımda deyil. Axtarışlarda məqsəd silah və ya 
hər hansı yazışmaların (məktublaşmaların) aşkar edilməsi idi”
XDTK-nın müstəntiqi başqa bir dindirmə zamanı Yusifxanovu 
antisovet təbliğatı aparmaqda təqsirkar sayırdı. Bu məsələ ilə bağlı 9 
iyun 1941-ci il  tarixli dindirmə protokolundan oxuyuruq:
Sual:  İstintaqa məlumdur ki, siz zəhmətkeşlərin maddi-məişət 
vəziyyətləri haqqında böhtanlar danışırsınız. Siz kiminlə və nə vaxt bu 
mövzuda danışmısınız?
Cavab: Mən bunları inkar edirəm. Mən bu mövzuda heç vaxt, heç 
kimə, heç nə deməmişəm. Mən belə hesab edirəm ki, bu, mənə böhtan 
atmaqdır.
Sual:  Siz sovet hakimiyyətinə qarşı böhtanlar atmısınız. Bu haqda 


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
148
kiminlə danışmısınız?
Cavab: Mən sovet hakimiyyətinə heç yerdə böhtan atmamışam. Kim 
ki, bunu mənim haqqımda deyir, yəqin ki, o, özü böhtan atır. Mən bu 
ittihamı təsdiq etmirəm.
Sual:  İstintaqa məlum olduğu kimi, siz sovet hakimiyyətinin 
dağılmasının mümkün olması haqqında fikirlər söyləmisiniz. Hansı 
səbəblərə görə sizdə belə bir əqidə (fikir) yaranmışdır?
Cavab:  Məğlubiyyətçilik fikirləri və əhvali-ruhiyyə məndə heç vaxt 
olmayıb və bu haqda mən heç nə danışmamışam.
Sual: İstintaqda məlumat var ki, siz sovet hökuməti və ÜK(b)P-nin 
bəzi rəhbərləri əleyhinə yönəldilmiş qəzəbli əksinqilabi çıxışlar etmisiniz. 
Bu barədə kiminlə danışmısınız?
Cavab: Mən heç vaxt hökumət üzvləri ÜK(b)P-nin rəhbərləri əleyhinə 
əksinqilabi çıxışlara yol verməmişəm və buna görə də mənə qarşı yönəldilən 
ittihamı inkar edirəm.
Sual:  İstintaq materiallarından görünür ki, siz bir neçə dəfə 
Azərbaycan K(b)P MK-nın rəhbərləri əleyhinə yönəldilmiş terrorçu fikirlər 
söyləmisiniz. Niyə və hansı səbəbdən sizdə belə fikirlər yaranmışdır?
Cavab: Qəti surətdə bildirirəm ki, mənim heç vaxt, heç bir terrorçuluq 
niyyətim olmayıb və yoxdur. Bu ittihamı qəti surətdə inkar edirəm və 
özümü günahkar hesab etmirəm. 
Sual: Əsassız olaraq inkar etmək sizə məsuliyyətdən kənarda qalmağa 
imkan vermir. Sizi əksinqilabi antisovet təbliğatı aparmağa nə vadar etmişdir?
Cavab: Bir daha bildirirəm ki, mən antisovet təbliğatı aparmamışam 
və terrorçuluq niyyətində olmamışam. Deyilənləri rədd edirəm və özümü 
müqəssir hesab etmirəm”. 
Azərbaycan SSR CM 18/70 və 72-ci maddəsinin birinci 
hissəsi ilə məsuliyyətə cəlb edilən M.Yusifxanova 15 iyun 1941-
ci il tarixində istintaqın başa çatdığı elan edildi. M.Yusifxanov 
Azərbaycan SSR XDTK-nın istintaq rəisinə 1941-ci il sentyabrın 
4-də yazdığı ərizəsində göstərirdi ki, 1941-ci il mayın 7-dən həbs 
olunmuşam, lakin həbs olunmağımın səbəbini hələ də bilmirəm. O, 
yazdığı bir neçə ərizəsində tuperkulyoz xəstəliyinə tutulduğundan, 
eləcə də günahsız olduğundan azadlığa buraxılmasını acizanə 


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
149
surətdə xahiş etmiş və bildirmişdir ki, orada verilən yemək az və 
keyfiyyətsizdir. Ona görə də, o, bütün qüvvəsini itirmişdir. Elə bir 
vəziyyət yaranmışdır ki, 20 dəqiqəlik gəzintiyə belə çıxmağa taqəti 
qalmamışdır.
Özünün və həyat yoldaşının etdiyi xahiş və yalvarışlara baxmayaraq 
onu həbsxanadan azad etmədilər. Əvəzində Xalq Dövlət Təhlükəsizlik 
Komitəsi (NKQB) yanında Xüsusi Müşavirənin iclasını keçirtdilər. 
3 oktyabr 1941-ci il tarixli 72 saylı iclas protokolundan çıxarışda 
oxuyuruq:
“EŞİDİLDİ: Azərbaycan SSR XDTK 989 nömrəli iş. İttiham olunan 
1889-cu il təvəllüdlü, Yuxarı Yaraqlar kəndində anadan olmuş Yusifxanov 
Müslüm bəy Ömər oğlu.
QƏRARA ALINDI: Antisovet təbliğatı apardığına görə Yusifxanov 
Müslüm bəy Ömər oğlunun müddəti 7 may 1941-ci ildən hesablanmaqla 
8 il müddətinə islah əmək düşərgəsinə göndərilsin”.
Bu hökmdən təxminən 2 ay sonra M.Yusifxanov həbsxanada 
vəfat etmişdir. Sovet həbs düşərgəsində belə inləyərək ölənlər az 
olmamışdır. Onun ölümü ilə bağlı 1941-ci il dekabrın 27-də növbətçi 
həkim İsrailyan belə bir akt tərtib etmişdir ki, Bakı şəhəri XDTK-nın 
1 nömrəli həbsxanasında saxlanılan məhbus Yusifxanov Müslüm 
Ömər oğlu xəstəxanada 58 yaşında 1941-ci il dekabrın 4-də, gündüz 
saat 11.40 dəqiqədə ağ ciyərlərin və onurğa sütununun vərəmi 
xəstəliyindən vəfat etmişdir.
1959-cu il iyunun 18-də Azərbaycan SSR Ali Məhkəməsinin cinayət 
işləri üzrə Məhkəmə Kollegiyası Müslüm Ömər oğlu Yusifxanovun 
istintaq işinə yenidən baxaraq ona bəraət vermişdir.
IV.6. L.Beriya Əksinqilabla Mübarizə Təşkilatında
Lavrenti Pavloviç Beriyanı Baş Dövlət Təhlükəsizliyi Komissarı 
(1941),  Sosialist Əməyi Qəhrəmanı  (1943), SSRİ Dövət Müdafiə 
Komitəsi sədrinin müavini (1944-1945), Sovet İttifaqı Marşalı (1945),  
SSRİ Nazirlər Soveti Sədrinin müavini (1946-1953), SSRİ Nazirlər 
Soveti Sədrinin birinci müavini (1953), VII çağırış SSRİ Mərkəzi 


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə