CümhuriYYƏTİn təHLÜKƏSİZLİk orqanlari



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə46/48
tarix21.06.2018
ölçüsü3,25 Kb.
#50036
1   ...   40   41   42   43   44   45   46   47   48

CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
150
İcraiyyə Komitəsinin üzvü, I-III çağırış SSRİ Ali Sovetinin deputatı, 
MK Siyasi Bürosu üzvlüyünə namizəd (1939-1946), Siyasi Büronun 
üzvü
150
 (1946-1953) kimi şöhrət kürsüsünə aparan yol öz başlanğıcını 
AXC-nin təhlükəsizlik orqanlarından alır. 
AXC-nin təhlükəsizlik orqanlarından biri kimi fəaliyyət göstərən 
ƏMT-nin kadr tərkibinə fikir verdikdə məlum olur ki, həmin təşkilatda 
müsavatçılar, hümmətçilər və digər partiyaların üzvləri, hətta bitərəflər 
də çalışmışlar. 
Biz burada ƏMT-nin kadr tərkibini və əməkdaşlarının siyasi 
mənsubiyyətini araşdırmağı qarşımıza məqsəd qoymamışıq. 
Məqsədimiz həmin təşkilatın rəisi Nağı bəy Şeyxzamanovun xatirələri 
və Mir Cəfər Bağırovun istintaq materialları əsasında 1899-cu ildə 
Suxumi yaxınlığındakı Merxouli kəndində doğulmuş Lavrenti 
Pavloviçin həmin təşkilata gəlişi və fəaliyyəti ilə bağlı bəzi məqamları 
araşdırmaqdan ibarətdir.
Qeyd etdiyimiz kimi, N.Şeyxzamanov Türkiyədə mühacirətdə 
olarkən Azərbaycanda baş verən ictimai-siyasi hadisələri bir daha 
təhlil etmiş, bu hadisələrlə bağlı fikir və düşüncələrini, kitab halında 
çap etdirmişdir. Bu əsərlər içərisində “Azərbaycan istiqlal xatirələri” 
kitabı xüsusi ilə maraqlıdır. Bəhs etdiyimiz kitabda bizim üçün maraq 
doğuran həm də Beriya ilə bağlı xatirələrdir. Sovet dövründə (xüsusilə 
50-ci illərə qədər) böyük ehtiyatla adı çəkilən Beriyanın ƏMT-də 
işləməsi özü tərəfindən uzun müddət gizlədilmişdir. Yalnız Beriyanın 
və Bağırovun məhkəməsi zamanı bu məsələlər istintaq materialları 
və şahid ifadələrinə əsasən açıqlanmışdır. Məlumdur ki, Beriyanın 
mühakiməsi zamanı onun ƏMT-dəki fəaliyyəti də ittiham kimi irəli 
sürülmüşdür. Təəccüblüdür ki, yüzlərlə insanın qanının axıdılmasında 
əli olan Beriya məhkəmə prosesində ƏMT barədə demişdir: 
“Mənim 
ən ağır cinayətlərimdən biri “Müsavat” əks-kəşfiyyatında 
iştirakımdır. Bu günahı mən tamamilə boynuma alıram”.
151
 
ƏMT-də işləməkdə özünü günahkar hesab edən Beriya rəhbər 
vəzifələrdə olan zaman öz fəaliyyəti ilə bağlı bir çox sənədi məhv 
etdirmiş və ya əlaltıları vasitəsilə Moskvaya apartdırmışdır. Sənədlərin 
150   Берия, Лаврентий Павлович. -  https://ru.wikipedia.org/wiki/Берия,_Лаврентий_Павлович  
151   Mir Cəfər Bağırovun məhkəməsi. Bakı, 1993, s. 21.


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
151
Azərbaycandan aparılması müxtəlif dairələrdə onun bolşevik deyil, 
müsavatçı olması kimi səciyyələndirilmişdir. Hətta 1953-cü il dekabr 
ayının 23-də güllələnməyə məhkum edilən Beriyanı istintaq zamanı 
fəhlə hərəkatına qarşı mübarizə aparmaqda ittiham etmişdilər. 
Mir Cəfər Bağırovun istintaq işindəki ittihamnamədən oxuyuruq: 
“M.C.Bağırovun işi üzrə istintaqdan məlum olmuşdur ki, 1921–
ci ildən (M.C.Bağırov 1921-ci il fevralın 19-da Azərbaycan ÇK-nın sədri 
təyin edilmiş, 1927-ci il mayın 22-də həmin vəzifədən uzaqlaşdırılmışdır. 
2-ci dəfə 1929-cu il dekabrın 7-də 
Azərbaycan DSİ-yə sədr seçilmiş və 
1930-cu il avqustun 6-nadək həmin 
vəzifədə işləmişdir – C.Q.).  Bağırov 
Bakı şəhərində Azərbaycan 
Fövqəladə Komissiyasının sədri 
olduğu vaxtdan etibarən Beriyanın 
“Müsavat” əks-kəşfiyyatı ilə 
bağlı cinayətkar fəaliyyətindən 
tam xəbərdar imiş və cinayətkar 
keçmişini ört-basdır etməkdə ona 
yaxından köməklik göstərmişdir. 
Bağırov bilirdi ki, “Müsavat” əks-
kəşfiyyatına Kommunist Partiyası 
və ya digər inqilabi təşkilatlar 
tərəfindən göndərilməyib. İngilis 
kəşfiyyatının nəzarəti altında fəaliyyət göstərən “Müsavat” 
əks-kəşfiyyat xidmətinə (bu təşkilatın ingilis kəşfiyyatının nəzarəti 
altında fəaliyyət göstərməsi fikri bolşeviklərin AXC hökumətinə atdığı 
böhtanlardan biri idi - C.Q.)  öz xoşu ilə daxil olub və inqilab 
hərəkatına qarşı fəal mübarizə aparıb. Bağırov bütün bunları 
bilə-bilə Beriyanı ifşa edəcək adamların aradan götürülməsində, 
sənədlərin oğurlanıb məhv edilməsində, Beriyaya ötürülməsində 
fəal iştirak edərək Beriyanın məsuliyyətdən kənar olmasına 
köməklik göstərmişdir”.
152
 
Maraqlıdır ki, Beriya Azərbaycanda olarkən Azərbaycan ÇK 
152   Yenə orada
Lavrenti Beriya XX əsrin 20-ci 
illərinin əvvəlində


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
152
əməkdaşları tərəfindən də həbs edilmişdir. DTX-nin arxivində Beriyanın 
PR 21842 saylı istintaq qovluğu qorunub saxlanılır. Təəssüf ki, həmin 
qovluqda cəmi 2 sənəd qalmışdır. Bu sənədlərdən birində göstərilir 
ki, Beriya 1920-ci il sentyabrın 8-də həbs olunmuşdur. İkinci sənəddə 
isə Beriyanın 1920-ci ildəki istintaqı ilə bağlı materiallar 1932-ci ildə 
Beriyanın göstərişi ilə ona göndərildiyi açıqlanır. Bütün bunlar göstərir ki, 
Beriya ələ keçməsin deyə özü ilə bağlı sənədləri və istintaq materiallarını 
toplamışdır. O, həqiqətən müsavatçı idimi, əgər müsavatçı deyildisə, 
onda bu təşkilata necə gəlib düşmüşdü? Nağı bəyin xatirələrində bu suala 
cavab tapdıq: 
“Beriyanı “Hümmət” Partiyasının tapşırığı ilə işə qəbul 
etmişdim... Beriya hər sosialist kimi çar rejiminin əleyhdarı idi. 
İşimə yarayacağını bildiyimdən qəbul etmişdim”. 
Eyni fikri vaxtilə Tbilisi şəhərində Beriyanın köməkçisi işləmiş 
Merkulov da təsdiqləyir: 
“Hələ Tiflisdə olarkən Beriya məni 
yanına çağırdı və dedi ki, onun düşmənləri belə bir şaiyə yayırlar 
ki, guya o, “Müsavat” əks-kəşfiyyatında xidmət edib”. Əslində isə 
o, bolşeviklərə ruhən yaxın olan “Hümmət” Bakı təşkilatının üzvü 
olub. Göründüyü kimi, Beriya həmin təşkilata istintaq zamanı ayrı-
ayrı şəxslərdən hədə-qorxu ilə aldıqları ifadələrdə göstərildiyi kimi öz 
xoşu ilə deyil, ruhən bolşeviklərə yaxın olan “Hümmət” Partiyasının 
zəmanətinə əsasən gəlmişdi. 
Beriya agent kimi işə götürüldükdən sonra rəhbərliyin diqqətini 
ciddiliyi, işgüzarlığı ilə cəlb etmiş, buna görə də az müddətdən 
sonra onu işlədiyi yerin rəisi təyin etmişdilər. Nağı bəy bildirir ki, 
Beriyanın son dərəcə ciddi olduğunu duydum və onu senzor şöbəsinə 
işə götürdüm. Az zamanda onun çalışqan olduğunu gördüm və onu 
şöbənin rəisi təyin etdim. O, mənə bir anası olduğunu və çox ağır 
vəziyyətdə yaşadığını söyləmişdi. Belə ki, 17 yaşlı bir oğlanın anasına 
yazdığı məktuba görə bolşeviklərin Azərbaycana gəlməsindən bəhs 
edilirdi. Beriya onun 13 yaşlı bacısının və anasının yalvarışını nəzərə 
alaraq üç gün müddətində Azərbaycanı tərk etmək şərti ilə bağışlayan 
Nağı bəyə deyir: 
“Nağı bəy, sizin ruslarla düşmənçiliyinizin çox 
zəif olduğunu gördüm. Necə oldu ki, siz o ilan balasını cəzasız 
buraxdınız?”  Nağı bəy isə cavabında: “Beriya, mən isə səni bu 
qədər xunxar və qəddar bilməzdim. Sənin haqqında əldə etdiyim 


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə