CümhuriYYƏTİn təHLÜKƏSİZLİk orqanlari



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə44/48
tarix21.06.2018
ölçüsü3,25 Kb.
#50036
1   ...   40   41   42   43   44   45   46   47   48

CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
144
“inqilabçı” adlandırdı və köməklik göstərmədi”.
148
 
Qeyd edək ki, Usmiyevləri Azərbaycanla bağlayan bəzi cəhətlər 
də vardır. Belə ki, knyaz Nuxu bəy Usmiyev, fikrimizcə, hamının xan 
qızı kimi tanıdığı, XIX əsrin böyük şairələrindən biri Xurşid banu 
Natəvanın həyat yoldaşı Xasayxan Usmiyevin xələflərindəndir. Bu 
faktın gələcəkdə tədqiqatçıların marağına səbəb olacağını nəzərə 
alaraq, N.Usmiyevlə bağlı dindirmə protokolundakı parçanı oxuculara 
təqdim edirik:
“Sual:  Usmiyevlərdən kimləri tanıyırsınız, Bakı şəhərində onlardan 
kimlər yaşayır?
Cavab: Usmiyevlər Dağıstanda iri zadəgan mülkədarlarından idilər. 
Bu nəslin nümayəndələrinin bəziləri 1919-cu ildə Dağıstandakı burjua-
millətçi “Qafqaz dağlıları” hökumətinin başında dururdular. Bakıda 
onlardan aşağıdakıları tanıyıram:
1. Usmiyeva Raziyə xanım – Böyük dəniz küçəsi 5, 45 nömrəli 
mənzildə yaşayır, evdar qadındır.
2. Usmiyev – adı və atasının adı yadımda deyil, daha doğrusu
Məhəmməd bəy oğlu, güman ki, onlar başqa familiya daşıyırlar”.
149
 
Dağıstanda Nuxu bəy Usmiyev tərəfindən müsbət qarşılanmayan 
Müslüm Tiflis şəhərində qubernatorun mühafizə xidmətində çalışan 
dayısı Məmmədbəy Həşimbəyovun yanına gedir. Çox az bir müddətdən 
sonra isə gizli yolla Türkiyəyə keçir. Orada Sevask qubernatoru Ələddin 
Paşanın vasitəsilə Konstantinopol canişininin yanına gedir. Canişinin 
köməkliyi ilə bir müddət top zavodunda usta işləyir. Beləliklə də, uzun 
müddət işsiz və pulsuz qalan M.Yusifxanov iş tapmaqla müvəqqəti də 
olsa, ehtiyaclarını ödəyə bilir. 
O, 1910-1912-ci illərdə Balkan-Türk müharibəsinə silah ustası kimi 
səfərbər edilir. 1912-ci ilin əvvəllərində rəsmi vizaya əsasən Türkiyə-
dən Moskvaya qayıdır və 1914-cü ilə kimi orada yaşayır. M.Yusifxa-
nov Dağıstana gəlişini və burada baş vermiş hadisələri belə xatırlayır: 
“1914-cü ildə, imperialist müharibəsinin əvvəllərində Dağıstana 
qayıtdım. Orada dayım Həşimbəyov Məmməd bəyə mənə kömək 
etməsi üçün müraciət etdim və ondan köhnə borclarımı tələb et-
148   Yenə orada
149   DTX-nin arxivi, Müslüm Yusifxanovun istintaq qovluğu, № PR-30834. 


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
145
dim. O, Dağıstanda Qubin vilayətinin rəisi polkovnik Pepelyaye-
vin köməkçisi idi. Burada məni tutub, yatabla hərbi qubernator 
knyaz Dadeşkianinin yanına göndərdilər. Teymur-Xan-Şurada 
məni həbsxanada nəzarət altında saxladılar. Sonra Petrovsk-Port 
şəhər həbsxanasına gətirdilər. Buradan məni yatabla polis nəzarə-
ti altında Ryazana göndərdilər. Yatab olunmamışdan əvvəl məni 
jandarm idarəsində dindirdilər. Orada məni Türkiyənin xeyrinə 
casusluqda və ora icazəsiz getməkdə günahlandırdılar. 1917-ci 
ilin fevral inqilabından sonra sürgündən azad edildim, ancaq 
vətənə qayıtmadım, Yekaterinoslava getdim. 1918-ci ildə Xarkov 
şəhərinə köçdüm. 
Orada milliyyətcə 
qabardin olan hə-
kim Caur bəy Uruso-
vun silahlı dəstəsinə 
qoşuldum. Qafqaza 
keçməyi nəzərdə 
tutan və orada türk-
lərlə birləşərək o 
vaxtlar Qafqaza gəl-
miş ingilislərə qarşı 
mübarizə aparmaq 
məqsədilə Urusov öz dəstəsinə Ukraynadan, Şimali Qafqazdan 
və digər yerlərdən olan dağlıları toplayırdı. Bizim dəstəmiz han-
sısa kreyserə dolduruldu, o da bizi Sevastopoldan Poçiyə apardı. 
Orada gürcü hakim dairələrinin icazəsi ilə kreyserdən düşdük və 
Tiflis şəhərinə yollandıq, oradan da Kürdəmirə kimi getdik. Bu-
rada mən dəstədən ayrıldım və piyada Axtidən keçərək Dərbən-
də, sonra isə Teymur-Xan-Şuraya gəldim”.
M.Yusifxanov 1919-cu ildə Azərbaycana gələrək Gəncə dəmir yolu 
DEPO-sunda bir müddət çilingər işləmiş, sonra isə Bakıda – ƏMT-
də fəaliyyət göstərməyə başlamışdır. O, 1920-ci ildə Azərbaycan 
ÇK tərəfindən həbs edilmiş, 40 günə qədər nəzarət altında həbsdə 
saxlanıldıqdan sonra İnqilabi Tribunal Məhkəməsi tərəfindən 
Müttəhim Yusifxanov Müslüm


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
146
əməllərində cinayət tərkibi olmadığından azad edilmişdir. Azad 
edildikdən sonra bir müddət silah ustası, milis şöbəsində gözətçi və s. 
yerlərdə işləmişdir.
ƏMT-də işlədiyinə görə o, hökumətin gözündə suçlu bir adam 
kimi daim nəzarətdə olmuşdur. Dediklərimizi 1941-ci il aprelin 7-də 
onun barəsində çıxarılan qərar da təsdiq edir. Qərarda göstərilirdi ki, 
əks-kəşfiyyatın 
(ƏMT nəzərdə tutulur - C.Q.)  əməkdaşı Yusifxanov 
Müslüm Ömər oğlu bir neçə dəfə Türkiyədə olmuş və türkpərəstlik 
edərək ətrafdakılar arasında antisovet təbliğatı aparmışdır. ÜK(b)
P-nin və sovet dövlətinin rəhbərləri haqqında böhtanlar yaymış, 
eləcə də AK(b)P-nin katiblərindən birinə qarşı terror aktı hazırlamaq 
niyyətində olmuşdur. 
Bunlara əsasən qərara alınmışdır ki, Ağamalı oğlu küşəsi, 5 nömrəli 
evdə yaşayan Yusifxanov Müslüm Ömər oğlu həbsə alınmalı və 
evində axtarış aparılmalıdır. 
(Dövlət Təhlükəsizliyinin kiçik leytenantı 
Arutyunov tərəfindən hazırlanmış bu qərarı Azərbaycan SSR Xalq Dövlət 
Təhlükəsizlik Komissarı (XDTK) Yemelyanov təsdiq etmişdir).
Elə həmin gün imzalanmış 115 nömrəli orderə əsasən Yusifxanov 
Müslüm Ömər oğlunun evində axtarış aparılmış və onu həbs etmişlər. 
İstintaq zamanı müstəntiqlər onu daha çox ƏMT-də işlədiyinə görə 
sorğu-suala tutmuşdular. 1941-ci il mayın 13-də aparılan dindirmə 
zamanı o, ƏMT-yə necə gəlməsini və orada hansı işlərlə məşğul 
olduğunu XDTK-nın leytenantı Polqunova belə izah etmişdir:
Sual: “Müsavat” əks-kəşfiyyatına nə vaxt və necə daxil olmusunuz?
Cavab: “Müsavat” əks-kəşfiyyatına təxminən 1919-cu ilin sentyabrında 
daxil olmuşam. Daxil olarkən əks-kəşfiyyatın rəisi Şeyxzamanovun adına 
rəsmi ərizə vermişəm. 
Sual: “Müsavat” əks-kəşfiyyatına kimin zəmanəti ilə daxil olmusunuz?
Cavab: “Müsavat” əks-kəşfiyyatına orada işləyən görkəmli kommunist 
Qasım İsmayılovun zəmanəti ilə daxil oldum. O, məni bu işə getməyə 
inandırdı və bu işə gedərkən dayım, general Haşımbəyov ilə qohumluq 
əlaqələrimdən də istifadə etməyi məsləhət gördü. Mən də istifadə etdim. Əks-
kəşfiyyata daxil olmağıma bir səbəb də o vaxtlar mənim işsiz olmağım idi. 


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə