CümhuriYYƏTİn təHLÜKƏSİZLİk orqanlari



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə47/48
tarix21.06.2018
ölçüsü3,25 Kb.
#50036
1   ...   40   41   42   43   44   45   46   47   48

CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
153
məlumata görə sən məktəbdə oxuyarkən yoldaşlarına Amerikaya 
gedib qanqister olcağını söyləmişdin. Demək, sən belə ruh 
sahibisən. İnanmazdım. Beriya, o, bir uşaqdır”, - demişdir. 
Məlumdur ki, keçən əsrin 20-ci illərinin əvvəllərində bolşeviklər 
denikinçiləri məhv etdilər. Azərbaycan üçün Denikin təhlükəsi 
sovuşdu, lakin hələ ondan da qorxulu bolşevik təhlükəsi qalırdı. 
Ona görə də ƏMT öz işini bolşeviklərlə mübarizə istiqamətində 
daha da gücləndirdi. Bu təşkilat bolşeviklər tərəfindən AXC əleyhinə 
yönəldilmiş təbliğatların, təxribatların 
qarşısını almaq və s. istiqamətdə xeyli 
iş görmüş və onların bu sahədəki 
fəallığını çox zəiflətmişdir. Nağı bəy 
yazırdı: 
“Bu arada da (bolşeviklərə 
qarşı mübarizənin gücləndiyi vaxt 
-  C.Q.)  Beriya ortalıqda qeyb 
oldu. Sordum, araşdırdım, axırda 
Azərbaycandan getdiyi qənaətinə 
gəldim. İki ay müddətinə maaşını 
anasına göndərdim”. Təşkilatdan 
bixəbər çıxıb gedən adamın 2 ay 
maaşını onun anasına vermək hüquqi 
baxımdan doğru deyildir. Görünür, 
Nağı bəydəki humanizm hüquq 
normalarını üstələmiş, kimsəsiz qalmış qoca qadını pulsuz qoymaq 
istəmədiyindən belə bir cinayətə əl atmışdır. Lakin sonralar Beriya 
çoxlarının anasını ağlar qoymuşdur...
Nağı bəy Beriyanın sonrakı taleyini belə xatırlayırdı: 
“Azərbaycanın 
bolşeviklər tərəfindən işğalı zamanı Gürcüstana getdim. Bir 
postda təsadüfən Beriya ilə qarşılaşdım. Beriya ilə əl verib 
görüşdük. Ancaq hiss etdim ki, mənimlə qarşılaşmasına məmnun 
olmamış və bir az da qorxmuşdu. “Beriya, nə üçün mənə heç nə 
demədən Gürcüstana keçdin?” - deyə soruşdum. Beriya mənə 
cavab verdi: “Kommunist arkadaşlarım sizin tərəfinizdən təqib 
olunurdu. Mən o təşkilatda qala bilməzdim”. 
Beriya bu təşkilatdan getməsini “kommunist arkadaşlarının” təqib 
Gənc Mircəfər Bağırov


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
154
olunması ilə izah edir. Əgər həqiqətən belədirsə, onda Beriya 1920-
1950-ci illərdə Kommunist Partiyasına, kommunist ideyalarına, bütün 
varlığı ilə inanan və ona sədaqətlə qulluq edən yüzlərlə arkadaşlarının 
ölümünə necə fitva vermişdir ?
Gürcüstanda olarkən Beriya: “Nağı bəy, siz yanılırsınız, bu gün siz 
bolşeviklərdən qaçırsınız... Bolşeviklər Qafqaza hürriyyət və səadət 
gətirirlər. Sabah sizin sevdiyiniz Türk, Şərq, İslam dünyası kapitalist-
lərdən bolşeviklər sayəsində azad olacaqdır”, - deyir.
Qafqaza hürriyyət 
və səadət gətirən bolşe-
viklərin Gürcüstanda 
ictimai-siyasi vəziyyəti 
gərginləşdirdiyini görən 
Beriya Nağı bəyə ora-
dan getməsini məsləhət 
görürdü: 
“Nağı bəy, 
inanın mənə yaxında 
bolşeviklər bura gələ-
cəklər. Sizin buradan 
uzaqlaşmağınızı töv-
siyə edirəm”. Beriya Nağı bəyin: “Deməli, burada qalsam və məni 
yaxalasalar, qurtara bilməzsən, eləmi?”  sualına: “Xeyr, qurtara 
bilmərəm”, - cavabını vermişdir. Beriyanın Nağı bəyə verdiyi bu məs-
ləhət, bəlkə də, onun ömrü boyu etdiyi yeganə yaxşılıq idi.
Nəticə olaraq demək olar ki, Beriya həqiqətən AXC-nin xüsusi 
xidmət orqanlarından biri olan ƏMT-də çalışmış, lakin Azərbaycanın 
istiqlaliyyəti və müstəqilliyi uğrunda heç bir mübarizə aparmamışdır. 
 
Lavrenti Beriya və Mircəfər Bağırov


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
155
ƏLAVƏLƏR
Əksinqilabla Mübarizə Təşkilatının şəxsi heyəti
1.  Məmmədtağı Şeyxzamanov (rəis)
2.  Mirfəttah Musəvi (rəis köməkçisi)
3.  Nağı bəy Şeyxzamanov (rəis)
4.  Mahmud Səfikürdiski (rəis köməkçisi)
5.  Abdulqafar Mahmudov 
6.  Ağa Tağı oğlu Əliyev (əməkdaş)
7.  Aleksandır Kobaxidze (əməkdaş)
8.  Ağəli Sadıqov (əməkdaş)
9.  Allahqulu Tarverdi oğlu (cangüdən)
10.  Ağababa Sadıqov (əməkdaş)
11.  Ağarza Abbasov (əməkdaş)
12.  Ağaəli Abdinzadə (əməkdaş)
13.  Abbasağa Rzayev
14.  Anaida Fatalov (əməkdaş)
15.  Abdulla Axundov (əməkdaş)
16.  Aleksandr Şengeliya (əməkdaş)
17.  Aleksandr Şepelev (əməkdaş)
18.  A.V.Sultanov (əməkdaş)
19.  Allahqulu Emin (əməkdaş)
20.  Baba Rzabəyov (əməkdaş)
21.  Bayram Məmmədov (əməkdaş)
22.  Vera Kuzmina (əməkdaş)
23.  Vasili Qrest (əməkdaş)
24.  Qulu İbrahimov (əməkdaş)
25.  Qulamhüseyn Əliyev 
26.  Qeybulla Quliyev 
27.  Qəhrəmanbəy Cavanbəyov (əməkdaş)
28.  Qəmbər Tahirov (əməkdaş)
29.  Qasım İsmayılov (əməkdaş)
30.  Qulam Tarverdiyev (kargüzar köməkçisi)
31.  Dəmirov (əməkdaş)


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
156
32.  Əli Razi Şamçızadə (kargüzar köməkçisi)
33.  Əkbər Məmmədzadə 
34.  Əziz Bala oğlu Əzizov (kargüzar)
35.  Əli Bayramov (əməkdaş)
36.  Əlağa Mahmudov (əməkdaş)
37.  Əsgər Rzabəyov (gözətçi)
38.  Əhədulla Əzimzadə
39.  Zərifəxanım Əhmədbəyova
40.  Zeynalabdul Sultanov 
41.  Kazım Rzayev (əməkdaş)
42.  İslam Əliyev (əməkdaş)
43.  İsay Domyi (əməkdaş)
44.  İsgəndər Hüseynzadə (əməkdaş)
45.  İsa Məlikov
46.  Lavrenti Beriya (əməkdaş) 
47.  Müzəffər Hərimanov (mühasib)
48.  Müslüm bəy Yusifxanov (əməkdaş)
49.  Mirzəbaba Sadıqov (əməkdaş)
50.  Məryam Məmmədova (əməkdaş)
51.  Mirzəməmməd Hüseynqulu oğlu
52.  Mirzəağa Nəsirov
53.  Məmmədəli Fətəliyev (əməkdaş)
54.  Mixail Kantanov
55.  Məmmədibrahim Rzayev (əməkdaş)
56.  Məmməd bəy Mahmudbəyov
57.  Məmməd Hacıyev (əməkdaş)
58.  Miraslan Ağalarov 
59.  Muxtar Mirzəyev
60.  Məmmədhüseyn İsmayıl (əməkdaş)
61.  Məmməd Fətəliyev (əməkdaş)
62.  Məmmədtağı Dadaşov (əməkdaş)
63.  Məmməd Rzayev (əməkdaş)
64.  Rzaməşədi Hüseyn Qulu oğlu (əməkdaş)
65.  Rza Məmməd oğlu (gözətçi)
66.  Seyidhəsən Həsənov (əməkdaş)


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə