CümhuriYYƏTİn təHLÜKƏSİZLİk orqanlari



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə41/48
tarix21.06.2018
ölçüsü3,25 Kb.
#50036
1   ...   37   38   39   40   41   42   43   44   ...   48

CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
135
onu həbsdən azad edəsiniz” (9 may 1932). Yeri gəlmişkən qeyd edək 
ki, bu məzmunda bir məktubu da Məmmədtağı Dadaşov yazmışdı. 
Həmin məktubla tanış olan təhlükəsizlik orqanlarının rəhbərləri ona 
rədd cavabı vermişdir.
Uzun illər keçdikdən sonra Azərbaycan SSR prokurorluğu 
tərəfindən 1990-cı il iyulun 18-də Azərbaycan SSR Ali Məhkəməsinə 
göndərilmiş nəzarət qaydası ilə protestdə göstərilir ki, Azərbaycan 
DSİ-nin Məhkəmə Kollegiyasının 20 mart 1932-ci il və Zaqafqaziya 
DSİ Məhkəmə Kollegiyasının 21 iyul 1932-ci il tarixli qərarları əsassız 
olduğundan ləğv edilməlidir.
Azərbaycan SSR Ali Məhkəməsinin cinayət işləri üzrə Məhkəmə 
Kollegiyası 14 avqust 1990-cı il tarixli qərarında bildirirdi ki, 
Azərbaycan DSİ-nin Məhkəmə Kollegiyasının 1932-ci il martın 
20-də və Zaqafqaziya DSİ-nin Məhkəmə Kollegiyasının 1932-ci il 
iyulun 21-də Dadaşov Məmmədtağı Teymur oğlu haqqında çıxardığı 
qərarlar ləğv edilsin. Onun əməlində cinayət tərkibi olmadığına görə 
işin icraatına xitam verilsin. Çox təəssüf ki, M.Dadaşov nə bəraət 
aldığını, nə də Azərbaycanın başı üzərində dalğalanan üçrəngli milli 
bayrağımızı gördü.
IV.4.  Eyni gündə oxunmuş üç hökm
1932-ci il aprel ayının 27-də ƏMT-nin əməkdaşlarından 3 nəfər 
barəsində həbsetmə və evində axtarış aparma orderi imzalandı. 
Aprelin 27-28-də keçirilən axtarış zamanı onlardan istintaqın nəzər-
diqqətini cəlb edə biləcək (şəxsi sənədləri istisna olunmaqla) əşya və 
sənəd tapılmadı.
Haqqında bəhs etdiyimiz bu 3 nəfər AXC dövründə ƏMT-nin 
əməkdaşları – 1888-ci ildə Bakı şəhərində doğulmuş, milliyyətcə 
türk Sadıqov Mirzəbaba Kəlbəli oğlu, 1888-ci ildə Bakı şəhərində 
doğulmuş, milliyyətcə türk Rzayev Məmmədibrahim Məmmədqasım 
oğlu, 1895-ci ildə Bakı şəhərində doğulmuş, milliyyətcə türk olan 
Hüseynov Hüseynqulu Nurməmməd oğludur. Onların Azərbaycan 
DSİ-nin təcridxanasına gətirilməsinə səbəb 1919-1920-ci illərdə 
ƏMT-də agent işləmələri olmuşdur.


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
136
Dindirmə protokollarından aydın olur ki, bu üç nəfər həmin 
təşkilatın agenti olarkən bolşeviklərlə mübarizə aparmış və guya 
fəhlələri incitmişlər. Nə qədər məntiqsiz mühakimə olsa da Azərbaycan 
DSİ-nin çekist ruhlu müstəntiqləri buna hüquqi don geydirmək istəmiş 
və müstəqil bir dövlətin onun məhvinə hazırlaşanlarla mübarizəsində 
cinayət elementləri axtarıb tapmağa çalışmışlar. Ona görə də istər şahid 
dindirmələri, istərsə də mühakimə olunanlardan alınan ifadələr zamanı 
müstəntiqlərin verdiyi suallar, yalnız bir məqsədə - onların məhvinə 
yönəldilmişdi. Bunu açıq aydın hiss edən “müttəhimlər” verdikləri 
ifadələrlə (cavablarla), təbii ki, həm də müdafiə olunurdular.
1932-ci il mayın 11-də Rzayev Məmmədibrahim Məmmədqasım 
oğlu verdiyi ifadəsində bildirirdi ki, 
Əksinqilabla Mübarizə 
Təşkilatına 1919-cu il iyulun 20-də daxil olmuşam və 1920-ci il 
martın 6-na qədər orada işləmişəm. Məni 15, 16, 22 və 25 nömrəli 
körpülərdə agent işləməyə təyin etmişdilər. Əks-kəşfiyyatda 
xidmət etdiyim dövr ərzində üzərimə aşağıdakı vəzifələr 
qoyulmuşdu:
1. Bakı şəhərinin göstərilən körpülərində Petrovkadan 
gündəlik gələn sərnişin gəmilərinin sərnişinlərindən bütün 
poçt korrespondensiyasını – məktubları almaq. Bu belə olurdu: 
gəmilərin gəlməsi anına yaxın hər bir körpüdə müxtəlif vaxtlarda 
gəmiyə çıxaraq sərnişinlərə məktubları təhvil vermələrini 
elan edirdim ki, əgər kim məktubu təhvil verməsə və gömrük 
axtarışında aşkar edilsə, onda sərnişin üçün xoşagəlməz hal baş 
verə bilər. Hər gəmidən 30 məktub, gün ərzində gəmilərdən orta 
hesabla 70 məktub yığılırdı. Məktublar əks-kəşfiyyatın Senzura 
şöbəsinə aparılırdı, orada onlar açılıb oxunurdu. Əgər məktub 
məzmununa görə qaytarıla bilərdisə, onda sərnişin məktubu 
geri alırdı. “Müsavat” hökuməti əleyhinə olan məktublar isə 
qaytarılmırdı.
2. Mən şübhəli şəxsləri həbs etməli idim, lakin əks-kəşfiyyatda 
işlədiyim müddət ərzində heç kəsi həbs etməmişəm.
Bununla da mənim əks-kəşfiyyatdakı işim tamamlanırdı.
Körpülərdə mən hər gün səhər saat 7-dən axşam saat 7-8-ə 
kimi işləyirdim.


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
137
Əks-kəşfiyyatın, yəni Bakı şəhəri Naberejni küşəsindəki Baş 
İdarənin işinə gəldikdə isə onu deməliyəm ki, əks-kəşfiyyat bütün 
inqilabi təşkilatlarla, eləcə də bolşeviklərlə mübarizə aparırdı.”
Sadıqov Mirzəbaba Kəlbəli oğlu 1932-ci il iyulun 5-də verdiyi 
ifadəsində üzərinə düşən vəzifəni belə xarakterizə edirdi: 
“Müsavat 
əks-kəşfiyyatına hazırda Tərtərdə işləyən qohumum Məmmədəli 
Fətəliyevin məsləhəti ilə 1919-cu ildə daxil olmuşam. Məni 
kiçik agent vəzifəsinə təyin etdilər. Mənim vəzifəmə sərnişin 
gəmilərinin qəbul edilməsi, sənədlərin yoxlanılması, qaçaqmalın 
müsadirə edilməsi, məktubların alınması, şübhəli şəxslərin 
saxlanılması və s. daxil idi. Mən baş agent Mahmudov Əlağaya 
tabe idim. Əks-kəşfiyyatçılardan Rzayev Məmmədibrahim 
Məmmədqasım oğlu, Hüseynov Hüseynqulu Nurməmməd oğlu 
və başqaları ilə işləyirdim. İşlədiyim müddətdə yalnız qaçaqmalı 
olan bir nəfəri tutmuşam. Başqa heç kimi tutmamışam. 
“Müsavat” əks-kəşfiyyatı 1919-1920-ci illərdə bolşeviklərə qarşı 
mübarizə aparırdı, ancaq bolşeviklərdən kimi həbs etdiklərini 
xatırlamıram. Əks-kəşfiyyatda döyülmək faktlarının şahidi 
olmamışam və heç kimdən də bu haqda eşitməmişəm.”
145
 
Hüseynov Hüseynqulu Nurməmməd oğlu isə bu məsələyə 
münasibətini 1932-ci il mayın 14-də verdiyi ifadəsində belə açıqlayırdı: 
“Mənim atamın 1915-ci ildə Bakı şəhərində bərbərxanası var idi. 
Sonralar o, ticarətlə məşğul olmuşdur. Eyni zamanda mülk sahibi 
idi. Bakı şəhərində üçmərtəbəli daş evi vardı. Atamın vəfatından 
sonra bütün bunlar onun ailəsinə miras qalmışdı. Şəxsən mən 
evin 1/8 hissəsinin sahibiyəm. Evdə 3 kirayənişin var. Evin 
illik gəliri 900 rubldur. Biz Bakı maliyyə şöbəsinə vergi veririk. 
1920-ci il yanvarın 8-də mən xidmət sahəsi axtarmaq məqsədilə 
“Müsavat” əks-kəşfiyyatının rəisinə ərizə verdim və yanvarın 10-
da əks-kəşfiyyatın agenti təyin edildim, bu vəzifədə 1920-ci il 
martın 6-na kimi, cəmi 1 ay 26 gün işlədim.
“Müsavat” əks-kəşfiyyatında xidmət etdiyim dövrdə mənə bu 
təşkilatın fəaliyyəti haqqında aşağıdakılar məlumdur: 
“Müsavat” hökuməti “müsavat” əks-kəşfiyyatını 1919-
145   DTX-nin arxivi, Sadıqov Mirzəbabanın istintaq qovluğu, № PR-39509.


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə