Microsoft Word Budget system doc



Yüklə 419,97 Kb.
Pdf görüntüsü
səhifə1/10
tarix19.10.2018
ölçüsü419,97 Kb.
#74593
  1   2   3   4   5   6   7   8   9   10


 

 

 

BÜDCƏ SİSTEMİ HAQQINDA AZƏRBAYCAN 

RESPUBLİKASININ QANUNU 

 

 



 

2003-cü  il  13  may  tarixli  452-IIQD  nömrəli,  2004-cü  il  3  dekabr  tarixli          

791-IIQD  nömrəli,  2005-ci  il  5  aprel  tarixli  876-IIQD  nömrəli,  2005-ci  il  23 

dekabr  tarixli  36-IIIQD  nömrəli  və  2007-ci  il  30  noyabr  tarixli  488-IIIQD 

nömrəli  Azərbaycan  Respublikası  Qanunlarına  əsasən  edilmiş  əlavə  və 

dəyişikliklər nəzərə alınmaqla

 

 

 



I fəsil 

 

ÜMUMİ MÜDDƏALAR 

 

Bu  Qanun  Azərbaycan  Respublikasında  büdcə  sisteminin  təşkilinin,  büdcələrin 

tərtibi,  təsdiqi,  icrası  və  onların  icrasına  nəzarətin  təşkilati,  hüquqi  və  iqtisadi 

əsaslarını,  habelə  dövlət  büdcəsi  ilə  büdcədənkənar  dövlət  fondlarının,  yerli 

büdcələrin qarşılıqlı əlaqələrinin əsas prinsiplərini müəyyən edir. 

 

Maddə 1.



 

Qanunda istifadə olunan əsas anlayışlar 

 

1.1. Bu Qanunun məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə olunur: 

 

1.1.1. büdcə -  Azərbaycan  Respublikasının  müvafiq  dövlət  hakimiyyəti  və 

özünüidarəetmə  orqanları  vasitəsi  ilə  dövlətə  və  bələdiyyələrə  məxsus 

vəzifə  və  funksiyaları  yerinə  yetirmək  üçün  lazım  olan  pul  vəsaitinin 

yığılması və istifadə olunması üçün əsas maliyyə sənədi; 

 

1.1.2. büdcə  təsnifatı -  dövlət  büdcəsinin,  Naxçıvan  Muxtar Respublikasının 

büdcəsinin,  yerli  büdcələrin  və  büdcədənkənar  dövlət  fondlarının 

gəlirlərinin,  xərclərinin  və  maliyyələşmə  mənbələrinin  funksional, 

iqtisadi, inzibati və digər prinsiplər əsasında qruplaşdırılması; 



 

1.1.3. büdcə ili - yanvar ayının 1-dən dekabr ayının 31-dək olan bir illik dövr; 

 

1.1.4. təsdiq  olunan  büdcə  ayırmaları -  qanunvericiliklə  təsdiq  olunan  və 

dövlət  büdcəsində,  Naxçıvan  Muxtar  Respublikasının  büdcəsində  və 

yerli büdcələrdə maddələr üzrə xərclənə biləcək vəsaitin yuxarı həddi; 

 

1.1.5. büdcədənkənar dövlət fondları - qanunvericiliyə uyğun olaraq dövlət 

tərəfindən  hüquqi  şəxs  qismində  təsis  edilmiş  və  dövlət  büdcəsindən 

kənar müstəqil büdcəyə malik olan məqsədli dövlət maliyyə fondları;  

 

1.1.6. büdcədənkənar  əməliyyatlar -  müvafiq  icra  hakimiyyəti  orqanlarının 

və  büdcə  təşkilatlarının  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada 

dövlət  büdcəsindən  və  Naxçıvan  Muxtar  Respublikasının  büdcəsindən 

kənarda  əldə  etdikləri  gəlirləri  və  həyata  keçirdikləri  xərcləri  üzrə 

maliyyə əməliyyatları;  

 

1.1.7. icmal  büdcə -  dövlət  büdcəsinin,  Naxçıvan  Muxtar  Respublikasının 

büdcəsinin  (büdcədənkənar  əməliyyatlar  da  daxil  olmaqla)  və 

büdcədənkənar  dövlət  fondlarının  gəlir  və  xərclərini  funksional  və 

iqtisadi  təsnifata  uyğun  paraqraflar  səviyyəsində  əks  etdirən  maliyyə 

sənədi;

  

 



1.1.8. büdcə  kəsiri  (defisit) -  büdcə  xərclərinin  gəlirlərlə  təmin  olunmayan 

məbləği; 

 

1.1.9. büdcə  artıqlığı  (profisit) -  büdcə  gəlirlərinin  büdcə  xərclərindən  artıq 

olan məbləği; 

 

1.1.10. dövlət  büdcəsinin  kassa  icrası -  büdcə  gəlirlərinin  büdcəyə 

daxilolmasını  və  xərclərinin  büdcə  təsnifatına  uyğun  olaraq 

xəzinədarlıq vasitəsi ilə ünvanlı istifadəsini təmin edən icra mexanizmi; 

 

1.1.11. büdcə  gəlirləri -  Azərbaycan  Respublikasının,  Naxçıvan  Muxtar 

Respublikasının  və  yerli  özünüidarəetmə  orqanlarının  müvafiq 

qanunvericilik  aktları  ilə  müəyyən  olunmuş  qaydada dövlət  büdcəsinə, 

Naxçıvan  Muxtar  Respublikasının  büdcəsinə  və  yerli  büdcələrə  daxil 

olan vergilər, rüsumlar, digər ödənişlər və daxilolmalar; 

 

1.1.12. büdcə  xərcləri -  büdcə  təsnifatına  uyğun  olaraq  dövlət  büdcəsindən, 

Naxçıvan  Muxtar  Respublikasının  büdcəsindən  və  yerli  büdcələrdən 

qanunvericiliklə nəzərdə tutulan tələbatı ödəmək üçün ayrılan vəsait; 

1.1.12-1.  mərkəzləşdirilmiş  gəlir  -  dövlət  büdcəsində  müəyyən 

edilən normativlərə 

uyğun 

olaraq 


dövlət 

büdcəsi 



gəlirlərindən  yerli  gəlirlər  çıxıldıqdan  sonra  formalaşan 

gəlir; 


1.1.12-2.  mərkəzləşdirilmiş  xərc  -  büdcə  təsnifatına  uyğun  olaraq 

dövlət  büdcəsində  nəzərdə  tutulan  müvafiq  orqanların 

fəaliyyətinin  və  tədbirlərin maliyyələşdirilməsi  ilə  bağlı 

xərclər; 



1.1.12-3.  yerli gəlir - dövlət büdcəsində müəyyən edilən normativlər 

əsasında formalaşan ayrı-ayrı şəhər və rayonlar üzrə gəlir; 



1.1.12-4. 

yerli 

xərc 

büdcə 



təsnifatına 

uyğun 


olaraq 

maliyyələşdirilməsi  yerli  gəlirlər  və  mərkəzləşdirilmiş 

gəlirlərdən  ayrılan  vəsait  hesabına  həyata  keçirilən 

xərclər;  

 

1.1.13. büdcə  ssudaları -  dövlət  büdcəsinin  mərkəzləşdirilmiş  xərclərindən 

Naxçıvan  Muxtar  Respublikasının  büdcəsinə,  yerli  büdcələrə  və 

hüquqi 

şəxslərə, 



yerli 

büdcələrdən 

bələdiyyə 

təşkilatlarına 

qaytarılmaq  şərti  ilə  il  ərzində  müəyyən  müddətə  verilən  maliyyə 

vəsaiti;


 

 

1.1.14. dotasiya -  dövlət  büdcəsindən  Naxçıvan  Muxtar  Respublikasının 

büdcəsinə  və  yerli  büdcələrə  onların  gəlir  və  xərclərini  tənzimləmək 

məqsədi  ilə əvəzsiz verilən maliyyə vəsaiti; 

 

1.1.15. qrant -  daxili  və  xarici  mənbələr  hesabına  əvəzsiz  verilən  məqsədli 

maliyyə yardımı; 

 

1.1.16. subvensiya -  məqsədli  maliyyələşdirmənin  həyata  keçirilməsi  üçün 

dövlət  büdcəsindən  Naxçıvan  Muxtar  Respublikasının  büdcəsinə  və 

yerli  büdcələrə  verilən,  lakin  həmin  məqsəd  üçün  və  ya  müəyyən 

edilmiş müddətdə istifadə edilmədikdə geri qaytarılan maliyyə vəsaiti; 

 

1.1.17. subsidiya -  dövlət  büdcəsindən  Naxçıvan  Muxtar  Respublikasının 

büdcəsinə, yerli büdcələrə və hüquqi şəxslərə əvəzsiz verilən maliyyə 

vəsaiti; 

 

1.1.18. məqsədli  büdcə  fondları -  dövlət  büdcəsi,  Naxçıvan  Muxtar 

Respublikasının  büdcəsi  və  yerli  büdcələrin  tərkibində  konkret 

tədbirlərin  həyata  keçirilməsi  üçün  formalaşan  və  istifadə  edilən  pul 

vəsaiti; 

 

1.1.19. sekvestr -  dövlət  büdcəsi,  Naxçıvan  Muxtar  Respublikasının  büdcəsi 

və  yerli  büdcələrin  ,  həmçinin  dövlət  büdcəsinin  kəsirinin  (defisitin) 

maliyyələşmə  mənbələri  üzrə  daxilolmalar  yerinə  yetirilmədikdə, 

müdafiə  olunmuş  xərc  maddələri  istisna  olmaqla,  büdcə  ilinin  qalan 

ayları üzrə xərclərin müəyyən olunmuş qaydada ixtisarı;

 



Yüklə 419,97 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə