Microsoft Word Budget system doc



Yüklə 419,97 Kb.
Pdf görüntüsü
səhifə6/10
tarix19.10.2018
ölçüsü419,97 Kb.
#74593
1   2   3   4   5   6   7   8   9   10

Maddə  15. Növbəti  büdcə  ili  üzrə  dövlət  büdcəsi  layihəsinin  müzakirəsi  və 

təsdiqi 

 

15.1.  Növbəti  büdcə  ili  üzrə  dövlət  büdcəsi  layihəsinin  müzakirəsi  və  təsdiqi 

Azərbaycan Respublikasının Milli Məclisinin Daxili Nizamnaməsinə uyğun olaraq 

həyata keçirilir. 

 

15.2.  Müvafiq  icra  hakimiyyəti  orqanının  müəyyən  etdiyi  qaydada  Azərbaycan 

Respublikasının Milli Məclisinin iclasında növbəti büdcə ili üzrə dövlət büdcəsinin 

müzakirəsində icra hakimiyyəti orqanları iştirak edir. 

Büdcə  layihəsinin  müzakirəsi  zamanı  Azərbaycan  Respublikası Mərkəzi 

Bankının İdarə  Heyətinin  sədri  qarşıdakı  il  üçün  pul  siyasətinin  əsas  istiqamətləri 

barədə Azərbaycan Respublikası Milli Məclisinə məlumat verir.

 

 

15.3.  Növbəti  büdcə  ili  üzrə  dövlət  büdcəsi  Azərbaycan  Respublikasının  Milli 

Məclisində cari ilin dekabr ayının 20-dən gec olmayaraq qanunla təsdiq edilir.

 

 



15.4. Növbəti büdcə ili üzrə dövlət büdcəsinin layihəsi müəyyən olunmuş müddət 

ərzində təsdiq olunmadıqda, müvafiq icra hakimiyyəti orqanı dövlət büdcəsi təsdiq 

olunanadək  hər  ay  üzrə  ötən  ilin  xərclərinin  on  ikidə  biri  qədərində  (müdafiə 

olunmuş  xərc  maddələri  üzrə  tam)  maliyyələşmənin  aparılmasının  müvəqqəti 

qaydalarını  müəyyənləşdirir.  Eyni  qayda  büdcədənkənar  dövlət  fondlarının 

idarəetmə və əməliyyat xərclərinə də şamil edilir; 



 

 

15.5. Cari ilin dövlət büdcəsi haqqında Qanuna əlavə və dəyişikliklər edilməsi ilə 

bağlı  qanunvericilik  təşəbbüsü  qaydasında  və  Azərbaycan  Respublikası 

Konstitusiyasının  109-cu  maddəsinin  2-ci  bəndi  nəzərə  alınmaqla  Azərbaycan 

Respublikasının Milli Məclisi qarşısında məsələ qaldırıla bilər. 

      Bu  əlavə  və  dəyişikliklər  dövlət  büdcəsinə  yenidən  baxılması  zərurətini 

yaratdığı  təqdirdə,  bu  Qanunun  23.2-ci,  23.3-cü  və  23.4-cü  maddələrinin 

müddəaları tətbiq olunur.

 

 

Maddə  16. Növbəti  büdcə  ili  üzrə  dövlət  büdcəsi  haqqında  qanunla  təsdiq 



olunan əsas göstəricilər  

 

16.1.  Növbəti  büdcə  ili  üzrə  dövlət  büdcəsi  haqqında  qanunla  aşağıdakı  əsas 

göstəricilər təsdiq olunur: 



16.1.1. gəlirlərin və xərclərin ümumi məbləği;  

16.1.2. vergilərin dərəcələri; 

16.1.3. mədaxil mənbələri üzrə gəlirlərin məbləği; 

16.1.4. mənbələr üzrə qrantlar və transfertlər; 

16.1.5. ayrı-ayrı gəlirlərin büdcələr arasında bölgüsü və ayırma normaları; 

16.1.6. funksional və iqtisadi təsnifata uyğun olaraq paraqraflar səviyyəsində 

xərclərin məbləği; 




16.1.7.  Naxçıvan  Muxtar  Respublikasının  büdcəsinə  və  yerli  büdcələrə 

verilən  qrantların,  dotasiyaların,  subsidiyaların  və  subvensiyaların 

məbləği; 

16.1.8. büdcə ssudalarının ümumi məbləği və istiqamətləri;  

16.1.9.  daxili  və  xarici  dövlət  borclarının  faizləri  və  əsas  məbləğləri  üzrə 

ödənişlər; 



16.1.10. dövlətin üçüncü tərəf qarşısında öhdəliyinin yuxarı həddi; 

16.1.11. sair beynəlxalq öhdəliklərin məbləği; 

16.1.12. ehtiyat fondlarının məbləği;  

16.1.13.  daxili  və  xarici  dövlət  borcunun,  dövlət  zəmanətinin,  o  cümlədən 

büdcə  ili  ərzində  cəlb  edilən və  əvvəlki illərdə alınmış  və növbəti 

büdcə  ilinin  sonunadək  qaytarılması  nəzərdə  tutulan  daxili  və 

xarici dövlət borcunun yuxarı hədləri (limitləri);  



16.1.14. xərclərin maliyyələşdirilmə ardıcıllığı; 

16.1.15. dövlət büdcəsinin müdafiə olunan xərc maddələri; 

16.1.16. dövlət büdcəsi kəsirinin yuxarı həddinin məbləği;  

16.1.17.  Azərbaycan  Respublikası  Dövlət  Neft  Fondunun  gəlirləri  nəzərə 

alınmadan icmal büdcə kəsirinin yuxarı həddinin məbləği; 



16.1.18. İcmal büdcənin xərclərinin yuxarı həddinin məbləği; 

16.1.19. təsdiq olunması zəruri hesab edilən digər göstəricilər. 

 

 

16.2.  Dövlət  büdcəsindən  maliyyələşən büdcə  təşkilatlarına və  onlar  tərəfindən 

tədbirlərin  keçirilməsinə  ayrılan  vəsaitin  məbləği  qanunla  təsdiq  olunmuş  xərc 

maddələri  çərçivəsində  inzibati  təsnifata  uyğun  olaraq  müvafiq  icra  hakimiyyəti 

orqanı tərəfindən təsdiq edilir.

 

 



 

16.3. Növbəti  büdcə  ili üzrə  dövlət büdcəsi təsdiq  edildikdən  və qanunvericilikdə 

nəzərdə tutulmuş qaydada imzalandıqdan sonra mətbuatda dərc olunur. 

 

Maddə  17. Növbəti  büdcə  ili  üzrə  dövlət  büdcəsinin  təsdiq  olunmuş 

göstəricilərinin büdcə təşkilatlarına çatdırılması 

 

17.1.  Müvafiq  icra  hakimiyyəti  orqanı  növbəti  büdcə  ili  üzrə  dövlət  büdcəsinin 

təsdiq  olunmuş  göstəriciləri  əsasında  onun  büdcə  təsnifatına  uyğun  olaraq 

mənbələr  üzrə  gəlirlərinin  və  xərclərinin  rüblük,  zəruri  hallarda  aylıq  bölgüsünü 

müəyyən edir. 

 

17.2.  Təsdiq  olunmuş  dövlət  büdcəsinin  göstəriciləri,  gəlir  və  xərclərin  bölgüsü 

müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir ay müddətində büdcə təşkilatlarına 

çatdırılır. 

 

17.3. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən cari il dekabrın 25-dək dövlət 

investisiya  proqramına  daxil  edilmiş  və  maliyyələşməsi  dövlət  büdcəsinin  əsaslı 

vəsait qoyuluşu xərclərindən həyata keçirilən layihələrin icra vəziyyətinə baxılır və 

bunun əsasında icrası növbəti ilə keçəcək layihələr də nəzərə alınmaqla, növbəti 



Yüklə 419,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə