Microsoft Word Budget system doc


 büdcə xərcləri üzrə dəyişiklik aparılması ilə bağlı:  23.7.2.1



Yüklə 419,97 Kb.
Pdf görüntüsü
səhifə10/10
tarix19.10.2018
ölçüsü419,97 Kb.
#74593
1   2   3   4   5   6   7   8   9   10

23.7.2. büdcə xərcləri üzrə dəyişiklik aparılması ilə bağlı: 

23.7.2.1. 

cari 


ilin 

dövlət 


büdcəsi 

haqqında 

Azərbaycan 

Respublikasının  Qanununa  əlavə  və  dəyişikliklər  edilməsi 

barədə Qanun layihəsi və Qanun layihəsinə dair izahat; 

23.7.2.2.  büdcə  xərclərinin  funksional,  iqtisadi  və  inzibati 

təsnifatlarının  paraqrafları  səviyyəsində  dövlət  büdcəsinin 

xərclərinin layihəsi; 

23.7.2.3.    dövlət  borcları  və  dövlət  zəmanəti  ilə  digər  öhdəliklərə 

dair məlumat; 



23.7.2.4.  cari il üzrə icmal büdcənin funksional və iqtisadi təsnifata 

uyğun olaraq, paraqraflar səviyyəsində layihəsi; 



23.7.2.5.  cari  ilin  ötən  dövrü  üçün  dövlət  büdcəsinin  xərclərinin 

icrasına dair məlumat. 

 

23.8. Bu Qanunun 23.2-ci, 23.3-cü və 23.4-cü maddələrinə müvafiq olaraq, cari il 

üçün  dövlət  büdcəsinin  təsdiq  olunmuş  gəlir  və  xərcləri  çərçivəsində,  büdcə 

gəlirləri  təsnifatının  və  büdcə  xərclərinin  funksional  təsnifatının  bölmələri 

səviyyəsində  dəyişikliyin  edilməsi  nəzərdə  tutularsa,  bu  halda  müvafiq  icra 

hakimiyyəti  orqanı  tərəfindən  aşağıdakı  sənədlər  Azərbaycan  Respublikasının 

Milli Məclisinə təqdim edilir: 



23.8.1.  cari  ilin  dövlət  büdcəsi  haqqında  Azərbaycan  Respublikasının 

Qanununa  əlavə və dəyişikliklər edilməsi  barədə Qanun  layihəsi  və 

Qanun layihəsinə dair izahat; 

23.8.2.  cari ilin ötən dövrü üçün dövlət büdcəsinin icrasına dair məlumat; 

23.8.3.  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən  edilən  digər 

sənədlər. 

 

23.9. Bu Qanunun 23.2-ci, 23.3-cü və 23.4-cü maddələrində nəzərdə tutulmuş cari 

ilin  dövlət  büdcəsi  haqqında  Azərbaycan  Respublikasının  Qanununa  əlavə  və 

dəyişikliklər  edilməsi  barədə  Qanun  layihəsi  Azərbaycan  Respublikası 

Konstitusiyasının  96-cı  maddəsinin  5-ci  bəndinə  uyğun  olaraq,  Azərbaycan 

Respublikasının  Milli  Məclisinə  təqdim  edilməklə,  Azərbaycan  Respublikasının 

Milli  Məclisi  tərəfindən  həmin  layihə  daxil  olduğu  tarixdən  20  gün  ərzində 

müzakirə olunur və səsə qoyulur. 

 

Maddə 24. Dövlət büdcəsinin kəsiri 



 

24.1.  Dövlət  büdcəsi  kəsirinin  məbləği  növbəti  büdcə  ili  üzrə  dövlət  büdcəsi 

haqqında qanunla müəyyən edilir. 

 

24.2.  Büdcə  kəsirinin  maliyyələşməsi  dövlət  borcu  və  digər  mənbələr  hesabına 

həyata keçirilir. 



 

 

 



 


Maddə 25. Dövlət borcu və ona xidmət göstərilməsi 

 

25.1.  Dövlət  borcalmaları  ölkənin  sosial-iqtisadi  inkişafına  yönəldilmiş 

proqramların həyata keçirilməsini təmin etmək, dövlət büdcəsinin kəsirini örtmək, 

dövlət  investisiyalarını  maliyyələşdirmək  və  Azərbaycan  Respublikasının 

qanunvericiliyi  ilə  müəyyənləşdirilən  digər  məsələlərin  həlli  məqsədilə  həyata 

keçirilir. 

 

25.2. Dövlət borcu müvafiq icra hakimiyyəti orqanı tərəfindən idarə olunur. 



 

 

25.3. Büdcə ili ərzində alınan və bilavasitə dövlət büdcəsi vəsaiti hesabına xidmət 

edilən  dövlət  borcunun  məbləği,  istifadəsi  və  ona  xidmət  göstərilməsi  ilə  bağlı 

xərclər dövlət büdcəsində əks etdirilir.

 

 

25.4.  Büdcə  gəlirlərinin  həcmindən  və  ayırmaların  səviyyəsindən  asılı  olmayaraq 



dövlət  borcu  üzrə  xidmətlər  (əsas  məbləğ  və  faizlər)  tam  və  vaxtında  həyata 

keçirilməlidir.  Əsas  məbləğ  və  faizlər  kredit  müqaviləsinə  yaxud  dövlət  qiymətli 

kağızlarının şərtlərinə əsasən vaxtında ödənilməlidir. 

 

 

25.5. Daxili və xarici dövlət borclarının yuxarı həddi müvafiq büdcə ili üçün dövlət 

büdcəsi haqqında qanunla müəyyənləşdirilir. Dövlət borcunun yuxarı həddi (limiti) 

yalnız  müvafiq  il  üçün  dövlət  büdcəsi  haqqında  Azərbaycan  Respublikasının 

Qanununa dəyişikliklər edilməklə artırıla və ya azaldıla bilər. 

 

 

25.6. Müvafiq icra hakimiyyəti orqanı dövlət borcları üzrə sənədlərin əslinə uyğun 

olaraq  borcların  uçotunu  aparır  və  onlar  haqqında  məlumatları  mətbuatda  dərc 

etdirir.  Dövlət  borcu  və  dövlət  zəmanəti  ilə  bağlı  proseslərin  qanunvericiliklə 

müəyyən edilmiş qaydada şəffaflığı təmin edilir. 

 

 

Maddə  26. Dövlət  büdcəsi  ilə  Naxçıvan  Muxtar  Respublikasının  büdcəsi  və 



yerli büdcələr arasında qarşılıqlı əlaqə 

 

Naxçıvan  Muxtar  Respublikasının  büdcəsi  və  yerli  büdcələrlə  dövlət  büdcəsinin 

qarşılıqlı  əlaqəsi  gəlir  mənbələrinin,  gəlirlərin  dotasiya,  subvensiya  və  büdcə 

ssudaları şəklində bölüşdürülməsi vasitəsilə həyata keçirilir. 

 

Maddə  27. Dövlət  büdcəsi  ilə  büdcədənkənar  dövlət  fondları  arasında 

qarşılıqlı əlaqə 

 

27.1. Dövlət büdcəsinin, büdcədənkənar dövlət fondları büdcələrinin tərtibi, icrası 

və  icrasına  nəzarət  üzrə  əməliyyatların  əlaqələndirilməsi  müvafiq  icra 

hakimiyyəti orqanı və büdcədənkənar dövlət fondları  tərəfindən birgə hazırlanmış 

və  təsdiq  olunmuş  tədbirlər  planı  vasitəsilə  həyata  keçirilir.  Tədbirlər  planı 

mətbuatda dərc edilir. 

 

 



27.2.  Büdcədənkənar  dövlət  fondlarının  bütün  xərcləri  (Azərbaycan  Respublikası 

Dövlət  Neft  Fondunun  əməliyyat  xərcləri  və  beynəlxalq  banklarda  və  digər 

maliyyə  institutlarında  vəsaitin  yerləşdirilməsi  ilə  bağlı  xərclər  istisna  olmaqla) 

icmal  büdcənin  xərclərinə  daxil  edilir.  Onların  əsaslı  xərcləri  yalnız  Dövlət 

İnvestisiya Proqramına daxil olan layihələrin maliyyələşdirilməsinə yönəldilir. 

 

 

27.3.  Yerli  büdcəyə  daxil  edilən  layihələrin  maliyyələşdirilməsi  üçün 

büdcədənkənar dövlət fondlarından ayrılan vəsait müvafiq yerli büdcə vasitəsi  ilə 

istifadə olunur. 

 

27.4.  Büdcədənkənar  dövlət  fondları  ölkədaxili  kommersiya  fəaliyyətinə 

sərmayələr  qoymur,  kreditlər  və  borc  zəmanətləri  vermirlər.  Azərbaycan 

Respublikasının  Dövlət  Neft  Fondu  səhmlərin  alınmasını  yalnız  beynəlxalq 

bazarlarda yüksək reytinqli peşəkar menecerlər vasitəsilə həyata keçirir. 

 

27.5.  Büdcədənkənar  dövlət  fondlarının  gəlir  və  xərclərinə  dair  hesabat  formaları 

və  onların  təqdim  edilməsi  dövriliyi  Azərbaycan  Respublikası  Hesablama 

Palatasının  və  büdcədənkənar  dövlət  fondlarının  rəyi  nəzərə  alınmaqla,  müvafiq 

icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Büdcədənkənar dövlət fondları 

bu  hesabatları  müvafiq  icra  hakimiyyəti  orqanlarına  və  Azərbaycan  Respublikası 

Hesablama Palatasına təqdim edirlər və rübdə bir dəfə mətbuatda dərc etdirirlər. 



 

 

III fəsil 

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ BÜDCƏSİNİN TƏRTİBİ, 

TƏSDİQİ, İCRASI VƏ İCRASINA NƏZARƏT 

 

 



Maddə 28. Naxçıvan Muxtar Respublikasının büdcəsi 

 

28.1.  Naxçıvan  Muxtar  Respublikasının  büdcəsi  Azərbaycan  Respublikasının  və 

Naxçıvan  Muxtar  Respublikasının  Konstitusiyaları  ilə,  bu  Qanunla  və  digər 

qanunvericilik aktları ilə müəyyən edilir. 

 

28.2.  Naxçıvan  Muxtar  Respublikasının  büdcəsi  Azərbaycan  Respublikasının 

Vergi  Məcəlləsi  ilə  müəyyən  olunmuş  dövlət  vergiləri,  digər  ödənişlər,  həmin 

vergi və ödənişlərə görə hesablanmış faiz və sanksiyalar, habelə digər daxilolmalar 

hesabına formalaşır. 

 

28.3.  Naxçıvan  Muxtar  Respublikasının  büdcəsinin  vəsaiti  Muxtar  Respublikanın 

sosial  və  iqtisadi  inkişafı,  əhalinin  rifahının  yaxşılaşdırılması  ilə  bağlı  tədbirlərin 

maliyyələşdirilməsinə istifadə edilir. 

 



Maddə 29. Naxçıvan Muxtar Respublikasının büdcəsinin tərtibi, təsdiqi, icrası 

və icrasına nəzarət 

 

29.1. Naxçıvan  Muxtar Respublikasının  büdcəsinin  layihəsi bu Qanunla  müəyyən 

edilmiş  dövlət  büdcəsinin  təqviminə  və  Naxçıvan  Muxtar  Respublikasının 

qanunvericiliyinə uyğun olaraq tərtib olunur. 

 

29.2.  Növbəti  il  üzrə  Naxçıvan  Muxtar  Respublikasının  büdcəsi  cari  ilin  dekabr 

ayının  25-dən  gec  olmayaraq  Naxçıvan  Muxtar  Respublikasının  Ali  Məclisi 

tərəfindən  təsdiq  edilir  və  Naxçıvan  Muxtar  Respublikasının  mətbuatında  dərc 

olunur. 

 

29.3. Naxçıvan Muxtar Respublikasının büdcəsinin icrası bu Qanuna və Naxçıvan 

Muxtar Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 

 

29.4.  Naxçıvan  Muxtar  Respublikasının  büdcəsinin  kassa  icrası  dövlət 

xəzinədarlığı vasitəsilə həyata keçirilir. 

 

29.5.  Naxçıvan  Muxtar  Respublikasının  büdcəsinin  icrasına  nəzarəti  Azərbaycan 

Respublikasının  Hesablama  Palatası  və  Naxçıvan  Muxtar  Respublikasının  Ali 

Məclisi həyata keçirir. 

 

 

 



IV fəsil 

 

YERLİ BÜDCƏLƏRİN TƏRTİBİ, TƏSDİQİ, İCRASI VƏ İCRASINA  

NƏZARƏT 

 

 

Maddə 30. Yerli büdcə 

 

30.1.  Yerli  büdcə  bələdiyyə  statusuna  uyğun  olaraq  özünüidarəetmə  prinsiplərini 

reallaşdırmaq,  bələdiyyələrin  Azərbaycan  Respublikasının  Konstitusiyası  və 

qanunları ilə müəyyənləşdirilmiş səlahiyyətlərini həyata keçirmək üçün formalaşan 

və istifadə olunan maliyyə vəsaitidir. 

 

30.2.  Yerli  büdcənin  tərtibi  və  icrası  büdcə  sisteminin  qanunvericiliklə  müəyyən 

edilmiş  ümumi  prinsipləri  əsasında və  Azərbaycan  Respublikasında  tətbiq olunan 

büdcə təsnifatına uyğun olaraq həyata keçirilir. 

 

 



 

 

 


Maddə 31. Yerli büdcənin müstəqilliyi 

 

31.1.  Yerli  büdcənin  müstəqilliyi  öz  mədaxil  mənbələrinin  və  bələdiyyənin  yerli 

büdcə  vəsaitinə  sərəncam  vermək  barədə  müstəsna  hüququnun  olması  ilə  təmin 

edilir. 

 

31.2.  Bələdiyyələrin  müraciəti  və  qanunvericiliklə  nəzərdə  tutulmuş  hallar  istisna 

olmaqla,  qanunvericilik  və  icra  hakimiyyəti  orqanlarının  bələdiyyələrin  büdcə 

fəaliyyətinə müdaxiləsinə yol verilmir. 

 

31.3.  Bələdiyyələr  maliyyə  ilinin  sonuna  büdcədə  əmələ  gəlmiş  sərbəst  maliyyə 

qalıqlarına müstəqil sərəncam verirlər. 

 

Maddə  32. Bələdiyyələrlə  dövlət  hakimiyyəti  orqanları  arasında  büdcə 

münasibətləri 

 

32.1.  Bələdiyyələr  yerli  büdcələrin  tərtibində,  təsdiqində  və  icrasında 

müstəqildirlər. 

 

32.2. Dövlətin yerli büdcələrə maliyyə dəstəyi aşağıdakı yollarla həyata keçirilir: 

32.2.1.  investisiya  mühitini  yaxşılaşdırmaqla  və  səmərəli  iqtisadi  siyasəti 

həyata  keçirməklə  istehsal  və  xidmət  sahələrinin  inkişafına  şərait 

yaratmaq; 

32.2.2.  yerli  sosial-iqtisadi  inkişaf  proqramlarını  yerli  büdcələrin  vəsaiti 

hesabına maliyyələşdirmək mümkün olmadıqda, dövlət büdcəsindən 

dotasiya və subvensiya ayırmaq. 

 

32.3.  Qanunvericilik  və  icra  hakimiyyəti  orqanları  bələdiyyələrə  əlavə 

səlahiyyətlər  həvalə  etdikdə  onları  bu  səlahiyyətlərin  həyata  keçirilməsi  üçün 

zəruri maliyyə vəsaiti ilə təmin edirlər. 

 

32.4.  İcra  hakimiyyəti  orqanlarının  qəbul  etdikləri  qərarlar  nəticəsində  yerli 

büdcələrin  gəlirlərinin  azalması  və  ya  xərclərinin  artması  baş  verdikdə,  uyğun 

azalma  və  ya  artma  məbləğləri  bu  qərarları  qəbul  edən  orqanlar  tərəfindən 

kompensasiya olunur. 

 

32.5. Bələdiyyə qanunvericiliklə nəzərdə tutulmuş qaydada yerli büdcənin icrasına 

dair  məlumatı  statistika  orqanlarına  və müvafiq icra  hakimiyyəti  orqanına  təqdim 

edir. 

 

32.6.  Qanunvericiliklə  nəzərdə  tutulmuş  hallar  istisna  olmaqla  dövlət 



bələdiyyələrin xərc öhdəliyinə görə məsuliyyət daşımır. 

 

 

 

 


Maddə 33. Yerli büdcənin gəlirləri 

 

33.1. Yerli büdcənin gəlirlərinə Azərbaycan Respublikasının müvafiq qanunları ilə 

müəyyən edilmiş vergilər və digər ödənişlər, habelə həmin vergi və ödənişlərə görə 

hesablanmış faiz və sanksiyalar aid edilir. 

 

33.2. Yerli vergi və ödənişlərin hesablanması, ödənilməsi və güzəştlərin verilməsi 

qaydası, habelə onların dərəcələrinin yuxarı həddi qanunla müəyyən edilir, tətbiqi 

qaydaları isə bələdiyyələrin qərarları ilə müəyyənləşdirilir. 

 

33.3.  Qanunvericiliklə  nəzərdə  tutulmuş  qaydada  bələdiyyələr  yerli  əhəmiyyətli 

tədbirlərin  maliyyələşdirilməsi  üçün  könüllü  birdəfəlik  ödənişlər  barədə  qərarlar 

qəbul  edə  bilərlər.  Könüllü  birdəfəlik  ödənişlər  yalnız  məqsədli  təyinatı  üzrə 

istifadə olunur. 



 

Maddə 34. Yerli büdcələrin xərcləri 

 

34.1.  Yerli  büdcələrin  xərclərinin  həcmi  və  istiqamətləri  büdcə  təsnifatına  uyğun 

olaraq bələdiyyələr tərəfindən müəyyənləşdirilir. 

 

34.2.  Yerli  büdcələrin  xərclərinin  öz  gəlirləri  ilə  təmin  olunmayan  hissəsi  (yerli 

büdcənin kəsiri) dövlət büdcəsindən alınan dotasiya ilə örtülə bilər. 

 

34.3.  Dövlət  büdcəsindən  dotasiya,  subvensiya  və  ssuda  alan  yerli  büdcənin 

xərclərinin  hesablanmasında  tətbiq  olunan  normativlər  dövlət  büdcəsinin 

xərclərinin  hesablanması  üçün  tətbiq  olunan  xərc  normativlərindən  yüksək 

olmamalıdır. 

 

34.4.  Dotasiyanın  yuxarı  həddinin  hesablanmasında  bələdiyyənin  ərazisində 

yaşayan  əhalinin  sayı  və  ölkənin  maliyyə  ehtiyatlarının  formalaşmasında  onun 

xüsusi çəkisi və digər amillər nəzərə alına bilər. 

 

34.5.  Əlavə  səlahiyyətlərin  həyata  keçirilməsi  üçün  qanunvericilik  və  icra 

hakimiyyəti  orqanları  tərəfindən  ayrılan  məqsədli  vəsait,  o  cümlədən  subvensiya 

hesabına  xərclərin  maliyyələşdirilməsi  yerli  büdcənin  məxaric  hissəsində  ayrıca 

sətirlə göstərilir. 

 

Maddə 35. Yerli büdcənin tərtibi 



 

35.1.  Yerli  büdcənin  layihəsi  bələdiyyə  ərazisində  fəaliyyət  göstərən  bələdiyyə 

müəssisələrinin  və  digər  hüquqi  şəxslərin,  habelə  fiziki  şəxslərin  təsərrüfat 

fəaliyyətinin qiymətləndirilməsi, sosial-iqtisadi proqnozlar və məqsədli proqramlar 

əsasında formalaşır. 

 



35.2.  Dövlət  büdcəsindən  dotasiya  almaq  nəzərdə  tutulduqda  yerli  büdcənin 

layihəsi bu Qanunun 11.14-cü maddəsi ilə müəyyən edilən sənədlər və məlumatla 

birgə may ayının 1-dək müvafiq icra hakimiyyəti orqanına təqdim olunur. 

 

35.3.  Yerli  büdcə  layihəsinin  tərtibi  prosesi  növbəti  büdcə  ilinə  11  ay  qalmış 

başlanır  və  büdcə  layihəsinin  bələdiyyə  iclasına  təqdim  edildiyi  günədək  davam 

edir.  Yerli  büdcə  layihəsinin  tərtibinə  və  bələdiyyə  iclasına  təqdim  edilməsinə 

bələdiyyə  sədri  cavabdehdir  və  bu  məqsədlə  o,  bələdiyyənin  daimi  və  başqa 

komissiyalarını, bələdiyyə qulluqçularını və mütəxəssisləri cəlb edə bilər. 

 

 

Maddə 36. Yerli büdcənin müzakirəsi və təsdiqi 



 

36.1.  Növbəti  büdcə  ili  üçün  yerli  büdcə  haqqında  qərar  layihəsi  müvafiq 

sənədlərlə  birlikdə  cari  ilin  oktyabr  ayının  15-dən  gec  olmayaraq  bələdiyyə 

iclasının müzakirəsinə və təsdiqinə təqdim edilir. Yerli büdcənin layihəsi bələdiyyə 

iclasına təqdim edildiyi tarixdən 10 gün ərzində yerli əhalinin onunla tanış olması 

məqsədi ilə dərc edilir. 

 

 



36.2. Növbəti büdcə ili üzrə yerli büdcənin layihəsi bələdiyyənin qərarı ilə cari ilin 

dekabr ayının 25-dən gec olmayaraq təsdiq edilir. 

 

Maddə 37. Yerli büdcənin icrası 

 

37.1.  Yerli  büdcənin  kassa  icrası  bələdiyyənin  müraciəti  əsasında  dövlət 

xəzinədarlığı  vasitəsi  ilə  və  ya  qanunvericiliklə  müəyyən  edilmiş  digər  üsullarla 

həyata keçirilə bilər. 

 

37.2.  Bələdiyyələrin  gəlir  və  xərc  əməliyyatları  onların  müraciətləri  əsasında 

dövlət  xəzinədarlığı  vasitəsi  ilə  həyata  keçirildikdə  uçot-hesabatın  təşkili  üzrə 

texniki  xidməti  dövlət  xəzinədarlığı  təmin  edir.  Bələdiyyələrin  maliyyə 

əməliyyatları  dövlət  xəzinədarlığı  vasitəsilə  həyata  keçirilmədiyi  hallarda  belə 

əməliyyatlar  üzrə  ödəmə  və  uçot-hesabat  işlərinin  aparılması  qaydaları 

qanunvericiliklə müəyyən edilir. 

 

37.3.  Bələdiyyələr  büdcə  ilindən  sonrakı  ilin  birinci  iş  günü  gəlir  və  xərclər  üzrə 

əməliyyatların  dövlət  xəzinədarlığı  vasitəsilə  həyata  keçirilməsindən  imtina  edə 

bilərlər. 

 

37.4.  Yerli  büdcələrin  icrası  prosesində  bələdiyyələr  büdcənin  dəqiqləşdirilməsi 

barədə  qərar  verə  və  dövlət  büdcəsindən  alınmış  məqsədli  vəsait  istisna  olmaqla, 

mədaxil  və  məxaric  maddələrində  büdcə  təsnifatı  üzrə  təsdiq  edilmiş  təxsisat 

həddində dəyişikliklər apara bilərlər. 

 



37.5.  Yerli  büdcələrin  icrası  zamanı  qəbul  edilmiş  öhdəliklər  üzrə  əməliyyatlar 

büdcə  ili  qurtardıqda  başa  çatır  və  istifadə  olunmayan  vəsait  bələdiyyələrin 

sərəncamında qalır. 

 

37.6.  Bələdiyyələr  maliyyə  əməliyyatları  apararkən  bütün  maliyyə  qaydalarına 

riayət  edilməsinə  və  maliyyə  vəsaitindən  təyinatı  üzrə  istifadə  olunmasına  görə 

məsuliyyət daşıyırlar. 

 

37.7. Yerli  büdcənin  icrası haqqında  illik  hesabat  bələdiyyələrin nizamnaməsində 

müəyyən  edilmiş  qaydada  təsdiq  edilir  və  bu  barədə  bələdiyyənin  ərazisində 

yaşayan əhaliyə məlumat verilir. 

 

Maddə 38. Yerli büdcənin tarazlaşdırılması 



 

Yerli  büdcələrin  icrası  prosesində  mədaxil  mənbələri  üzrə  daxil  olan  vəsait 

azalarsa və bu, büdcə kəsrinin son həddini aşmasına səbəb olarsa, müdafiə olunan 

xərc maddələri istisna olmaqla, digər xərclərə sekvestr tətbiq edilir. 

 

Maddə 39. Yerli büdcənin icrasına nəzarət 

 

39.1. Yerli büdcənin icrasına, o cümlədən sərf edilən vəsaitin təsdiq edilmiş büdcə 

göstəricilərinə uyğunluğuna bələdiyyə nəzarət edir və bu məqsədlə ildə bir dəfədən 

az olmayaraq müstəqil auditorları cəlb edir. 

 

 



39.2.  Qanunvericilik  və  icra  hakimiyyəti  orqanlarının  bələdiyyələrə  verdikləri 

səlahiyyətlərin  yerinə  yetirilməsi  üçün  ayırdıqları  maliyyə  vəsaitinin  istifadəsinə 

nəzarəti həmin orqanlar həyata keçirirlər. 

 

Maddə 40. Yekun müddəalar 



 

40.1. Bu Qanun 2003-cü il yanvarın 1-dən qüvvəyə minir. 

 

40.2.  Bu  Qanun  qüvvəyə  mindiyi  gündən  "Büdcə  sistemi  haqqında"  Azərbaycan 

Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-

ci  il,  №  23,  maddə  998),  "Büdcə  sistemi  haqqında"  Azərbaycan  Respublikasının 

Qanununun  qüvvəyə  minməsi  qaydası  barəsində  Azərbaycan  Respublikası  Milli 

Məclisinin  Qərarı  (Azərbaycan  Respublikası  Ali  Sovetinin  Məlumatı,  1992-ci  il, 

№  23,  maddə  999),  "Dövlət  büdcəsi  haqqında"  Azərbaycan  Respublikasının 

Qanunu  (Azərbaycan  Respublikasının  qanunvericilik  toplusu,  1999-cu  il,  №  7, 

maddə 391) qüvvədən düşmüş hesab edilir. 

 

Heydər ƏLİYEV,  



Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 2 iyul 2002-ci il  

№ 358-IIQ 


  

Yüklə 419,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə