Microsoft Word Budget system doc



Yüklə 419,97 Kb.
Pdf görüntüsü
səhifə3/10
tarix19.10.2018
ölçüsü419,97 Kb.
#74593
1   2   3   4   5   6   7   8   9   10

büdcələrdən  ayırmalar  hesabına  formalaşdıqda,  bu  fondlar  həmin  büdcələrin  xərc 

hissəsində  əks  etdirilir  və  onların  hesablarında  ilin  sonuna  qalan  istifadə 

olunmamış vəsait müvafiq büdcələrə qaytarılır. 

   


Maddə 6. Ehtiyat fondları 

 

 

6.1.  Dövlət  büdcəsində,  Naxçıvan  Muxtar  Respublikasının  büdcəsində  və  yerli 

büdcələrdə  nəzərdə  tutulmayan  xərclər,  habelə  dövlət  və  yerli  əhəmiyyətli 

tədbirlərin həyata keçirilməsi üçün dövlət büdcəsinin, Azərbaycan Respublikası 

Prezidentinin,  Naxçıvan  Muxtar  Respublikası  büdcəsinin  və  yerli  büdcələrin 

məbləği müəyyən edilən ehtiyat fondları yaradıla bilər. 

 

6.2.  Dövlət  büdcəsinin  Ehtiyat  Fondunun  vəsaitinin  həcmi  dövlət  büdcəsi 

gəlirlərinin  5  faizindən  artıq  olmamaqla,  əvvəlki  ildə  bu  Fondun  xərcinin  faktiki 

icrası nəzərə alınmaqla müəyyən edilir. 

 

6.3.  Azərbaycan  Respublikası  Prezidentinin  Ehtiyat  Fondunun  vəsaitinin  həcmi 

dövlət büdcəsi gəlirlərinin 2 faizindən çox olmamaqla müəyyən edilir. Bu Fondun 

vəsaiti  ölkənin  sosial-iqtisadi  həyatında  mühüm  əhəmiyyət  kəsb  edən  tədbirlərə 

yönəldilir. 

Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun vəsaiti ölkədə seçkilərin 

və  referendumların  keçirilməsinə,  habelə  Azərbaycan  Respublikası  Prezidentinin 

fəaliyyətinin təbliği məqsədilə xərclənə bilməz. 

 

6.4. Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun vəsaiti müvafiq icra 

hakimiyyəti 

orqanının 

sərəncamları 

ilə 

müəyyən 


edilmiş 

xərclərin 

maliyyələşdirilməsinə istifadə olunur. 

 

6.5.  Dövlət  büdcəsinin  Ehtiyat  Fondunun  vəsaitindən  istifadə  qaydaları  müvafiq 

icra  hakimiyyəti  orqanı,  Naxçıvan  Muxtar  Respublikasının  büdcəsinin  Ehtiyat 

Fondundan  istifadə  qaydaları  Naxçıvan  Muxtar  Respublikasının  müvafiq  icra 

hakimiyyəti  orqanı,  yerli  büdcələrin  ehtiyat  fondlarının  vəsaitlərindən  istifadə 

qaydaları isə bələdiyyələr tərəfindən müəyyən edilir. 

 

6.6.  Bu  Qanunun  6.2-ci  və  6.3-cü  maddələrində  nəzərdə  tutulan  ehtiyat 

fondlarından  maliyyələşən  müvafiq  sosial-iqtisadi  layihələrin  icrası  cari  büdcə 

ilindən artıq vaxt tələb etdiyi təqdirdə, həmin layihələrin maliyyələşdirilməsi üçün 

ayrılmış vəsaitlərin istifadəsi növbəti büdcə ilində də davam etdirilə bilər. 

 

6.7. Bu Qanunun 6.2-ci və 6.3-cü maddələrində nəzərdə tutulan ehtiyat fondlarının 

vəsaitlərinin  istifadə  müddəti,  bu  Qanunun  6.6-cı  maddəsində  nəzərdə  tutulan 

hallar istisna olmaqla, müvafiq büdcə ilinin sonunda başa çatır. 

 

 



 


Maddə 7. Müdafiə olunan xərc maddələri 

 

7.1.  Büdcəyə  daxilolmaların  vəziyyətindən  asılı  olmayaraq  iqtisadi  təsnifatın 

aşağıdakı  maddələri  üzrə  xərclər  müdafiə  olunan  xərc  maddələri  hesab  edilir  və 

onlara sekvestr tətbiq olunmur: 

7.1.1. əmək haqqı; 

7.1.2. əmək haqqına üstəlik; 

7.1.3. pensiya, başqa sosial müavinətlər və ödənişlər; 

7.1.4. dövlətin daxili və xarici borclarına xidmətlə bağlı xərclər; 

7.1.5.  hər  il  üçün  dövlət  büdcəsi  haqqında  qanuna  uyğun  olaraq  müdafiə  olunması  zəruri 

sayılan digər maddələr üzrə xərclər. 

 

 

II fəsil 



 

DÖVLƏT BÜDCƏSİ 

 

Maddə 8. Dövlət büdcəsinin məqsədi 

 

Azərbaycan  Respublikası  dövlət  büdcəsinin  məqsədi  ölkənin  iqtisadi,  sosial  və 

digər  strateji  proqramlarının  və  problemlərinin  həlli,  dövlətin  funksiyalarının 

həyata  keçirilməsi  üçün  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  maliyyə 

vəsaitinin toplanmasını və istifadəsini təmin etməkdir. 

Azərbaycan Respublikasının dövlət büdcəsi mərkəzləşdirilmiş gəlir və xərclərdən, 

yerli gəlir və xərclərdən ibarətdir.

 

 



 

Maddə 9. Dövlət büdcəsinin gəlirləri 

 

9.1. Dövlət büdcəsinin gəlirləri aşağıdakılardan ibarətdir: 

9.1.1. dövlət vergiləri; 

9.1.2. qrantlar; 

9.1.3 digər gəlirlər; 

 

 



9.2.  Dövlət  büdcəsi  gəlirlərinin  yığımı  Azərbaycan  Respublikasının  Vergi 

Məcəlləsinə  və  digər  qanunvericilik  aktlarına  uyğun  olaraq  həyata  keçirilir. 

Gəlirlərin  məbləğinin  yuxarı  həddi  dövlət  büdcəsinin  qanunla  təsdiq  olunmuş 

göstəriciləri ilə məhdudlaşmır. 

 

9.3.  Qanunvericiliklə  nəzərdə  tutulmuş  həcmdən  artıq  ödənilmiş  vergilərin, 

rüsumların,  digər  ödənişlərin  və  daxilolmaların  büdcədən  qaytarılması  dövlət 

büdcəsi gəlirlərinin azaldılmasına aid edilir. 

 

Maddə 10. Dövlət büdcəsinin xərcləri 



 

10.1. Dövlət büdcəsinin xərclərinə aşağıdakılar daxildir: 


10.1.1. cari xərclər, o cümlədən əmək haqqı, əmək haqqına üstəlik, pensiya 

və  başqa  sosial  müavinətlər  və  ödənişlər, malların  satın  alınması və 

başqa xidmətlər üzrə xərclər, faiz üzrə ödənişlər, qrantlar, subsidiyalar 

və cari köçürmələr;  

 

10.1.2.  əsaslı  xərclər,  o  cümlədən  əsas  vəsaitlərin  alınması,  kapital 

qoyuluşları və səhmlərin alınması; 



10.1.3.  kreditlər  üzrə  borclara,  faizlərə  xidmət  xərcləri  və  layihələrdə  pay 

iştirakı. 

 

10.2. Büdcə xərcləri müvafiq büdcə təsnifatına uyğun olaraq təsdiq olunmuş büdcə 

ayırmaları 

həddində 

cari, 


investisiya, 

innovasiya 

və 

digər 


xərclərin 

maliyyələşdirilməsinə yönəldilir. 

 

10.3.  Hər  ilin  dövlət  büdcəsində  təsdiq  edilmiş  ayırmalar  həmin  məqsədlər  üçün 

xərclərin  ən  yüksək  həddini  göstərir.  İl  ərzində  faktiki  xərclərin  məbləği,  bu 

Qanunun  18.4-cü  və  19.6-cı  maddələrində  nəzərdə  tutulan  hallar  istisna  olmaqla, 

həmin həddən çox ola bilməz.

 

 

10.4.  Hər  ilin  dövlət  büdcəsi  üzrə  təsdiq  edilmiş  ayırmaların  icra  müddəti  ,  bu 



Qanunun  6.6-cı  maddəsində  nəzərdə  tutulan  hallar  istisna  olmaqla  büdcə  ilinin 

sonunda başa çatır. 

 

Maddə 11. Dövlət büdcəsi layihəsinin tərtibi prosesi və büdcə təqvimi 

 

11.1.  Dövlət  büdcəsi  layihəsinin  tərtibi  prosesi  növbəti  büdcə  ilinə  11  ay  qalmış 

başlanır və büdcə layihəsinin  Azərbaycan Respublikasının Milli Məclisinə təqdim 

edildiyi günədək olan dövrü əhatə edir 

 

11.2.  Növbəti  büdcə  ili  üzrə  dövlət  büdcəsinin  layihəsi  ölkənin  iqtisadi  və  sosial 

inkişafının  proqnozları,  məqsədli  proqramlar,  iqtisadiyyatın  sahələrinin,  inzibati 

rayonların,  mülkiyyət  formasından  asılı  olmayaraq  bütün  müəssisələrin  cari  və 

növbəti  il  üzrə  maliyyə-təsərrüfat  fəaliyyətinin  nəticələrinin  qiymətləndirilməsi 

əsasında hazırlanır.

 

 

11.3. Dövlət büdcəsi layihəsinin tərtibi prosesinə yanvar ayının üçüncü on günlüyü 



ərzində  müvafiq  icra  hakimiyyəti  orqanının  mətbuatda  dərc  olunan  qərarı  ilə 

başlanılır.  Bu  qərara  uyğun  olaraq  fevral  ayının  sonunadək  müvafiq  icra 

hakimiyyəti orqanı tərəfindən tərtib edilmiş ölkənin ortamüddətli iqtisadi və sosial 

inkişaf proqnozları dəqiqləşdirilir.

 

 

11.4.  Dəqiqləşdirilmiş  ortamüddətli  iqtisadi  və  sosial  inkişaf  proqnozlarına 



müvafiq  olaraq,  cari  ilin  mart  ayının  31-dək  müvafiq  icra  hakimiyyəti  orqanı 

tərəfindən  növbəti  il  və  sonrakı  üç  il  üçün  dövlət  və  icmal  büdcələrin  ilkin 

ortamüddətli proqnozu (gəlirlər, xərclər, kəsir və maliyyələşmə) və müvafiq icra 



Yüklə 419,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə