Microsoft Word Budget system doc



Yüklə 419,97 Kb.
Pdf görüntüsü
səhifə7/10
tarix19.10.2018
ölçüsü419,97 Kb.
#74593
1   2   3   4   5   6   7   8   9   10

ilin dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu xərcləri üçün nəzərdə tutulmuş 

vəsaitin  bölgüsü  həmin  il  yanvarın  sonunadək  müvafiq  icra  hakimiyyəti  orqanı 

tərəfindən həyata keçirilir.

 

 



17.4.  Dövlət  büdcəsi  xərclərinin  təşkilatlar  üzrə  bölgüsündə  nəzərdə  tutulmuş 

ayırmaların  müəyyən  olunmuş  müddətdə  büdcə  təşkilatlarına  çatdırılmasına  görə 

müvafiq  icra  hakimiyyəti  orqanlarının  rəhbərləri  Azərbaycan  Respublikasının 

qanunvericiliyində müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. 

 

Maddə 18. Dövlət büdcəsinin icrası 

 

18.1.  Dövlət  büdcəsi  müvafiq  icra  hakimiyyəti  orqanları,  onların  tabeliyindəki 

təşkilatlar tərəfindən dövlət xəzinədarlığı vasitəsi  ilə icra edilir. 

 

18.2.  Dövlət  büdcəsindən  maliyyələşən  təşkilatların  vəzifəli  şəxsləri  tabeliyində 

olan  müəssisələrin  həyata  keçirdikləri  maliyyə  əməliyyatlarına,  xərc  normalarına 

və  müvafiq  maliyyə  qaydalarına  riayət  etməmələrinə  görə  məsuliyyət  daşıyırlar. 

Bu qaydalara riayət etməyən, o cümlədən vəsaitin hərəkətinə və istifadəsinə dair 

məlumatı  təqdim  etməyən,  həmin  vəsaitin  təyinatını  dəyişən  büdcə  təşkilatlarına 

qarşı qanunvericiliklə nəzərdə tutulmuş tədbirləri həyata keçirə bilər. 

 

18.3.  Dövlət  büdcəsinin  gəlirlərinin  icrasını  təmin  edən  orqanlar,  habelə  onların 

regional  və  yerli  bölmələri  müvafiq  icra  hakimiyyəti  orqanları  ilə  razılaşdırılmış 

formalara  uyğun  olaraq  aylıq,  rüblük  və  ilin  əvvəlindən  artan  yekunla  gəlirlərin 

təsnifatı  üzrə  hesabatları  aidiyyəti  üzrə  müvafiq  icra  hakimiyyəti  orqanına  və  ya 

onun yerli bölmələrinə təqdim edirlər.

 

18.3-1.  Büdcə  təşkilatları  və  dövlət  büdcəsindən  maliyyə  yardımları  alan 

təşkilatlar  həmin  vəsaitlərdən  istifadə  barədə  müəyyən  olunmuş 

qaydada  aylıq,  rüblük  və  ilin  əvvəlindən  artan  yekunla  funksional, 

iqtisadi və inzibati təsnifat üzrə hesabatları müvafiq icra hakimiyyəti 

orqanına təqdim edirlər.  

 

18.4.  Zərurət  yarandıqda,  təsdiq  olunmuş  büdcə  ayırmaları  həddində  funksional 

təsnifatın  bölmələri  daxilində,  iqtisadi  təsnifatın  bölmə,  köməkçi  bölmə, 

paraqraflar,  maddə  və  yarımmaddələri  arasında  müvafiq  icra  hakimiyyəti  orqanı 

tərəfindən dəyişikliklər edilə bilər.

 

 

18.5.  Dövlət  büdcəsinin  icrası  prosesində  gəlirlər  və  kəsirin  maliyyələşdirilməsi 



üzrə  nəzərdə  tutulmuş  vəsaitlər  təsdiq  edilmiş  məbləğdən  az  daxil  olduqda, 

funksional və iqtisadi təsnifat üzrə xərclər (müdafiə olunan xərc maddələri istisna 

olmaqla)  mütənasib  şəkildə,  inzibati  təsnifat  üzrə  xərclər  isə  müvafiq  icra 

hakimiyyəti orqanının müəyyən etdiyi qaydada azaldıla bilər. 

 

18.6.  Dövlət  büdcəsinin  icrası  prosesində  dövlət  büdcəsinin  yerli  gəlir  və 

xərclərinin tənzimlənməsi üçün cari ilin dövlət büdcəsində nəzərdə tutulan vəsaitin 




məbləği  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  20  faizədək  artırıla  və  yaxud 

yerli gəlirlərin proqnozuna nisbətən əlavə daxil olan vəsait qədər azaldıla bilər.

 

 

Maddə 19. Dövlət büdcəsinin kassa icrası 



 

19.1. Dövlət büdcəsinin kassa icrası dövlət xəzinədarlığı vasitəsilə həyata keçirilir. 

Dövlət  xəzinədarlığı  dövlət  maliyyəsindən  istifadə  sahəsində  şəffaflığı  təmin 

etmək  məqsədi  ilə  dövlət  büdcəsindən  maliyyələşən  bütün  idarə,  müəssisə  və 

təşkilatlar üzrə maliyyə əməliyyatlarının müvafiq uçot qaydalarına uyğun uçotunu 

aparır. 

 

19.2.  Dövlət  büdcəsinə  bütün  daxilolmalar  və  ödəmələr,  büdcədənkənar  haqlar 

(ödənişlər), büdcədənkənar dövlət fondları (Azərbaycan Respublikası Dövlət Neft 

Fondunun  gəlirləri,  əməliyyat  xərcləri,  beynəlxalq  banklarda  və  digər  maliyyə 

institutlarında  vəsaitin  yerləşdirilməsi  ilə  bağlı  xərclər  istisna  olmaqla)  dövlət 

büdcəsinin  kəsirinin  bağlanması  üçün  dövlət  zəmanəti  ilə  alınmış  borclar  üzrə 

əməliyyatlar  və  digər  dövlət  maliyyə  əməliyyatları  qanunvericiliklə  müəyyən 

edilmiş qaydalara uyğun olaraq dövlət xəzinədarlığı vasitəsilə icra edilir.  

Büdcə  ili  ərzində  vahid  xəzinə  hesabında  olan  vəsaitin  qalığı  (sərbəst  qalıq) 

müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  idarə  oluna  və  ya  idarəetməyə  verilə 

bilər.  Sərbəst  qalığın  idarəetməyə  verilməsi  qaydaları  müvafiq  icra  hakimiyyəti 

orqanı tərəfindən müəyyən edilir. 

Dövlət büdcəsi gəlirlərinin xarici valyutada daxil olan hissəsinin xarici valyuta ilə 

ödəniləcək  dövlət  büdcəsindən  maliyyələşdirilən  xərclərinin  konvertasiya 

edilmədən  xarici  valyutada  birbaşa  icrası  müvafiq  icra  hakimiyyəti  orqanının 

müəyyən etdiyi qaydada həyata keçirilir. 

Xarici  valyutada  dövlət  büdcəsinə  daxilolmalar  hər  hesabat  ayının  sonunda 

Azərbaycan  Respublikasının  Mərkəzi  Bankının  müəyyən  etdiyi  manatın  xarici 

valyutalara nisbətdə rəsmi məzənnəsi ilə yenidən qiymətləndirilir. 

Manatın  xarici  valyutalara  nisbətdə  məzənnəsinin  dəyişməsi  nəticəsində  yaranan 

qazanc  və  ya  itki  yenidən  qiymətləndirmənin  nəticəsi  kimi  dövlət  büdcəsinin 

müvafiq hesabat dövrünün sonuna fakt üzrə onun gəlirlərində və ya xərclərində əks 

etdirilir, həmçinin dövlət büdcəsinin vahid xəzinə hesabının qalığında nəzərə alınır. 

Yenidən  qiymətləndirmə  nəticəsində  yaranan  qazanc  və  ya  itki  dövlət  büdcəsinin 

kassa  icrasına  aid  olunmur  və  bu  Qanunun  16.1.1-ci,  16.1.16-16.1.18-ci 

maddələrinə  uyğun  olaraq  təsdiq  olunmuş  göstəricilərdən  kənarlaşma  kimi  qəbul 

edilmir.

 

 



19.3.  Büdcə təşkilatlarının  satın  aldığı  mallara,  qəbul  etdiyi iş  və xidmətlərə  görə 

dövlət xəzinədarlığı tərəfindən qabaqcadan dövlət (büdcə) öhdəlikləri götürülür və 

bu  öhdəliklər  çərçivəsində  satınalmalardan  yaranan  kreditor  borcları  xəzinədarlıq 

tərəfindən ödənilir. 

 

19.4.  Dövlət  büdcəsinin  icrası  prosesində  qəbul  edilmiş  öhdəliklər  üzrə 

əməliyyatlar,  bu  Qanunun  6.6-cı  maddəsində  nəzərdə  tutulan  hallar  istisna 




Yüklə 419,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə