CümhuriYYƏTİn təHLÜKƏSİZLİk orqanlari



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə36/48
tarix21.06.2018
ölçüsü3,25 Kb.
#50036
1   ...   32   33   34   35   36   37   38   39   ...   48

CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
120
işləri ilə məşğul olmaqla bərabər, həm də bir neçə uğurlu əməliyyatda 
da iştirak etmişdir. O zaman Ə.R.Şamçızadə Nağı bəy Şeyxzamanov, 
Mahmud Səfikürdiski, Məmməd Hacıyev, Miraslan Ağalarov, Mirzağa 
Nəsirov, Süleyman Bağırov, Ağəli Sadıqov, Ağəli Zeynalabdınzadə, 
Rza Fəttahov və başqaları ilə birikdə bolşeviklərə, denikinçilərə qarşı 
mübarizə apararaq AXC-nin müstəqiliyini müdafiə etmişdir. 
Ə.R.Şamçızadə 1937-ci il yanvarın 2-də verdiyi ifadəsində 
bildirmişdi ki, 1920-ci ildə həmin təşkilat dağıdıldı. ƏMT dağıldıqdan 
sonra çoxumuzu işdən çıxartdılar. Yeri gəlmişkən qeyd edək ki, həmin 
təşkilatın bir neçə əməkdaşı Azərbaycan FK-da işlə təmin edilmiş 
və sonradan repressiyaya məruz qalmışdır. İşdən çxarıldıqdan sonra 
Ə.R.Şamçızadə bir müddət işsiz qalmışdır. Şairin tədqiqatçılarından 
filologiya elmləri doktoru İslam Ağayevin 1992-ci ildə tərtib etdiyi 
“Nalələrim, fəğanlarım” kitabına yazdığı müqəddimədə 
(səh. 16) 
oxuyuruq: 
“Ə.Razi 1917-ci ilin ortalarında Gəncəyə dönür 
(Dağıstandan - C.Q.), ta 1920-ci ilin may ayına kimi orada yaşayır”. 
Bu gün şairin həmin tarixdən sonrakı həyatını geniş aça bilən nə 
bir dövri məlumat, nə bir xatirə, nə də ki arxiv sənədi əldə etmək 
mümkün olmadığı bir vaxtda ancaq iki kiçicik faktın üzərində durmaq 
lazım gəlir. Əvvəla, Şamçızadə 
“1917-ci ilin ortlarından 1920-ci ilin 
may ayına kimi Gəncədə yaşamamışdır”. İstintaq işində qorunub 
saxlanılan, 1936-cı il avqustun 3-də doldurulan anketdə göstərilir ki, 
o, 1918-ci ilin may ayında Dağıstanın Petrovski vilayətinə qayıtmış, 
İranın Qəzvin şəhərində yaşayan qohumunun yanına gedərək 1919-
cu ilin yanvarına qədər orada işləmişdir. Yanvar ayında Bakı şəhərinə 
gəlmiş və 4 ay işsiz qaldıqdan sonra 1919-cu ilin sentyabrından 1919-
cu ilin dekabrına qədər Bakı şəhərində ƏMT-də kargüzar köməkçisi, 
bir qədər sonra isə rəisi vəzifəsində çalışmışdır. 
İkincisi isə Şamçızadənin həyatının 20-ci ildən sonrakı dövrü deyil, 
ondan əvvəlki dövrü də az öyrənilmişdir. 
Ə.Razinin 1937-ci il yanvarın 13-də verdiyi ifadəsindən aydın olur 
ki, o, 1920-ci ildə Azərbaycan İnqilabi Hərbi Şurasının “İzvestiya” 
qəzeti redaksiyasında işləməyə başlamış və orada “Aşıq dambılı” imzası 
ilə “Eşqim qopanda” başlıqlı felyetonlar yazaraq çap etdirmişdir. 
1920-ci ildə Ədalət Partiyasının tapşırığı ilə Tehrana gedən 


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
121
Şamçızadə 1922-ci ilin iyun ayında Gəncəyə qayıtmış və 1925-ci ilə 
kimi orada partiya komitəsində çalışmışdır.
O, 1925-ci ildən 1927-ci ilə kimi Gəncə Pedaqoji Texnikumunda 
müəllim işləmiş və gənc nəslin maariflənməsi istiqamətində bir 
sıra işlər görmüşdür. 1929-cu ildə bir müddət Gəncədəki Mərkəzi 
Kitabxananın müdiri işlədikdən sonra Bakı şəhərinə gələrək qəzet 
redaksiyasında (1929-1931-ci illərdə) təlimatçı vəzifəsində çalışmışdır. 
1931-ci ildə Lənkəranda qəzet redaktoru, sonrakı illərdə isə müxtəlif 
yerlərdə maarif və mədəniyyət sahəsində fəaliyyət göstərmişdir. 
Belə ki, 1932-ci ildə Şuşada Xalq təhsili şöbəsində, 1935-ci ildə isə 
“Kirovabad bolşeviki” qəzetində işləmişdir.
İlk həbsi zamanı müstəntiqin Şamçızadəni ittiham etdiyi əsas 
məsələlərdən biri də onun Şah Abbas məscidində dini təhsil alması, 
lakin molla işləməməsidir. 
Bir neçə ay XDİK-in Kirovabaddakı həbsxanasında saxlanıldıqdan 
sonra 1937-ci il martın 2-də belə bir qərar qəbul edildi ki, Azərbaycan 
SSR CM-in 75-ci maddəsi ilə ittiham edilən Şamçızadə Əli Razinin 
əməllərində cinayət tərkibi olmadığından o, həbsdən azad edilsin. 
Beləlikə, 1937-ci il martın 7-də imzalanan 50 nömrəli azadetmə 
talonuna əsasən Ə.R.Şamçızadə mart ayının 10-da həbsxanadan azad 
edilmişdir.
Üstündən bir neçə ay keçdikdən sonra XDİK rəhbərliyi 
Şamçızadəni azad etdiyinə görə sanki peşiman olmuş və tabeliyindəki 
buyruq qullarına onun haqqında ciddi ölçü götürülməsi barədə 
tapşırıq vermişdir. 1937-ci il iyulun 29-da əməliyyat müvəkkili 
Azərbaycan SSR XDİK-in Kirovabad şəhər şöbəsinin DT serjantı 
Lixaçov onun barəsində aşağıdakı məzmunda bir qərardad 
hazırlamışdır: “
Vətəndaş Şamçızadə Əli Razi Yahya oğlu 
Azərbaycan SSR CM-in 72-ci maddəsi ilə istintaqa cəlb edilsin. 
İstintaqdan və məhkəmədən yayınmaması üçün həbs edilsin 
və Azərbaycan XDİK-in Kirovabad şəhərindəki həbsxanasında 
keşikçi nəzarəti altında saxlanılsın” (29 iyul 1937-ci ildə Kirovabad 
şəhər şöbəsinin rəisi Qamrelekeli tərəfindən təsdiq edilən bu qərar 
30.07.1937-ci ildə Şamçızadəyə elan olunmuşdur). Elə həmin gün 
(29.07.1937) Əli Razi Şamçızadənin evində axtarış aparılması və 


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
122
həbs edilməsi üçün 155 nömrəli order imzalanmış və Şamçızadə həbs 
edilmişdi. Onun həbsindən sonra 80 yaşlı anası Məsmə Əlibaba qızı, 
16 yaşlı oğlu Nadir, 3 yaşlı oğlu Ayaz və yoldaşı Zümrüd Şamçızadə 
başsız qalmışdı. 
Yeri gəlmişkən qeyd edək ki, şairin həyat yoldaşı Şamçızadə də 
Xalq Daxili İşlər Komissarlığının əməkdaşları tərəfindən həbs edilərək 
3 il müddətinə azadlıqdan məhrum edilmişdir. 
(Bu barədə “Sərhəd” 
qəzetinin 10-u və 17-si avqust 1995-ci il tarixli, 15 (121);16 122) 
saylarında bu sətirlərin müəllifi tərəfindən geniş məlumat verilmişdir). 
XDİK əməkdaşları axtarış zamanı Ə.R.Şamçızadənin evində olan 
bir çox qiymətli əlyazma və kitabları da götürmüşdülər. Sənədlərdə 
göstərilir ki, Şamçızadə Əli Razidən götürülmüş əlyazmalar əksinqilabi 
millətçi ideyalar təbliğ etdiyinə görə əşyayi-dəlil kimi 6542 nömrəli 
istintaq işinə daxil edilsin. Çox təəssüf ki, həmin əlyazmalar və kitablar 
barədə istintaq işində heç bir məlumat yoxdur. 
Şamçızadə ilə ilk dindirmə 1937-ci il iyulun 29-da aparılmışdı. 
Müstəntiq onun əksinqilabçı olduğunu təkidlə iddia etməsinə 
baxmayaraq, o, özünün əksinqilabi millətçi təşkilatının üzvü 
olmadığını bildirmişdi. 
1937-ci il avqustun 2-də aparılan ikinci dindirmə zamanı isə 
artıq onun yaradıcılığında Stalinlə bağlı məsələlərə toxunur və sübut 
etməyə çalışırdılar ki, o, Stalinin psevdonimi olan “Koba” sözünü 
işlətməklə “ellər atasını” ələ salmış və beləliklə də, əksinqilabi millətçi 
işə qoşulmuşdur:
 
Sual:  Siz yoldaş Stalinlə bağlı 1936-cı ildə Azərbaycan Kənd 
Təsərrüfatı İnstitutunda (AKTİ) oxuduğunuz şeiri nə zaman yazmısınız?
Cavab: Heç bir gecədə, heç bir AKTİ-də, yoldaş Stalinlə əlaqəsi olan 
şeirlə çıxış etməmişəm. Mən maarif işçilərinin evində AKTİ-nin tələbəsi 
Şirzad Əliyevə demişəm ki, “mən Şamçızadə özümün şəxsi köhnə şeirlərimin 
birində “Koba” və ya “Kuba” sözü tapmışam, lakin həmin şeirin kimə həsr 
edildiyini xatırlamıram. Bu şeir imperialist müharibəsindən, yəni 1914-cü 
ildən əvvəl yazılmışdır. Onlardan biri, bilmirəm Şirzad Əliyev, ya Cəfər 
Bağır “Bolşevik Kirovabadı” redaksiyasında dedi ki, “Koba” sözü yoldaş 
Stalinin psevdonomidir. Mən bunu heç vaxt bilmirdim ki, yoldaş Stalinin 
gizli “Koba” təxəllüsü vardır, heç indi də bilmirəm. 


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə