CümhuriYYƏTİn təHLÜKƏSİZLİk orqanlari



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə14/48
tarix21.06.2018
ölçüsü3,25 Kb.
#50036
1   ...   10   11   12   13   14   15   16   17   ...   48

CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
48
I.2. Kəşfiyyat və əks-kəşfiyyat bölməsinin yaradılması
AXC öz müstəqilliyini elan etdikdən sonra dövlətin və 
dövlətçiliyin təhlükəsizliyini təmin etmək, yəni onu daxili və xarici 
təhdidlərdən qorumaq, baş verə biləcək terror-təxribat aksiyalarının 
qarşısını almaq, pozucu qüvvələri zərərsizləşdirmək üçün müstəqil 
xüsusi xidmət orqanının yaradılmasına böyük ehtiyac var idi. Daha 
doğrusu, Azərbaycanın müstəqilliyinə qarşı yönəlmiş qüvvələrin 
(denikinçilərin, ingilislərin, bolşeviklərin, ermənilərin və s.) təxribat-
pozuculuq fəaliyyətləri təhlükəsizlik orqanlarının yaradılmasının 
zəruriliyinin qaçılmaz olduğunu 
göstərirdi. Lakin öz müstəqilliyini 
yenicə elan etmiş AXC-nin maddi 
imkanları, kadr potensialı, hələlik 
müvəqqəti paytaxt seçdikləri 
Gəncədə oturmaları və Bakıya 
daxil ola bilməmələri, mükəmməl 
təhlükəsizlik orqanı yaratmaq üçün 
ənənənin olmaması belə bir həyati 
əhəmiyyətə malik olan addımın 
reallaşmasına çətinlik törədirdi. 
Bütün çətinliklərə baxmayaraq, 
Azərbaycan hökuməti Müdafiə 
Nazirliyinin nəzdində xüsusi xidmət 
orqanlarının funksiyalarını həyata 
keçirən bir bölmə yaratdı. “Kəşfiyyat 
və əks-kəşfiyyat” adlanan həmin qurumun nə zaman yaradılması 
barədə konkret məlumat olmasa da, mövcud arxiv materialları həmin 
bölmənin 1918-ci ildə yaradılması barədə mülahizə yürütməyə 
əsas verir. Həmin bölmə Müdafiə Nazirliyi təsis edildiyi dövrdən, 
daha dəqiq desək, S.Mehmandarov nazirlikdə rəhbər vəzifəyə təyin 
edildikdən bir qədər sonra yaradılmışdı. Bunu deməyə əsas verən 
amillərdən biri Müdafiə Nazirliyinin başında duran rəhbərlərin böyük 
təcrübəyə malik olmaları və əvvəllər xidmət etdikləri Çar Rusiyasının, 
eləcə də dünyanın müxtəlif güc strukturlarının işlərindən xəbərdar 
General-leytenant  
Məmməd bəy Sulkeviç


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
49
olmaları və əldə olunmuş arxiv materiallarıdır. Belə ki, hərbi nazir 
S.Mehmandarov 1919-cu il 29 mart tarixli 156 saylı əmrində göstərirdi 
ki, 19 aprel 1917-ci ildə baş parutçik rütbəsi almış Ağalarova Nazirlər 
Şurasının sədri Fətəli xan Xoyskinin 7 saylı sərancamı ilə 28 avqust 
1918-ci ildə Əks-kəşfiyyat bölməsinin rəisi vəzifəsini müvəqqəti icra 
etmək tapşırılmışdır.
40
 
Maraqlıdır ki, 1918-ci il noyabrın 15-də təsis edilən Ümumi 
Qərargahın tərkibinə daxil olan 8 şöbədən biri General-kvartirmeyster 
şöbəsi adlanırdı.
41
 1919-cu ilin mart ayının birinci yarısına kimi Ümumi 
Qərargahın tərkibinə daxil olan General-kvartirmeyster şöbəsinin rəisi 
vəzifəsini müvəqqəti olaraq Vasili Nikolayeviç Sokolov icra etmişdi.
42
 
Kəşfiyyat və əks-kəşfiyyat bölməsi General-kvartirmeyster şöbəsinin 
strukturu daxilində fəaliyyət göstərirdi. Əks-kəşfiyyat bölməsi 1918-
ci il 28 avqust tarixindən əvvəl yaradılmışdı. Fikrimizcə, bu bölmənin 
tarixi General-kvartirmeyster şöbəsinin yarandığı dövrə təsadüf edir.
Göründüyü kimi, ilk xüsusi xidmət orqanı hələ 1918-ci ildən 
mövcud olmuşdur. Lakin AXC-nin xüsusi xidmət orqanlarının 
təşəkkül dövrü 1919-cu ilə təsadüf edir. Bu, ölkədə nisbi sabitliyin 
yaradılması, dövlət idarəçilik aparatlarının düzgün təşkili və ordu 
quruculuğu sahəsində həyata keçirilən islahatlarla bağlı idi. 
Milli orduda aparılan dəyişikliklərə uyğun olaraq 10 yanvar 1919-
cu ildə Hərbi Nazirlikdə hərbi qanunvericilik və hərbi idarəetmə 
sahəsində müəyyən əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi və 
müvafiq qərarların qəbul edilməsi məqsədilə Müvəqqəti Hərbi Şura 
yaradıldı. Bu şuranın tərkibinə General-kvartirmeyster şöbəsinin rəisi 
də daxil edildi. Azərbaycanın milli ordusunun tədricən güclənməsinə 
və təkmilləşməsinə baxmayaraq, gözlənilən təxribatların və təhdidlərin 
qarşısının alınması, düşmənin casusluq fəaliyyətinin aşkarlanması, ən 
başlıcası müstəqilliyimizi, eləcə də dövlətçiliyimizi qorumaq üçün 
güclü və peşəkar xüsusi xidmət orqanlarına, eyni zamanda Azərbaycanın 
müxtəlif bölgələrində onun struktur bölmələrinin yaradılmasına 
ehtiyacı gündən-günə artırırdı. Bunun vacibliyini ilk gündən dərk 
edən Azərbaycanın hökumət rəhbərləri təhlükəsizlik orqanlarının 
40   Azərbaycan Respublikası MAİ, f. 898, siy. 2, iş. 5, v. 101
41   Адрес-календар Азербайджанской Республики. Баку, 1920, с. 27.
42   Azərbaycan Respublikası MAİ, f. 2898, siy. 1, iş 1, v. 43.


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
50
struktur bölmələrinin təkmilləşdirilməsinə və genişləndirilməsinə 
çalışır və bu istiqamətdə əməli fəaliyyət göstərirdilər. Belə əməli 
fəaliyyətin məntiqi nəticəsi kimi Gəncə şəhərində Azərbaycan 
Ordusu Baş Qərargahının General-kvartirmeyster şöbəsinin Kəşfiyyat 
bölməsi rəisinin 1919-cu il yanvarın 28-də General-kvartirmeysterə 
göndərdiyi məktub xüsusi maraq doğurur: 
“Əks- kəşfiyyat bölməsi 
üçün 7 ştatı təqdim edir və məruzə edirəm ki, hələlik aşağıda 
adı çəkilən şəhər, dəmiryolu stansiyası və yerlərdə: Bakıda, 
Şuşada, Ağdamda, Qazaxda, Gəncədə və s. agent məntəqələrinin 
yaradılması məqsədəuyğundur”.
43
 
Buradan aydın olur ki, artıq dövlət təhlükəsizlik sistemi tədricən 
genişləndirilir və mümkün vasitələrlə inkişaf etdirilirdi. Düşmənin 
Azərbaycandakı maraqlarını, çirkin siyasətini, eləcə də ölkədəki 
gərginliyi nəzərə alan AXC-nin parlamenti 1919-cu il fevralın 25-
də “Hərbi Nazirliyin ştatları haqqında” qanun qəbul etdi. General-
kvartirmeyster idarəsi yanında Əks-kəşfiyyat bölməsinin yaradılması 
da həmin ştatda öz təsdiqini tapdı. 
Ordunun təlim-tərbiyəsini, döyüş hazırlığını, təsərrüfat və təminat 
qayğılarını daha da gücləndirmək məqsədi ilə 26 mart 1919-cu ildə 
Ərkani-hərb 
(Baş qərargah) təsis edildi. S.Mehmandarovun fikrincə, 
indiyədək belə bir qurumun yaradılmamasının əsas səbəbi yüksək 
hazırlıqlı kadrların olmaması ilə bağlı idi. S.Mehmandarovun dəvəti 
ilə Krımdan gəlmiş, milliyyətcə tatar olan general-leytenant Məmməd 
bəy Aleksandroviç Sulkeviç 
(əsl adı Maçeybəy idi – C.Q.) martın 
26-dan etibarən 147 saylı əmrlə Ərkani-hərbin rəisi kimi fəaliyyətə 
başlamış hesab edildi. Artıq 1919-cu ilin martında Hərbi Nazirliyin 
strukturu yeni formada dəyişdirilməyə başlandı. 
General Mehmandarov Nazirlər Şurasına ünvanladığı məktubda 
Ərkani-hərbin struktur məsələlərinə toxunur və göstərirdi ki, bu 
hərbi qurumun içərisində üç şöbənin – General-kvartirmeyster, 
Topoqrafiya və Hərbi daşınmaların olması məqsədəuyğundur. Adları 
çəkilən şöbələrdən birinci ikisi Ümumi Qərargahın tərkibindən 
çıxarılaraq Ərkani-hərbə birləşdirildi.
44
 Bütün bunlar Azərbaycan 
43   Yenə orada, f. 2898, siy. 1, iş. 1, v. 7.
44   Yenə orada, f. 894, siy. 1, iş 3, v. 31.


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə