CümhuriYYƏTİn təHLÜKƏSİZLİk orqanlari



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə16/48
tarix21.06.2018
ölçüsü3,25 Kb.
#50036
1   ...   12   13   14   15   16   17   18   19   ...   48

CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
54
evin zirzəmisində tapılmışdı. Burada çoxlu sayda tüfəng, qumbara, 
patron və s. aşkara çıxarılmışdı”.
49
 Bu isə gərginliyi daha da artırırdı. 
Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdi 
ki, həmin zabitlərin böyük əksəriyyəti Azərbaycan ordusunun hərbi 
sirlərini Denikinə verir. Belə ki, 1919-cu ilin aprelində Bakıda Denikin 
kəşfiyyatının rəisi, Baş Qərargahın zabiti Çernışov Azərbaycanın xüsusi 
xidmət orqanlarının əməkdaşları tərəfindən həbs edilərkən 
(sonra o, 
ingilislərin təzyiqi ilə azadlığa buraxıldı – C.Q.) onun Azərbaycanın 
milli ordusunda Denikinin casusu kimi fəaliyyət göstərdiyi sübuta 
yetirilmişdi. Eyni zamanda əməliyyat tədbirləri nəticəsində Denikinin 
casus şəbəkəsində təmsil olunanların bir qisminin ingilis kəşfiyyatına 
da işləməsi müəyyən edilmişdi. 
Çernışovun yaşadığı mənzildə 
Azərbaycanın xüsusi xidmət 
orqanları tərəfindən aparılan axtarış 
zamanı Denikin kəşfiyyatının 
sxemi, onun tapşırıqları, məqsədi 
və proqramı, eyni zamanda gizli 
bolşevik təşkilatının işi, Azərbaycan 
ordusunun vəziyyəti barədə Denikinə 
ünvanlanmış çoxlu sayda məlumatlar 
tapılmışdı.
50
 Bütövlükdə denikinçiləri 
Azərbaycanla bağlı aşağıdakı 
məsələlər maraqlandırırdı: silahlı 
qüvvələr, onların tərkibi, yerləşdiyi 
ərazi, silahla təchizatı, geyimi, nizam-
intizamı, sosial təminatı, döyüş və 
material ehtiyatları, hərbi xarakterli 
tədbirlər, ictimai rəy, xalqın “Vahid və bölünməz Rusiya” məsələsinə 
münasibəti, müxalifətin və hökumətin fəaliyyətinə, denikinçilərə qarşı 
mübarizə məsələlərinə münasibət və s. 
Bu cinayətkar qrupun fəaliyyəti ifşa edildikdən sonra Azərbaycan 
parlamenti 1919-cu il fevralın 26-da denikinçilərin dövlət işində 
və hərbi sahədə xidmət göstərmələrini qadağan etdi. Hərbi nazirin 
əmri ilə bir neçə hərbçi denikinçilərlə əlaqə saxladıqlarına və 
49   Süleymanov M. Azərbaycan ordusu (1918-1920). Bakı, 1998, s. 416.
50   Qoca E. Azərbaycanın təhlükəsizlik və xüsusi xidmət orqanları (1918-1920). Bakı, 2000, s. 28-29.
General Səməd bəy 
Mehmandarov


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
55
məlumatları onlara ötürdüklərinə görə ordu sıralarından xaric edildi. 
“İlkin yoxlamalar göstərdi ki, bu zabitlərin xeyli hissəsi general 
Denikinə rəğbətlə yanaşır, hətta onun xeyrinə Azərbaycanda 
casusluqla məşğuldurlar. Azərbaycan ordusunda Denikinin 
casusluq fəaliyyəti aşkarlandı, rus zabitlərinin xeyli hissəsi milli 
ordudan xaric olunub Azərbaycandan sürgün edildilər”.
51
Azərbaycan hökumətinin ciddi cəhdlərindən sonra 1919-cu il 
martın 1-də könüllü ordunun qoşun hissələri də Azərbaycandan 
çıxarıldı. Lakin Denikin təhlükəsi hələ də mövcud idi. Yaranmış 
təhlükə ilə əlaqədar Azərbaycan və Gürcüstan arasında iyunun 16-
da Tiflisdə hərbi-müdafiə sahəsində müqavilə imzalandı və həmin 
ayın 27-də hər iki ölkənin parlamentində təsdiq edildi. Bu pakta görə, 
Denikin təcavüzünə məruz qalan tərəf müttəfiqindən silah-sursat və 
hərbi yardım ala bilərdi. 
Bu paktdan bir qədər sonra Gürcüstan Azərbaycana silah-
sursatla yardım etməyə və onun müəyyən hissəsini satmağa başladı. 
Tam artilleriya generalı Səməd bəy Mehmandarov 1919-cu ilin 
sentyabrında imzaladığı 421 saylı əmrində göstərirdi: 
“Bizim 
üçün böyük əhəmiyyətə malik olan müxtəlif predmetlər, 
silahlar və başqa hərbi əmlak əldə etmək üçün mən Gürcüstan 
Respublikasının Tiflis şəhərinə Baş Artilleriya İdarəsinin rəisi, 
general-mayor Murad Gəray bəy Tlexasın rəhbərliyi altında 
komissiya göndərmişdim. Bir sıra ciddi çətinliklərə baxmayaraq, 
qısa müddət ərzində, olduqca sərfəli qiymətlərlə Bakıda və 
Gəncədə qiymətli əmlak kütləsi quraşdırılmış və gətirilmişdi. 
Əldə edilmiş predmetlərin əksəriyyəti təzə, istifadə olunmuşları 
isə tam yararlı haldadır”.
52
Həmin hərbi-müdafiə müqaviləsinin 10-cu bəndinə əsasən, 
Ermənistan da iki həftə ərzində onlara qoşula bilərdi. Lakin ermənilər 
Denikinlə gizli ittifaqa girdi və təcavüzkar siyasətlərini həyata keçirmək 
üçün ağqvardiyaçılardan xeyli silah-sursat ələ keçirdilər. Azərbaycan-
Gürcüstan paktı ilə iki ölkə arasında münasibətlərin normal məcraya 
düşməsi və əlaqələrin inkişafı üçün münasib şərait yarandı. Denikinçilər 
bundan sonra da Azərbaycanın dövlətçiliyinə və ərazi bütövlüyünə qarşı 
qəsdlər törətməyə can atsalar da, buna nail ola bilmədilər. 
51   Nəsibzadə N. Azərbaycan Demokratik Respublikası. Bakı, 1990, s. 62-63.
52   Azərbaycan Respublikası MAİ, f. 2900, siy. 7, v.1, 7. 


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
56
Əks-kəşfiyyat xidmətinin fəaliyyətində hakimiyyətə can atan 
bolşevizmlə mübarizə də əsas yerlərdən birini tuturdu. Rusiyada 
bolşevik hökumətinin getdikcə güclənməsi onların Bakıda, Gəncədə, 
eləcə də Azərbaycanın digər bölgələrində dövlət əleyhinə fəallığını 
artırmışdı. Əks-kəşfiyyat bölməsinin əməkdaşları Azərbaycan silahlı 
qüvvələrinin sıralarına soxulmağa çalışan bolşeviklərə qarşı mübarizəni 
gücləndirsələr də, bu işin öhdəsindən layiqincə gələ bilmirdilər. Bu barədə 
S.Mehmandarov yazırdı: 
“Hərbi əks-kəşfiyyatın başlıca vəzifəsi dövlət 
daxilində hərbi casuslarla mübarizədir. Bolşevizmlə mübarizə 
ümumxalq işi olduğundan bir hərbi idarə onun öhdəsindən layiqincə 
gələ bilməz. Rus ordusunun dairə qərargahlarının əks-kəşfiyyat 
təcrübəsi göstərirdi ki, hətta xeyli pul buraxıldıqda belə təcrübəli 
icraçılar və axtarışla əlaqədar xüsusi bacarığa malik işçilər olmadan 
bu cür mürəkkəb və incə işi qaydaya salmaq hərbi idarənin hünəri 
deyil”.
53
 Buna görə S.Mehmandarov bolşevizmlə mübarizədə “yerli 
şəraiti yaxşı bilən və kifayət qədər hazırlığı olan agentlərə 
(Kəşfiyyat və əks-
kəşfiyyat bölməsinin əməkdaşları nəzərdə tutulur – C.Q.) kömək üçün Bakı 
axtarış polisinin də bu işə cəlb olunmasını” məqsədəuyğun hesab edirdi. 
Daha sonra general yazırdı: 
“Baş Qərargahın fəaliyyət təcrübəsi 
göstərdi ki, daxili təsərrüfat məsələləri, xidmətlər, qoşunların 
məişət və xidmət tələbatının təmin edilməsi ilə bərabər cari 
qayğılarla birlikdə müharibəyə hazırlıq mülahizələrinə dair 
məsələləri eyni idarədə cəmləşdirmək qeyri-mümkündür. Baş 
Qərargahın işlə yüklənməsi qoşunların döyüş hazırlığı ilə bağlı 
bir çox təxirəsalınmaz məsələlərin yerinə yetirilməsini ləngidir. 
Baş Qərargahın bölmələrinin onun tabeçiliyindən çıxarılması 
isə lazımi hazırlıq keçmiş şəxslərin Hərbi Nazirliyin ixtiyarına 
verilməsini çətinləşdirdi. General-leytenant Məmməd bəy 
Sulkeviçin Baş Qərargaha gəlişindən sonra Baş Qərargahın Baş 
İdarəsinin yaradılması ona həvalə edildi. Üç bölmədən ibarət, 
mövcud General-kvartirmeyster şöbəsinin həmin idarəyə daxil 
edilməsi mümkündür…”.
54
S.Mehmandarovu Azərbaycan xüsusi xidmət orqanlarının inkişaf 
etdirilməsi çox düşündürürdü. O, “respublikada müxtəlif hakimiyyət 
institutlarını, o cümlədən XİN, DİN və Hərbi Nazirliyi işə cəlb etməklə 
53   Yenə orada, f. 2894, siy. 1, iş 26, v. 4.
54   Yenə orada, v. 4.


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə