CümhuriYYƏTİn təHLÜKƏSİZLİk orqanlari



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə19/48
tarix21.06.2018
ölçüsü3,25 Kb.
#50036
1   ...   15   16   17   18   19   20   21   22   ...   48

CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
65
mücadiləsinin xatirələri” kitabında belə bir təşkilatın yaradılmasının 
səbəblərini aşağıdakı kimi izah edirdi: 
“Əksinqilabla Mübarizə 
Təşkilatının yaradılmasına səbəb cümhuriyyətimizin ilk illərində 
çar generalı Denikinin mütəmadi olaraq bizi təhdid etməsi, tez-
tez hüquqlarımızı zorlaması və müxtəlif hadisələr törətməsi 
olmuşdur. Ona görə də hökumətimiz Əksinqilabla Mübarizə 
Təşkilatının layihəsini hazırlayıb parlamentə təqdim etdi. Layihə 
məclisdə böyük səs çoxluğu ilə qəbul olundu”.
65
 Daha sonra Nağı 
bəy Şeyxzamanlı göstərirdi ki, bolşeviklər Qafqazda general Denikin 
ordusunu darmadağın etdikdən sonra artıq bizim üçün ağqvardiyaçı 
təhlükəsi qalmamışdı. Ancaq Denikinin yerinə arxasını Rusiyanın 
mərkəzi olan Moskvaya dayayan bolşeviklər kimi bir təhlükəli qüvvə 
də var idi. Artıq biz də fəaliyyətimizi bolşeviklər əleyhinə çevirmişdik. 
Əslində bolşevizmlə mübarizə bu tarixdən çox-çox əvvəl başlanmışdı. 
Təşkilatın fəaliyyətinin birinci ayında aparatda 19 nəfər çalışırdı. 
Onların 3-ü baş agent, 16-sı isə agent vəzifəsini tuturdu. Bir qədər 
sonra ƏMT-nin əməliyyat heyəti 27 nəfərə çatdı. Onlardan 2 nəfəri baş 
agent, 25 nəfəri isə agent vəzifəsini tutdu. Eyni zamanda, Bakıda ƏMT-
nin 8 rayon bölməsi yaradıldı
66
 və təşkilatın strukturu formalaşdırıldı.
ƏMT-nin Əsasnaməsinə uyğun olaraq Azərbaycan dövlətçiliyinə 
qarşı təxribat və terror aksiyaları keçirmək cəhdlərində, dövlət 
əhəmiyyətli obyektlərə, eləcə də hakimiyyətə qarşı silahlı müqavimət 
göstərməkdə, casusluqda və s. şübhəli bilinən şəxslərin həbsi zamanı 
yerli polis və əlaqədar orqanların nümayəndələri də dəvət olunurdu. 
Həbs olunanlar haqqında qərarın surəti cəzaçəkmə yerinə, prokurora, 
dairə məhkəməsinə və Bakı rayonunun general-qubernatoruna 
göndərilirdi. Həbs olunanların cinayəti sübuta yetirilməyəndə onlar 
bir aydan gec olmayaraq azad edilməli idi. Zərurət yarandıqda bu 
müddət yalnız general-qubernatorun göstərişi ilə üç aya qədər uzadıla 
bilərdi. Lakin həbs olunan şəxs 24 saatdan gec olmayaraq Əks-
kəşfiyyat bölməsinin rəisi və ya onun köməkçisinin yanına gətirilməli 
idi. Əgər həbs olunan şəxs uzaqda olardısa, bu vaxt ƏMT rəislərinin 
yanına gətirilməsi üçün yerli şəraitə uyğun olan müddətə qədər 
65   Şeyxzamanlı N. Azərbaycanın istiqlal mücadiləsinin xatirələri. İstanbul, 1964, s. 86.
66   Qoca E. Azərbaycanın təhlükəsizlik və xüsusi xidmət orqanları (1918-1920). Bakı, 2000, s. 68.


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
66
uzadıla bilərdi.
67
 
Əks-kəşfiyyat bölməsinin rəisi və ya onun köməkçisi tutulan şəxsin 
gətirilməsindən 24 saatdan gec olmayaraq məhbusu dindirməli, onun 
həbsdən azad olunması və ya saxlanılması barədə qərar qəbul etməli 
və ya aidiyyəti qurumlar qarşısında vəsatətin qaldırılmasına nail olmalı 
idi.
ƏMT-nin başlıca vəzifələri əsasən aşağıdakılardan ibarət idi: 

dövlət quruluşunun devrilməsinə yönəlmiş, əhali arasında şifahi 
və ya mətbuat vasitəsilə hökumətə zidd təşviqat aparan şəxslərin müəyyən 
edilməsi

hökumətin fəaliyyəti və hərbi hissələrin əməliyyatlarına, milli 
təhlükəsizliyə dair yalan məlumat və şaiyələr yayanların, əhalinin ayrı-
ayrı sinifləri arasında milli münaqişələr yaradanların aşkarlanması; 

hakimiyyət dairələrinin xüsusi icazəsi olmadan təşkil edilmiş, 
siyasi xarakter daşıyan hər cür toplantı və iclasların təşkilatçılarının 
müəyyən edilməsi; 

 hər növdən olan odlu silah, döyüş sursatı və partlayıcı maddələrin 
anbar və gizli saxlanma yerlərinin aşkar olunması; 

şübhəli şəxsləri ilkin həbs etmək hüququna malik olması və s. 
ƏMT-nin kadr tərkibi müxtəlif partiya və millətlərin 
nümayəndələrindən ibarət idi. Belə ki, 
“təşkilatda çalışacaq 
şəxslərin üçdə ikisi “Müsavat” firqəsindən, üçdə biri isə sosialist 
“Hümmət” Partiyasından olmalı idi. Təşkilatın sədri müsavatçı, 
müavini isə “Hümmət” Partiyasından olmalı idi
68

ƏMT-yə xidmətə əvvəlcə partiya prinsipinə – “Müsavat” və 
“Hümmət” partiyalarının təqdimatlarına görə, sonralar isə namizədləri 
şəxsi keyfiyyətlərinə, vətənə sədaqətinə, intellektual düşüncə tərzinə 
görə qəbul edirdilər. İlk vaxtlar “Müsavat” əks-kəşfiyyatına bolşevik 
partiyasından da daxil olanlar var idi. Bolşeviklərin Mərkəzi Komitəsi 
(MK) ƏMT-nin işindən xəbərdar olmaq, orada gedən prosesləri 
dərindən izləmək məqsədi ilə təşkilatda işləmək üçün bir sıra 
partiya üzvlərinin və ya onlara yaxın olan şəxslərin namizədliyini 
irəli sürmüşdü. AXC əks- kəşfiyyatçılarının çoxu, bir qayda olaraq, 
67   Qasımov C. Əksinqilabla Mübarizə Təşkilatı və siyasi repressiya. Bakı, 1997, s. 108-109.
68   Nağı Şeyxzamanlının xatirələri. Bakı, 1997, s. 172


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
67
Əksinqilabla Mübarizə 
Təşkilatının blankı
“Müsavat” Partiyasına sədaqətli adamlar idilər. Onlar iş prosesində 
öz təyinatlarını tamamilə doğrultdular. AK(b)P MK-dan olan 
yoldaşlarının hər bir hərəkətinə göz qoyur və bu məqsədlə hər 
bolşevikə bir əks-kəşfiyyatçı “Müsavat” üzvü təhkim edirdilər… AK 
(b) P MK-nın gizli qərarı ilə “Müsavat “əks-kəşfiyyatına 17 nəfər daxil 
oldu. Əks- kəşfiyyatda hümmətçi bolşevikləri tək, müsavatçıları isə 
cüt rəqəmlə nömrələyirdilər.
69
 
Yeri gəlmişkən qeyd edək ki
ƏMT-yə qəbul zamanı əməkdaşlar 
xüsusi yoxlamadan keçmədən 
(çox 
vaxt hər hansı bir şəxsin təqdimatı 
və ya zəmanəti kifayət edirdi – C.Q.) 
işə götürülürdü. Məsələn, işə 
götürülməsi ilə əlaqədar Mirzəbaba 
Sadıqov tərəfindən yazılmış 
xahişnamənin üzərində ƏMT-nin 
rəisi N.Şeyxzamanlı belə bir dərkənar 
qoymuşdu: 
“1919-cu il sentyabrın 
10-dan işə götürülsün”. Maraqlıdır 
ki, həmin dərkənarda konkret 
olaraq gün göstərilir və elə həmin gün də namizədi işə götürürdülər. 
Əmrdə oxuyuruq: 
“Mirzəbaba Sadıqov 10 sentyabr 1919-cu ildən 
Əksinqilabla Mübarizə Təşkilatının agenti təyin edilsin”.
70
 
ƏMT-nin əməliyyat heyəti ştata uyğun olaraq agent və baş agent 
vəzifələrindən ibarət idi. Araşdırmaların məntiqi nəticəsi kimi deyə 
bilərik ki, ƏMT-nin fəaliyyət göstərdiyi 1919-cu il iyunun 11-dən 1920-
ci il martın 6-dək olan dövrdə təşkilatda yüzdən çox əməkdaş olmuşdu. 
Azərbaycanın milli təhlükəsizliyini müdafiə edən bu təşkilatda 6-7 
millətin nümayəndəsi işləyirdi. Təəccüblüdür ki, Azərbaycanın 
bütün dövlət strukturlarına, hətta Milli Məclisə soxulmağı bacaran 
ermənilərin təhlükəsizlik orqanlarında nümayəndələri yox idi.
DMK-nın sədri Nəsib bəy Yusifbəylinin əmri ilə ƏMT-nin ilk 
rəisi “Müsavat” Partiyası və AXC parlamentinin üzvü Məmmədbağır 
69   Cəfərov M. ADR-in xüsusi xidmət orqanları. Bakı, 1997. s.17.
70   DTX-nin arxivi. M.Sadıqovun istintaq qovluğu, PR- 39509.


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə