CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
114
Nəsrəddin”ə pənahlanmağa məcbur oldum”.
130
Bu
illərdə o, Sabirlə daha yaxından tanış olur, onların arasındakı dost-
luq və yaradıcılıq əlaqələri daha da genişlənir. Konkret olaraq təsirlənmək
məsələsinə gəldikdə isə Əli Razi yazırdı ki, “mən Sabirin şirvanlılara yaz-
dığı “Əşhədü bil-lahü Əliyül-əzim, Qayili-Quranam, a şirvanlılar!.” misra-
larından təsirlənərək gəncəlilərə müraciətlə satira yazdım”.
131
Budur, o özü
də böyük satirik şair M.Ə.Sabirdən təsirləndiyini təsdiqləyir. M.Ə.Sabir
də “Yuxu” adlı şeirini
heyvərəyə
(“Heyvərə”
Əli Razinin işlətdiyi
gizli imzalardan biri-
dir - C.Q.) müraciətlə
qələmə almışdır. Fikri-
mizcə,
təsir məsələsini
daha genişliyi ilə bura-
da aydınlaşdırmağa eh-
tiyac duyulmur və bu,
ayrıca bir tədqiqatın
mövzusudur.
Yığıncaq iştirakçılarının demək olar ki, hamısı Əli Razi Şamçızadənin
gənclərin inkişafına mane olduğuna, şovinistlik, millətçilik etdiyinə,
yazıçılar
və şairlər, eləcə də redaksiya ilə cəmiyyət arasında intriqa
yaratdığına, gününü nərd-taxta oynamaqla keçirdiyinə, pul əsiri və
vaxtilə molla olduğuna görə sinfi düşmən kimi ifşa olunmasını tələb
edirdilər
.
Natiqlərdən biri çıxış edərək deyirdi: “Ədəbiyyat və sənətdən xəbəri
olmayan, böylə küt və düşmən Ə.Razi sıralarımızda qalmamalıdır”.
132
Qərəzlə deyilmiş bu sözlərə laqeyd qala və öz münasibətimizi
bildirməyə bilmərik. Məlumdur ki, bu
illərdə Əli Razinin özünün
təbliğə ehtiyacı yox idi. O, çoxdan özünütəbliğdən özünütəsdiqə
keçmişdi və Gəncə kimi böyük bir şəhərdə yazıçılar ordusuna başçılıq
edirdi. Bu illərdə o, artıq bir neçə kitabın müəllifi idi və həmin
kitablarda ideya-sənətkarlıq, ictimai-siyasi mündəricat baxımından
130 “Hücum” jurnalı. 1933, № 34.
131 Yenə orada
132 Ə.R.Şamçızadənin istintaq qovluğu, 1937-ci il , № PR-29861.
Müttəhim Əli Razi Şamçızadə
CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
115
kifayət qədər bitkin poetik nümunələr vardı. Onun əsərlərinin böyük
əksəriyyətinin əsas ideyasını və leytmotivini millətin ayılması, elm,
ürfan sahibi olması təşkil edirdi:
Ayıl, ey millət, əski zamanlar keçdi,
Millətin bəxtini cəhl ilə qazanlar keçdi,
Əsrimiz elm deyir, elmi dananlar keçdi,
Vəqtimiz həqq deyir, həqqi atanlar keçdi!
Onun bir şair kimi şöhrət və nüfuzu XX əsrin əvvəllərində
Azərbaycanın hüdudlarını aşaraq çox-çox uzaqlara gedib çıxmışdı.
Fikrimizcə, bir faktla kifayətlənmək olar ki, Əli Razi 1908-1912-ci
illərdə “Eşq və məhəbbət”, “İslam qiraətxanası”, “Yaman qardaş”,
“Nalələrim”, “Fəğanlarım”, eləcə də “Dabanıçatdaq xala” və “Heyvərə”
adlı 6 kitab nəşr etdirmişdir. Bu da onun bir mollanəsrəddinçi şair
kimi tanınmasına və sevilməsinə səbəb olmuşdur. Bu kitabların çoxu
M.Ə.Sabirin sağlığında çap edilmiş və böyük Sabir həmin kitablara
görə müəllifi alqışlamışdır.
Təsadüfü
deyildir ki, “Molla Nəsrəddin” jurnalının redaktoru Cəlil
Məmmədquluzadə jurnal Təbrizdə nəşr edilərkən Əli Razini aramış
və onun satirik şeirlərini çap etmişdir. Cəlil Məmmədquluzadə kimi
böyük bir şəxsiyyətin Əli Razinin şeirlərindən istifadə etməsi artıq
onun bir sənətkar kimi yetişməsindən soraq verirdi. Bütün bunlar bir
daha göstərir ki, Əli Razi “ədəbiyyat və sənətdən xəbəri olmayan böylə
küt sənətkar” deyil, əksinə fars və Azərbaycan dillərini mükəmməl
bilən, bu dillərdə
lirik-satirik şeirlər yazan, sənətin sirlərinə yaxından
bələd olan və onların gözəl nümunələrini yaradan görkəmli sənətkar
olmuşdur. Belə bir sənətkarı “küt, yaxud da ədəbiyyat və sənətdən
xəbəri olmayan” adlandırmaq ən azı nadanlıqdır.
Həmin iclasda çıxış edən həmkarlar ittifaqının nümayəndəsi
demişdir:
“Ə.Razi şəxsi tənqidlə heç də maraqlanmayaraq onu
həmişə boğmuşdur. Partiyadan istifadə etmişdir. O, heç bir
rəhbərlik etməyərək bir çox hallarda partiya tarixi dərsini
mollalara oxutmuşdur”.
Nəhayət, iclasda son sözü partiya
komitəsinin katibi Petrosyan
CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
116
söyləmişdir:
(təəssüf ki, siyasi repressiyalar zamanı Azərbaycanda
ilk və son sözü çox vaxt ermənilər deyib) “Əksinqilabçı Əli Razinin
partiyadan kənar olunması haqqında şəhər partiya komitəsinin
qərarını təsvib etməliyik, eyni zamanda bu gündən vəzifədən
rədd etməli, sovet yazıçıları sıralarından çıxarılması haqda ciddi
iş aparmalıyıq. Onu maarif evi müdiriyyətindən bu gündən
qovmalıyıq”. Yığıncaq yuxarıda deyilənləri nəzərə alaraq aşağıdakı
qərarı qəbul etmişdir:
“1919-cu ildən partiya üzvü Ə.Razi indiyə kimi özünün murdar
surətini partiyadan gizlətmiş, ikiüzlülük edərək öz əksinqilabçı
müsavatçılığını pərdələmiş, partiya və sovet hökumətinə
düşmən olduğu halda bir sıra məsul vəzifələrdə işləmişdir.
Ə.Razinin indiyə qədər ifşa olunmaması onun çalışdığı kültür
cəbhədə bizim kafi qədər sayıq olmadığımızı göstərir. Ə.Razi
bu sayqısızlıqdan istifadə edərək düşmən fəaliyyətini davam
etdirmiş, Azərbaycanın böyük şairi Sabirin 25 illiyini şüurlu
surətdə pozmuşdur. Dörd yerdə işləməklə qənimətçilik etmişdir.
Ə.Razi apardığı vəzifələrinin heç birinin öhdəsindən gələ
bilməmiş, xüsusən yaradıcılıq işi tələb edən Azərbaycan Sovet
Yazıçılarının Kirovabad filialının işlərini dözülməz vəziyyətə
salmışdır.
Ə.Razi küçə söhbətləri ilə məşğul olaraq gənc yazıçıları
təşkilatdan uzaqlaşdırmışdır. Bütün bu faktar haqqında maarif
şöbə və partiya üzvləri ilə birlikdə keçirilən partiya iclası qərara
alır:
1. Şəhər partiya komitəsi Ə.Razinin partiyadan çıxarılması
haqqındakı qərarını təqdir və təsvib etmək.
2. Ə.Razinin Sovet Yazıçıları İttifaqından çıxarılması məsələsini
Azərbaycan Sovet Yazıçıları İttifaqının qarşısında qoymaq.
3. Ə.Razinin filial katibliyindən götürülməsini şəhər partiya
komitəsindən xahiş etmək.
4. Filialın idarə heyətinin yenidən seçilməsini lazım bilmək.
5. Yanvarın 12-də şəhər yazıçılarının ümumi iclasını çağırmağı
Cəfər Bağır yoldaşa tapşırmaq.
6. Filialın işlərini gücləndirmək, yazıçıları səfərbərliyə almaq,