CümhuriYYƏTİn təHLÜKƏSİZLİk orqanlari



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə38/48
tarix21.06.2018
ölçüsü3,25 Kb.
#50036
1   ...   34   35   36   37   38   39   40   41   ...   48

CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
126
işinə başladı. İclas saat 20.20-də başlamış, 20.40-da öz işini bitmiş 
hesab etmişdir. 
Bağlı məhkəmə iclasında onu ən ağır cəzaya - güllələnməyə 
məhkum etmişdilər. Hökmün icrası yanvar ayının 8-nə keçən gecə 
həyata keçirilmişdi. (Bu haqda işdə arayış vardır).
1938-ci ildə güllələnməsinə baxmayaraq, onun ailə üzvləri şairin 
harada olması barədə uzun müddət məlumat əldə edə bilməmişdilər. 
Azərbaycan SSR prokurorunun müavini Hacıyevə Kirovabad şəhəri 
Qasım İsmayılov küçəsi 8 nömrəli evdə yaşayan Musayev Ayaz Əli 
oğlu tərəfindən yazılmış ərizədə biz bunun bir daha şahidi oluruq:
Ərizə
Bununla yazıb məlum edirəm ki, Sizin 30 iyul 1956-cı il tarixli 
10/1150-56 saylı cavab təliqənizi aldım. 
Mən atamın kim olması haqqında azca da olsa sizə məlumat 
vermişəm. Məncə, o, bütün həyatını və yaradıcılığını məzlum 
xalqların azadlığa çıxmasına və bütün millətlərin xoşbəxt və 
dinc, bir-biri ilə mehriban yaşaması uğrundakı mübarizəyə  -  bir 
sözlə, sovet hökumətinin qurulmasına və sosializm qalasının 
möhkəmləndirilməsinə qurban vermişdir. Mənə məlum 
olduğuna görə atamın familiyası Şamçızadə, adı Əli, atasının adı 
Yəhyadır. 1888-ci ildə Kirovabad şəhərində yoxsul bir sənətkar 
ailəsində anadan olmuşdur...
Atam 1937-ci ildə Azərbaycan SSR Kirovabad DİH-in orqanı 
tərəfindən tutulmuşdur. Həbs olunan zaman yazmış olduğu bir 
neçə əsərini və Zaqafqaziya inqilabçılarının ona yazmış olduğu 
məktubları (Hansı ki, bir çox tarixi məlumat əldə etmək olar) orqan 
işçiləri tərəfindən aparılmışdır. İndi yalnız: 1. “Tarixi Nadir”, 
2. “Nabi külliyyatı”, 3. “Hafiz Şirazi”, 4. “Şəmsül Həqaiq” (iki 
cilddən ibarət qəzəlləri), 5. “Məsnəvi Cəlaləddin”, 6. “Atəşkədə 
təzkirəsi”, 7. “Mərifətnamə” və 2 cild dini əsər qalmışdır.
Həbs olunan zaman atam Azərbaycan Sovet Yazıçıları 
İttifaqının Kirovabad şöbəsinin məsul katibi və Kirovabad 
Müəllimlər Evinin müdiri vəzifəsində işləmişdir. Eyni zamanda 


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
127
“Kommunist” qəzetində “Unudulmuş” təxəllüsü ilə əsərlər çap 
etmişdir.
Yoldaş Hacıyev, atam həbs olunan zaman mən 2 yaşlı uşaq 
olmuşam. Bir çox məlumatlardan xəbərdar deyiləm. Mən artıq 
3 ildir ki, orta məktəbi bitirmişəm. Kiçik qardaşım isə keçən il 
bitirib. Biz özümüzə tərcümeyi-hal yaza bilmirik. Daha doğrusu, 
yaza bilmirik ki, bizim atamız kim olub. Bəlkə, bu məsələ 
barəsində bizə köməklik edəsiniz.
Yoldaş Hacıyev, bizim atamız öz həyatını gələcək nəslin 
xoşbəxtliyi uğrundakı mübarizədən əsirgəməmişdir. Bəs biz nə 
üçün ali təhsildən məhrum olaq? Öz atasının kimliyini bilməyən 
bir insan həyatda necə yaşamaq lazım olduğunu bilərmi?
Mən Sizdən xahiş edirəm ki, biz iki gəncin gələcək taleyini 
nəzərə alıb artıq öz həyatını tamamlamaqda olan ağsaçlı qoca 
anamın dırnaqları ilə yer eşə-eşə, iki atasız uşaq saxlayıb 
böyüdərək orta təhsili tamamlatdığı uşaqlarının “Bəs bizim 
atamız kimdir?” sualına cavab verməsinə kömək etmək üçün 
“Molla Məsrəddin” jurnalının səhifələrini, Azərbaycan Sovet 
Yazıçıları İttifaqının arxivini və MK-nın arxivini vərəqləyəsiniz.
Yoldaş Hacıyev, Siz mənə cavab verirsiniz ki, sizin atanız həbs 
olunmayıb. Mən də Sizə belə bir sual verirəm.
Bəs mənim atam haradadır və necə olub? 16 avqust 1956-cı il”.
138
 
Həyəcansız oxunması mümkün olmayan bu məktubdan həmin illərdə 
“Vətən xaini”nin övladlarına olan münasibət də aydınlığı ilə görünür.
Şamçızadənin övladlarının yazdığı bu təsirli məktubdan xeyli sonra 
Əli Razi Şamçızadənin bəraəti məsələsinə baxılmağa başladı. Belə 
ki, Hərbi Prokurorluq tərəfindən Azərbaycan K(b)P MK yanında 
Marksizm-Leninizm İnstitutunun filialının Partiya Arxivinin müdiri 
Q.Mehdiyevə belə bir tapşırıq verildi:
“Sizdən xahiş edirəm ki, Şamçızadə Əli Razinin fəaliyyətini 
aşağıdakı istiqamətlərdə yoxlayasınız:
a) Nə zaman və harada AK(b)P sıralarına daxil edilmişdir?
b) Nə zaman və nə ilə əlaqədar olaraq o partiya sıralarından 
xaric edilmişdir?
138   DTX-nin arxivi. Ə.R.Şamçızadənin istintaq qovluğu, 1937, № PR-291861


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
128
v) Onun barəsində nüfuzdan salan materiallar varsa, bizə 
məlumat verin”.
Partiya arxivi tərəfindən hərbi prokurorluğa 1958-ci il fevralın 
16-da aşağıdakı məzmunda bir arayış tərtib edilib göndərildi. Partiya 
arxivindən göndərilmiş O57 saylı arayışda göstərilirdi ki,
 Şamçızadə 
Əli Razi Yəhya oğlu 1886-cı ildə anadan olmuşdur. O, 1921-ci ilin 
sentyabrından Gəncə qəzasında AK(b)P-nin üzvüdür.
O, 1925-ci il yanvar ayının 5-də AK(b)P-nin üzvlüyündən 
“mənəvi cəhətdən korlandığına və tərbiyə olunması mümkün 
olmayan adam” kimi çıxarılmışdır.
AK(b)P Partiya Kollegiyasının Nəzarət Komissiyasının 
partiya üçlüyünün 23 sentyabr 1928-ci il (protokol N 70) qərarına 
əsasən, stajı 1921-ci ildən götürülməklə o, AK(b)P-yə yenidən 
bərpa edilmişdir.
11 fevral 1935-ci ildə (protokol N 10) partiya təşkilatından 
əksinqilabi fəaliyyətini gizlətdiyinə və iki siyasi səhv buraxdığına 
görə partiya sıralarından xaric edilmişdir. Lakin AK(b)P MK-nın 
qərarı ilə 7 mart 1937-ci ildə ona şiddətli töhmət elan edilmişdir, 
hansı ki, 1936-cı ildə Kirovabad şəhər Topoqrafiya Təşkilatının 
ilkin xotattaystvası və AK(b)P MK-nın Kirovabad şəhər Komitəsi 
Bürosunun 4 iyul 1936-cı il tarixli qərarı ilə Şamçızadə partiyadan 
azad edilmişdir”.
Qeyd edək ki, 16 yanvar 1957-ci ildə Azərbaycan Yazıçılar 
İttifaqı Rəyasət Heyəti üzvlərindən S.Rəhimov, S.Rüstəm, Ə.Vəliyev, 
İ.Əfəndiyev, Mir Cəlal və Məmməd Arif Əli Razi Şamçızadə haqqında 
müsbət yaradıcılıq xasiyyətnaməsi yazaraq imza atmışlar.
Şamçızadə haqqında bu kimi sənədlər toplamaqla yanaşı “KQB” 
əməkdaşları 1958-ci ildə onun ailə üzvlərini və tanışlarını yenidən 
sorğu-suala tutdular. Həmin dindirmə zamanı müstəntiqlər 1937-
ci ildə olduğu kimi şairin əksinqilabi millətçi təşkilatla əlaqəsi ilə 
maraqlanır və suallarını əsasən bu istiqamətdə verirdilər.
Şairin böyük oğlu, Kirovabad şəhər 8 N-li məktəbin müəllimi 
Şamçızadə Ziyəddin Əli oğlu 
(1912-ci il təvəllüdlü) 30 yanvar 1958-
ci ildə müstəntiqin sualına cavab olaraq bildirmişdi ki, mən Əli Razi 
Şamçızadənin böyük oğluyam. O, səhv etmirəmsə, 1924-cü ildə 


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə