Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015



Yüklə 13,33 Mb.
Pdf görüntüsü
səhifə109/112
tarix08.07.2018
ölçüsü13,33 Mb.
#53836
1   ...   104   105   106   107   108   109   110   111   112

Htfvdər Əliyev sivjsoti: TOLERANTLIQ
rın 20-də fövqəladə vəziyyət elan olunmadan Bakım işğal etməsi 
xüsusi  qəddarlıq  və  görünməmiş  vəhşiliklərlə  müşayiət  edildi. 
137 nəfər günahsız insan qətlə yetirildi,  611  nəfər müxtəlif dərə­
cədə xəsarət aldı.
Azərbaycan  xalqının  inamını  və  iradəsini  qırmaq,  sovet  hərb 
maşınının  gücünü  nümayiş  etdirmək  məqsədi  ilə  törədilən  20 
Yanvar  faciəsi  totalitar  kommunist  rejiminin  xalqımıza  qarşı 
dəhşətli cinayəti idi.
XX  əsr  tarixində  totalitarizmin  həyata  keçirdiyi  ən  qanlı  ter­
ror  aktlarından  biri  olan  20  Yanvar  faciəsi  mahiyyət  etibarı  ilə 
həm də bəşəriyyətə, humanizmə, insanlığa qarşı yönəldilmişdir. 
Təəssüf ki, bu  dəhşətli cinayətin  təşkilatçıları da,  icraçıları da  in­
diyədək cəzasız qalmışlar.
20  Yanvar  hadisələrindən  sonra  Azərbaycan  ərazisinə  Ermə­
nistandan terrorçu dəstələr göndərilməsi prosesi gücləndi, Azər­
baycana  qarşı  silahlı  təcavüzü  həyata  keçirmək  üçün  əməliyyat 
meydanı yaradıldı.
Erməni  yaraqlılarının  Qazax  rayonunun  bir sıra  kəndlərində 
dinc  əhalini  qırması,  Azərbaycanın  Naxçıvan  bölgəsinin  kənd­
lərinə  hücumları  artıq sübut edirdi ki,  əslində terrorçu  dəstələr 
bütün sərhəd boyu Azərbaycanın dinc əhalisinə divan tutur.
Azərbaycanı  Naxçıvan  ilə  birləşdirən  dəmir  yolunun  130  ki­
lometrlik sahəsində  Dağlıq Qarabağ münaqişəsinin ilk çağların­
dan  fasiləsiz terror aktları başlandı  və bunun nəticəsində dəmir 
yol əlaqəsi kəsildi. Naxçıvan əslində tam təcrid olundu, blokada 
vəziyyətinə düşdü.
BMT-nin  Təhlükəsizlik  Şurası  öz  qətnamələrində  Azərbay­
canın  suverenliyinə,  ərazi  bütövlüyünə  və  sərhədlərinin  toxu­
nulmazlığına  hörmətini,  ərazilərin  ilhaq  edilməsi  üçün  zor  iş- 
lədilməsinin  yolverilməz  olduğunu  təsdiq  etdi,  bütün  işğalçı 
qüvvələrin  Azərbaycanın  işğal  olunmuş  rayonlarından  dərhal, 
tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb etdi.
BMT-nin Təhlükəsizlik Şurasının bütün  tələblərinə baxmaya­
raq,  Ermənistan  Azərbaycan  ərazisinin  20  faizini  hələ  də  işğal
474
Heydar Əliyev siyas«i: TOLERANTLIQ
altında  saxlayır  və  orada  özünün  hərbi  qüvvəsini  artırır.  Bizim 
bir milyondan artıq vətəndaşımız məcburi köçkün və qaçqın və- 
ziyyətindədir. Onlardan hər biri  əslində terrorizmin qurbanıdır.
Mən bu gün konfrans iştirakçılarının qarşısında xüsusi vurğu- 
lamaq istəyirəm ki, əgər Dağlıq Qarabağda yaranmış bu terrorçu 
dəstələrin  əməllərinin  qarşısı  vaxtında  alınsaydı,  iki  qonşu  xalq 
böyük  bir faciənin nəticələrinin  aradan qaldırılması problemləri 
ilə üzləşməzdi.
Təəssüf  ki,  Azərbaycanın  ayrılmaz  hissəsi  olan  Dağlıq  Qara­
bağda və onun ətrafında terrorçu birləşmələr bu gün də fəaliyyət 
göstərir.  İşğal  olunmuş və nəzarətdən  çıxmış ərazilərin mövcud 
olması  terrorçu  və  cinayətkar  qrupların  fəaliyyəti  üçün  münbit 
zəmin yaradır.
Amerika  Birləşmiş  Ştatları  Dövlət  Departamentinin  2001-ci 
il  üçün  məruzəsində  qeyd  olunduğu  kimi,  bu  gün  də Azərbay­
canın  işğal  olunmuş  ərazisində  silah  və narkotik  tranziti,  çirkin 
pulların yuyulması ilə məşğul  olan müxtəlif beynəlxalq  terrorçu 
təşkilatların  üzvləri  sığınacaq  tapırlar.  Buna  son  qoymaq  bizim 
borcumuzdur.
Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinin  həll 
olunmasında  ATƏT-in  Minsk  qrupunun,  digər  qurumların  və 
qüvvələrin  bütün  səylərinə  baxmayaraq,  məsələ  öz  həllini  hələ 
də tapmayıb.
Bu  konfransda  mən bir  daha  bəyan etmək  istərdim  ki,  Ermə­
nistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinin  əsasında 
dini və etnik problemlər durmur.
Azərbaycan  öz  geosiyasi  mövqeyinə,  etnik  və  dini  mənzərə­
sinin  rəngarəngliyinə  görə Qafqazın,  bəlkə  də  dünyanın  unikal 
guşələrindən  biridir.  Məhz burada -  Avropa  ilə Asiyanın qovu- 
şuğunda,  Böyük  İpək  Yolunun  üstündə  yerləşən  Azərbaycanda 
zərdüştlük,  atəşpərəstlik  kimi  qədim  dini  inanclar  öz  izlərini 
qoymuş,  İslam,  xristian  və yəhudi  dinləri  əsrlər boyu  dialoq  və 
qarşılıqlı  anlaşma  mühitində  dinc  yanaşı  yaşamış  və  gördüyü­
müz kimi, indi  də yaşamaqdadır.
475


Hevdər Əliyev siyasati: TOLERANTLIQ
Azərbaycan çoxkonfessiyalı bir ölkədir.  Bu  baxımdan o,  dün­
yada  dinlərarası,  mədəniyyətlərarası  əlaqələrin  genişlənmə­
si  və  möhkəmləndirilməsi  işinə  öz  layiqli  töhfəsini  verəcəkdir. 
Əminəm  ki,  bugünkü  konfrans  da  belə  töhfələrdən  biri  olacaq. 
Bununla  bağlı  mən  konfransın  keçirilməsi  haqqında  qərarın  ta­
rixçəsini qısaca yadınıza salmaq istəyirəm.
2001-ci  ilin dekabrında  Buxarestdə keçirilmiş görüşün yekun­
ları  terrorizmlə  mübarizəni  gücləndirmək baxımmdan  xüsusilə 
səmərəli olmuşdur.
Yadımdadır,  cənab Jerar Ştudmanla  2002-ci ilin  əvvəlində biz 
Bakıda  görüşərkən  "Dinin  demokratik  cəmiyyətdə  rolu"  möv­
zusunda  beynəlxalq seminarın  keçirilməsi ətrafında  fikir müba­
diləsi  apardıq və qərara  gəldik ki,  belə  bir  forumun öz etnik və 
dini  dözümlülüyü  ilə  seçilən  Bakı  şəhərində  çağırılması  bir  çox 
cəhətdən məqsədəuyğundur.
Sonra  isə  bu  tədbirin  əhəmiyyətini  və  orada  ATƏT-in  üzvü 
olan,  onunla  əməkdaşlıq  edən  ölkələrin  yüksək  səviyyəli  nü­
mayəndələrinin iştirak edəcəyini nəzərə alaraq onu seminar yox, 
"ATƏT-in  Bakı  konfransı"  adlandırmaq qərara alındı.
Zənnimco, bu mühüm konfransın Azərbaycanın paytaxtı Bakı 
şəhərində  keçirilməsi  haqqında  qərarımız tamamilə düzgün bir 
qərar idi.
Azərbaycan əhalisinin mütləq əksəriyyəti İslam dininə etiqad 
etdiyinə  görə,  müsəlman  ölkəsidir.  Biz  qürur  hissi  ilə  qeyd  edi­
rik ki, Azərbaycan, onun alim  və mütəfəkkirləri tarixdə böyük iz 
qoyan möhtəşəm İslam sivilizasiyasına öz layiqli töhfələrini ver­
mişdir.  1998-ci  ildə Bakı  şəhərində "İslam  sivilizasiyası  Qafqaz­
da"  mövzusunda keçirilmiş geniş tərkibli beyəlxalq simpozium­
da müxtəlif ölkələrin nümayəndələri tərəfindən bu barədə ətraflı 
söhbət aparılmışdır.
Azərbaycan  öz  Konstitusiyasına  görə,  həm  də  dünyəvi  bir 
dövlətdir.  Dövlət  ilə  dini  qurumlar  arasındakı  münasibətlər 
Azərbaycan  Respublikası Konstitusiyasının  müvafiq müddəala­
rı  ilə, "Dini  etiqad  azadlığı  haqqında"  Qanunla  və digər qanun­
476
Heydər Əliyev siyasəti: TOLERANTLIQ
vericilik aktları ilə tənzimlənir.  Biz dini ilk növbədə mədəniyyə­
tin,  tarixi  irsin,  milli  mentalitetimizin  bir  fenomeni  və  ayrılmaz 
bir hissəsi kimi qəbul edirik.
Məlumdur  ki,  yüksək  tolerantlıq  ilk  növbədə  yüksək  mədə­
niyyətin  təzahürüdür.  İnsanlarda  belə  bir  mədəniyyətin  forma- 
laşdırılmasmı  uşaqlıq  illərindən  başlamaq  lazımdır.  Ölkəmizdə 
yetişməkdə  olan  nəslin  təhsillənməsində  müasir  elmi-pedaqoji 
konsepsiyalar daxilində biz ünsiyyət mədəniyyətini, dini dözüm­
lülük və əməkdaşlıq mədəniyyətini formalaşdırmağa cəhd göstə­
ririk və ümumən desək,  buna nail oluruq. Bunu demək çox asan­
dır, lakin gerçəkləşdirmək kifayət qədər mürəkkəb bir prosesdir.
Tarixdə  elə dövrlər olmuşdur  ki,  cəmiyyətin  həyatında  dinin 
oynadığı  rol  düzgün  qiymətləndirilməmişdir.  Totalitar  rejimlə­
rin və ideologiyaların süquta uğradığı indiki dövrdə dinlərin cə­
miyyətin  həyatında  oynadığı  rol  dinamik  şəkildə  dəyişir.  Müs­
bət  proseslərlə  yanaşı,  bəzi  qüvvələrin  dinlərdən  terrorizmə  və 
ekstremizmə  təhrik  vasitəsi  kimi  istifadə  etmək  halları  da  artır. 
Bax,  belə  halların  baş  verməsinin  qarşısının  qətiyyətlə  alınma­
sı  üçün  cəmiyyətin  bütün  təbəqələrinin,  xüsusilə  siyasətçilərin, 
alimlərin,  dindarların və  din  xadimlərinin  səfərbər edilməsi  zə­
ruridir.  Dialoqa  və  əməkdaşlığa  hazır  olan  bütün  insanlar üçün 
sizin konfrans gözəl  imkan yaradır.
Hörmətli konfrans iştirakçıları!
Bu  gün bəşəriyyət bir sıra  qlobal  problemlərlə üzləşir.  Əfsus- 
lar olsun ki, bu  problemlər olduqca çoxdur: düzgün iqtisadi inki­
şaf strategiyalarının  müəyyən edilməsindən  tutmuş,  ta  müxtəlif 
ekoloji  məsələlərin  həllinə  qədər.  Bu  problemləri  araşdırarkən 
hər birimiz nəzərə almalıyıq  ki,  dünyada  gedən  mürəkkəb  pro­
seslərdə bizim üçün ən böyük zinət və nemət insanın özüdür.
İnsanın daxili dünyası, onun dünyagörüşü, onun təhsili, elmi, 
mədəniyyəti,  onun  varlığı  və  daxili  aləmini  müəyyən  edən  bir 
çox  amillər,  o  cümlədən  onun  hüquqları  cəmiyyət  tərəfindən 
daim  qorunmalıdır.  İlk növbədə  isə biz hər bir insanın  həyatına 
cavabdehik: əgər terrorizm insan həyatını təhlükəyə məruz edir­
sə, deməli, bizim sivilizasiya təhlükə altındadır.
477


Yüklə 13,33 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə