Hovdor Əliyev siyasoti: TOLERANTLIQ
Məhz bütün insanların gələcəyi naminə, bəşər sivilizasiyası
nın gələcəyi naminə biz hamımız mədəniyyətlərin və dinlərin
qarşılıqlı dialoqunda ümumi dil taparaq ekstremizmə, terro
rizmə, təcavüzkar separatçılığa dəstək verən qara, şər, pozucu
qüvvələrin niyyətlərini puça çıxara bilərik. Bu çətin, lakin şərəfli
yolda sizin hamınıza uğurlar diləyirəm.
Diqqətinizə görə təşəkkür edirəm.
478
Heydor Əliyev siyasolı: TOLERANTLIQ
VATİKAN DÖVLƏTİNİN BAŞÇISI
PAPA IIİOHANN PAVEL HƏZRƏTLƏRİNƏ
Möhtərəm Papa həzrətləri!
Vatikan dövlətinin milli bayramı - Müqəddəs taxta əyləşmə
günü münasibətilə Sizi və bütün katolikləri səmimi-qəlbdən təb
rik edirəm.
Əminəm ki, Azərbaycan Respublikası və Vatikan dövləti ara
sındakı dostluq münasibətlərinin inkişafı daim xalqlarımızın ri
fahına xidmət edəcəkdir.
Sizə möhkəm cansağlığı, uzun ömür, müqəddəs amallar na
minə fədakar işinizdə uğurlar arzulayıram.
Hörmətlə,
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhari, 12 oktyabr 2002-ci il
479
Heyddr Əliyev siyasoti: TOLERANTLIQ
RAMAZAN BAYRAMI MÜNASİBƏTİLƏ
AZƏRBAYCAN XALQINA TƏBRİK
Əziz bacı və qardaşlar!
Sizi dünya müsəlmanlarının mübarək Ramazan bayramı mü
nasibətilə səmimi qəlbdən təbrik edirəm.
Müqəddəs kitabımız Qurani-Kərimin nazil edildiyi Ramazan
ayı İslam dininin mənəviyyatı möhkəmləndirmək, müsəlmanlar
arasında dini-mənəvi birlik duyğusunu gücləndirmək, ilahi hik
mətlərdən daha da faydalanmaq işinə xidmət edən ən mübarək
aylarından biridir. Ramazan ayının sınaqlarından ləyaqətlə çıx
mış hər bir müsəlman bu gün böyük qürur və fərəh hissi ilə bay
ram edir.
Öz milli və dini dəyərlərinə, tarixi ənənələrinə həmişə sadiq
qalmış Azərbaycan xalqı da bütün dünya müsəlmanları ilə həm
rəylik göstərərək müqəddəs Ramazan bayramını böyük təntənə
ilə qeyd edir. İnanıram ki, müsəlman bacı və qardaşlarımız sülh,
əmin-amanlıq, bərabərlik rəmzi olan Ramazan bayramı günlərin
də cəmiyyətdə mehribanlıq və qardaşlıq tellərinin möhkəmləndi
rilməsi yolunda daha böyük əzmkarlıq nümayiş etdirəcəklər.
Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyünün
müdafiəsi uğrunda şəhid olmuş qəhrəman oğul və qızlarımızın
xatirəsini bu əziz bayram günündə yad edərək, hamısına rəh
mət, onların yaxınlarına, bütün xalqımıza səbir diləyirəm.
Ölkəmizdən kənarda yaşayan bütün soydaşlarımıza salamla
rımı və bayram təbriklərimi yetirirəm. Azərbaycanın müstəqilli
yinin möhkəmləndirilməsi, demokratik cəmiyyət quruculuğu və
xalqımızın firavan həyata qovuşması yolunda apardığınız işlər
də hamınıza uğurlar arzulayıram!
Bu əziz bayram günündə hər birinizə cansağlığı və xoşbəxtlik
diləyirəm.
Ramazan bayramınız mübarək olsun.
Hörmətlə,
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şahan, 4 dekabr 2002-ci il
480
HçydOT Əliyev siy.is.
4
i: TOLERANTLIQ
RAMAZAN BAYRAMI MÜNASİBƏTİLƏ
MÜSƏLMAN ÖLKƏLƏRİNİN
ÖLKƏMİZDƏKİ SƏFİRLƏRİ İLƏ GÖRÜŞ
Prezident sarayı, 4 dekabr 2002-ci il
Heydər Əliyev:
Hörmətli səfirlər!
Mən sizi müsəlmanların müqəddəs bayramı - Ramazan bay
ramı münasibətilə ürəkdən təbrik edirəm. Sizə, təmsil etdiyiniz
ölkələrin hökumətinə və xalqlarına sülh, əmin-amanlıq, rifah
arzu edirəm.
Ramazan bayramı müsəlmanların müqəddəs bayramların
dan biridir. Bu bayram həmişə müsəlmanlara xeyir-bərəkət gə
tirib, sülh, əmin-amanlıq gətirib, dostluq-mehribanlıq gətiribdir.
Təəssüflər olsun ki, biz Azərbaycanda bu bayramı yalnız son il
lər ümummilli bayram, xalq bayramı kimi qeyd edirik. Yəni son
illərə qədər belə bayram etməmişik, indi edirik. Keçmiş illərdə
Sovet İttifaqının hər yerində olduğu kimi, Azərbaycanda da dini
481
Heydor Əliyev siyasoti: TOLERANTLIQ
bayramlar yasaq edildiyinə görə, bu bayramlar qadağan olun
duğuna görə insanlar bunları öz ailəsində, evində, qəlbində bay
ram ediblər.
Xatirimdədir, mən uşaq idim, valideynlərim oruc tuturdular,
bu bayramı da qeyd edirdilər. Biz uşaq kimi, bu bayramdan öz
bəhrəmizi götürürdük. İndi isə müstəqil Azərbaycanda, müsəl
man ölkəsində bu bizim milli bayramımızdır, dövlət bayramı
mızdır, xalqın bayramıdır. Biz bunu geniş qeyd edirik.
Biz Azərbaycanda bu bayramı qeyd edərkən, bütün dünyada ya
ş a ) ^ müsəlmanların hamısını təbrik edirik. Bu bayram münasibə
tilə dünya müsəlmanlarına yaxşı-yaxşı günlər arzulayırıq. Sizi bir
daha təbrik edirəm, hər birinizə cansağlığı arzu edirəm.
Əbdüqafur Əbdürrəhmanov (Özbəkistanın Bakıdakı səfiri):
Möhtərəm cənab Prezident!
Əvvəla, artıq dərəcədə məşğul olmağınıza baxmayaraq, bu
gün bizi qəbul etməyə imkan tapdığınıza görə Sizə böyük min
nətdarlığımı bildirirəm.
Bu gün mənim üzərimə böyük və şərəfli missiya düşübdür.
Müsəlman ölkələrinin səfirləri adından zati-alinizi və Sizin sima
nızda Azərbaycan xalqını müqəddəs Ramazan bayramı münasi
bətilə təbrik edirəm.
Bu bayram bütün müsəlman aləmi ilə birlikdə Azərbaycanda
da geniş qeyd olunur. Bu günlər hər bir müsəlmanın müqəddəs
borcu öz yaxınlarına, yaşlı nəslə və ətrafındakı insanlara dərin
hörmətlə yanaşmaqdır. Bu bayram zamanı dünyasını dəyişən
lərə, yaxın qohumlara və dostlara ehtiram və hörmət bildirilir,
məzarlar ziyarət olunur, xeyriyyə tədbirləri keçirilir və hər bir
müsəlman kasıblara, kimsəsizlərə və yetim uşaqlara yardım edir.
Qətl və zorakılığı tam inkar edən, xeyirxahlığı və səbri təbliğ
edən İslam dininin insansevərliyi, demokratikliyi bu bayramda
özünü tam mahiyyəti ilə göstərir. Təəssüf ki, yüz minlərlə günah
sız insanların ölümünə bais olan ayrı-ayrı qüvvələr öz cinayətlərini
ört-basdır etmək üçün İslam dinindən istifadə edirlər.
Keçən ilin 11 sentyabrında Amerika Birləşmiş Ştatlarında,
482
Heydər Əliyev siyasəti: TOLERANTLIQ
habelə başqa ölkələrdə baş vermiş dəhşətli terror aktları ekstre
mistlər tərəfindən guya İslam bayrağı adı altında törədilmişdir.
Əslində isə bu əməllər dünya ictimaiyyətinin gözündə İslam di
ninə zərbə vurmuşdur. Məhz buna görə, indi İslam dininin heç
vaxt olmayan ciddi müdafiəyə ehtiyacı var. Birinci növbədə, öz
siyasi ambisiyalarını həyata keçirmək məqsədi güdən terrorçu
lardan müdafiəyə ehtiyacı var. Digər tərəfdən, dinimizin haqsız
iddialardan da qorunmağa, siyasətdən və ekstremizmdən uzaq
olan Qurani-Kərimin qanunlarının da düzgün təhlil edilməsinə
ehtiyacı var.
Burada iştirak edən həmkarlarımın fikirlərini ifadə edərək,
bildirmək istəyirəm ki, biz Azərbaycanda siyasi və iqtisadi is
lahatların həyata keçirilməsində böyük nailiyyətlərlə yanaşı,
dini sahədə də müsbət meyilləri müşahidə edirik. Sizin ölkədə
müxtəlif konfessiyaların nümayəndələri üçün tolerantlıq mühi
ti və qanuni vicdan azadlığı yaradılmışdır. Bütün bu nailiyyət
lər Sizin böyük həyat təcrübəniz, beynəlxalq aləmdəki nüfuzu
nuz, öz vətəninizə və xalqınıza böyük məhəbbətiniz nəticəsində
mümkün olmuşdur.
Hörmətli cənab Prezident!
İcazə verin, bu görüşdə iştirak edən həmkarlarım adından Sizi
Ramazan bayramı münasibətilə bir daha təbrik edim. Sizə can
sağlığı, uzun ömür, ölkənizdə inkişaf və əmin-amanlıq yolunda
apardığınız fəaliyyətdə böyük uğurlar diləyirəm. Sizin simanız
da bütün Azərbaycan xalqına xoşbəxtlik, sülh və firavanlıq arzu
edirəm.
Heydər Əliyev:
Cənab səfir, çox dəyərli sözlərinizə, fikirlə
rinizə görə sağ olun, mən sizə təşəkkür edirəm. Bayram etmək
lazımdır. Düzdür, mən burada sizə bayram süfrəsi açmamışam.
Mən sizi sözlə təbrik edirəm. Amma bilirəm ki, hər biriniz bö
yük bayram süfrəsi açmısmız, açacaqsınız, həm özünüz, həm də
yaxınlarınızla birlikdə bu bayramı keçirəcəksiniz. Mən də belə
edəcəyəm. Sağ olun.
483
Dostları ilə paylaş: |