Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015



Yüklə 13,33 Mb.
Pdf görüntüsü
səhifə110/112
tarix08.07.2018
ölçüsü13,33 Mb.
#53836
1   ...   104   105   106   107   108   109   110   111   112

Hovdor Əliyev siyasoti: TOLERANTLIQ
Məhz  bütün  insanların  gələcəyi  naminə,  bəşər  sivilizasiyası­
nın  gələcəyi  naminə  biz  hamımız  mədəniyyətlərin  və  dinlərin 
qarşılıqlı  dialoqunda  ümumi  dil  taparaq  ekstremizmə,  terro­
rizmə,  təcavüzkar  separatçılığa  dəstək  verən  qara,  şər,  pozucu 
qüvvələrin niyyətlərini  puça çıxara bilərik.  Bu çətin, lakin şərəfli 
yolda sizin hamınıza  uğurlar diləyirəm.
Diqqətinizə görə təşəkkür edirəm.
478
Heydor Əliyev siyasolı: TOLERANTLIQ
VATİKAN  DÖVLƏTİNİN  BAŞÇISI 
PAPA IIİOHANN  PAVEL HƏZRƏTLƏRİNƏ
Möhtərəm Papa həzrətləri!
Vatikan  dövlətinin  milli  bayramı  -   Müqəddəs  taxta  əyləşmə 
günü münasibətilə Sizi və bütün katolikləri səmimi-qəlbdən təb­
rik edirəm.
Əminəm  ki, Azərbaycan  Respublikası  və Vatikan  dövləti  ara­
sındakı  dostluq  münasibətlərinin  inkişafı  daim  xalqlarımızın  ri­
fahına xidmət edəcəkdir.
Sizə  möhkəm  cansağlığı,  uzun  ömür,  müqəddəs  amallar  na­
minə fədakar işinizdə uğurlar arzulayıram.
Hörmətlə,
Heydər Əliyev,
Azərbaycan Respublikasının  Prezidenti 
Bakı şəhari,  12 oktyabr 2002-ci il
479


Heyddr Əliyev siyasoti: TOLERANTLIQ
RAMAZAN  BAYRAMI  MÜNASİBƏTİLƏ 
AZƏRBAYCAN  XALQINA TƏBRİK
Əziz bacı  və qardaşlar!
Sizi  dünya  müsəlmanlarının  mübarək  Ramazan bayramı  mü­
nasibətilə səmimi qəlbdən  təbrik edirəm.
Müqəddəs kitabımız Qurani-Kərimin  nazil  edildiyi  Ramazan 
ayı  İslam  dininin  mənəviyyatı  möhkəmləndirmək,  müsəlmanlar 
arasında dini-mənəvi birlik duyğusunu gücləndirmək,  ilahi  hik­
mətlərdən daha  da  faydalanmaq  işinə xidmət edən ən  mübarək 
aylarından  biridir.  Ramazan  ayının  sınaqlarından  ləyaqətlə  çıx­
mış hər bir müsəlman bu gün böyük qürur və fərəh hissi ilə bay­
ram  edir.
Öz  milli  və  dini  dəyərlərinə,  tarixi  ənənələrinə  həmişə  sadiq 
qalmış Azərbaycan  xalqı da  bütün dünya  müsəlmanları  ilə həm­
rəylik  göstərərək  müqəddəs  Ramazan  bayramını  böyük  təntənə 
ilə qeyd edir.  İnanıram  ki,  müsəlman bacı  və qardaşlarımız sülh, 
əmin-amanlıq, bərabərlik rəmzi olan Ramazan bayramı günlərin­
də cəmiyyətdə mehribanlıq və qardaşlıq tellərinin möhkəmləndi­
rilməsi yolunda daha böyük əzmkarlıq nümayiş etdirəcəklər.
Azərbaycanın  azadlığı,  müstəqilliyi  və  ərazi  bütövlüyünün 
müdafiəsi  uğrunda  şəhid  olmuş  qəhrəman  oğul  və  qızlarımızın 
xatirəsini  bu  əziz  bayram  günündə  yad  edərək,  hamısına  rəh­
mət, onların yaxınlarına, bütün xalqımıza  səbir diləyirəm.
Ölkəmizdən  kənarda  yaşayan bütün  soydaşlarımıza salamla­
rımı və bayram təbriklərimi yetirirəm. Azərbaycanın  müstəqilli­
yinin möhkəmləndirilməsi, demokratik cəmiyyət quruculuğu və 
xalqımızın  firavan  həyata  qovuşması  yolunda  apardığınız işlər­
də hamınıza uğurlar arzulayıram!
Bu əziz bayram günündə hər birinizə cansağlığı və xoşbəxtlik 
diləyirəm.
Ramazan bayramınız mübarək olsun.
Hörmətlə,
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti 
Bakı şahan,  4 dekabr 2002-ci il
480
HçydOT Əliyev siy.is.
4
i: TOLERANTLIQ
RAMAZAN  BAYRAMI  MÜNASİBƏTİLƏ 
MÜSƏLMAN  ÖLKƏLƏRİNİN 
ÖLKƏMİZDƏKİ  SƏFİRLƏRİ  İLƏ GÖRÜŞ
Prezident sarayı, 4 dekabr 2002-ci il
Heydər Əliyev: 
Hörmətli səfirlər!
Mən  sizi  müsəlmanların  müqəddəs bayramı -  Ramazan  bay­
ramı  münasibətilə  ürəkdən  təbrik edirəm.  Sizə,  təmsil  etdiyiniz 
ölkələrin  hökumətinə  və  xalqlarına  sülh,  əmin-amanlıq,  rifah 
arzu edirəm.
Ramazan  bayramı  müsəlmanların  müqəddəs  bayramların­
dan  biridir.  Bu  bayram  həmişə  müsəlmanlara  xeyir-bərəkət  gə­
tirib,  sülh, əmin-amanlıq gətirib, dostluq-mehribanlıq gətiribdir. 
Təəssüflər olsun  ki,  biz Azərbaycanda  bu  bayramı  yalnız son  il­
lər ümummilli  bayram, xalq  bayramı  kimi  qeyd edirik.  Yəni son 
illərə  qədər  belə  bayram  etməmişik,  indi  edirik.  Keçmiş  illərdə 
Sovet İttifaqının hər yerində olduğu  kimi, Azərbaycanda da dini
481


Heydor Əliyev siyasoti: TOLERANTLIQ
bayramlar  yasaq  edildiyinə  görə,  bu  bayramlar  qadağan  olun­
duğuna görə insanlar bunları öz ailəsində, evində, qəlbində bay­
ram  ediblər.
Xatirimdədir,  mən  uşaq  idim,  valideynlərim  oruc  tuturdular, 
bu  bayramı  da  qeyd  edirdilər.  Biz  uşaq  kimi,  bu  bayramdan  öz 
bəhrəmizi  götürürdük.  İndi  isə  müstəqil Azərbaycanda,  müsəl­
man  ölkəsində  bu  bizim  milli  bayramımızdır,  dövlət  bayramı­
mızdır, xalqın bayramıdır.  Biz bunu  geniş qeyd edirik.
Biz Azərbaycanda bu bayramı qeyd edərkən, bütün dünyada ya­
ş a ) ^  müsəlmanların hamısını təbrik edirik. Bu bayram  münasibə­
tilə  dünya  müsəlmanlarına  yaxşı-yaxşı  günlər  arzulayırıq.  Sizi  bir 
daha təbrik edirəm, hər birinizə cansağlığı arzu edirəm.
Əbdüqafur  Əbdürrəhmanov  (Özbəkistanın  Bakıdakı  səfiri): 
Möhtərəm cənab Prezident!
Əvvəla,  artıq  dərəcədə  məşğul  olmağınıza  baxmayaraq,  bu 
gün  bizi  qəbul  etməyə  imkan  tapdığınıza  görə Sizə  böyük  min­
nətdarlığımı bildirirəm.
Bu  gün  mənim  üzərimə  böyük  və  şərəfli  missiya  düşübdür. 
Müsəlman ölkələrinin səfirləri adından zati-alinizi və Sizin sima­
nızda Azərbaycan xalqını  müqəddəs Ramazan  bayramı  münasi­
bətilə təbrik edirəm.
Bu  bayram  bütün  müsəlman  aləmi  ilə birlikdə Azərbaycanda 
da  geniş qeyd  olunur.  Bu günlər hər bir müsəlmanın  müqəddəs 
borcu  öz  yaxınlarına,  yaşlı  nəslə  və  ətrafındakı  insanlara  dərin 
hörmətlə  yanaşmaqdır.  Bu  bayram  zamanı  dünyasını  dəyişən­
lərə,  yaxın  qohumlara  və  dostlara  ehtiram  və  hörmət  bildirilir, 
məzarlar  ziyarət  olunur,  xeyriyyə  tədbirləri  keçirilir  və  hər  bir 
müsəlman kasıblara, kimsəsizlərə və yetim uşaqlara yardım edir.
Qətl  və  zorakılığı  tam  inkar  edən,  xeyirxahlığı  və  səbri  təbliğ 
edən  İslam  dininin  insansevərliyi,  demokratikliyi  bu  bayramda 
özünü  tam  mahiyyəti  ilə göstərir. Təəssüf ki,  yüz minlərlə günah­
sız insanların ölümünə bais olan ayrı-ayrı qüvvələr öz cinayətlərini 
ört-basdır etmək üçün İslam dinindən istifadə edirlər.
Keçən  ilin  11  sentyabrında  Amerika  Birləşmiş  Ştatlarında,
482
Heydər Əliyev siyasəti: TOLERANTLIQ
habelə başqa  ölkələrdə baş vermiş  dəhşətli  terror aktları  ekstre­
mistlər tərəfindən  guya  İslam  bayrağı  adı  altında  törədilmişdir. 
Əslində isə bu  əməllər dünya  ictimaiyyətinin gözündə  İslam  di­
ninə zərbə  vurmuşdur.  Məhz buna  görə,  indi  İslam  dininin  heç 
vaxt  olmayan  ciddi  müdafiəyə  ehtiyacı  var.  Birinci  növbədə,  öz 
siyasi  ambisiyalarını  həyata  keçirmək  məqsədi  güdən  terrorçu­
lardan  müdafiəyə ehtiyacı  var.  Digər tərəfdən,  dinimizin  haqsız 
iddialardan  da  qorunmağa,  siyasətdən  və  ekstremizmdən  uzaq 
olan Qurani-Kərimin  qanunlarının  da  düzgün  təhlil  edilməsinə 
ehtiyacı  var.
Burada  iştirak  edən  həmkarlarımın  fikirlərini  ifadə  edərək, 
bildirmək  istəyirəm  ki,  biz  Azərbaycanda  siyasi  və  iqtisadi  is­
lahatların  həyata  keçirilməsində  böyük  nailiyyətlərlə  yanaşı, 
dini  sahədə  də  müsbət  meyilləri  müşahidə  edirik.  Sizin  ölkədə 
müxtəlif konfessiyaların  nümayəndələri  üçün  tolerantlıq  mühi­
ti  və  qanuni  vicdan  azadlığı  yaradılmışdır.  Bütün  bu  nailiyyət­
lər  Sizin  böyük  həyat  təcrübəniz,  beynəlxalq  aləmdəki  nüfuzu­
nuz,  öz vətəninizə və xalqınıza  böyük məhəbbətiniz nəticəsində 
mümkün olmuşdur.
Hörmətli cənab Prezident!
İcazə verin, bu görüşdə iştirak edən həmkarlarım adından Sizi 
Ramazan  bayramı  münasibətilə  bir  daha  təbrik  edim.  Sizə  can­
sağlığı,  uzun  ömür,  ölkənizdə inkişaf və əmin-amanlıq yolunda 
apardığınız fəaliyyətdə böyük uğurlar diləyirəm. Sizin simanız­
da bütün Azərbaycan xalqına  xoşbəxtlik, sülh  və firavanlıq arzu 
edirəm.
Heydər  Əliyev: 
Cənab  səfir,  çox  dəyərli  sözlərinizə,  fikirlə­
rinizə  görə  sağ  olun,  mən  sizə  təşəkkür edirəm.  Bayram  etmək 
lazımdır.  Düzdür,  mən burada sizə bayram süfrəsi  açmamışam. 
Mən  sizi  sözlə  təbrik  edirəm.  Amma  bilirəm  ki,  hər  biriniz  bö­
yük bayram süfrəsi  açmısmız, açacaqsınız, həm özünüz, həm  də 
yaxınlarınızla  birlikdə  bu  bayramı  keçirəcəksiniz.  Mən  də  belə 
edəcəyəm.  Sağ olun.
483


Yüklə 13,33 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə