Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015



Yüklə 13,33 Mb.
Pdf görüntüsü
səhifə111/112
tarix08.07.2018
ölçüsü13,33 Mb.
#53836
1   ...   104   105   106   107   108   109   110   111   112

Heydor Əliyev siy.ısoti: TOLüRANTLIQ
Azərbaycan  P rezidenti Heydər Əliyev səfirlərlə xatirə şəkli çəkdirdi, 
onların hər biri ilə səıniıni göriişdü, bir daha təbrik etdi,  təmsil etdikləri 
ölkələrin dövlət başçılarına onun salanımı çatdırmağı xahiş etdi.
Miisəhnan  ölkələrin  səfirləri  Prezident  Heydər  Əliyevi  Ramazan 
bayramı  münasibətilə  ayrı-ayrılıqda  səmimi-qəlbdən  təbrik  etdilər,  öz 
ölkələrinin dövlət və hökumət rəhbərlərinin təbriklərini və məktublarım 
yetirdilər.
484
Heydar Əliyev siyasoli: TOLERANTLIQ
AZƏRBAYCANIN  PRAVOSLAV  İCMASINA
Əziz həmvətənlər!
Sizi -  ölkəmizin bütün pravoslav xristianlarını müqəddəs Mi­
lad bayramı  münasibətilə səmimi-qəlbdən  təbrik edirəm.
İsa  peyğəmbərin  mövludu  ilə  əlamətdar olan  Milad  bayramı 
bütün  dünyada  xristianların  əsas bayramlarından  biri  kimi  hə­
mişə təntənə  ilə qeyd  olunur.  Xristianlığın  yayıldığı  ilk ölkələr­
dən  olan Azərbaycan  torqağmda  da  Milad  bayramı sülh,  əmin- 
amanlıq, nikbinlik rəmzi kimi geniş şəkildə keçirilir. Xüsusi geo­
siyasi məkanda yerləşən ölkəmizdə dinlər və mədəniyyətlər ara­
sında əsrlər boyu  yaranmış dialoq və qarşılıqlı  əlaqə xalqımızda 
dini dözümlülük və tolerantlıq kimi yüksək mənəvi keyfiyyətlər 
formalaşdırmışdır.  Məhz  bunun  sayəsində  də  müxtəlif  dinlə­
rin  nümayəndələri  Azərbaycanda  mehribanlıq,  əmin-amanlıq, 
qarşılıqlı  ehtiram  şəraitində  yaşayaraq  milli-irqi  ayrı-seçkilik, 
dini  dözümsüzlük  zəminində  hər  hansı  qarşıdurma  halları  ilə 
üzləşməmişlər.
Öz  tarixi  ənənələrinə  sadiq  qalan  müstəqil  Azərbaycan  Res­
publikasında  vətəndaşların  vicdan  və  dini  etiqad  azadlığı  qa­
nunvericiliklə  təsbit  edilərək  təmin  olunmuş,  hər  bir  insanın 
öz  dini  ayin,  mərasim  və  bayramlarım  sərbəst  keçirməsi  üçün 
münasib  şərait  yaradılmışdır.  Azərbaycanın  digər  dini  icmala­
rının  nümayəndələri  kimi,  pravoslav  xristianları  da  Konstitusi­
yanın onlara  verdiyi  hüquqlardan  geniş istifadə edərək ölkəmi­
zin siyasi,  ictimai,  iqtisadi  və mədəni  həyatında  fəal  iştirak edir, 
Azərbaycanın inkişafı naminə böyük quruculuq işlərinin uğurla 
həyata keçirilməsində öz qüvvələrini əsirgəmirlər. Cəmiyyətimi­
zin ayrılmaz hissəsini  təşkil edən xristian icmasının Azərbaycan 
Respublikasında  gedən  siyasi-ictimai  proseslərin  qiymətləndi­
rilməsində,  ölkəmizin  taleyüklü  məsələlərinin  həlli yolunda  nü­
mayiş etdirdiyi əsl  vətəndaşlıq mövqeyi təqdirəlayiqdir.
485


I leyder Əliyev siyasai: TOLERANTLIQ
Əziz  bayramınız  -   İsa  peyğəmbərin  mövludu  münasibətilə 
hamınızı bir daha  təbrik edir,  hər birinizə cansağlığı  və xoşbəxt­
lik, doğma Azərbaycanımızın çiçəklənməsi  naminə gördüyünüz 
işlərdə  böyük  uğurlar,  ailələrinizə  əmin-amanlıq  və  firavanlıq 
arzulayıram.
Bayramınız mübarək olsun!
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti 
Bakı şshst i,  4 yanvar 2003-cü  il
486
Heydər Əliyev siyasati: TOLERANTLIQ
QURBAN  BAYRAMI  MÜNASİBƏTİLƏ 
AZƏRBAYCAN  XALQINA TƏBRİK
Əziz bacı və qardaşlar!
Sizi  bütün  dünya  müsəlmanlarının  müqəddəs Qurban  bayramı 
münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Müsəlmanların  böyük  bir  təntənə  ilə  həmrəylik  və  qardaşlıq 
rəmzi  kimi  qeyd  etdikləri  Qurban  bayramı  insanlar  üçün  yüksək 
bəşəri-mənəvi dəyərlərdən faydalanmaq imkanları yaradır. İslamın 
insanpərvərlik,  mehribanlıq  və  mərhəmət prinsiplərinə  həmişə sa­
diq  qalmış  Azərbaycan xalqı  tarixinin  çətin  dövrlərində belə,  Qur­
ban bayramını özünün ən əziz günlərindən biri kimi qeyd etmişdir. 
Dövlət müstəqilliyimizin bərpasından sonra bu günün rəsmi  şəkil­
də bayram edilməsi xalqımızın öz milli və dini ənənələrinə sədaqə­
tinin  parlaq  ifadəsidir.  İnsanları  bir-birinə  daha  da  doğmalaşdıran 
bu  bayram  günündə  ürəklərdən  kin-küdurət  silinir,  fədakarlıq  və 
şəfqət hissləri güclənir, doğma və yaxın adamlar yad olunur, əzizlə­
rin ruhlarına dualar oxunur.
Azərbaycanın  müstəqilliyi  və  torpaqlarımızın  toxunulmazlığı 
uğrunda canlarından  keçmiş övladlarımıza  bu mübarək bayramda 
Allahdan rəhmət diləyir, onların ailələrinə və yaxınlarına səbir arzu­
layıram. Ümidvar olduğumu bildirirəm ki, doğma ocaqlarından di­
dərgin düşmüş həmvətənlərimizin öz yurd-yuvalarına qayıtmalan 
üçün bu müqəddəs bayram günlərində edilən arzu və niyyətlər ger­
çək olacaqdır.  Qoy bütün  böyük  milli  və dini  bayramlarımız  kimi, 
mübarək Qurban  bayramı  da  xalqımızın  yüksək  ideallar ətrafında 
daha  sıx  birləşməsini  təmin  etsin,  azad,  müstəqil  və  demokratik 
Azərbaycan dövlətinin gələcək inkişafı naminə bütün azərbaycanlı­
lar arasında ümummilli həmrəyliyi möhkəmləndirsin!
Sizi  Ulu Tanımın  İslamı bir din  kimi  tamamlayıb  insanlara bəxş 
etdiyi bu əziz bayram günündə bir daha ürəkdən təbrik edir, hamı­
nıza cansağlığı, xoşbəxtlik və əmin-amanlıq arzulayıram.
Bayramınız mübarək olsun!
Heydər Əliyev, 
Azərbaycan  Respublikasının  Prezidenti 
Bakı şjlhv i,  lO fei’ral 2003-cii il
487


Heyttor Əliyev siyasoti: TOLERANTLIQ
BAKIDA  RUS  PRAVOSLAV KİLSƏSİNİN 
YENİDƏN TİKİLM İŞ  BAŞ  KAFEDRAL 
KİLSƏSİNİN AÇILIŞ  MƏRASİMİNDƏ  NİTQ
24 mart 2003-cii il
Azərbaycan  Prezidenti  Heydər  Əliyevi  məbədin  qarşısında  ölkənin 
diııi konfessiyalarının rəhbərləri səmimiyyətlə qarşıladılar. Azərbaycan 
Prezidentinə duz-çörək təqdim olıındıı.
Ölkə Prezidentinə ehtiram  əlaməti olaraq kilsə zəngi çalındı.
Dövlətimizin  başçısı  kilsəyə  daxil  olarkən  onu  dini  nəğmələrlə  sa­
lamladılar.
Mərasimi  Moskvanın  və  biitiin  Rusiyanın  müqəddəs  Patriarx  II 
Aleksiııin  nümayəndəsi Gedeon Ata açaraq  Rus  Pravoslav  Kilsəsi baş­
çısının  Azərbaycan  Prezidenti  Heydər  Əliyevə,  Qafqaz Müsəlmanları 
İdarəsinin  sədri Şeyxülislam  Hacı  Allahşükür  Paşazadəyə  təbrik  mək- 
tııbıınıı oxudu.
488
Heydər Əliyev siyasəti: TOLERANTLIQ
Heydər Əliyev: 
Bakı və Xəzəryanı bölgənin hörmətli yepiskopu!
Rus ruhanilərinin hörmətli nümayəndələri!
Hörmətli  xanımlar və cənablar!
Azərbaycanın pravoslav xristianlarının həyatında, bütün Azər­
baycanın  həyatında  belə böyük hadisə -  Bakıda  Baş Kafedral  kil­
sənin açılışı münasibətilə sizin hamınızı  təbrik edirəm.
XX  əsrdə,  ümumən,  Xristian  dini,  İslam  dini  kimi,  bu  məbəd 
də  çox  mürəkkəb  dövrlər keçirmişdir,  böyük sınağa  məruz  qal­
mışdır. Bir çox onilliklər boyu rus pravoslav əhalinin dini ayinlər 
icra  etdiyi  yer  olan  bu  məbəd  1920-ci  ildə  bağlanmış,  yepiskop 
isə  öldürülmüşdür.  Azərbaycan  ziyalılarının,  Azərbaycanın  din 
xadimlərinin  də  aqibəti belə  olmuşdur.  Ötən əsrin  20-30-cu  illə­
rində  onların  bir  çoxu  günahsızcasına  repressiya  olunmuş,  hər 
şeydən məhrum edilmişdir.
Ancaq tale elə gətirdi ki, keçən əsrin 90-cı illərinin əvvəllərində 
Sovetlər İttifaqı dağıldı, Azərbaycan öz dövlət müstəqilliyinə qo­
vuşdu.  Təbii  ki,  Azərbaycan  xalqı,  Azərbaycan  hökuməti  azad­
lıqdan,  müstəqillikdən  istifadə  edərək  öz  həyatını  lazım  bildiyi 
kimi  qurmağa başladı.  Əlbəttə, bununla  əlaqədar Azərbaycanda 
yaşayan  bütün  xalqlar  üçün  keçmişdə  əziz  olmuş,  xidmət etmiş 
çox  şey,  o  cümlədən  də  bu  Baş  Kafedral  kilsə  bərpa  edilməyə 
başladı.
Doğrudur,  bu  işə  birdən-birə  girişmək  mümkün  olmadı,  ona 
görə ki, ötən əsrin 90-cı illərində Azərbaycanda baş verən məlum 
hadisələr üzündən rus pravoslav əhalinin bir hissəsi ölkəmizdən 
köçüb getdi,  qalanları isə, Azərbaycan xalqının özü  kimi,  həyat­
larının  çətin dövrünü yaşadılar.  Lakin sizə  məlum olduğu kimi, 
1993-cü  ildən  etibarən  biz  ölkəmizdə  qayda-qanun  yaratmağa 
başladıq və tədricən ictimai-siyasi sabitliyin bərqərar edilməsinə 
nail olduq.
Müstəqil Azərbaycan  dövləti  qarşısında  duran  vəzifələri  hə­
yata  keçirərək,  hüquqi  demokratik  cəmiyyət  quraraq,  ötən  il­
lər  ərzində  çox  şeyə  nail  olmuşuq.  Sovet  hakimiyyəti  illərində 
Azərbaycan xalqı  üçün  qadağan  edilənlərin  çoxu  bərpa  olundu,
489


Yüklə 13,33 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə