Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015



Yüklə 13,33 Mb.
Pdf görüntüsü
səhifə105/112
tarix08.07.2018
ölçüsü13,33 Mb.
#53836
1   ...   101   102   103   104   105   106   107   108   ...   112

HoıJ.'r o in r t  4yj»>li: TO LE R A N TL IQ
ROMA PAPASI  II  İOHANN  PAVELİN 
AZƏRBAYCANIN  DİN, ELM   VƏ  İNCƏSƏNƏT 
XADİMLƏRİ  İLƏ GÖRÜŞÜNDƏ  NİTQ
Prezident saraı/ı,  22  may 2002-ci il
Zati-Müqəddəsləri!
Sizi  Azərbaycan  dövloti  adından  somimiyyotlə salamlayıram. 
Sizə xalqımızın ən  xoş hisslərini  çatdırıram.
Sizin səfəriniz tarixi hadisədir, Azərbaycan dövlətinə olan hör­
mətinizin,  bizim  isə Avropa  ilə bütünləşməyimizin təsdiqidir.
Siz  Azərbaycana  çox  əlamətdar  bir  vaxtda  gəlmisiniz.  Sabah 
Vatikanın Azərbaycanın  dövlət  müstəqilliyini  tanımasının  10  ili 
tamam olur.  Belə bir günü  məhz Azərbaycanda  keçirmək niyyə­
tiniz həqiqətən də nəcib diqqətlilik nümunəsidir.
Mən  1997-ci  ilin  sentyabrında  İtaliya  Respublikasına  rəsmi 
səfərim  çərçivəsində  Vatikanı  ziyarətimi  və  Sizinlə  görüşümü 
böyük  məmnunluq  hissi  ilə xatırlayıram. O zaman Sizinlə görü­
454
Hoydor Oliycv siv.ıs.Mi: T O LE R A N TL IQ
şüm və  söhbətlərim  mənə çox böyük  təsir bağışlamışdı. Çox  şa­
dam  ki,  həmin görüşdə etdiyim  dəvəti qəbul etmisiniz və Azər­
baycana gəlmisiniz.
Siz müasir dünya  tarixində mühüm  rol oynayan şəxsiyyətsiniz, 
dini,  irqi,  milli  sosial  və siyasi  fərqlərindən  asılı olmayaraq,  bütün 
insanlara  xidməti  özünün  həyat  idealına  çevirmiş  böyük  huma­
nistsiniz. Məhz buna görə Sizin yolunuz yalnız xristian katoliklərin 
yaşadığı ölkələrdən deyil, digər dinlərin, mədəniyyətlərin mövcud 
olduğu, insanların yaşadığı hər yerdən keçir. Bu gün həmin yol Sizi 
Azərbaycan torpağına gətirmişdir.
Azorbaycan  ən  qədim  zamanlardan  dinlərin,  dillərin  və  mə­
dəniyyətlərin  təmas və ünsiyyət yeri olmuşdur.
Azərbaycanlılar artıq 1300 ildən çoxdur ki, İslam dininə etiqad 
edirlər.  Onlar  eyni  zamanda,  dini  dözümlülükləri  ilə  seçilir, 
başqa  xalqların  dinlərinə  və  mədəniyyətlərinə  ehtiramla  yana­
şırlar.
Digər  dini  icmalar  kimi,  katoliklər  də  Azərbaycanda  hər  za­
man  hörmət və etimad  görmüşlər. Tarixçilərin verdiyi  məlumat­
lara görə, Azərbaycanda ilk katolik icması XIX əsrin 30-cıı  illərin­
də formalaşmağa  başlamışdır.
XIX  əsrin  sonu  -  XX  əsrin  əvvəllərində  katolik  icmasının  nü­
mayəndələri  Bakının  mədəni-ictimai  həyatında  mühüm  rol  oy­
namış,  xüsusən  də səhiyyə,  mədəniyyət  və  memarlıq  sahələrin­
də bu  gün də minnətdarlıqla  xatırlanan izlər qoymuşlar.  1912-ci 
ildə yerli katolik icmasının  təşəbbüsü  və əhalinin  ianəsi  ilə Bakı­
nın mərkəzi hissəsində "Müqəddəs Məryəm"  kilsəsi  ucaldılmış­
dı.  Təəssüf ki,  stalinizm  dövründə  İslam,  Xristianlıq və Yəhudi­
liklə  bağlı  bir  çox  din  ocaqları  kimi,  bu  katolik  məbədi  do dağı­
dılmışdı.  Din  və  etiqad  sərbəstliyinin  hökm  sürdüyü  Azərbay­
canda  indi digər dini icmalar kimi, katoliklər də bütün hüquq və 
azadlıqlara  malikdirlər.
Zati-Müqəddəsləri!
Azərbaycan  xalqı  özünəməxsus  və  nadir  bir  mədəniyyət  ya­
ratmışdır.  Bu  mədəniyyətin əsasında  müsəlman  və  xristian  sivi-
455


Hevdor Oliyev siyasoti: TOLERANTLIQ
lizasiyalarmın  sintezi  dayanır.  Orta  əsrlərdən  etibarən Azərbay­
can  mədəniyyəti  Şərq  ilə Qərb,  müsəlman  və xristian  dünyaları 
arasında bir körpü olmuşdur. Zəngin müsəlman sivilizasiyasının 
nailiyyətləri  bir sıra hallarda Azərbaycan alimlərinin, fikir adam­
larının səyi nəticəsində Qərbin və bütün insanlığın mənəvi sərvə­
tinə çevrilmiş, Qərb dəyərləri isə İslam dünyasında yayılmışdır.
Azərbaycan  xalqı  kökü  Avropadan  gələn  yenilikçi  ideyalara 
yiyələnmək  baxımından  həmişə öncül  yerlərdən  birini  tutmuş­
dur.  Bu özünü  elm,  təhsil,  mədəniyyət sahəsində xüsusilə aydın 
göstərmişdir.  Biz  bu  gün  haqlı  olaraq  fəxr  edirik  ki,  müsəlman 
Şərqində  yeni  tipli  məktəblər,  demokratik  mətbuat,  qadın  təh­
sili,  seçmək  və seçilmək  hüququ  ilk dəfə Azərbaycanda  reallığa 
çevrilmiş,  1918-ci  ildə  bütün  İslam  dünyasında  Avropa  tipli  ilk 
dövlət -  Azərbaycan Xalq Cümhuriyyəti bizim ölkəmizdə qurul­
muşdur.
Artıq  10  ildən  çoxdur  ki,  biz  müstəqil  dövlətimizdə  yaşayı­
rıq.  Bu  on  il  ərzində  ciddi  dəyişikliklərə nail  olmuşuq.  Mühüm 
iqtisadi  islahatlar həyata  keçiririk.  Keçmiş irsdən imtina edərək, 
demokratik islahatlar yolunu tutmuşuq. Yoxsulluğa qarşı müba­
rizə aparırıq.
Mənəvi  dəyərlərimizi  dirçəldirik.  İnsan  haqlarının  qorunma­
sına, əsas hüquq və azadlıqların təmin edilməsinə çalışırıq.
Biz  tarixi  seçimimizi  etmişik,  yəni  öz  ənənələrimizdən  qop­
madan,  milli  simamızı  itirmədən  Qərb dünyasına,  onun  huma­
nist və çağdaş dəyərlərinə üz tutmuşuq.
Azərbaycan  dövlət  müstəqilliyi  qazandıqdan  sonra  biz  bö­
yük layihələr həyata  keçiririk.  Bu  layihələr təkcə ticarət və iqti­
sadi  mənfəət gətirmir, onlar həm də xalqları  və mədəniyyətləri 
bir-birinə yaxınlaşdırır,  inam  və etimad mühiti  yaradır,  siviliza- 
siyalararası dialoqa xidmət edir.
Əlbəttə,  regionumuzda  ciddi  problemlər,  həllini  tapmamış 
münaqişələr  olmasaydı,  uğurlarımız  daha  çox  olardı.  Bunu 
deyərkən,  mən  ilk  növbədə  Ermənistanla  Azərbaycan  arasın­
dakı  Dağlıq  Qarabağ münaqişəsini nəzərdə  tuturam.  Bu  region
456
Heydor Əliyev siyasoti: TOLERANTLIQ
ən  qədim  zamanlardan bəri Azərbaycan  torpağı kimi  tanınmış­
dır.  Burada  yerli  azərbaycanlılarla  ermənilər  sülh  və  dostluq 
şəraitində  yaşamışlar.  Ermənistanın  bu  bölgəyə  haqsız  iddiası 
və  ölkəmizə  hərbi  təcavüzü  nəticəsində  torpaqlarımızın  20  fai­
zi  işğal  edilib,  20  min nəfərdən  çox  azərbaycanlı  həlak olub,  50 
min nəfər yaralanmışdır. Çoxsaylı tarix və mədəniyyət abidələri 
həmişəlik yer üzündən silinmişdir.  İbadət yerləri  və qəbiristan­
lıqlar dağıdılmışdır. Ən dəhşətlisi isə budur ki, artıq on ilə yaxın 
bir  müddət  ərzində  bir  milyondan  çox  azərbaycanlı  öz  doğma 
torpağında qaçqın vəziyyətində yaşayır. Onların məskunlaşdıq­
ları  çadır  şəhərcikləri  erməni  işğalı  nəticəsində  Azərbaycanın 
necə bir humanitar fəlakətlə üzləşdiyi haqqında aydın  təsəvvür 
yaradır. Biz bütün dünyanın,  ilk növbədə  isə şəfqət və rəhmlili- 
yi  öz başlıca prinsipi hesab edən Vatikanın bu insanların  vəziy­
yəti  ilə daha yaxından maraqlanmalarını  istərdik.
1994-cü ildə atəşkəs elan olunmuşdur. Artıq 8 ildir ki, ağır və 
çətin  sülh  danışıqları  aparırıq.  Biz  münaqişənin  dinc  yolla  ni­
zamlanmasının  tərəfdarıyıq.  Regionda yenidən hərbi əməliyyat­
ların  başlanmasını,  qan  tökülməsini  istəmirik.  Lakin  dinc yolla 
nizamlama  beynəlxalq  hüququn  norma  və  prinsiplərinə  əsas­
lanmalı,  ədalətli  və  daimi sülhə zəmin yaratmalıdır.  Yalnız belə 
olduqda  qədim  Qafqaz  torpağında  asayiş  və  tərəqqiyə  qovuş­
maq,  nifaq və  qarşıdurmanı  aradan  qaldırmaq  olar.  Yalnız belə 
olduqda  minlərlə  insana  fəlakət  gətirən  terrorçuluğun,  aqressiv 
separatçılığın,  milli  və  dini  ədavətlərin  ağır  nəticələrini  dəf  et­
mək mümkündür.
Zati-Müqəddəsləri!
Sizin Azərbaycana qısamüddətli, lakin zəngin səfər proqramı­
nızda din, elm  və incəsənət xadimləri ilə görüşə xüsusi yer ayır­
mağınız  əlamətdar hadisədir.  Bəşəriyyətin  qədim kitablarından 
biri  olan  Bibliyada  deyilir  ki,  insanı  yaşadan  təkcə  çörək  deyil, 
həm  də ilahi  dərgahdan gələn Sözdür.  Din,  elm,  mədəniyyət və 
incəsənət  xadimləri  həmin  ilahi  Sözün  insanlara  çatdırılmasını 
təmin edirlər, onların əxlaqını gözəlləşdirir, mənəvi cəhətdən saf­
457


Yüklə 13,33 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə