Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015



Yüklə 13,33 Mb.
Pdf görüntüsü
səhifə101/112
tarix08.07.2018
ölçüsü13,33 Mb.
#53836
1   ...   97   98   99   100   101   102   103   104   ...   112

təbrik və salamını,  yəni  "Sülh,  Allahın xeyri  və  bərəkəti  olsun!" 
sözlərini  deyirəm.
Mən bu  münasibətlə burada şəxsən Sizdən eşitdiyim bəzi söz­
ləri xatırlayıram. Siz o zaman bizimlə olan söhbətdə Azərbaycan 
xalqının İslam dinmə mənsub olması haqqında danışdınız. Uzun 
illər müxtəlif cəhdlərdən, mənsub olduğu dinindən təcrid etmək 
cəhdlərindən  sonra  Azərbaycan  xalqının  yenidən  öz  milli-dini 
dəyərlərinə  qayıtması  və  öz  dini  mənsubiyyətini  bərpa  etməsi 
onun  böyük  qələbəsidir,  böyük  qətiyyətidir.  Biz  indiki  gündə 
Azərbaycan  xalqının  öz  dininə,  dini  dəyərlərinə  bağlılığını,  sə­
daqətini  müşahidə edirik.
Burada  iştirak edən bütün  həmkarlarım bu  gün Sizin  rəhbər­
liyiniz  altında  qurulan  yeni  Azərbaycan  haqqında  danışırlar. 
Burada  olanların  hamısının  müşahidə  etdiyi  əsas  bir  səciy­
yəvi  cəhət  var  ki,  bunu  həm  qonşu  dövlətlər,  həm  də  başqa 
dövlətlər  müşahidə  edirlər.  O  da  burada  hökm  sürən,  burada 
tam  əmin-amanlıq, sabitlik şəraitinin hökm sürməsidir. O əmin- 
amanlıq  ki,  az-az  ölkələrdə  müşahidə  olunur.  Bütün  bunlar isə 
Sizin müdrik rəhbərliyiniz altında və xalqınızın bu ideallara bağ­
lılığı  şəraitində mümkün olmuşdur.  Biz bunların  hamısını,  yəni 
ölkədəki  bu  əmin-amanlığı, sabitliyi  hər gün,  hər yerdə müşahi­
də edirik, görürük.
Biz  Sizə  möhkəm  cansağlığı,  uzun  ömür  arzulayırıq.  Arzu 
edirik ki. Siz, Azərbaycan xalqı işğal edilmiş Qarabağ torpağının 
qarış-qarış hamısının  azad  olunmasını  tez bir  vaxtda  görəsiniz. 
Digər  beynəlxalq  təşkilatlar  kimi,  İslam  Konfransı  Təşkilatı  da 
Birləşmiş  Millətlər  Təşkilatının  Azərbaycanla  bağlı,  Azərbayca­
nın öz torpaqlarını azad  etməsi  ilə bağlı  bütün qərarlarını  tama­
milə dəstəkləyir və Azərbaycanın öz torpaqlarını tam azad etmə­
sini arzulayır.
Eyni  zamanda,  mən  həmkarlarım  adından  arzu  edirəm  ki, 
belə görüşlər gələcəkdə də təkrar olunsun və onlar da, biz də iş­
tirak edərək Sizi  tam sağlam  vəziyyətdə görək və Azərbaycanın 
öz amallarını  həyata  keçirməsinin şahidi  olaq.
Htfvdor Əliyev siyosoti: TOLF.RANTUQ____________________________________________________
436
Hey dor Əliyev sivasoti: TOLERANTLIQ
Zati-aliləri  cənab  Prezident,  bu  bayram  münasibətilə Sizə  bir 
daha  təbriklərimizi yetiririk.  Bayramınız mübarək olsun!  Üzəri­
nizə Allahın salamı, xeyir və bərəkəti olsun!
Heydər Əliyev: 
Cənab səfir, sizə təşəkkür edirəm.
Bu bayram münasibətilə Azərbaycan haqqında, Azərbaycanın 
bugünkü vəziyyəti  haqqında öz həmkarlarınız adından,  öz adı­
nızdan dediyiniz xoş sözlərə görə məmnunam.
Mən çox məmnunam ki, siz öz ölkələrinizi Azərbaycanda təm­
sil  edərək,  burada  sülh,  əmin-amanlıq  və  ictimai-siyasi  sabitlik 
şəraitində yaşayan bir ölkəni görürsünüz. Mən sülh deyəndə, bi­
zim ölkəmizdə  xalqın  arasındakı sülhü nəzərdə tuturam. Ancaq 
təəssüflər olsun ki,  Ermənistan-Azərbaycan münaqişəsində hələ 
tam  sülh  əldə olunmayıbdır.  Biz,  sadəcə,  müharibəni  dayandır­
mışıq.  1994-cü  ildən atəşkəs rejimi hökm sürür.  Bu  vasitə ilə biz, 
bir tərəfdən Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə 
həll olunmasına  çalışırıq,  ikinci  tərəfdən  ölkəmizin  sosial-iqtisa­
di inkişafını  təmin edirik.
Mən  sizin  dediyiniz sözləri  məmnuniyyətlə qəbul  edirəm  ki, 
İslam  Konfransı  Təşkilatı  hər  dəfə  dövlət  başçılarının  toplantı­
larında,  xarici  işlər nazirlərinin  toplantılarında  və başqa  toplan­
tılarda  Ermənistan-Azərbaycan  münaqişəsinin  həll  olunması 
haqqında  qətnamələr  qəbul  edir  və  Ermənistanın  Azərbaycana 
təcavüzü ilə əlaqədar hər dəfə öz etirazını bildirir, Azərbaycanın 
ərazi bütövlüyünün bərpa olunmasını tələb edir.  Mən buna görə 
də  İslam  Konfransı Təşkilatına  və ona  daxil olan dövlətlərin  ha­
mısına bir daha təşəkkürümü  bildirirəm.
Mən  sizi bir daha  əmin  edirəm ki,  biz Azərbaycanda  bundan 
sonra  da  ictimai-siyasi  sabitliyi  təmin  edəcəyik  və  siz  gələcək­
də  də  Azərbaycanda  indi  gördüyünüz  sabitlik,  əmin-amanlıq 
şəraitində  məhsuldar  işləyəcəksiniz.  Burada  Azərbaycan  ilə  öz 
ölkələriniz arasında əlaqələrin inkişaf etdirilməsində xidmətləri­
nizə görə mən sizə səmimi-qəlbdən təşəkkür edirəm.
Sizi Ramazan bayramı münasibətilə bir daha  təbrik edirəm.
437


Hovdar Olivev siy*ı>oli: TOLERANT LIQ
“İSLAM VƏ  MÜASİR  DÖVRÜN 
AKTUAL PROBLEM LƏRİ”
BEYNƏLXALQ  ELMİ  KONFRANSINA
Hörmətli konfrans iştirakçıları!
Sizi  -   paytaxtımız  Bakı  şəhərində  təşkil  olunmuş  Beynəlxalq 
Konfransın  iştirakçılarını  Azərbaycan  torpağında  səmimi-qəlb­
dən salamlayıram.
Konfrans  son  vaxtlarda  baş  qaldırmış  terror,  təcavüzkarlıq, 
zorakılıq  kimi  mənfi  təzahürlərə  qarşı  mübarizədə  İslam  dini­
nin  tutduğu  yeri  və  mövqeyi  obyektiv  şəkildə  araşdırıb  aydın­
laşdırmaq,  bəzi  qüvvələrin öz qərəzli  siyasi  məqsədlərini həyata 
keçirmək üçün dindən bir vasitə kimi  istifadə etmək cəhdlərinin 
əsl  mahiyyətini  açıb  göstərmək  məsələlərinə  həsr  olunmuşdur. 
Həmişə sülh,  əmin-amanlıq,  qardaşlıq kimi  humanist prinsiplə­
rin  carçısı  olmuş  İslam  dini  ona  etiqad  edən  insanlarda  yüksək 
mənəvi keyfiyyətlərin formalaşmasına xüsusi diqqət yetirmişdir. 
Bıı  baxımdan  tam  qətiyyətlə demək  olar ki,  öz cinayətkar əməl­
lərini dini şüarlarla pərdələməyə çalışan bəzi terrorçu qrupların, 
ayrı-ayrı  adamların  fəaliyyətinin  İslam  dini  ilə  heç  bir  əlaqəsi 
yoxdur, onların əməlləri dinimizin humanist prinsiplərinə tama­
milə ziddir.
Bu  forumun  ölkəmizin  paytaxtı  Bakı  şəhərində  keçirilməsini 
Azərbaycanın artmaqda  olan beynəlxalq  nüfuzuna  verilən yük­
sək  qiymətin  ifadəsi  kimi  qəbul  edirik.  Avropa  ilə Asiyanın  qo- 
vuşuğunda  yerləşən  Azərbaycanda  müxtəlif  dinlərə,  ayrı-ayrı 
mədəniyyətlərə  mənsub  olan  insanlar  əsrlər  boyu  dinc,  mehri­
ban  şəraitdə  yaşayıb  yaratmışdır.  Ölkəmiz  dini  və  ya  milli  zə­
mində  hansı  bir  problemlə  isə  heç  vaxt  üzləşməmişdir.  Uzun 
illərdir  ki,  qonşu  Ermənistanın  ölkəmizə  qarşı  hərbi  təcavüzün­
dən və terrorçuluq əməllərindən əziyyət çəkən Azərbaycan xalqı 
terrorizmin  bəşəriyyət üçün  necə təhlükəli olduğunu yaxşı dərk
438
Hcydor Əliyev siyasoti: TOLERANTLIQ
edir,  onunla  mübarizə  aparılması  zərurətini  mühüm  vəzifələr­
dən  hesab  edir  və  bu  yolda  dünyanın  digər xalqları  ilə  hər  cür 
əməkdaşlığa hazır olduğunu bəyan edir.
Ümidvaram ki, forumunuz dini-mənəvi dəyərlərə münasibət­
də obyektiv, dəqiq və aydın bir mövqe işləyib hazırlayaraq dün­
yada  sülhün  və təhlükəsizliyin bərqərar edilməsi  işinə öz töhfə­
sini verəcəkdir.
Konfransınızın  işinə  uğurlar  arzulayıram,  hər  birinizə  möh­
kəm  cansağlığı və xoşbəxtlik diləyirəm.
Heydər Əliyev, 
Azərbaycan  Respublikasının Prezidenti 
Bakı şshəri,  19 deknbr 2001-ci il
439


Yüklə 13,33 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə